Zərərçəkənlərin ailə üzvləri TV Müsavatla əlaqə saxlayaraq, rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib.
Zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınları TV Müsavata bildiriblər ki, hazırda müalicəsi davam edən 2 gənc 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinin reanimasiyasından çıxıblar. Onların sözlərinə görə, həkimlər də onların zəhərlənməsi ilə bağlı ilkin rəy veriblər: “Həkimlər də bildirirlər ki, sağ qalan şəxslər xəstəxanaya yerləşdirilən zaman qanlarında 75-80 faiz zəhərlənmə olub. Sağ qalanların hər ikisi - həm Cabbarlı Xəzər, həm də Cabbarlı Nicat ümumiyyətlə, spirtli içki qəbul etmirlər. Həmin gün də etməyiblər. Çaşdırıcı məqam budur ki, ortada heç bir ekspertiza nəticəsi olmadan, rəy verilmədən hadisə günü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyi zəhərlənmənin qidadan baş vermədiyini açıqladı. Hansı əsasla? Hansı araşdırmanın nəticəsinə əsaslanıb, bu açıqlama verildi?”
Ailə üzvləri bildirir ki, gənclər hoteldə balıq və göbələk yeyiblər, zəhərlənməyə səbəb də məhz həmin qidalar olub. Belə ki, digər ölən şəxslər həqiqətən spirtli içki qəbul ediblər. Müsahiblərimizin dediyinə görə, həkimlər də sonuncuların ölümündə spirtli içki faktorunu xüsusi qabardıb: “Həkimlər bildirir ki, içki içəndə qan durulaşır. Bu səbəbdən də zəhərlənmə qanlarına sürətlə yayılıb. AQTA bilərəkdən bu cür açıqlama ilə zəhərlənmənin səbəbini başqa nüanslara yönləndirir. Ortada ekspertiza rəyi yoxdursa, bu açıqlamanın məqsədi nəyə hesablanıb? Gün kimi aydındır ki, hoteli müdafiə etməyə. Dövlət qurumunun özünü açıq-aşkar bu cür birtərəfli aparması sadəcə təəssüf doğurur”.
Ailəsi həmçinin hadisə baş verən gün gənclərin yanında qızların olması ilə bağlı yayılanları da təkzib edir. Onların bildirdiyinə görə, əgər orada qızlar olsaydı, onlardan da kimsə zəhərlənərdi. Ən azından zəhərlənənlər barədə xəbər verərdilər. Hazırda gənclərdən ikisi – Cabbarlı Nicat və Cabbarlı Xəzər palatadadılar. Onlara mobil telefon işlətməyə icazə verilmir. Hadisə baş verən gün Xəzər Cabbarlının ürəyi üç dəfə dayanıb, onu çətinliklə həyata qaytarıblar.
İttihamlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov isə ailənin iddialarını təkzib edib. TV Müsavata açıqlamasında İ.Kərimov zəhərlənmənin qidadan olmadığını və əllərində bunu təsdiqləyən sübutların olduğunu bildirdi. O, etik səbəblərdən dolayı zəhərlənmənin nədən qaynaqlandığını açıqlamayacağını dedi.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə gənclərin qidadan zəhərlənmədiyini bildirdi. Onun sözlərinə görə, zəhərlənmənin hansı səbəbdən baş verdiyi isə etik səbəblərdən, pasiyentin hüquqlarına hörmət olaraq açıqlanmır: “Qeyd olunan şəxslərin tibb müəssisəsinə müraciəti zamanı onlara zəruri tibbi xidmət göstərilib və müvafiq müayinələr təyin olunub. Qidadan zəhərlənmə şübhəsi öz təsdiqini tapmayıb. Vətəndaşın diaqnozu həkim sirri təşkil etdiyi üçün açıqlanması məqsədəuyğun hesab edilmir”.
Ruaiyanın Tver vilayətinin sakininin yeni doğulmuş uşağa qarşı əməli polisi hərəkətə keçirib.
Gənc ata yeni doğulmuş körpəni yaşayış binalarının birinin girişinə atmaqda ittiham olunur. O bu səbəblə məhkəmə qarşısına çıxacaq.
32gun.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, gənc ana 2024-cü il martın 1-də evdə uşaq dünyaya gətirib və yeni doğulan qızı atasına verib. Kişi körpəni səbətə qoyub və onunla qonşu şəhərə gedib və orada yeni doğulmuş qızını yaşayış binasının girişinə atıb və gözdən itib.
Qızı ev sakinləri aşkarlayıb, uşaq xilas edilib, anası və atası isə tapılıb. Faktla bağlı cinayət işi açılıb. Kişi qadını ictimaiyyətin və yaxınlarının qınağından xilas etmək və yeni doğulmuş körpədən xilas olmaq qərarına gəldiyini bildirib. İstintaq materialları baxılması üçün məhkəməyə təqdim edilib.
Türkiyənin Ankara şəhərində 30 dekabr 2022-ci il tarixində cümə namazından sonra pusquya düşürülərək dünyasını dəyişən Ülkü Ocaklarının keçmiş sədri Sinan Ateşə hücum anının görüntüləri ortaya çıxıb.
Hücum zamanı Sinan Ateşin yanında dostları Selman Bozkurt və Ahmet Keçik olub.
Videoda Sinan Ateş gedərkən motosikletli hücumçuların onlara hücum etdiyi görünür. Həmin vaxt Sinan Ateşin yanında olan Selman Bozkurt çiynindən yaralanaraq Ateşin yanına yıxılıb. Ahmet Keçik silahı Ateşin belindən götürərək qaçan hücumçuların arxasınca atəş açır.
Sinan Ateşin iddianaməsi bir müddət əvvəl qəbul edilsə də, Ateşin həyat yoldaşı Ayşe Ateş onun ifadələrinin iddianamədə yer almadığını iddia edib. Ayşe Ateş ilk dəfə Sinan Ateşə siyasətdən getməsi üçün pul təklif edildiyini bildirərək, qatıldığı televiziya proqramında əri Sinan Ateşin göz önündə öldürüldüyünü deyib.
Ateş, “Əvvəlcə onları təhqir etdilər, böhtan atdılar. Sonra dedilər ki, qorxudaq. Sinanın yanında dayanan dostları ilə düşmən oldular. Onlara sataşmağa başladılar. 10 nəfər Çağrı Ünelə hücum etdi. 20 yaşlı gənc oğlan Bu hücumda ölən Sinan, bu hadisəni “Bundan onun reputasiyasını ləkələmək üçün istifadə etdilər. Bunu bir vendettaya çevirdilər və məqsədlərinə çatmaq üçün istifadə etdilər” deyib./BAKU.WS
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir.
"DogruXeber.az"ın Qaynarinfo-danəldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayətinə baxılıb.
Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.
Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilməsidir.
Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib.
Məlumatlarda o da qeyd edilir ki, polkovnik-leytenant hüquqi müstəvidə mübarizəsinin davam etdirməkdə israrlıdır.
Pənahlı Əhəd Nemət oğluna inzibati protokol yazılıb.
Pravvda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Ə.Pənahlı qeydiyyatı ləğv edilmiş Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının oğludur.
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil edilir. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
İmtahan saat 11:00-da başlanacaq. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.
Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Lənkəranda gün ərzində iki dəfə zəlzələ baş verib.
Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Lənkəran sakinləri təkanların çox güclü olduğunu deyirlər. Onlar çox qorxduqlarını bildiriblər. Bu səbəbdən hamı həyətdədir. Yaşlı sakinlərdən biri 50 ildir belə zəlzələ görmədiyini söyləyib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ə.M. saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb: “Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.