Ardını oxu...
Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən "Xaqani” parkının (keçmiş "Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hurriyyet.Az xəbər verir ki, Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlıdır:

"Hazırlanmış xüsusi layihə əsasında "Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bank kartlarından oğurluqlar davam edir.

AzFakt.com bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmadıqca aldanacaqlar.

O qeyd edib ki, xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, kəşbek tələləri onlarla şəxsin pullarının talanmasına səbəb olub:

“Mayın 14-15 tarixlərində ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub. Etməyin, zənglər üzrə nömrələrin hansı ölkədən olmasına baxın, onlayn kəşbek linklərinə daxil olmayın, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmayın”.

E.Hacıyev bildirib ki, bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar:

“Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər", - deyirlər”.
 
Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

TEREF xəbər verir ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihə icra olunacaq.

İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan, dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur.

Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.

Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq, kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.
Ardını oxu...
qafqazinfo.az
 
 
 

Ardını oxu...
Ali Attestasiya Komissiyası kimə gəldi “alimlik“ dərəcəsi verir. Dia-az.info xatırladır ki, neçə müddətdir bu ittiham səsləndirilir və qarşı tərəf yalnız "əsassızdır" deyərək iddiaların üstündən keçsə də, ortaya yetərincə faktlar da çıxarılır.

Ardını oxu...

İdris Abbasov

Bu arada isə yenidən bu məsələyə tanınmış dilçi alim İdris Abbasov müraciət edərək, ittihamlar səsləındirib. Dia-az.info alimin söylədiklərini təqdim edir:

"Diplomlu savadsızlar AAK-ın bir qurum kimi etibarsızlığının əyani sübutudur. Mən hələ it ağzından çıxmış dissertasiyaları demirəm. Əksini iddia edən varsa, buyursun.
Ödədiklərini çıxarmaq və qaz vurub qazan doldurmaq üçün vəzifəyə gələnlər heç vaxt ölkənin, xalqın şərəf və ləyaqətini düşünə bilməzlər, çünki özlərinin nə şərəfi, nə də ləyaqəti qalıb. Bu etibarsızlıqda müdafiə şuralarının müstəsna "xidmətlər"ini unutmaq olmaz!.."

Ardını oxu...

Bildirək ki, sosial şəbəkələrdə geniş müzakirə olunan və AAK rəhbərliyinə ünvanlanan ağır ittihamlara daha bir gənc alim - Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli də münasibət bildirib:

"Bəli, irad bildirəndə də cəsarəti çatıb üzümüzə deyə bilməyənlər, arxamızca dillənir ki, "varındısa sən də ver". Anlamırlar ki, varındısa məsələsi deyil bu, savadsızlığa rahat açılan cığırdı. Mən niyə özümü təhqir edib kiməsə pul təklif etməliyəm, əgər özümdən əminəmsə. Təəssüf ki, say etibarı ilə belələri çoxalıb, nə qədər plaqiatlıq məsələləri də yoxlanılsa, nə qədər tələblər də dəyişdirilsə, belələri saman altından su kimi keçir. AAK-ın tələbləri də, vəziyyəti getdikcə kəskinləşməsi də ancaq real tədqiqatçıların yoluna əngəldir, saxtakarlara yollar açıqdır. Belələrinin arasında "ağ qarğa" kimi görünürsən, dissertasiya işlərinin, məqalələrin başqaları tərəfindən yazılmasını bildirəndə, günahkar bu cinayətlərin ortaqları deyil, amma dilə gətirdiyimiz üçün bizlərik..."
Ardını oxu...
Bakıda 10 nəfərə yaxın şəxs külli miqdarda dələduzluqla üzləşdiklərini bildirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.

"Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanlarına şikayət edən şəxslər Elmin Rafiq oğlu Rzayev tərəfindən aldadıldıqlarını və onlara iki milyon manata yaxın ziyan dəydiyini iddia ediblər.

Daxili İşlər Nazirliyinin "102” xidmətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən vətəndaşlar E.Rzayevin keçmiş bank işçisi olduğunu, onlara gəlir vəd verərək xeyli miqdarda pul aldığını qeyd ediblər.

Onlar iddia ediblər ki, Elmin bir neçə şəxsdən ekoçanta istehsal etmə, onların ölkədəki xaricə şirkətlərə satışı, ev və maşın alışı-satışı kimi müxtəlif səbəblərlə ümumi 2 milyon manatdan çox vəsait alıb.

Şikayətçilər, həmçinin E.Rzayevin həyat yoldaşı və anası ilə birgə aprelin 22-də Azərbaycanı tərk etdiyini deyiblər.

Əldə etdiyimiz məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Rzayev barəsindəki şikayətlərlə bağlı araşdırmalar aparılır.
 
 
 
Ardını oxu...
2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

“Report” xəbər verir ki, görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
 
Ardını oxu...
“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.

“Report” xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.

Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır”.
 
Ardını oxu...
Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu işdən çıxıb.

Bu barədə Lent.az-a O.Fikrətoğlu özü məlumat verib.

O qeyd edib ki, bir aya yaxındır Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən gedib:

“Hazırda Mədəniyyət Nazirliyində müşavir işləyirəm”.

Dövlət Turizm Agentliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 2022-ci ildə Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmış, onun yerinə Orxan Fikrət oğlu Sadıqov təyin olunmuşdu.
 
 
 
Ardını oxu...
Slovakiyanın Baş naziri Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

Bu barədə Slovakiya KİV məlumat yayıb.

Şübhəli şəxs yazıçıdır, lakin hazırda özəl mühafizə şirkətində işləyir.

Fikoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin oğlu mediaya açıqlamasında atasının qanuni şəkildə silaha sahib olduğunu deyib.
 
Ardını oxu...
İstanbulda metro stansiyalarının birinin çıxışında əldəqayırma bomba tapılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə yerinə polis qrupları cəlb edilib.
 

Dünyapress TV

Xəbər lenti