Ardını oxu...
Qazaxıstanın paytaxtı Astanada, iaşə obyektində güclü partlayış baş verib.

Hadisə yerinə yanğınsöndürən briqada və xüsusi texnika cəlb olunub.

Partlayış anı hadisənin şahidi olmuş şəxslərdən biri tərəfindən anbaan qeydə alınıb.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.
Ardını oxu...
Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

Xezerxeber.az-ın məlumatına görə, 1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb.

2023-cü ildə İngiltərənin “Twi Caspian Sea” şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.

Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.
Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib. Qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.
 
Ardını oxu...
Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

"AzPolitika" xəbər verir ki, "qafqazinfo”nun məlumatına görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.

Onu da qeyd edək ki, İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət edib.

1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunub.

2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
 
Ardını oxu...
"AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (və ya Mila) Əsgərovanın uzaq Amerikanın qərbindəki Los-Ancelos şəhərindəki Hollywood Hills deyilən ərazisində "Qazelli" adında villası var".
Ardını oxu...
TEREF yazır ki, bunu müdtəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk profilində yazıb. Daha sonra o yazır:
"Günü 626 dollardan turistlərə kirayə verilir. Təpələr və ağaclarla əhatələnmiş villa 1940-cı illərdə tikilib, Tuxedo Ter, Los Angeles, CA 90068 ünvanında yerləşir. 2007-ci ildə 1 milyon 190 min dollara alınıb, hazırkı qiyməti 2 milyon 353 min dollardır.
Villanı turist qonaqlama saytlarında Cahangir Əsgərovun ingilis kürəkəni Robert Norton müştərilərə təqdim olunur".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun 3 il əvvəl bəraət aldığı hökmdən verilmiş protest üzrə məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki, R.Dilanovun əməlinə görə 2 milyon manata yaxın ziyan dəyib. Amma Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verərək məhkəmə zalından azadlığa buraxıb.

Çıxışda bəraətverici hökmün qanunauyğun olmadığı qeyd edilib. Bu səbəbdən hökmün ləğv edilməsi, ittihamedici qərar çıxarılması xahiş edilib.

Bir neçə il davam edən apellyasiya baxışı bu gün başa çatıb. Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini təmin edib.

Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Məhkəmə Dilanovu həbsə göndərməyib. Ona sınaq müddəti seçilməklə şərti cəza verilib.

Müdafiə tərəfi qərardan narazı qalıb, kassasiya şikayəti verəcəklərini elan ediblər.

Qeyd edək ki, R.Dilanov barədə 2019-cu ildə cinayət işi başlanıb. O, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəməkdə ittiham edilib. Dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı bildirilib.

2021-ci ildə isə R.Dilanov barəsində bəraət hökmü çıxarılıb. Ruslan Dilanova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyi elan edilib. Ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdü.
 
Ardını oxu...
İcra başçısının qardaşının ailəsindəki faciənin təfərrüatları - ANAMI QAN İÇİNDƏ GÖRƏNDƏ QİSAS HAQQINDA DÜŞÜNDÜM
Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

“Qafqazinfo” Ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.

Münaqişəli ailə, narkotik, qisas…

İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.

Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.

“Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”

Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.

Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.

Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.

Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub.

İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.

Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.

Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.

Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.
 
Ardını oxu...
Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Sanitar Təmizlik İdarəsinin rəhbərliyi tərəfindən işçilərə məzuniyyət verilmir:

“Diqqətinə çatdıraq ki, biz işçilərin haqqı tapdalanır, sözümüzü deyə bilmirik. Haqqımızı tələb edəndə dərhal işimizlə təhdid edilirik.

Mətbuatla lazımi qurumlara sözümüzü çatdırmağa çalışsaq da, yenə rəhbərlik öz sözünü deyir.

Qeyd edim ki, etdiyimiz şikayətlərin heç biri öz həllini tapmayıb. İndi də bizə məzuniyyət vermirlər. Biz robort deyilik, biz də onlar kimi insanlarıq.

Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin vəzifədə olan şəxsləri tərəfindən işçilərə qarşı çox haqsızlıq olunur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd: Şikayətçilərin saytımıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik:

 
 
 
Ardını oxu...
Naxçıvanda əvvəlki özbaşnalıqlar başlayıb! Məmurlar at oynatmağa davam edir!Naxçıvan Dövlət Filarmoniyası işçilərin maaşlarını vermir.

Gununsesi.info xəbər verir ki, Filarmoniya işçiləri deyirlər ki, son 8 ay ərzində 6 konsert veriblər, lakin təyin olunan pul mükafatları Mədəniyyət Nazirliyi tərəfindən mənimsənilib.
Musiqiçilər Novruz Bayramı ərəfəsində 5 gün açıq hava konserti veriblər. Lakin bunun üçün təyin olunan qonorarları da ala bilməyiblər.
Şikayətçilər deyirlər ki, Həsən Seyidov və Vəli Səfərovun pul mükafatlarını mənimsədiklərini bildirirlər.
Həsən Seyidov – Naxçıvan Mədəniyyət Naziri vəzifəsinin müvəqqəti icraçısı, Vəli Səfərov – Mədəniyyət Nazirliyi Aparatının rəhbəridir.
Vəli Səfərov indiki vəzifəsindən əvvəl elə həmin Filarmoniyada direktor müavini olub.
Maraqlıdır ki, Səfərov əvvəllər tamada olub. O, “Yeni Ulduz” müsabiqəsində də iştirak edib.
 
Ardını oxu...
Vətəndaşların məcburi köçkünlər tərəfindən 1990-cı illərdə Qarabağ torpaqlarının işğalından sonra doğma yurdlarından məcburi köçkün düşən bir çox ailələr Bakıda, Sumqayıtda və başqa şəhərlərdə daha əvvəl hökümət tərəfindən ev almış vətəndaşların şəxsi mənzillərində məskunlaşdılar. 32 il öncə dövlətdən ev alan, lakin bir gün olsun belə, o evlərdə yaşaya bilməyən minlərlə insan var.

Çünki həmin evlərdə məcburi köçkünlər məskunlaşıb.

Qarabağa qayıdış başladıqdan sonra, məcburi köçkünlər üçün tikilmiş yaşayış massivlərində minlərlə mənzil boşaldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilən binalardakı boş mənzillərin satışa çıxarılacağını elan edib.

30 ildir ev həsrətində olan, bəzisi dünyasını dəyişən, ömrünün ahıl çağlarını yaşayan, illərdir kirayələrdə, ağır şəraitdə yaşamaq məcburiyyətində qalan insanların hüquqları pozulur. Beynəlxalq məhkəmənin həmin evlərin dərhal sahiblərinə qaytarılması ilə bağlı qərarı var.

Mövzu ilə bağlı Yenicag.az-açıqlama verən hüquqşünas Ramil Süleymanov deyib ki, şəxsi mənzillərdən məhrum olunduqlarına görə, mənzilləri zəbt olunmuş vətəndaşların əldən çıxmış fayda ilə bağlı yenidən Azərbaycan Respublikasının müvafiq qurumuna müraciət edərək, evlərinin zəbt olunduğu müddət üzrə kompensasiya tələb etmələrinə tam ixtiyarları var:

“Qeyd edim ki, torpaqlarımız işğal altına düşdükdən sonra, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, o cümlədən, respublikamızın digər rayon və şəhərlərində boş qalmış mənzillər məcburi köçkünlər tərəfindən özbaşına qaydada tutuldu və bununla bağlı həmin mənzilləri müvəqqəti və ya müəyyən bir zaman üçün mənzillərini tərk etmiş vətəndaşlar faktiki olaraq, evsiz qalaraq, bir qismi kirayə ev tutmaq məcburiyyətində qaldı”, – deyə o bildirib.

R.Süleymanov deyib ki, həmin evlərin dərhal boşaldılması ilə bağlı bir çox məhkəmə qərarı var.
“Lakin o vaxt həmin mənzillərin dərhal boşaldılması icra oluna bilməmişdi. Vətəndaşlar daha sonra yenidən məcbur olaraq, məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsi – ədalətli məhkəmə hüququnun pozulması, eyni zamanda 1 saylı protokolun birinci maddəsi – mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəmələrə müraciət etmək məcburiyyətində qaldılar.
Əlbəttə, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı bu pozuntunu tanıdı. Lakin az hallarda Azərbaycan dövləti tərəfindən ilkin yerləşdirmələrə əsasən, həmin məcburi köçkünlərin dövlət tərəfindən tikilən evlərə təcili yerləşdirilməsi həyata keçirildi, lakin bir çoxu icra edilmədi”, – deyə o əlavə edib.

Hüquqşünas qeyd edib ki, hazırda hökümət tərəfindən vaxtilə məcburi köçkünlərin yerləşmiş olduğu şəhərciklərdə, mənzillərdə artıq boşaldılmamalar başlanılıb və şükürlər olsun, onlar öz doğma yurdlarına geri qayıdırlar. Həmin mənzillərin təkrar satışı elan olunub:
“Şəxsi mənzillərdən məhrum olunduqlarına görə mənzilləri zəbt olunmuş vətəndaşların əldə çıxmış fayda ilə bağlı yenidən Azərbaycan Respublikasının müvafiq qurumuna müraciət edərək, mənzillərin zəbt olunduğu müddət üzrə kompensasiya tələb etmələrinə tam ixtiyarları var. Bu kompensasiya ödənilmədiyi halda, bununla bağlı məhkəməyə müraciət edərək, müvafiq kompensasiyanın ödənilməsini tələb edə bilərlər. Bu, əlbəttə, dövlət tərəfindən icra olunacaq bir layihədir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti