Ardını oxu...
Vaxtilə rüşvətə görə işdən çıxarıldığı iddia olunan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Şirvan-Salyan Regional filialının sabiq direktoru Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbər gətirilir.

Dia-az.info Demokrat.az-a istinadən xəbər verir ki, Zəfər Nağıyev bu barədə özü yaxın ətrafına danışıb.

Təqribən 15 gündür boş qalan sözügedən vəzifəyə təyinat üçün Zəfər Nağıyevin hazırda məzuniyyətdə olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da razılığını aldığı deyilir.

Zəfər Nağıyevin əsas rəqibi hesab olunan Əsəd Əsədov da sözügedən vəzifəyə iddialıdır.

Məlumata görə, hazırda Zəfər Nağıyevlə Əsəd Əsədov arasında ciddi mübarizə gedir.

Qeyd edək ki, Əsəd Əsədov hazırda Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədr müavinidir.
 
Ardını oxu...
Baku TV-nin əməkdaşı aprelin 20-də Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın tanışı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətov tərəfindən öldürüldüyü ərazidə olub.

Hadisə şahidinin sözlərinə görə, uşaqlarla həyətdə durarkən “kömək edin” qışqırıq səslərini eşidiblər:

“Baxdıq gördük ki, xanımın arxasınca bir oğlan qaçır. Oğlan qızı güdürmüş. Arxadan yaxınlaşıb, bıçaq zərbəsi endirib. Sevgili olublar. Sonra ayrılıblar. Oğlan qıza “barışmasan, öldürəcəyəm” deyib”.

Daha ətraflı süjetdə:


11:16

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 20-də saat 6-da Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Səbuhi Qürbətov saxlanılıb və hazırda ona polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

09:52

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Xətai qızı Cabbarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Səbuhi İlkin oğlu Qurbanov sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
 

ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək.

APA xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov "TASS" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva cavab tədbirlər görəcək.

“Rusiya aktivlərinin müsadirəsi ABŞ-nin imicinə xələl gətirəcək və bu ölkədəki investorları qorxutacaq”, - Peskov vurğulayıb.
 
Ardını oxu...
Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, imtahanda 46 169 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Respublikanın 25 şəhər və rayonunda təşkil edilən imtahan üçün 203 bina, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.

Bugünkü imtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub.
 
Ardını oxu...
Son illər Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq nazirlərin vətəndaşlarla görüşü həyata keçirilir.

Belə ki, nəzərdə tutulmuş plana uyğun olaraq, nazilər ölkənin müxtəlif bölgələrində vətəndaş qəbulu həyata keçirir.

Ancaq Azərbaycanın elm və təhsil nazir Emin Əmrullayev isə vətəndaş qəbulu məsələsində imitasiya ilə məşğul olur.

Ardını oxu...

Belə ki, nazirliyin açıqlamasında Emin Əmrullayevin Samux rayonunda vətəndaş qəbulu keçirdiyi barədə məlumat yayılıb.

Həmin məlumatda bildirilir ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər.

Ancaq nazirlə görüşə gəlmək istəyən çoxsaylı vətəndaşlar buna nail ola bilməyib.

Gununsesi.info–nun elektron poçtuna yazan bir qrup vətəndaş iddia edib ki, Emin Əmrullayev qəbul adı ilə Regional Təhsil İdarəsinin strukturlarında çalışan işçiləri ilə görüşüb.

Nəticədə onlarla vətəndaş nazirin qəbuluna buraxılmayıb.
Ardını oxu...
Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
Bildirilirb ki, həmin ünvanda müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib:
Qeyd olunur ki, aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib:
“Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal obyektində 6 min 600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar, 2 min 630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici, habelə 31 min 700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.
Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29 min 500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1 100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1 900 litr araq xammalı, 3 min 700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.
İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.
Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir.

Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, Tağıyev İlqar Nizami oğlunu və Tağıyev Nizami Haqverdi oğlunu da məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki oteli ilə bağlıdır. Bu otelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlər bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.
 
Ardını oxu...
Zərdab Rayon İcra Hakimiyyəti Zərdab rayonu Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Zərdab Rayon İcra Hakimiyyəti orta məktəb binasının tikintisinə 28 mart 2023-cü il tarixli 1 saylı sənəd əsasında icazə verib.

Bildirilir ki, tikintisinə icazə verilən orta məktəb binasının tikinti sahəsi 2 859,1 kv. metr, ümumi sahəsi 5 700,73 kv. metr, mərtəbələrinin sayı isə 2 (+zirzəmi) olacaq.

Məlumat üçün bildirək ki, 28 mart 2024-cü il tarixində tikintisinə icazə verilən orta məktb binasının tikintisi ilə bağlı tender müsabiqəsini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən ilin noyabr ayında keçirib. Ümumi dəyəri 5 milyon 298 min 314 manat 96 qəpik olan tender müsabiqəsinin qalibi “İnşaat servis-X” MMC (VÖEN – 1301230201) olub. “İnşaat servis-X” MMC bu ilin sonuna kimi Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasını tikib başa çatdırmaldır.

Qeyd edək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.

Onu da bildirək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.21.15.-ci bəndində qeyd olunur ki, Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisi 2019-2023-cü illərdə həyata keçirilməlidir. Amma, açıqlanan məlumatlardan belə görünür ki, Dövlət Proqramı başa çatsa da, nəzərdə tutulan tikinti işi icra olunmayıb.
 
Ardını oxu...
Abşeron rayonu, Saray qəsəbəsi, "Təzə məhəllə" sakini Rzayev Əli Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir:

"Hörmətli Baş prokuror!

Yazıb sizə bildirirəm ki, mən 12 aprel 2018-ci il tarixdən 2019-cu il fevral ayının 18-ə kimi Sabirabad rayonunun Qaraqaşlı kəndində fermer iş adamı Mirzəyev Sahib Tapdıq oğlunun idarə etdiyi balıq gölündə müqavilə ilə (ayda 400 manata) işləmişəm. Əmək haqqım yetişdirdiyimiz balıqlar böyüyüb satılandan sonra ödənilməliydi. Lakin balıq məhsulu satılıb qurtarandan sonra Mirzəyev Sahib mənə çatası 400 manat pulu vermək istəmir. Məni təhqir edir, “get hara istəyirsən şikayət et” deyərək, mənə ödəniləsi olan əmək haqqımdan boyun qaçırır.

Cənab prokuror, xahiş edirəm mənə kömək edin, müvafiq qurumlara tapşırıq verin.

Qeyd edim ki, Sabirabad rayon Polis şöbəsi şikayətimə baxmadı. Polis biz vətəndaşların yanında olmalı, saxtakar insanları müdafiə etməməlidir".

Məsələ ilə bağlı Mirzəyev Sahib Tapdıq oğlunun mobil nömrələri ilə əlaqə saxladıq. Telefonu açan şəxs nömrələrin Sahib adlı şəxsə aid olmadığını bildirdi. Şikayətçi isə deyir ki, nömrələr Sahibə məxsus olsa da, özünü gizlədir.
Ardını oxu...
“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, Birinci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirovlara qədər, 20 yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq.

10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər.

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var. O da İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər.

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu.

Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?

Son 30 ildə cəhbəçiliyin və Əli Kərimliçiliyn çörək və siyasi ideologiyası - “Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?

Xarici ordularla belə işləyərlər, cənablar. Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”,- deyə o bildirib.
 
Ardını oxu...
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumatı təsdiqlənərsə, milyarderin qardaşı yalan şahidlikdə ittiham olunacaq.

TEREF lent.az-a istinadən xəbər verir ki, Karl-Erivan Haub Almaniyanın ən zəngin adamlarından biri hesab olunurdu. O, OBI tikinti mağazaları şəbəkəsinin daxil olduğu Almaniyanın "Tengelmann Group" holdinqinə rəhbərlik edib. 19-cu əsrdə ana tərəfdən əcdadları tərəfindən qurulan şirkət ona 2000-ci ildə təqaüdə çıxan atasından miras qalıb.

2018-ci ilin mart ayında Haubun atası vəfat edib. Bir ay sonra 58 yaşlı milyarder Alp dağlarında xizək kurortuna gedib və yoxa çıxıb. Onu sonuncu dəfə 2018-ci il aprelin 7-də İsveçrə-İtaliya sərhədindəki Klein Matterhorn dağının yamacında görüblər. Bundan sonra onunla əlaqə kəsilib.

Haubun ailəsi axtarışa "əhəmiyyətli miqdarda" töhfə verib. Beş helikopter və bir neçə xilasedicilər qrupu görmə qabiliyyətinin zəif olmasına və uçqun təhlükəsinə baxmayaraq, dağları axtarıblar. Altı gündən sonra əməliyyatın dayandırılması qərara alınıb. İtkin düşən milyarderin cəsədi heç vaxt tapılmayıb.

2021-ci ildə Köln rayon məhkəməsi rəsmi olaraq Haubun artıq həyatda olmadığını elan edib. O vaxta qədər ailə biznesi onun qardaşı Kristian Haubun nəzarətinə keçib.

Milyarderin yoxa çıxmasını araşdıran Almaniyanın RTL telekanalının jurnalistləri onun hələ də sağ olduğuna inanırlar. Bunun ilk hesabatları təxminən bir il əvvəl alman nəşri "Stern"in Haubun təzə fotoşəkillərini dərc edərkən ortaya çıxıb.

Çəkilişlərin 2021-ci ilin fevralında, yəni Alp dağlarında baş verən hadisədən üç il sonra Moskvada aparıldığı iddia edilir. Biometrik analizə görə, onların üzərində təsvir edilən kişinin itkin iş adamı olma ehtimalı 90 faizdir. "Stern" yazıb ki, görüntülər FSB-dəki mənbədən alınıb.

RTL araşdırmasında iştirak edən jurnalist Liv von Böttiçer Almaniyanın "Capital" jurnalına bu görüntülərin əsl mənşəyi haqqında danışıb. Onun sözlərinə görə, Haub yoxa çıxandan sonra qardaşı Kristian nə baş verdiyini təkbaşına anlamağa çalışıb.

O, Moskvada istifadə edilən müşahidə kameraları və üz tanıma sistemlərinə çıxışı olduğu iddia edilən özəl detektivləri və İsrail-Amerika firmasını işə götürüb. Sistemdə milyarderin şəkillərini tapmağa çalışıblar və buna nail olublar.
RTL jurnalistləri Haubun Rusiyaya məşuqəsi Veronika Ermilovanın köməyi ilə getdiyindən şübhələnirlər. "Daily Mail" onun 44 yaşında olduğunu iddia edir. "LinkedIn"in məlumatına görə, qadın xizəkçilər və alpinistlər üçün turlar təşkil edən Sankt-Peterburq şirkətində işləyir.

Haub və Ermilova arasında son telefon danışıqlarından biri bir saatdan çox davam edib. RTL jurnalistlərinin fikrincə, onlar onun Rusiyaya qaçmasına hazırlaşıblar.

Haub və Ermilova arasındakı əlaqə, RTL-nin hesab etdiyi kimi, onların səfərləri haqqında məlumatlar ilə təsdiqlənir. 2008-ci ilin iyulunda həm o, həm də məşuqəsi eyni vaxtda Moskva və Soçiyə gediblər. 2009-cu ilin may ayında hər ikisi fərqli kupelərdə olsalar da, eyni qatarda Moskvadan Sankt-Peterburqa gediblər. Həmçinin Haub və Ermilova üçün biletləri eyni şəxs alıb. Bundan əlavə, RTL onların eyni vaxtda 2010-cu ildə Omsk, 2011-ci ildə Soçi, 2014-cü ildə Bakı və 2015 və 2017-ci illərdə Moskvaya səfər etdiyini aşkar edib. Məlumata görə, bu səfərlərin hər biri gəzinti xarakterli olub.

RTL jurnalistləri Ermilovanın kəşfiyyat xidmətləri ilə əlaqəsi ola biləcəyindən şübhələnirlər. Lakin onlar bu nəzəriyyəni sınaqdan keçirə və sübut edə bilmədiklərini etiraf edirlər.

Böettiçerin sözlərinə görə, Haubun qardaşı 2021-ci ildə məhkəmə iclasından əvvəl də Moskvadakı müşahidə kameralarından görüntüləri görüb və milyarderin başına gələnləri bilib. Buna baxmayaraq, o, and içərək bildirib ki, onun sağ olmasına dair heç bir etibarlı sübut yoxdur.

RTL jurnalistlərinin şikayətindən sonra Köln şəhər prokurorluğu araşdırmaya başlayıb. Haubun xaricdə gizləndiyi təsdiqlənərsə, qardaşı yalan şahidlikdə ittiham oluna bilər.

RTL jurnalistləri hələlik qaçışın səbəbinin nə olduğunu bilmirlər. "Biz şübhələnirik ki, Karl-Erivan Haub Rusiya ilə və ya rus iş ortaqları ilə münasibətlərinə görə Qərbdə problemlər yaşaya bilər", - Böetticher iddia edib. O, hansı münasibətlərdən və problemlərdən söhbət gedə biləcəyini dəqiqləşdirməyib.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti