Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA
Bakıda özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar məktəblərin "WhatsApp" qruplarında yayılıb.

Bildirilib ki, mənzillərin ətrafında özlərini nazirliyin əməkdaşı kimi təqdim edən bir qrup şəxs vətəndaşlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşur və biometrikadan keçməli olduqlarını bildirir.

İddiaya görə, onların əllərində notbuk, biometrik cihaz və sakinlərin siyahısı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirib ki, bununla bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

"Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa, polisə, eləcə də "102" Xidməti-Zəng Mərkəzinə məlumat verməyi tövsiyə edirik", - deyə açıqlamada qeyd edilib.
 

Bölmənin digər xəbərləri

20 Sentyabr 2024 Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi ləğv olundu
20 Sentyabr 2024 Tarixə özünəməxsus iz qoyan bir hadisə, saxtakarlıqdan qanuniliyə çevrilən Küçükpazar Karakolu...
20 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur - "...əskik pul ödədiyiniz üçün adınız gecikməyə düşür"
20 Sentyabr 2024 Şirkət müştəriləri günlərlə susuz qoyur - “Sirab”ın su sifarişlərindən ŞİKAYƏTLƏR
19 Sentyabr 2024 Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? VİDEO
18 Sentyabr 2024 Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?
18 Sentyabr 2024 3 UŞAQ ANASI EVDƏN QAÇIB – Həyat yoldaşı onun tapılması üçün kömək istəyir
18 Sentyabr 2024 Bakı yollarında COP29 zolaqları salınır - RƏSMİ
18 Sentyabr 2024 Banqladeşli İdrisin hekayəsi: "- Uşaqlarıma işimin nə olduğunu heç vaxt demədim."
18 Sentyabr 2024 Və… «SORRY», Boz qurd!
17 Sentyabr 2024 Oktyabrda quru sərhədlər açılacaq? – Nazirlər Kabinetindən AÇIQLAMA
17 Sentyabr 2024 Əlil hərbçi dələduzluqla üzləşib – Prezidentdən kömək istəyir
17 Sentyabr 2024 Türkiyədə Narin və Sıladan sonra iki yaşlı körpə çöldə ölü tapıldı
16 Sentyabr 2024  “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
16 Sentyabr 2024 Qubada iki aydan çoxdur dağılan körpü hələ də bərpa edilməyib
16 Sentyabr 2024 Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
16 Sentyabr 2024 Türkiyədə fabrikdə partlayış - 21 yaralı+ YENİLƏNİB
15 Sentyabr 2024 Sürücülərə PİS XƏBƏR: Bu maşınlar ölüm riski daşıyır
15 Sentyabr 2024 Ağdərədə FHN-in maşını aşdı – Nazirliyin əməkdaşı həlak oldu
14 Sentyabr 2024 Aeroportda ödənişsiz “WiFi” ləğv olunub?- Sərnişinlər şikayət edirlər

Dünyapress TV

Xəbər lenti