Ardını oxu...
İnsanları bu qədər əziyyətə salmaq nəyə lazımdır, axı?

Azərbaycanda müəyyən xəstəlikləri olan xəstələr, o cümlədən autizmli xəstələr pulsuz dərman alırlar. Bununla belə, müəyyən psixi xəstəlikləri və pozğunluqları olan uşaqların bir çox valideynləri şikayət edirlər ki, hər dəfə dərman almaq çox vaxt və zəhmət tələb olunur. Onlar əvvəlcə resept, sonra lazımi dərmanlar almaq üçün bəzən şəhərin müxtəlif yerlərində yerləşən klinikadan klinikaya qaçmalı olurlar. Və beləliklə, hər ay prosedurun mürəkkəb olmaması lazım olduğu görünsə də, proses eyni şəkildə davam edir.

Autizmli uşaq atası Əhməd Rəhmanov AYNA-ya deyib ki, o və ya həyat yoldaşı bu məqsədlə 2 gün, hətta ayda 3 gün vaxt sərf etməyə məcburdurlar: “Lazımi klinikalara baş çəkmək, övladımıza dərman ala bilmək üçün çətinlik çəkirik. Təkcə biz deyil, çox sayda psixi inkişafda qüsurlu uşaqları olan ailələr oxşar vəziyyətlərlə üzləşir. Paytaxtda yaşayanlar üçün prosedur bu qədər çətindirsə, regionlarda işlər daha çətindir”.

Həmsöhbətimizin fikrincə, problemin səbəbi səhiyyə sisteminin düzgün qurulmaması ilə bağlıdır və dəyişdirilməsinə ehtiyac var: “Mən ondan başlayacağam ki, bütün uşaq klinikalarında psixiatr yoxdur və bunun səbəbi aydın deyil. Bu, əqli qüsurlu uşaqların valideynləri üçün böyük problemlər yaradır. Yenə də deyirəm, əgər Bakıda vəziyyət belədirsə, regionlarda hələ də hər şey daha mürəkkəbdir. Məsələn, biz Keşlədə yaşayırıq və uşağımızı evimizin yaxınlığındakı poliklinikaya təyin ediblər, amma orada psixiatr yoxdur və klinikamız Xətaidə yerləşən 1 saylı uşaq poliklinikasının tabeliyindədir. Belə ki, övladımıza dərman almaq üçün əvvəlcə klinikamızın terapevtinə gedib, oğlumuzun tibbi kartını ondan almalıyıq. Sonra Xətaidəki klinikaya getməlisən və orada nevropatoloqdan psixiatra göndəriş almaq lazımdır. Bundan sonra psixiatrın resepti üçün Neftçiərdəki 17 saylı poliklinikaya baş çəkmək və onunla birlikdə 1 saylı poliklinikaya qayıtmaq lazımdır ki, nevropatoloq təsdiq etsin və baş həkim möhürü vursun”.

“Uşağım dispanser qeydiyyatındadır və aydın deyil ki, niyə psixiatr resept yazdıqdan sonra nevropatoloq tərəfindən təsdiqlənməlidir. Məgər səhiyyə sistemimiz öz mütəxəssislərinə etibar etmir? Onda niyə orada otururlar? Bütün bunlardan sonra reseptlə “Xalqlar Dostluğu” metrostansiyasının yanındakı klinikaya getməlisən ki, nəhayət oradakı aptekdən dərman alasan”, - deyə ata gileylənir.

Eyni zamanda, onun sözlərinə görə, bütün həkimləri saat 14:30-dan əvvəl tutmaq lazımdır, çünki bu, onların işlədiyi vaxtdır: “Amma belə çıxır ki, ayaqlaşmaq kifayət qədər çətindir: ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra bütün klinikalarda böyük növbələr yaranıb. Bir kağız parçasına imza atması üçün həkimin kabinetinə çatmaq artıq bir gün çəkir. Bütün bu müddət ərzində müəyyən psixi problemləri olan, o cümlədən Daun sindromlu və serebral iflicli uşaqların bir çox valideynləri bir klinikadan digərinə qaçmaq məcburiyyətində qalırlar. Onların təcili işləri var, amma heç kim bununla maraqlanmır”.

Rəhmanovun qeyd edib ki, əvvəllər prosedur sadə olmasa da, daha az bürokratik idi: “Yenə bizdən uzaqda olan Zığ şossesində yerləşən 4 saylı uşaq poliklinikasının psixiatrına gedirdik. Psixiatr resept yazır, həmin klinikanın baş həkimi tərəfindən razılaşdırılır və dərmanları 19 saylı poliklinikadan alırdıq. Sədr müavini olduğum “Müstəqil Həmkarlar İttifaqı” İctimai Birliyi adından fevralın sonunda TƏBİB-ə məktub göndərmişik, lakin hələlik heç bir cavab verilməyib. Bundan əvvəl Səhiyyə Nazirliyinə də eyni məktub göndərdik və oradan bildirdilər ki, bu məsələlərlə TƏBİB məşğuldur”.

Müsahibimizin dediyinə görə, şəkərli diabet xəstələri də analoji vəziyyətlə üzləşirlər: “Onlar da həyati vacib dərmanları almaq üçün hər ay çətin prosedurdan keçirlər. Abşeronun bir kəndində yaşayan, lakin əvvəllər yaşadıqları yer üzrə klinikada resept yazaraq dərman almaq üçün digər Abşeron kəndində yerləşən poliklinikaya müraciət edənləri tanıyıram. Həm də hər dəfə dərman verən klinikalarda uzun növbələr yaranır, çünki xəstələr on gün ərzində dərmanı almalıdırlar. Müxtəlif kateqoriyalı xəstələr üçün dövlət tərəfindən pulsuz dərmanların verilməsi çox düzgün qərardır, lakin onların alınması proseduru həmin xəstələr üçün başağrısına çevrilməməlidir, yəni hər şeyi diqqətlə düşünmək lazımdır. Və bu prosedur təkmilləşdirilməlidir”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 659 min 900 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Antidopinq Agentliyi satınalma müqaviləsini Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Turkish Doping Control Center” adlı antidopinq analizi Iaboratoriyası ilə bağlayıb.
Məlumatda bildirilir ki, müqavilə “Dövlət satınalmaları haqqında” Qanununun 49.1.1-ci maddəsinə uyğun olaraq imzalanıb.
Qeyd edək ki, Qanunun qeyd olunan maddəsi satınalmaya o halda icazə verir ki, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda.
Məlumat üçün onu da bildirək ki, “Turkish Doping Control Center” Ümumdünya Antidopinq Agentliyində (ÜADA) akkreditə olunan yeganə laborotariya deyil. Hazırda dünyada ÜADA tərəfindən akkreditə olunan onlarla laborotariya fəaliyyət göstərir. “Turkish Doping Control Center” də Türkiyənin Hacettepe Universiteti tərəfindən qurulan həmin antidopinq analizi Iaboratoriyalarından biridir.
 
Ardını oxu...
Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

"Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”, - məlumatda bildirilib.
 
Ardını oxu...
Bakının mərkəzi hissələrindəki parkinq qiymətlərinin kəskin qaldırılması ciddi müzakirələrə yol açıb. Kirayədə qalanlar, iş yerlərinə avtomobillə getməyə məcbur olanların yeni parkinq qaydaları ilə bağlı narazılıqları səngiməmiş, indi də bu məsələ ilə bağlı fikirlər heç də birmənalı deyil.

Yeddi aya yaxındır ki, istifadəyə verilən “AzParkinq” mobil tətbiqi şəhər əhalisinin rahatlığının təmin edilməsinə hesablansa da, sistemdən narazı qalanların sayı günü-gündən artır. Xatırlayırsınızsa, mobil tətbiq istifadəyə verilərkən “cəlbedici marketinq siyasəti həyata keçirilir”, “bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq”, “sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər” kimi qulağa xoş gələn məqamlar diqqətə çatdırılırdı. Belə də oldu. Amma qiymətlər, gözlənilən, lakin həyata keçməyən güzəştlər əhalini narazı salır.

TEREF yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

“Sistem belə işləməməli idi”​

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, sistem əslində belə işləməməli idi: “Bəzi ölkələrdə parklanma əraziləri bələdiyyələrə aiddir. Yəni hər bələdiyyənin öz ərazisindəki park yerləri, icra hakimiyyətinin balansında müəyyən əraziləri və ümumi yollar olur. Bizdə isə belə deyil. Biz əslində indiki “AzParkinq”in analoji təcrübəsini bir neçə il öncə yaşamışdıq. Bakının müəyyən ərazilərində kiosklar var idi, insanlar park edəndə ən yaxın kioskdan pulunu ödəyirdilər. Həmin vaxt Moskvada, Londonda artıq mobil telefonlarla müəyyən iş dövriyyəsi olan parklanma yerləri yaradılmışdı. Biz o zaman da gözləyirdik ki, xarici analoji təcrübələr istifadə olunacaq, amma olmadı və bir müddət sonra kiosklar da ləğv edildi”.

“Parklanma xidməti gəlir mənbəyi deyil”

Mütəxəssis bildirir ki, hazırkı sistemin tətbiqində əsas məqsədə fokuslanmaq lazımdır. Parklanma xidməti gəlir mənbəyi deyil: “Dünya ölkələrində də şəhərin mərkəzi hissələrinə girişi azaltmaq üçün qiymətlər digər ərazilərdən yüksəkdir. Bu, normaldır və məqsəd camaatdan daha çox pul almaq deyil. Təəssüflər olsun ki, bizdə problemlər var. Məsələn, bəzi yerlər var ki, əvvəllər müəyyən qadağanedici zolaqlar olsa da, sürücülər orada qanunsuz park edirdi və tıxac yaradırdı. “AzParkinq” problemi həll etmək üçün bunu ləğv etmədi, sadəcə orada parklanmanı qanuniləşdirdi. Belə vəziyyətlərdə insanlar düşünür ki, məqsəd avtomobilləri kənarlaşdırmaq yox, daha çox pul qazanmaqdır”.

“Yeniliklər insanların iqtisadi vəziyyətinə uyğun olmalıdır”

Həmsöhbətimiz deyir ki, parklanmadakı yeniliklər insanların iqtisadi vəziyyətinə uyğun olmalıdır: “İnsanların həyat standartları, maaş göstəriciləri nəzərə alınmadan qoyulan qiymətlər təbii ki, tənqidə yol açacaq. Bir təcrübə “a” ölkəsindən “b” ölkəsinə inteqrasiya ediləndə olduğu kimi deyil, müəyyən motivlərə uyğun həyata keçirilməlidir. Biz ya olduğu kimi gətiririk, ya da daha da ağırlaşdırırıq. İnsanların iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Sosial şəbəkələrdə “pulun yoxdur, maşın sürmə” deyənlərə də rast gəlirik”.

Sistem kirayədə yaşayanların hüquqlarını pozur?

Parkinqlə bağlı digər problem kirayə yaşayanlar və qeydiyyatsız evlərdə olanların tətbiqdə sakin hesab olunmaması, güzəştlərdən faydalana bilməməsidir. Sakinlər güzəştlərdən faydalana bilməmələrini hüquqlarının pozulması kimi qiymətləndirirlər.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, yaşadığın ərazidə qeydiyyatda olmamaq, kirayə müqaviləsi bağlamamağın özü qanun pozuntusudur: “Qanunsuz bir hərəkəti başqa bir qurum tərəfindən legitimləşdirmək istəyi düzgün deyil. Bəli, Bakıda 100 minlərlə insan qeydiyyatsız yaşayır. Evlər var ki, daşınmaz əmlak kimi dövlət əmlakının reyestrinə daxil edilməyib. Bu, problemdir, amma parklanma sisteminin qeydiyyatsız, yaxud müqaviləsiz kirayədə evdə yaşayanı sakin kimi tanımaması hüquq pozuntusu deyil”.

Açıq qalan suallar

Bu sistem tətbiq olunduqda iş yerlərinin ərazisində də güzəştlərin tətbiqi planlaşdırılırdı. Çünki bir şəxs əgər gün ərzində doqquz saat işdə olmalıdırsa, hər gün üçün 10-12 manat parklanma üçün ödəniş etməsi xərclərinə ciddi şəkildə təsir edir. S.Məmmədov deyir ki, bu, insanlara ciddi problem yaradır: “Məsələn, ən azı tədris mərkəzləri, kolleclər, universitetlər, hansıların ki, parklanma yerləri yoxdur, burada parklanma ya ümumiyyətlə pulsuz edilməlidir, ya da güzəştlər tətbiq olunmalıdır. Çünki müəllimlərin maaşı bu qiymətləri ödəməyə imkan vermir. Lakin onlar bununla bağlı müraciət etsələr də, birmənalı olaraq imtina verirlər, bu da açıq qalan sualdır”.

Güzəştlər nəzərdə tutulur

Güzəşt gözləyərkən, şəhərin mərkəzindəki avtodayanacaqların qiymətinin fantastik həddə bahalaşması yenidən ciddi narazılıq yaradır. Məsələn, Bakının ən böyük avtomobil dayanacağı hesab olunan “Qış parkı”ndakı parkinq qiymətləri nə az, nə çox - birdən-birə 170% artırılır.

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, qiymətlər tələb və təklifə görə müəyyənləşir: “Tələb nə qədər çox, təklif az olsa, təbii ki, bu, qiymətlərə təsir edəcək. Bu problemin həlli üçün dayanacaqların sayını artırmaq lazımdır ki, rəqabət formalaşsın”.

Nəqliyyat mütəxəssisi deyir ki, güzəştlərin tətbiq edilməsinə də yəqin ki, gələcəkdə diqqət ayrılacaq: “Elə məsələlər var ki, mərhələlərlə həllini tapır. Hazırda güzəştlərlə bağlı araşdırmalar aparılır. Yaşadığı, işlədiyi ərazinin imkanlarından asılı olaraq sürücülərə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə deyir ki, Hökumət evi, “Qış parkı” və “Mərkəzi park”da yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır: “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir. Təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.
 
Ardını oxu...
Bakının Nəsimi Rayonunda dava zamanı 3 nəfər bıçaqlanıb.

Hadisə Cavadxan küçəsində baş verib.

Belə ki, 6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəllüdlü Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəllüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəllüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.
 
Ardını oxu...
Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı - 31 mart soyqırımından 106 il keçir.

Oxu.Az xatırladır ki, 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən onminlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb.

Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı hadisələri barədə yazıb:

“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

AXC yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılıb.
Ardını oxu...
Həmin Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə bir edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv ediblər.

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Milli Məclisin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəm deyil.

Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü.
Ardını oxu...
Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.

Bu hadisələrə onların bilavasitə təşkilatçısı olan Stepan Şaumyan özünəməxsus don geyindirməyə çalışırdı. 1918-ci il aprelin 13-də o, Moskvaya Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi məna yükləmək üçün dəridən-qabıqdan çıxırdı.

Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğub. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.

1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni vəhşiliyinin miqyası barədə təsəvvürləri aydınlaşdırıb.
 

 

Ardını oxu...
Sahibini qəfil qarşısında görən pinqvin balasının görüntüləri izləyicilərin marağına səbəb olub.

TEREF publika.az-a istinadən xəbər verir ki, anidən sahibini görən pinqvin ona tərəf qaçıb. Daha sonra onu möhkəm qucaqlayıb.

Pinqvinin bu xoşbəxtliyi izləyənlərin həm də kövrəlməsinə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

 
     
Ardını oxu...
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.
Bu barədə Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.
Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.
Fazil İsmayılov açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.
Fazil İsmayılovun kömək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.

 

27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.

Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.

Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.
Ardını oxu...
Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:
- Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
- İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.
- İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib. Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.
Ardını oxu...
- İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
- Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
- Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
- Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.
Ardını oxu...
- Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.
Ardını oxu...
Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan “Troll fabriki” necə işləyir?” adlı məqalədə kimlərin “troll” hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə “trolları” müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, “trollar”ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: “Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta “troll” hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur”.
 

Ardını oxu...
 

Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bu kontekstdə birmənalı rəy yoxdur, çünki hər hansı rəsmi açıqlama verilməyib. Yalnız siyasi dəhlizlərdə eşidilən söhbətlərə əsaslanaraq siyasətçilər bu yöndə rəylər bildirirlər, ehtimallarını səsləndirirlər. 

Mediada, sosial şəbəkələrdə də bu müzakirələr intensivləşib. Son iddialar bundan ibarətdir ki, yaxın vaxtlarda parlament buraxılacaq və növbədənkənar seçkilər elan olunacaq. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Həmçinin vurğulanır ki, seçkilərin iyunda, yaxud iyulun əvvəllərində keçirilməsi daha münasib görünür. Çünki payızda ölkədə COP29 kimi böyük miqyaslı tədbir baş tutacaq. Habelə dekabrda da bələdiyyə seçkiləri keçirilməlidir. 

Bunun paralelində isə belə rəylər də var ki, ölkədə referendum da keçirilə bilər. Ancaq hüquqi, konstitusion baxımdan buna ehtiyacın, zərurətin olmadığını deyənlər də çoxdur. 

Parlament seçkilərinin isə zərurət olduğunu əksəriyyət söyləyir...

Beləliklə, siyasilərdə olan son bilgilər nədir? Parlament seçkilərinə hazırlıq gedirmi? İyunadək bu prosesi yekunlaşdırmaq üçün hazırkı reallıqlar uyğundurmu?

Ardını oxu...

Tural Abbaslı: “İyun ayına qədər...”

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendumun olub-olmaması qərarını iqtidar verəcək: “Adətən hakimiyyətdə birinci şəxs bu qərarı verir, yəni prezidentin qərarı olur. Bir çox hallarda iqtidar komandasının belə bu cür verilmiş ciddi siyasi qərarlardan öncədən xəbəri olmur. Məsələn, buna misal kimi bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisini göstərə bilərik. Hansı ki, növbədənkənar prezident seçkisi elan olunanda iqtidarda rəhbər strukturlarda təmsil olunan böyük əksəriyyətin bundan heç xəbəri yox idi. Bu barədə söz-söhbətlər getmir, gözləntilər də yox dərəcəsində idi. Amma siyasi iradə ortada oldu və bu reallaşdı. Bir sözlə, referendumun olub-olmaması iqtidar daxilində gedən müzakirələrdən daha çox birinci şəxsin qərarından asılı olacaq. Referenduma ehtiyac var ya yox, keçirilsin ya keçirilməsin kimi suallar mənə ünvanlansa, o zaman cavab verərdim ki, referenduma ehtiyac var, konstitusiyada dəyişikliklər olmalıdır. Azərbaycanda XXI əsrin, müasir dövrün tələblərinə uyğun konstitusiya formalaşdırılmalı, siyasi idarəetmə təkmilləşdirilməli, siyasi partiyaların siyasi yükləri, çəkiləri dövlət idarəçiliyində artırılmalıdır. Bir çox məsələlər var ki, konstitusiya dəyişikliyi labüddür. Parlamentdə say tərkibinin artırılması, eləcə də fraksiya kimi məsələlərə ehtiyac var”.

Partiya başqanı növbədənkənar parlament seçkiləri məsələsinə də toxundu: “Bu artıq müzakirə mövzusu deyil. Çünki labüdlükdür. Ortada bir qanun var. Növbədənkənar seçkilərlə bağlı qanunvericilikdə konkret göstərişlər var. COP29 və dekabrın sonralarında keçiriləcək bələdiyyə seçkilərini hesablasaq, görünən odur ki, parlament seçkiləri yenə də növbədənkənar olmalıdır. Milli Məclis yenə də özünü buraxmalıdır. Haradasa 4-5 ay öncədən yenidən parlament seçkiləri olmalıdır. Bunun başqa yolu da yoxdur. Qanunvericilik və tarixlə hesablayanda iyun ayına qədər bu seçkilər elan olunmalıdır. Ondan o tərəfə saxlanılması mümkün deyil. Qanunvericilikdə tələblər var. Bu da deputatların iradəsindən asılı olmayacaq. Qanunvericiliyin tələbi olacaq. AĞ Partiya olaraq biz də seçkilərə ciddi hazırlaşırıq. Namizədlərin müəyyən edilməsi, partiyanın seçkilərdə ümumi strateji xətti və digər məsələlər müəyyən edilməkdədir. Məndən olsa, parlament seçkiləri nə qədər tez olsa, bir o qədər yaxşıdır. Yeni siyasi reallıqları özündə əks etdirən, daha dinamik, çevik, müasir zamanın çağırışlarına cavab verə biləcək, region və dünyadakı dəyişiklikləri nəzərə alan bir parlament formalaşsa, Azərbaycan üçün daha faydalı ola bilər deyə düşünürəm”. 

Ardını oxu...

Çingiz Qənizadə: “Əgər bu il parlament və bələdiyyə seçkiləri keçiriləcəksə...”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu il üçün parlament və bələdiyyə seçkilərini real görsə də, referendumun olacağını o qədər də ehtimal etmir: “Doğrudan da, son günlər cəmiyyətdə, müəyyən ictimai-siyasi koridorlarda bu il ölkədə keçiriləcək növbəti seçkilərlə-həm parlament, həm də bələdiyyə seçkiləri ilə bağlı söz-söhbətlər gedir. Eyni zamanda, müxtəlif təkliflər də səsləndirilir ki, referendum keçirilməsi məqsədəuyğundur. Artıq ölkənin bütün ərazisində konstitusion hüquq bərqərar olub, yeni bir dövrün, eranın başlanğıcındayıq. Torpaqlarımız işğaldan tam azad edildikdən sonra Azərbaycan üçün yeni bir dövr başlayıb. Buna görə də məhz prezident seçkisinin keçirilməsi bununla əlaqələndirildiyi üçün növbəti fikirlər parlament seçkilərinə yönəlib. Mən də belə hesab edirəm ki, bu il onsuz da qanunauyğun olaraq, parlament və bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 98-ci maddəsinin II hissəsində qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ili noyabr ayının birinci bazar günü keçirilir. Yəni 2020-ci ilin fevralında keçirilmiş parlament seçkilərinin beşinci ili dedikdə, bu, 2024-cü ilin noyabr ayına təsadüf edir. Noyabr ayında parlament seçkilərinin keçirilməsi konstitusiya ilə təsbit edilib. Eyni zamanda nəzərə alsaq ki, COP29 noyabr ayında keçiriləcək, o zaman belə bir möhtəşəm tədbirin keçirildiyi bir vaxtda ölkədə seçkilərin keçirilməsi təbii ki, məqsədəuyğun hesab oluna bilməz. Parlament seçkilərinin vaxtının uzadılması isə konstitusiyaya zidd olduğu üçün onda belə bir məntiq ortaya çıxır ki, Milli Məclis buraxılmaqla yenidən seçkilərin noyabrdan əvvəl keçirilməsi mümkündür. Burada da hazırda müzakirələrdə iyunun ayının sonu, iyulunun əvvəli kimi fikirlər formalaşdırılır. Düzdür, bunların hamısını ölkə rəhbərliyindən, yəni cənab prezidentdən və komandasından yaxşı bilən yoxdur. Deyilənlər müəyyən fərziyyələrdir. Hesab edirəm ki, COP29-a ev sahibliyi edəcəyiksə, noyabr ayında belə bir möhtəşəm tədbirin keçirildiyi bir zamanda parlament seçkiləri keçirilə bilməz. Bu, dövlət üçün olduqca çətin olar. Çünki COP-un qonaqlarının təhlükəsizliyi, tədbirin özünün təşkili, COP iştirakçılarının ölkə üzrə səyahətlərinin təşkili və s. kimi ortada yaranacaq bir durumun olması parlament seçkilərini həmin vaxt üçün mümkünsüz edir. Ona görə mən də belə düşünürəm ki, parlamentin buraxılması ilə bu seçkiləri 3-4 ay əvvəl keçirmək olar. Bu da iyun ayının sonu və ya iyul ayının əvvəllərinə təsadüf edir. Unutmayaq ki, dekabrın 19-da da ölkəmizdə bələdiyyə seçkiləri keçirilməlidir. Bilirsiniz ki, bələdiyyə seçkilərini də Mərkəzi Seçki Komissiyası keçirir. Ona görə də onun müddətinin uzadılması MSK tərəfindən ola bilər. Yəni 19 dekabrda deyil, bir həftə sonra da keçirilə bilər. Amma parlament seçkiləri konstitusiya ilə təsbit olunduğuna görə, əvvəldə qeyd etdiyim maddə üzrə bu il seçkilər keçiriləcək. Amma bayaq da qeyd etdiyim kimi, COP-la üst-üstə düşdüyünə görə önə çəkilə bilər”.

Ardını oxu...

Elman Nəsirov: “Biz də bu prosesi izləyirik”

Gedən bu müzakirələrə iqtidar cəbhəsinin də rəsmi mövqeyini öyrəndik. Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki deputatı Elman Nəsirov belə müzakirələrin təmsil etdiyi partiya daxilində getmədiyini söylədi: “Doğrudur, mediada, eyni zamanda sosial şəbəkələrdə ölkəmizdə erkən parlament seçkilərinin, yoxsa referendumun keçiriləcəyi ilə bağlı müzakirələrin getdiyinə şahidik. Biz də bu prosesi izləyirik. Müxtəlif versiyalar səsləndirilir, fərqli variantlar dilə gətirilir. Amma bu məsələlərlə bağlı mövqeyim ondan ibarətdir ki, mən Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlardanam, eyni zamanda hakim partiyanın rəhbər qurumlarından birində - Təftiş Komissiyasında təmsil olunuram. Qeyd edirəm ki, YAP-ın nə İdarə Heyətində, nə də Təftiş Komissiyasında parlament seçkilərinin, yaxud referendumun keçiriləcəyi ilə bağlı hər hansı bir müzakirə olmayıb. Belə bir müzakirə olsaydı, xəbərim olardı. Mən də iştirak edərdim. Hazırkı vəziyyətdə bütün bu söhbətlər mülahizə səviyyəsindədir. Rəsmi olaraq, bununla bağlı heç bir mövqe yoxdur. Bununla əlaqədar müvafiq dövlət qurumlarının heç bir rəsmi məlumatına rast gələ bilməzsiniz. Ona görə də rəsmi olmayan, ancaq söz-söhbət predimeti olan məsələlərlə bağlı şərh verməyə ehtiyac yoxdur. Doğrudan da belə bir hadisə, yəni ya erkən parlament seçkiləri, ya da referendum olarsa, bununla bağlı artıq öz mülahizələrimizi ifadə edə bilərik”.  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.
bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, - Q.Yetirmişli vurğulayıb.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a vurğulayıb ki, bizim yerləşdiyimiz ərazi aktiv qurşaqlarından biridir:

“Ölkəmizdə yeraltı təkanların olması labüddür. Bu ərazinin mahiyyətindən irəli gələn prosesdir. Elə il olub ki, 10 minlərlə silkələnmə baş verib. Ümummiyətlə ərazimizin yerləşmə mahiyyətinə görə yeraltı təkanlar və silkələnmələr olmalıdır. Çünki planetin 3 əsas seysmik aktiv zonalarının birində yerləşirik. Bu Fransanın Şimalından İndoneziyaya qədər böyük bir ərazini tutan sahədir. Həddindən artıq böyütmək və camaatı qorxuya salmaq lazım deyil. Burada qorxulu bir hadisə yoxdur. Ümumiyyətlə Azərbaycan xalqında belə bir fikir formalaşıb ki, zəlzələ ancaq Türkiyədə baş verən zəlzələdəndir. Türkiyədəki dağıntılar tək zəlzələnin günahı deyildi. Təmir məsuliyyətsizliyi daha çox üstünlük təşkil edir”.

Dünyapress TV

Xəbər lenti