Bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzindəki terror aktını törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.
“Shot” kanalının məlumatına görə isə, terror aktından sonra ticarət mərkəzinin 5 əməkdaşı saxlanılıb. Bildirilir ki, onlar məsələnin aydınlaşdırılması üçün polis bölməsinə aparılıblar.
Moskva vilayətində (Rusiya) “Crocus City Hall” konsert zalında terror aktını təşkil etməkdə şübhəli bilinən şəxslərin qaça bildiyi ehtimal edilən avtomobilin fotosu yayılıb.
Qeyd olunur ki, terror aktında əli olmaqda şübhəli bilinərək Rusiyanın Tver vilayətinə aid dövlət nömrə nişanı olan ağ rəngli “Renault” markalı avtomobil axtarılır. Qeydiyyat nişanının rəqəmləri çox güman ki, saxtadır.
Avtomobil Moskvada, Moskva vilayətində, eləcə də qonşu rayonlarda axtarılır.
Xatırladaq ki, bu gün “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 40 nəfər ölüb, 140-dən çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər.
Xəbər verdiyimiz kimi, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində çox sayda insan həlak olub.
AYNA-nın məlumatına görə, Rusiyanın teleqram kanallarında silahlı hücumun baş vermə anını əks etdirən görüntülər yayılıb.
Görüntülərdən bir neçə silahlı şəxsin ətrafdakı insanlara atəş açdığını görmək mümkündür.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi terror aktında 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.
Hazırda “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktından sonra Moskvanın bütün ticarət mərkəzlərindən ziyarətçilər təxliyə edilir və ticarət mərkəzləri bağlanır.
Çünki silahlı şəxslərin bəzilərinin ticarət mərkəzinin ərazisini tərk edə bildiyinə dair şübhələr var.
“Həmçinin Sankt-Peterburqda polisin tələbi ilə restoranlar bağlanıb”, - kanal xəbər verir.
Sakinlər nəqliyyat vasitələrini əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Xüsusən də nizamsız parklanma yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə mane olur.
Xezerxeber.az-ın məlumatına görə, paytaxtda vətəndaşlardan birinin çəkdiyi bu görüntülər də sözügedən məsələni daha da aktuallaşdırır.
Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.
Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yolların hərəkət hissəsində nəqliyyat vasitələrinin park edilməsi sürücü məsuliyyətsizliyi ilə yanaşı, parkinqlərin az olmasından da irəli gəlir:
“Xüsusən yeni tikilən binalarda avtomobillər üçün duracaqların olmaması həmin ərazilərdəki yollarda ciddi sıxlıq yaradır”.
E.Fərzəliyevin sözlərinə görə, yeni binalarda qarajların baha olması da məsələyə birbaşa təsir edir.
TEREF “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Belə ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Xəsarət alan ər, arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Yağışdan sonra yolda avtomobillərin hərəkəti çətinləşib.
Xezerxeber.az-ın məlumatına görə, intensiv yağış paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yollarda gölməçə yaradıb.
Sakinlər deyirlər ki, xüsusən də payız-qış mövsümündə yağışdan sonra belə bir mənzərə yaranır.
Yolda gölməçə yarandığından piyadalar da səki ilə hərəkət etməkdə çətinlik çəkirlər. Bəzi sürücülər isə gölməçələrdəki suyu piyadaların üzərinə sıçradırlar.
Bənzər vəziyyət Suraxanı rayonu Hövsan qəsəbəsində də yaşanır.
Oxu.Az-ın məlumatına görə, ölkəmizə bu il yaz fəsli martın 20-də saat 07:06-da daxil olub.
Bu gündən gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayır.
Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-də saat 00:50-də baharı yay əvəz edəcək.