Ardını oxu...
Bakıda obyektin qarşısının zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəriman Nərimanov rayonundan gedir.

Belə ki, Yanvar Nəsirov və Zeynal Xəlilov küçələrinin kəsişməsində (keçmiş Montin bazarının yanında) yerləşən "RR Construction" tikinti şirkətinin qarşısı qanunsuz olaraq zəbt olunub: "Əvvəl sakinlərlə birgə avtomobilimizi orada rahat park edə bilirdik. Lakin indi dəmir maneələr quraşdırılaraq ərazi özəlləşdirilib. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlətin yolunu şəxsi parklanmaya çevirən şəxsləri məsuliyyətə cəlb etsin və quraşdırılmış dəmir maneələr sökülsün" - deyə oxucu bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Ardını oxu...
 
Ardını oxu...
Ötən gün gecə saatlarında yük maşını və mopedin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə kuryer işləyən mopedin sürücü benzin daşıyan yük avtomobilinin təkərləri altında qalaraq ölüb. Faciəvi hadisə ölkədə fəaliyyət göstərən minlərlə moto-kuryerin təhlükəsizliyini bir daha gündəmə gətirir.

Digər moped sürücülərinin aqibətinin də belə olmaması üçün hansı tədbirlər görülməlidir?

Analoji qəzalarla bağlı “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı moto-kuryerlərin bəsit səhvlərə yol verdiyini vurğulayıb: socar vakansiya

“Moto-kuryerlər, ümumiyyətlə, moped, motosiklet sürücüləri ilə bağlı son vaxtlar narahatlıq doğuran vəziyyət müşahidə edilməkdədir. Onların iştirakı ilə baş verən qəzalarda primitiv səhvlərə yol verilir. Bu da acı və ağır hadisələrlə nəticələnir. Təəssüf ki, belə hadisələrə görə həmin nəqliyyat vasitələrinin sürücüləri həyatlarını itirirlər. Nəticənin faciə doğurmaması üçün sürücülərin diqqətli olması, yol hərəkəti qaydalarına əməl etməsi lazımdır. Təəssüf ki, onlar bəzən idarə etdikləri nəqliyyat vasitəsinə bir oyuncaq kimi baxırlar. Dəfələrlə bu şəxslərə xəbərdarlıq olunub, müxtəlif tədbirlər görülüb. Texniki nasaz nəqliyyat vasitələri ilə yola çıxan moped sürücüləri, eyni zamanda digər qayda pozuntularına yol verənlər də var”.

Ekspert məsələ ilə bağlı bir sıra tövsiyələr də verib:

“Belə hallarla mübarizə aparmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün təbliğat işlərinə ehtiyac var. Sözügedən nəqliyyat vasitəsinin sürücüləri hər hansı bir şirkətin əməkdaşlarıdır. Bu baxımdan, hesab edirəm ki, bu şirkətlərlə elə bir iş qurmaq lazımdır ki, onlar öz əməkdaşlarına təsir edərək, yol hərəkəti qaydalarına əməl etmələri üçün razılaşsınlar. Əks halda, çox ciddi fəsadlarla qarşılaşacağıq”.
 
Ardını oxu...
Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən cərimələnib.

Qurum baş direktora İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Fazil Alməmmədov qərarla bağlı məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib. Fazil Alməmmədov işçini işdən qanunsuz çıxarıb?
 
Ardını oxu...
Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədova məxsus olan Lerikdəki "Relax" İstirahət Mərkəzinin əl dəyişdirəcəyi deyilir.

Qaynarinfo-nun məlumatına görə, yay mövsümü bitdikdən sonra "Relax"ın fəaliyyəti yeni yaradılcaq törəmə şirkəti tərəfindən qurulacaq.

Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək. Hazırda müəssisədə təhvil-təslim işlərin aparılması üçün proseslər gedir.

İqbal Məmmədov bu ilin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının siyahısından kənarda saxlanılıb.

Deputatlığı müddətində İqbal Məmmədovun adı müxtəlif qalmaqallarda hallanıb. Onunla bağlı ən qalmaqallı xəbər ləğv edilən Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının "Relax"da operativ vergi nəzarəti tədbirləri keçirmək istəyərkən deputatın oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları tərəfindən döyülmələri olub.

Daha bir qalmaqallı xəbər isə "Relax"da çayçı işləyən Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyitinin işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunması olub.

Deputatın 2017-ci ildə "Lerik Broyler" MMC-sində baş verən partlayış nəticəsində Vüqar Abbasov adlı şəxs ölüb, xeyli sayda insan yaralanıb.

İqbal Məmmədov bir milyon manat dəyəri olan mənzillərinin əlindən alınması, həmçinin müxtəlif fotolarla şantaj edilməsi ilə də gündəmə gəlib.

Hazırda İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla vergi borcu var. Deputatın qardaşı və qohumlarının rəhbərlik etdiyi şirkətlərin vergi borcu 10 milyon manatdan çoxdur.

Belə ki, "Kaspi Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin 9.393.819,13 manat, "Lerik Broyler" MMC-nin 22.560,79 manat, həmçinin digər şirkətlərinin də külli miqdarda vergi borcu var.
 
Ardını oxu...
"AZBİZNESSERVİS" MMC məhkəməlik olub.

32gun.az xəbər verir ki, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Naftalan Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hakim Ayaz Səlimovun icraatındadır.

Bildirək ki, nizamnanmə kapalı 25629169.11 AZN olan şirkətin qanuni təmsilçisi Safi Orhan Kutluaydır.

İnternet resurslarında axtarış apardığımız zaman məlum oldu ki, Safi Orhan Kutluay

Naftalanın ən nüfuzlu kurort istirahət mərkəzlərindən biri hesab olunan "Garabag Resort & Spa" otelinin direktorudur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Digər dairələrdə də, rayonlarda da KXCP-dən olan namizədlərin təbliğatına maneçilik hallarına rast gəlinib...”

“Bununla yanaşı, bizimlə də, seçicilərlə də səmimi, mədəni rəftar edən polislərlə də rastlaşdıq. Hətta bəziləri bizimlə əl sıxıb görüşürdülər də...”

“Seçicilərimizlə ilk görüşlərimizdə təbliğat-təşviqat işlərinə müəyyən maneçilik halları oldu. Məsələn, bəzi yerlərdə asayişi təmin etməli olan kəslər görüşə gələnlərə “maraqlı nə var ki, burada, həmişə eşitdiyiniz sözləri deyirlər, nə üçün toplaşırsız” deyərək onları görüşdən çəkindirməyə çalışırdılar. Amma sonra hər kəsə öz işini, vəzifəsini anlatdıq... Bununla yanaşı, bizimlə də, seçicilərlə də səmimi, mədəni rəftar edən polislərlə də rastlaşdıq. Hətta bəziləri bizimlə əl sıxıb görüşürdülər də... Biz də onlara asayişi təmin etdiklərinə görə təşəkkürümüzü bildirirdik. Yəni həm tənqid, həm də təqdir olunası məqamlar var”.
Ardını oxu...
Bunları Moderator.az-a açıqlamasında təbliğat-təşviqat kampaniyasının gedişatında rast gəldiyi neqativ hallardan bəhs edən 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, KXCP sədri Mirmahmud Mirəlioğlu dilə gətirib.

“Mənzil istismar sahələrinin(MİS) rəhbərləri də müxtəlif məkanlarda müxtəlif cür davranır. Bəzilərindən soruşuruq, xahiş edirik ki, sizin ərazidə yaşayan şəhid ailələri və qazilərin adlarını, ünvanlarını deyə bilərsinizmi, onlarla görüşək. Çox çətinliklə cavab verirlər, “yox, bizim sahədə şəhid ailəsi, ümumiyyətlə, yoxdur və yaxud cəmi iki şəhid ailəsi var” deyə uydurmalar söyləyirlər. Amma digər MİS rəhbərləri bizə canla-başla həm şəhid ailələri, həm də qazilərlə görüşməyimizə dəstək olurdu. Yəni həm öz işinə, vəzifəsinə qanunlara uyğun olaraq vicdanla, səmimi yanaşanlara, həm də qəti şəkildə azad seçkilərin, demokratiyanın əleyhinə olanlara, vəzifələrinə uyğun davranmayanlara rast gəldik və mən hesab edirəm ki, bunlar təbii haldır. Bununla belə, seçki kampaniyasının gedişinə birbaşa, açıq şəkildə mane olmaq hallarına rast gəlmədik”, - deyə deputatlığa namizəd əlavə edib.
Ardını oxu...
“Əsas neqativ hallar ondan ibarətdir ki, şəkillərə, plakatlara qarşı mübarizə var. Və bu işdə həm rəqib namizədlər, həm də icra strukturları iştirak edib. İcra qurumları, yəqin ki, tənqidlərimizi, çağırışlarımızı nəzərə alıb dayanıblar. Bizim dairədə bizdən başqa görüş keçirən namizəd yalnız YAP-ın namizədidir, o da deyəsən, səhvən ötən seçkilərdəki dairəyə də gedib çıxır. Onu deyim ki, digər dairələrdə də, rayonlarda da KXCP-dən olan namizədlərin təbliğatına maneçilik hallarına rast gəlinib. Məsələn, rayonlardan birində görüş yeri təyin ediblər, sonra ləğv ediblər, görüşə imkan verməyiblər. Və s. Lakin MSK-nın, MSK-dakı səlahiyyətli nümayəndələrimizin müdaxiləsindən sonra bəzi məsələr həllini tapıb, bəziləri də olduğu kimi qalır. Bütün bunlar haqda müvafiq qurumlara və MSK-ya rəsmi məlumatlar verilib, həmçinin sosial şəbəkələrdə paylaşımlar edilib”,- deyə partiya sədri yekunlaşdırıb.

Sultan Laçın
 
 
 

Ardını oxu...

İcra başçısı inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir...

 

51 Saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov gundemxeber.az-ın redaksiyasına bildirir ki, "İcra başçısı İlqar Abbasov insanların iş

yerlərindən və gəlir yerlərini itirmək qorxusundan istifadə etməklə özünə xeyir edən namizəd Heydər Əsədovu deputat seçmək istəyir. Azərbaycan dövlətinin verdiyi səlahiyyətlərdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olur. Şirvan şəhər icra hakimiyyətinin başçısı büdcədən maliyyələşən təşkilatlara, tibb işçilərinə, yol idarəsi işçilərinə, məktəb direktorlarına tapşırıb ki, 51 Saylı Şirvan Seçki Dairəsində heç bir namizədin təşviqatına getməsinlər və özünün yaxın dostu və yerlisi bu dairədən deputatlığa namizəd olan Heydər Əsədovu dəstəkləsinlər. Şirvan şəhərində məktəb direktorları və səhiyyənin rəhbərliyi məcburi olaraq işçiləri Heydər Əsədovla görüşə çağırıblar və görüş təşkil etdiriblər.

Hətta icra başçısının müavini “onbaşı”, “yüzbaşı” formalaşdırmaqla məşğuldur.

İnanıram ki, Respublika üzrə təyin olunmuş Müşahidəçilər sayəsində Dairə üzrə törədilə biləcək kütləvi saxtakarlıqların ciddi qanun pozuntularının qarşısını yüksək səviyyədə alacağıq. Məntəqələrdə bülletenlərin müşahidəçilərin iştirakı ilə sayılması prinsipinin pozulmasının hətta məntəqələrin idarə, müəssisə, təşkilat rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən nəzarətə götürülməsinin qarşısını alacağıq. Seçicilərin azad səsvermə hüququna birbaşa müdaxilə edilməsinin yəni məntəqələrdə seçicilərdən şəxsiyyət vərəqələrinin nömrələri qanunsuz olaraq qabaqcadan götürülərək, həmin nömrələr əsasında seçki bülletenləri tapşırıq almış şəxslər tərəfindən qeydiyyat kitabında saxta daxil olunaraq müvafiq qeydlər edilməsinin beləliklə, dairənin əhatəsində olan hər bir məntəqədə 200-300 civarında bülleten YAP-ın namizədi Heydər Əsədovun xeyrinə işarələnərək seçki qutularına atılmasının və bu yolla onun səslərinin şişirdilməsinə mane olacağıq."

 

GundemXeber.Az

 
 
 

Ardını oxu...
Şəkildə işarələnmiş şəxs 30 ilə yaxındır ki, Biləsuvarın Aranlı və Çinarlı kənd icra nümayəndəsi vəzifəsində çalışan İbayev Habil İmaş oğludur.

O, 69 saylı Biləsuvar Seçki Dairəsindən namizəd olan Bəhruz Məhərrəmovun görüşündə iştirak edir. Bu isə Azərbaycan Seçki Məcəlləsinə ziddir və seçki prosesinə birbaşa müdaxilədir.

Bu barədə bitərəf namizəd Nurlan Mirəli "Arqument.az"a məlumat yayıb.

Ardını oxu...

Nurlan Mirəli Biləsuvarın icra başçısı Faiq Qürbətovu da "Feysbuk"da tag edərək ona: "Bu adam hələ də vəzifəsinin nə olduğun bilmir. Əslində onda günah görmürəm. Siz Bəhruzun şəkilin layk edəndə işçiniz də təbliğat təşviqat kompaniyasın aparacaq. Və bu adamlar Biləsuvar Rayon İcra Hakimiyyətinin aynasıdır, sizin fəaliyyətinizi əks etdirirlər", - deyə müraciət edib.

Ardını oxu...

Biləsuvarın icra başçısı Faiq Qürbətov

İcra başçısı Faiq Qürbətov isə namizədin bu postuna heç bir cavab yazmayıb.

Nurlan Mirəli digər postunda isə qeyd edib ki, onun lövhəyə vurduğu namizədlik posterini cırıblar. Bunun yerli qurumlar tərəfindən edildiyini bildirən namizəd qeyd edib ki, rayon rəhbərliyi faktiki Bəhruz Məhərrəmovun seçilməsi üçün bütün adminstrativ rusursları səfərbər edib.

Ardını oxu...

***

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Hakimiyyətin Milli Məclisdəki "bitərəf" deputatlarındandır.
 
Ardını oxu...
Xatırladıram ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdir.
Bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in Portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi.
Bir daha bildirirəm ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi :
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in Portal.edu.az platforması vasitəısilə
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər
Magistarturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğrultmuş, on minlərlə tələbələrdən paralel olaraq kağız sənədlər tələb edilməmişdi.
Görəsən indi, bakalavrlarla bağlı vəziyyət necədir ?
Artıq universitetlərə qeydiyyat başlayıb. Qısa bir araşdırma aparmaqla görmək olar ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Sosial mediada universitetlərin qəbul elanlarından gorsənir ki, yeni qəbul olunanlar qeydiyyat üçün yalnız ETN-in Portal.edu.az rəqəmsal platformasına yönləndirilir.
Hələlik yalnız bir Universitetin elanında qeyri-adi bir durumla rastlaşdım.
ADPU rəhbərliyi tələbələri qedyiyyatla bağlı Portal.edu.az –a yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər :
“Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”
Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir.
ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.
Ümid edirəm ADPU rəhbərliyi, paralel qeydiyyata meyl edən digər universitetlər də bunu nəzərə alacaqlar.
Eyni zamanda İRİA və ETN tərəfindən də bu istiqamətdə monitorinqlərin aparılması, universitetlərə bu istiqamətdə bir daha tövsiyələrin verilməsi doğru olardı.
İRİA və ETN-in universitetlərə sənəd qəbulu prosesini tam olaraq rəqəmsallaşdırması, paralelçilikdən imtina edilməsi, kağız formada sənədləşmədən tam imtina edilməsi istiqamətində addımları çox təqdirəlayiqdir.
Osman Gunduz
TEREF
Ardını oxu...Ardını oxu...
 
 
 
Ardını oxu...
Tovuz rayonunun Ağdam kəndi dağətəyi bölgədə yerləşdiyindən tez-tez sel sularının təsirinə məruz qalır.

Bu dəfə də sel bir küçəni yuyub keçilməz hala salıb. Nəticədə təxminən 200 nəfərdən çox sakinin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib. Küçənin yararsız vəziyyətə düşməsi kommunikasiya xətlərinə də ziyan vurub.

Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı rayon rəhbərliyinə məlumat veriblər. Lakin bir aydır ki, vəziyyət olduğu kimi qalır.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Veriləcək müvafiq qərardan sonra yolun təmirinə başlanılacaq.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 

Dünyapress TV

Xəbər lenti