Şəkildə işarələnmiş şəxs 30 ilə yaxındır ki, Biləsuvarın Aranlı və Çinarlı kənd icra nümayəndəsi vəzifəsində çalışan İbayev Habil İmaş oğludur.
O, 69 saylı Biləsuvar Seçki Dairəsindən namizəd olan Bəhruz Məhərrəmovun görüşündə iştirak edir. Bu isə Azərbaycan Seçki Məcəlləsinə ziddir və seçki prosesinə birbaşa müdaxilədir.
Bu barədə bitərəf namizəd Nurlan Mirəli "Arqument.az"a məlumat yayıb.
Nurlan Mirəli Biləsuvarın icra başçısı Faiq Qürbətovu da "Feysbuk"da tag edərək ona: "Bu adam hələ də vəzifəsinin nə olduğun bilmir. Əslində onda günah görmürəm. Siz Bəhruzun şəkilin layk edəndə işçiniz də təbliğat təşviqat kompaniyasın aparacaq. Və bu adamlar Biləsuvar Rayon İcra Hakimiyyətinin aynasıdır, sizin fəaliyyətinizi əks etdirirlər", - deyə müraciət edib.
Biləsuvarın icra başçısı Faiq Qürbətov
İcra başçısı Faiq Qürbətov isə namizədin bu postuna heç bir cavab yazmayıb.
Nurlan Mirəli digər postunda isə qeyd edib ki, onun lövhəyə vurduğu namizədlik posterini cırıblar. Bunun yerli qurumlar tərəfindən edildiyini bildirən namizəd qeyd edib ki, rayon rəhbərliyi faktiki Bəhruz Məhərrəmovun seçilməsi üçün bütün adminstrativ rusursları səfərbər edib.
***
Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.
2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Hakimiyyətin Milli Məclisdəki "bitərəf" deputatlarındandır.