Ardını oxu...
Qarabağ separatçılarının sonuncu "prezidenti" Samvel Şahrananyanın da həbs edildiyi bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ermənistanın "Hrapark" nəşri də öz mənbələrinə istinadən Şahramanyanın həbs edildiyini bildirib.
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
AzVision.az -ın əldə etdiyi məlumata görə, akademik 93 yaşında vəfat edib.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir.

O, 1957-ci ildə ailə qurmuşdur. İki övladı var.

1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona "Professor" elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən "Azəri-Çıraq-Günəşli" (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, "Əşrəfi" (1998-ci il), "Qarabağ" (1998-ci il), nəhəng "Şahdəniz" (1999-cu il), iri "Abşeron" (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı "Ümid" yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

X. Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.

Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.

X. Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.

Xoşbəxt Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, "Azərbaycan Neft Təsərrüfatı" və "Azərbaycanın geofizika yenilikləri" jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü idi.

O, sağlığında "Şöhrət" ordeni (Azərbaycan) (18 sentyabr 2004), "Şərəf" ordeni (11 dekabr 2009), 1-ci dərəcəli "Əmək" ordeni (19 sentyabr 2017), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019-cu il), "Heydər Əliyev" ordeni (13 yanvar 2020) və "İstiqlal" ordeni (13 yanvar 2000) ordenləri ilə təltif olunub.
 
Ardını oxu...
Bakinin Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi - 11 k ünvanında fəaliyyət göstərən “Flora Holland” gül mağazası deyəsən, dövlət dilimizin Azərbaycan dili olduğunu unudub.

Əgər belə olmasaydı, endirimlə bağlı elanını ana dilimizdə yazmayıb rus dilində yazmağı və dilimizi “ikinci sort” yerinə qoymağı rəva bilməzdi.

flora-hoƏlbəttə, biz bilmirik bu mağazanın – şirkətin rəhbərliyi kimin əlindədir, kimdir sahibi, hansı millətin gen daşıyıcısıdır, amma bura Azərbaycandır və dövlət dilimizə hörmət etmək hər bir kəsin borcudur! Kimlər isə “ruskoyazıçnı” ola bilər və biz rusun dilini ana dilimiz səviyyəsində bilə bilərik, amma başqa millətin dilini təbliğ edib, ana dilimizi gözdən salmağa imkan verməməliyik.

Düşünürəm ki, “Flora Holland” da hansı ölkədə fəaliyyət göstərdiyinin fərqində olsa yaxşıdır.

Bu xalq, işğalda olan torpaqlarını ermənilərdən xilas etmək üçün minlərlə şəhid verib qəhrəmanlıq dastanı yazıb və o şəhid oğullar o torpaqları ona görə qanları ilə sulayıb Vətən etməyiblər ki, onların “ana dilini ağladıb”, əcnəbinin dilini başa çəksinlər!

Vətənə, dilimizə olan bu sevginin mənasını, anlamını dərk etməyənlər bunu anlasalar yaxşıdır!
Ardını oxu...
Tezadlar.az
 
Ardını oxu...
"TikTok"-da özünü mütəxəssis kimi tanıdan şəxs, hesabını oğurlayaraq izlədiyi şəxslərdən müxtəlif miqdarlarda pul toplayıb.

Teref.az xəbər verir ki, bu barədə Patrul.az-a zərərçəkmiş Nurullayeva Cəmilə Güloğlan qızı məlumat verib.

O bildirir ki, "TikTok" vasitəsi ilə tanıdığı şəxs ona hesabının "spam"-da olduğunu bildirərək bu sahədə mütəxəssis olduğunu bildirib və daha sonra hesabını oğurlayaraq izlədiyi yaxınları ilə əlaqə qurub. Bu vasitə ilə onlardan müxtəlif məbləğlərdə pul istəyib. Zərərçəkmiş həmin şəxsin təxminən 2000 AZN miqdarında pulu mənimsədiyini bildirir:

N.Cəmilə hadisə ilə bağlı 32-ci polis bölməsinə şikayət ərizəsi də təqdim edib və hüquq mühafizə orqanlarının dələduzluq edən şəxsi taparaq ona lazımlı cəzanı verəcəyini ümid etdiyini də bildirib.

Daha ətraflı aşağıdakı videoda:

 
 
 
Ardını oxu...
Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

" Hücuma cəhd edən 2 terrorçu təhlükəsizlik qüvvələrimizin dərhal reaksiyası nəticəsində zərərsizləşdirilib. Hadisə zamanı yaralanan iki polis qəhrəmanımızın müalicəsi davam edir. İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, separatçı terror qruplaşması PKK-nın üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.

Vurğulanıb ki, terrorçular Kayseri vilayətinin Dəvəli rayonundakı özəl müəssisədə baytar işləyən Türkiyə vətəndaşı Mikayıl Bozlaqanı öldürüb və daha sonra onun avtomobilini qaçırıblar.
 

Ardını oxu...
Gəncənin Nizami Gəncəvi küçəsinin sakinləri kanalzasiya problemindən şikayətlənir. DİA.AZ bildirir ki, burada nə yol infrastrkturu var, nə də kanalizasiya xəttləri. Sakinlər evlərinin qarşısında kanalizasiya quyuları qazıb. Bu da üfunət qoxusuna səbəb olur. Sakinlər bunla bağlı dəfələrlə müraciət etsələr də məsələ həllini tapmayıb.
Yaşayış massivi Gəncənin əsas küçələrindən biridir. Şəhərin tam mərkəzinə iki-üç çıxışı var. Lakin rəsmilər sakinlərin üzləşdiyi çətin durumu görməzdən gəlirlər.
Yerigəlmişkən biz də sakinlərin şikayətini yerli İcra Hakimiyyətinin nümayəndələrinə çatdırdıq. Gün ərzində açıqlama veriləcək deyilsə də Gəncə şəhər İcra Hakimiyyətindən heç bir açıqlama gəlmədi.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Moskva məktəblərindən birində şagird müəlliminin ona 100 min rubl verməsini tələb edib. Əks təqdirdə o, məktəbi partladacağını bildirib.

Hadisə paytaxtın Qolovinski rayonundakı 648 saylı məktəbdə yaşanıb.

Yeniyetmə öz sinif rəhbərini - rus dili və ədəbiyyatı müəllimini şantaj edib.

14 yaşlı oğlan artıq polis tərəfindən saxlanılıb.

Hazırda müəllimin son vaxtlar şagirdilə münaqişəsinin olub-olmadığı dəqiqləşdirilir.

Mənbə: Shot
 
Ardını oxu...
Ukraynada neft kəməri partladı
Ukraynanın İvano-Frankivsk vilayətində neft kəmərində güclü partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.

Məlumata görə, hadisə Nadvornyanski rayonunun Strymba kəndində baş verib. Neft sızmasından sonra baş verən yanğın fərdi yaşayış evinə keçib.

3 nəfər yaralanıb. Xilasedicilər hadisə yerinə gəlib.
 
Ardını oxu...
Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə “QAZel” markalı kiçiktutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə mikroavtobusda olan yeddi nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.
 
Ardını oxu...
Ermənistan və elə Qarabağ erməniləri arasında Ruben Vardanyanın nüfuzu olmasa da, İrəvan onun sərbəst buraxılması üçün kampaniyaya başlayıb. Bir sıra ölkələrdən də bu kampaniyaya qoşulanlar var. Ancaq hazırda ermənilər mürəkkəb vəziyyətə düşüblər. Məsələ burasındadır ki, Azərbaycanın hüquq-müfahizə orqanları Ruben Vardanyanın ardınca, separatçıların digər “liderlərini” də həbs ediblər və bu proses davam edir. Əgər Ermənistan erməni lobbisi ilə birgə ancaq Ruben Vardanyan üçün kampaniya təşkil etsə, bu həbs olunan digər separatçılara münasibətdə “ayrı-seçkilik” kimi dəyərləndiriləcək. Belə çıxacaq ki, Ruben Vardanyanın pulu və müxtəlif ölkələrdə əlaqələri var deyə ona xüsusi münasibət göstərilib. Ona görə də həbs olunanların sayı artdıqca Ruben Vardanyanın məhkum statusu digərlərinkindən fərqlənməyəcək.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti