Vasif Talıbovun istefasından sonra onun səlahiyyətləri avtomatik olaraq sədrin birinci müavini olan Azər Zeynalova keçdi. Digər müavin yeri isə uzun müddət boş idi. Azər Zeynalovun post-Talıbov dönəmində postunda qala bilməsi, hətta vəzifələrə təyinatların da onun tərəfindən imzalanması, bu personanın sanki reabilitasiya olunduğu təəssüratını yaradırdı. Sual olunurdu: Vasif Talıbov dönəmində “boz kardinal” rolunu oynayan bu şəxs adını islahatçı qoyan yeni komandaya necə isnişə bilib? Ancaq ən maraqlı hal Prezident İlham Əliyevlə Ərdoğanın Naxçıvanda keçirilən görüşü zamanı yarandı. Azər Zeynalov ali səlahiyyətli şəxs olsa da, rəsmi protokola onun yox, vəzifə ierarxiyasında ondan aşağı pillədə olan Ali Məclisin müavini Anar İbrahimovun adı salınmışdı. Prezidentlərin Naxçıvan görüşü zamanı Azər Zeynalov ümumiyyətlə gözə dəyməyib. Əldə etdiyimiz məlumata görə, Azər Zeynalovu tam bitirən səbəblərdən biri də onun keçirilən lokal anti-terror tədbirlərindən sonra ölkə başçısına ünvanladığı təbrikin mətnində səlahiyyət həddini aşması olub. Həmin təbrik Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində dərc edilib. Maraqlıdır ki, qəzet mətni məxsusi olaraq Azər Zeynalovun təbriki başlığı ilə dərc edib. Bu da haqlı narazlıq yaradıb: Azər Zeynalov kimdir ki, şəxs olaraq bütün naxçıvanlıların adından danışır? Bəlkə də, sözügedən təbrik Ali Məclisin adından ünvanlansaydı normal qarşılanardı. Azər Zeynalovun həbs edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi qurumlar bu xəbəri nə təsdiq, nə də təkzib edir. Bir faktı qeyd edək ki, Azər Zeynalovun millət vəkili kimi toxunulmazlığı var. Onu məsuliyyətə cəlb etmək üçün, əvvəlcə mandatı əlindən alınmalıdır. Hələ ki, bu hadisə baş verməyib. Məhəmmədəli Qəribli Azinforum.az
Almatı şəhərinin Bostandık rayon məhkəməsində qeyri-adi məhkəmə prosesi gedir. Şəhər sakinlərindən biri Yevgeni Sartin keçmiş həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırıb. İddianın mövzusu Qrişka adlı tutuquşu olub. Yevgeni Sartin boşandıqdan sonra quşun onunla qalmasını tələb edir və iddia edir ki, Qrişka onun keçmiş arvadı ilə qalsa, quşun psixoloji vəziyyəti kəskin şəkildə pisləşəcək.
Yevgeni həmçinin dəymiş ziyana görə hazırkı məzənnə ilə təxminən 448 ABŞ dolları məbləğində kompensasiya tələb edir. Bu məbləğə tutuquşu və onun qəfəsinin alınmasına xərclənən pullar daxildir.
Təqsirləndirilən Yekaterina Sandler deyir ki, tutuquşu qızı Yevaya hədiyyə olaraq alındığı üçün Qrişkanı keçmiş ərinə vermək niyyətində deyil. Üstəlik, onların başqa bir tutuquşu var idi ki, onun ölümündən sonra Yeva çox narahat olub və onun əvəzinə bu tutuquşu alınıb.
"Bizim bir quşumuz var idi. Təəssüf ki, o öldü. Uşaq çox narahat olduğu üçün eyni quş tapmaq qərarına gəldik. Bizim əvvəlki tutuquşu danışırdı. Qızım və mən ona danışmağı öyrətmək üçün çox əziyyət çəkdik . O, çox söz bilirdi. Biz bütün şəhərdə yenisini axtardıq və tapdıq” - deyə, Yekaterina bildirib.
Keçmiş ərinin narahat olduğu iddia edilən Qrişkanın psixoloji vəziyyətinə gəldikdə, Yekaterinaya görə, quşun psixikasına mənfi təsir göstərən heç kim və ya heç bir şey yoxdur. Yekaterina və qızının yaşadığı mənzil tutuquşun otaqdan otağa keçməsini rahat etmək üçün təchiz olunub. Yekaterina deyir ki, quş qəfəsdə oturmağı sevmir və uzun müddət orada qaldıqda ucadan etiraz edir.
Lakin iddia ərizəsində Yekaterina keçmiş əri quşun psixoloji vəziyyətindən narahat olmaq üçün əsası olduğunu göstərib. O, iddia edir ki, cavabdehin evində ev heyvanı ilə heç bir əlaqəsi olmayan bir şəxs yaşayır və iddiaçı onun tutuquşuya necə münasibət göstərdiyini bilmir.
Yevvgeninin iddia ərizəsində Qrişkanın həyatındakı bu cür dəyişikliklərin tutuquşunun "danışmağı dayandırmasına, çox aqressivləşməsinə və dişləyə bilməsinə səbəb ola biləcəyi deyilib. amerikaninsesi
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə etdilər.
İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edildi.
Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğuladılar.
Eyni zamanda Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verildi. Görüşdə həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edildi.
Danışıqların yekunlarına görə iki ölkə arasında aşağıdakı sənədlər imzalandı:
- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;
- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.
Həbs olunmuş separatçıların guya Azərbaycan istintaqına hansısa sensasion bilgilər verəcəyi ilə bağlı iddialar yalnız belə işlər haqda bilgisi, təcrübəsi olmayanlara inandırıcı görünə bilər. Əvvəla ona görə ki, əgər hansısa azərbaycanlılar onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq edibsə, bunu əldəqayırma prezidentlər yox, separatçıların "xüsusi xidmət orqanlarının" rəhbərləri bilər. Separatçıların "xüsusi xidmət orqanları" Ermənistan təhlükəsizlik xidmətinin tərkibində olub, amma həm də Rusiya xüsusi xidmət orqanlarının çətiri altında. Daha dəqiqi, hər ikisi adicə Rusiya agentura şəbəkəsi olub. İkincisi, Rusiya xüsusi xidmət orqanları həm Azərbaycanın, həm də Ermənistanın bir-birinə qarşı kəşfiyyat əməliyyatları aparmaq təşəbbüsünün qarşısını daim almağa çalışıb ki, konflikti öz nəzarətində saxlaya bilsin. Hətta belə hadisələr də olub ki, Azərbaycanın Ermənistanın bir-birinin daxilində olan agentlər haqda məlumat alan Moskva həmin məlumatları ötürərək hər iki tərəfdə olan casusları ifşa edib. Yenə də vəziyyəti öz nəzarətində saxlaya bilmək məqsədilə. Üçüncü, Azərbaycanda, özəlliklə də orduda və hüquq-mühafizə orqanlarında yerləşdirilmiş Rusiya casus şəbəkəsidir və o da çoxdan ifşa olunub. Qalır onları cəzalandırmaq, bunu da hələlik etmək istəyinin olması görünmür. Odur ki, separatçıların guya hansısa mühüm məlumatlar verə biləcəyi (bəzən hətta artıq verdikləri iddia olunur) nəinki yanlış, hətta hansısa niyyətlə ortaya atılmış iddia ola bilər. Təbii ki, yaxşı niyyətdən söhbət getmir. Ərəstun Oruclu Teref.az
Kuzbasdakı maşınqayırma zavodunun sexlərinin birində yanmış, paltarsız yeniyetmə meyiti tapılıb.
Bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, hərəkətsiz vəziyyətdə olan məktəblini xilas etmək mümkün olmayıb.
Üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı, həmçinin yanında kabeli qırmaq üçün alətlər olduğundan 17 yaşlı yeniyetmənin müəssisədən əlvan metal məftilləri oğurlamaq istədiyi ehtimal edilir.
Faciənin görüntülərinin yayımlandığı videoda məktəblinin əynindəki bütün paltarın yandığı görünür.
İki aktual məsələ haqqında qısa rəy: 1) İspaniyanın Qranada şəhərində baş tutacaq AB və tərəfdaş ölkələr görüşündə Azərbaycanın iştirakı yaxşı olardı, amma görünən odur ki, imzalanacaq sənəd yoxdir, Ermənistan sülhə hazır deyil, o ölkənin yeni “başbilənləri” Ermənistanı sülhə hazırlamayıblar. Bundan başqa hamı anlamalıdır ki, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə yoxdur, bizim təhlükəsizlik və xarici siyasət komsepsiyamız artıq iç-içə keçib, bir-birini tamamlayır, vahid mövqedən çıxış etmək üçün tam konseptuallaşdırılıb. Burada emosiya yoxdur, sırf praqmatizmdir, Türkiyə-Azərbaycan tandemi konkret hədəflərə hesablanıb, 2) Azərbaycan Dövləti terrorçuları, qondarma rejimin “rəhbərlərini” həbs edib Bakıya gətirməsi tarixi hadisədir, böyük qələbənin iri addımlarından biridir – qürurvericidir. Arayikin məhz dünən, Gəncə terrorunun il dönəmində hıbs edilməsi, ümumiyyətlə, Dövlət ərakanına yaraşan hadisədir. Məni bir məsələ maraqlandırır – bütün bu həbs olunanlar illərdir Kremlin kuklaları, oyunçularıdırlar, indi Bakıda bül-bül kimi ötəcəklər, məsələn, Arayik rəsmi ifadəsində desə ki, Gəncəni vurmaq əmrini, hərbi-texniki dəstəyi “ivandan” almışam, o zaman Rusiya bu işin altından necə çıxacaq?! Və ya, Vardanyan Kremldən aldığı tapşırıqları, “yuyub-təmizlədiyi” Putin pullarının yerini, “yuma” mexanizmlərini danışsa, bu hansı nəticələr doğuracaq?! Həbs olunan geydirmə "generallar" hansı Rusiya generalının əmrində olduqlarını ötsələr, nələr baş verəcək?! Məncə, yaxın günlərdə hamımız hər axşam AZTV-nin ekranı qarşısında olub maraqlı etiraflar dinləyəcəyik. Azərbaycan Dövləti çox uğurlu, amma hələ də təhlükələr olan dövrünü yaşayır, amma əminəm ki, bu imtahanlardan da uğurla çıxacağıq! Natig Cəfərli Teref.az
2023-cü ildə kimya üzrə Nobel mükafatı “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə, alimlər Aleksey Ekimov, Munqi Bavendi və Lui Bryusa verilib. Bu barədə Nobel Komitəsinin mətbuat xidməti məlumat yayıb.
78 yaşlı Ekimov keçmiş Sovet İttifaqında anadan olub, Bavendi fransalı, Brüs isə amerikalıdır. Lakin onların hər üçü ABŞ-da yaşayır və Amerika universitetlərində çalışır.
Kimya üzrə Nobel Komitəsinin sədri Yohan Akist "Kvant nöqtələrinin bir çox maraqlı və qeyri-adi xassələri var. Qeyd etmək lazımdır ki, onların ölçüsündən asılı olaraq müxtəlif rəngləri olur" deyib.
Kvant nöqtələrinin ilk kəşfçisi Aleksey Ekimov olub. O, Leninqrad Dövlət Universitetinin fizika fakültəsinin Molekulyar Fizika kafedrasında təhsil alıb. Bundan sonra o, A.F. İoffe adına Fizika-Texniki İnstitutunda və S. İ. Vavilov adına Dövlət Optika İnstitutunda işləyib.
Ekimovun işləri SSRİ dövründə də tanınıb. 1976-cı ildə alim “Yarımkeçiricilərdə elektronların və nüvələrin spinlərinin optik oriyentasiyası ilə bağlı yeni hadisələrin aşkarlanması və tədqiqi” silsilə əsərlərinə görə Dövlət Mükafatı alıb.
Bryus və Bavendi 1980-ci illərdən bəri onun ideyalarını inkişaf etdirib. Hazırda kvant nöqtələri, məsələn, LED lampalar və televiziya ekranlarında istifadə olunur. SSRİ-nin dağıldıqdan sonra, Ekimov 1999-cu ildən ABŞ-da yaşayır və işləyir.
Kimya üzrə Nobel mükafatı laureatlarının rəsmi elanından bir neçə saat əvvəl İsveç Kral Elmlər Akademiyası məktub göndərərək, mükafatın qaliblərinin adlarını qeyd edib. Reuters yazır ki, məktubun səhvən göndərildiyi güman edilir.