Ardını oxu...
Bakıda Sahil bağında ağacı yandırmaq istədilər- VİDEO
296

Bakıda parkda ağacı yandırmaq istəyiblər.
Bakupost.az xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, hadisə paytaxtın Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağı ərazisində baş verib.
Ətrafda olan sakinlər yandırılan ağacı söndürüblər.
Həmin görüntüləri təqdim edirik:
https://web.telegram.org/a/#-1001313574667
 
Ardını oxu...
Cəlilabad rayon sakini Çingiz Təhməzov bildirir ki, o birinci Qarabağ müharibəsində, övladı isə 44 günlük Vətən Savaşında iştirak edib. DİA.AZ bildirir ki, narazı vətəndaş müharibədə kllə-beyin travması almış övladına hansısa köməkliyin edilməməsindən giley edir.

O, Prezidentin köməkçisi Kərəm Həsənovun bu gün Cəlilabadı inhisarında saxladığını və bütün özbaşınalıqların da məhz ondan qaynaqlandığını məhz ondan qaynaqlandığını iddia edir. DİA.AZ narazı vətəndaşın giileyini təqdim edir:

"Mən Kərəm Həsənovun kəbinli arvadı deyiləm ki, mənim sosial şəbəkələrə çıxışıma qadağa qoysun..."

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib.

Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Ardını oxu...
“Armenian Weekly” saytında “We’re dead, and there’s no one to bury us” (Biz ölmüşük, bizi basdımağa kimsə tapılmır) adlı məqalə Qarabağ ermənilərinin Ermənistana kütləvi köçündən bəhs edir.
Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi məqamları təqdim edirəm.
“Patriot” ermənilər Qarabağ ermənilərinin “qanını içir”.
Belə ki, on minlərlə Qarabağ ermənisinin Ermənistana qəfil axını ölkədə kirayə evlərin qiymətini kəskin şəkildə qaldırıb. Müəllif bununla bağlı yazır: “Ermənilərin “artsax”dan gəlişindən sonra ev sahibləri mənzillərin qiymətini iki-üç dəfə artırdılar. Torozyan deyir ki, əvvəllər aylıq kirayəsi 40 min dram, təxminən 100 dollar olan evin qiyməti indi 90 min drama yüksəlib, demək olar ki, 225 dollardır. 12 nəfərdən ibarət olan Sirun ailəsi Hariç kəndində ayda 350.000 dram, təxminən 871 ABŞ dolları qarşılığında kirayə evdə qalır”...
Təsəvvür edə bilirsinizmi, Ermənistanın hansısa kəndində 12 nəfərin qalması üçün kirayə verilən mənzilə görə 871 dollar tələb olunur. İndi görün paytaxt daxil olmaqla digər iri şəhərlərdə kirayə evlərin qiyməti neçəyə ola bilər. “Patriot” ermənilər evsiz-eşiksiz qalmış soydaşlarının hesabına varlanmağa çalışırlar...
Tiqran niyə Mayk oldu?
Lillian Avedian yazır: “Bu ailə ilə hücumdan üç həftə sonra Ermənistanda tanış oldum. Mayk və onun iki bacısı “artsax”a hücumdan sonra qorxudan danışa bilmirmiş. İndi onlar yenidən danışmağa başlayıb. "Hər kəs ona Mayk adını qoyduğuma təəccübləndi", Sirun mənə deyir. “Dedilər ki, mən ona erməni şahlarından biri olan Tiqran kimi erməni adı qoymalıydım. Sanki ürəyimə damıbmış ki, “artsax”ı tərk edib xaricə gedəcəyəm”.
Yəni bu məqam özülüyündə çox şeydən xəbər verir. Qarabağdakı separatçı ermənilər hələ antiterror əməliyyatından çox-çox əvvəl xaricə daşınmaq haqqında düşünürmüşlər. Ona görə də uşağa erməni adı yox, məhz Qərbdə xüsusi ilə populyar olan Mayk adı veriblər...
“Biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın”
Sirun azərbaycanlıların “artsax”a son hücumuna fərqli yanaşır. O, bunu etnik təmizləmə adlandırır. “Onların məqsədi etnik təmizləmə idi. Təlat Paşa hələ o vaxt demişdi ki, biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın” – deyən Sirun Osmanlı liderini və 1915-ci ildə başlayan erməni “soyqırımı”nın memarlarından birinin fikrinə istinad edir”...
Yazının davamını aşağıdakı linklərdən oxuya bilərsiz...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Sumqayıtda tibb ocaqlarının birinin eyvanı çöküb.

Teref.az xəbər verir ki, hadisə 2 nömrəli (ASM) Ailə Sağlamlıq Mərkəzində baş verib.

Bildirilib ki, xəstəxanaya müayinə üçün gələn vətəndaşlardan biri son anda dağıntı altında qalmaqdan xilas ola bilib./news24.az
 

Ardını oxu...
DİA.AZ-ın məlumatına görə, 44 günlük Vətən müharibəsi qazisi R.Hüseynov "Təzadlar"a yazır:

"...Dükana girmək üçün binamızın qarşısında 5-10 dəqiqəliyə maşını saxlayan kimi bir AYNA əməkdaşı yaxınlaşır: "Ödəniş etdinizmi?" Deyirəm ki, yox. Əvvəla, binamızın 100 metrliyidir... 2- si, lövhənizdə yazmısınız ki, 10-15-20 dəqiqə pulsuzdur. Üçüncüsü və on üçüncüsü...

Camaat torpaq uğrunda müharibəyə gedəndə AYNA onlara hər qarış torpaq uğrunda necə döyüşməyi və şəhid olmağı deməmişdi, indi həmin torpağı Bakıda bizlərə qarış- qarış satışa çıxarıb... Parlament dairəsindən bura gələnədək düz 1 saat tıxacda qalıb 4 litr artıq benzin yandırmışam. Onu kompensasiya edib sonra "parkovka" pulu istəyin və s.

Ardını oxu...

Gəlirəm mətləbə: dostlar, bir dəstə fürsətcil düşüb ortalığa. insanlar o yana gedir- "QAİ" cərməsinin, bu yana gəlir- AYNA parkovkasının, evə çatır- qaz, işıq, su, zibil, bələdiyyə, "JEK" pulunun, işə gedir- icarə və bank kreditinin hədə və həyacanı ilə qarşılaşır. Bütün günü bu psixoloji gərginliklə adamların canını boğaza yığmaya son qoyulmalıdır! Müharibə başlayanda vətənpərvərlik, dövlət təəssübkeşliyi tələb edənlər indi insanları rahat buraxmalıdır!

AYNA- nın bu hoqqabazlığına ölkə Prezidenti səviyyəsində reaksiya verilməlidir. Həyət- bacaları xətləyib insanların canını boğaza yığmaqdadırlar... Tədbir görülməlidir!".

Bəli, sözün bitdiyi yer... İnsanları gərginlik altında saxlamağa heç bir əsas yoxdur, tədbir görülməlidir!
Ardını oxu...
Ölkənin avtomobil parkında vəziyyət ürəkaçan deyil. Nəqliyyat vasitələrinin əksəri köhnədir. Əhalinin sosial durumu avtomobil parkında yeni maşınların çəkisinin artmasına imkan vermir. Əksinə, köhnə avtomobillərin sayı dayanmadan artır.
Bizimyol.info xəbər verir ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 72 mindən çox avtomobil gətirilib.

Ümumi say 1,7 milyonu keçib. Yəqin ki, yaxın illərdə 2 milyon həddi aşılacaq. Gətirilən avtomobillərin əksəri “ikinci əl” kateqoriyasına aiddir.

Hər il ölkəyə gətirilən avtomobillərin sayında artım müşahidə edilir. Son 15 ildə ölkədə nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. İlin sonuna qədər Azərbaycanda bütün dövrlərin rekordu qeydə alına bilər.

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması köhnə maşınların parkda payının azaldılmasına hesablanmışdı. Belə görünür ki, qərar lazımi effekt verməyib. İndi də ölkəyə yaşı 10 ilə çox yaxın olan xeyli avtomobil gətirilir.

Ölkədə yaşı 10 ildən artıq minik avtomobillərinin payı 80 faizdən çoxdur. Qərar bir sıra məqsədlər daşıyırdı. Ekoloji təmiz hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yeniləmək, yol-nəqliyyat hadisələrinə səbəb olan halları azaltmaq nəzərdə tutulmuşdu. Bundan başqa, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin formalaşmasına səbəb olacağı güman edilirdi. Avtomobil istehsalının stimullaşdırılması da düşünülürdü.

Bəs nə baş verdi? Nə ölkənin avtomobil parkı yenilənir, nə yol-nəqliyyat hadisələrinin sayı azalır, nə də yerli istehsalın stimullaşdırılması müzakirə mövzusudur. Necə deyərlər, köhnə hamam, köhnə tas. Sadəcə, ölkədə köhnə avtomobillərin sayı artır. Tezliklə gətirilən bu maşınların da yaşı 10-u keçəcək. Əksəri Bakı qeydiyyatındadır deyə, paytaxt nəqliyyatı bir az da yüklənir. Əhalinin sosial vəziyyəti yaxşılaşmadığından, yeni avtomobillərə maraq da zəifdir. Yəni ümumi mənzərə dəyişmir. Halbuki ortaya konkret konsepsiya qoyulmalıdır. Avtomobil parkının yeni nəfəsə ehtiyacı var. İnfrastruktur da say artımına hazır olmalıdır.

Aytən, Bizimyol.info
 
 
 
Ardını oxu...
“Azercell Telecom” abunəçilərindən oğurluq etməyə davam edir.

Teref.az Tribunainfo.az-a istinadla ki, “Azercell” bu dəfə də Turab Rzayevin balansından oğurluq edib. Bu barədə o özü yazıb. Bildirib ki, bir günə 5 GB balansından yox olub:
Ardını oxu...
“Əziz və deyərsiz “Azercell”, bu oğurluğun da bir limiti yoxdur?!
Əvvəl hər 10-15 günə oğurluq edirdiniz. Sonra 1 həftəyə endi. İndi də 1 günə enib? Mənim daimi WiFi çıxışım ola-ola 1 günə necə 5 GB yox ola bilər? Oğurluğun də bir həddi olmalıdır da”.
 
 

 


 

Ardını oxu...
Publik informasiya sahiblərinin jurnalistlərin informasiya sorğularına cavab verməməsindən dəfələrlə Ombudsmana şikayət etmişik. Ombudsman adətən, bu sahədəki artıq oturuşmuş iş təcrübəsinə sadiq qalaraq cavablandırılmayan sorğunu yenidən əlaqəli quruma göndərir və cavablandırılmasını istəyir. Ombudsman cəmi bir dəfə, ötən ilin sonlarında jurnalist Şəmistan Həziyevin işində sorğuya cavab verməyən Hacıqabul İcra Hakimiyyəti barəsində inzibati xəta haqqında protokol (İnzibati Xətalar Məcəlləsi, maddə 374, "İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması") tərtib etdi və baxılması üçün məhkəməyə göndərdi. Rayon məhkəməsi də bir bəhanə tapıb, İH əleyhinə olan icraata xitam qərarı verdi...

Gundeminfo.az xəbər verir ki, bu barədə vəki Xalid Ağalı bildirib. O qeyd edib ki, İcra hakimiyyətindın fərqli olaraq mobil operatorlara güzəşt edilməyib.

"Ombudsmanın ötən ilki hesabatını oxuyurdum, informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində sənəddə yer alan məlumatları incələdim, axtarıb məhkəmə qərarlarını tapdım, qarşıma xeyli maraqlı protokollar, məhkəmə qərarları çıxdı. Biri haqqında sizə də danışım.

Deməli, bir xanım "İnformasiya əldə edilməsi" haqda qanuna istinad edərək, "Bakcell"ə informasiya sorğusu göndərib, xahiş edib ki, 055.... nömrəli telefon nömrəsinin M… M… oğlu M…-va məxsus olub-olmaması barədə ona məlumat versin. Bakcell istənilən bilginin fərdi olduğunu əsas göstərib və sorğuda istənilən bilgini təqdim etməkdən imtina edib. Sorğuçu xanım təkrar Bakcell-ə sorğu verib. Bu dəfə ona bildiriblər ki, soruşulan telefon nömrə, sorğuda göstərilən şəxsə məxsus deyil, buna görə nömrənin sahibi haqda məlumatı ona təqdim etməkdən imtina olunur.

Bu dəfə sorğuçu xanım Ombudsmana şikayət edib. Ombudsman da İXM-nin 374-cü maddəsinə söykənərək informasiya sahibi haqda protokol tərtib edib, baxılması üçün məhkəməyə göndərib.

Bakcell özünü öldürsə də Məhkəmə "İnformasiya əldə edilməsi haqda" qanunun 10-cu maddəsinə (İnformasiya sahibinin vəzifələri) əsaslanaraq qərar verib ki, "AR İXM-nin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, MMC barəsində, qeyd edilən maddənin sanksiyasında aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir". 1500 manat cərimə, məhkəmə dedi, vəssalam-şüttəmam!

Yaxşı ki, apelyasiya instansiyası bu qərarı dəyişib...

…Bu nümunə, məhkəmələr başda olmaqla, rəsmi qurumların informasiyalara çatım hüququnun, bu sahəni düzənləyən qanunvericiliyin mahiyyətinə nə qədər vaqif olması haqda parlaq yol göstərəndir.

"İnformasiya əldə edilməsi haqda" qanunun qəbulunun maraqlı tarixçəsi var - bu qanun Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən az sonra qəbul edilmişdi. O, zaman hökumət tələm-tələsik bir layihə hazırlamışdı, ancaq Media Hüququ İnstitutu daxil, media sahəsində çalışan əksər QHT-lər alternativ layihə qoymuşdular ortaya. O vaxtlar, Avropa Şurası-filanın xətir-hörməti də vardı. Nəticə belə oldu ki, hər iki layihə AŞ ekspertizasına təqdim edildi. AŞ da alternativ layihəyə "hə" dedi, parlamentimiz də həmin layihənin ora-burasına əl gəzdirib qəbul elədi. Sonrakı illərdə AŞ standarlarına uyğun olan həmin qanun xeyli qol-budaq edildi. Qanun, onun işləyişinə nəzarət etməli olan "İnformasiya ombudsmanı" təsisatının yaradılmasını nəzərdə tuturdu, həmin müddəalar da budananlardan oldu.

Yuxarıda haqqında danışdığım nümunə də göstərir ki, həmin müddəaların bərpasına, informasiya sahəsində ayrıca ombudsmana, tənzimləyiciyə ehtiyac var. Bu sahədə məlumatlı, bilikli, yol göstərə bilən tənzimləyiciyə".

 
 

Ardını oxu...

Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı duyğulu anlar yaşanıb.

 

Prezident şəhid ailələri ilə görüşdə kövrəlib. O, şəhidlərin qəhrəmanlığını xatırladıb, ailələrin övladlarını vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkib: "Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük".

Qeyd edək ki, dövlət başçısının görüşdüyü şəhid ailələri arasında 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun anası Günel Abbasova da olub.

Gundemx

Dünyapress TV

Xəbər lenti