Ardını oxu...
Yeni dərs ili başlayandan peşə məktəblərində çalışan müəllim, peşə təlimi ustalarının maaşları, həmçinin tələbələrin təqaüdləri ödənilımir.

DİA.AZ Bizimxeber.az-a istinadla bildirir ki, hələ də sentyabr ayının maaşları ödənilməyib və nə zaman veriləcəyi sual altındadır.

Maaşların niyə ödənilmədiyi ilə bağlı nə peşə məktəblərinin direktorları, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov heç bir aydınlııq gətirmir.

Müəllim, usta və tələbələrin ciddi narazılığına səbəb olan bu vəziyyət artıq pik həddə çatıb. Krediti olan müəllimlərə banklar tərəfindən əlavə faizlər yazılır, gecikmələr hesablanır. Tələbələr təqaüd almadıqları üçün yol pulusuzdur.

Nəzərə alsaq ki, müəllimlər biznesmen deyil və başqa yerdən gəlirləri yoxdur, o zaman onların hansı çətin durumda olduğunu söyləməyə ehtiyac qalmır. Görünür, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov və direkorların yaşamaq üçün başqa gəlirləri var, bu vəziyyət onları ilgiləndirmir.

Ümumiyyətlə, Peşə təhsili müəssisələrində dərs saatlarının anormal bölgüsü, bu zaman yaranan narazılıqlar, əmək haqqlarının, saatlara görə ödəmələrin düzgün hesablanmaması, vakant vəzifələrin direktorlar tərəfindən çıxdaş edilməsi, əvəzetmələrdən qazanılan pullar, mənimsəmə, direktor və müavinlərin, baş ustaların (?) dövlətin təhsil ocağını "qohumların yuvasına" çevirməsi, qohumlara yaşıl işıq yandırma, müəllimlərə ikili münasibət, adamı olmayan müəllimələrə qarşı sərt davranış, hətta qanunsuz olaraq həftədə bir neçə dəfə 11-13 saat dərs (müəllimi bir gündə 13 saat dərs deməyə məcbur etmə tamamilə qanununsuzdur və Əmək Müfəttişliyi bu məsələni ciddi araşdırmalıdır (?!) deməyə məcbur etmə və başqa halları mövcuddur.
Ardını oxu...
Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb.

Teref.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə sözügedən ərazidə yaşayan sakinlər bildiriblər.

Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək.

Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblərindən 2000-2100 AZN-ə satın alınır. Üstəlik onlara yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək.

Sözügedən ərazinin "Google map" üzərindən görüntüsünü təqdim edirik:

Məqaləyə dair fotomateriallar:

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində su bəndlərində doluluq səviyyəsi düşməyə davam edir.

Bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi məlumat verib.

İdarə sentyabrda gözlənilən yağıntının az olmasından sonra şəhəri su ilə təmin edən bəndlərdə ortadoluluq nisbətini açıqlayıb.

Bildirilib ki, şəhərdə leysan yağışlara baxmayaraq, bəndlərin doluluq nisbəti azalıb.

Məlumata görə, 15 oktyabr tarixində 21,69 faiz dolu olan su bəndlərində 23 oktyabr tarixində bu rəqəm 20,6 faiz olaraq ölçülüb.
Səlahiyyətlilər vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Habertürk

 
Ardını oxu...
Bakıda "Yaşam Tibb" Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxanın qarşısında qaynı tərəfindən döyülüb.

Teref.az Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsi, 112-i ünvanında baş verib.

Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına 45 min manat kredit götürüb. Əvəzində Şamaxıdakı evi bacısının adına keçirib. Zenfira Hacıyevanın vəfatından sonra Ceyhun Hacıyev kreditdən xəbər tutub və evi qızı Leylanın adına rəsmiləşdirib.

Bundan sonra Ceyhun Hacıyevlə qaynı arasında mübahisələr yaranıb və iş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə əmlakın Leyla Hacıyevaya məxsus olduğunu təsdiqləyib.

Bundan narahat olan Sahib Ceyhun Hacıyevin baş həkim işlədiyi "Yaşam Tibb" Mərkəzinə gedib və onunla görüşmək istəyib. Baş həkim görüşmək istəmədiyi üçün onun işdən çıxmasını gözləyib. Ceyhun Hacıyev "Toyota Prado” markalı avtomobili ilə hərəkətdə olarkən Sahib qəfildən özünü onun qarşısına atıb. Həkim avtomobildən düşüb ona yaxınlaşarkən Sahib təpik zərbələri edirib. Daha sonra isə yumruqla çənəsinə vurub. Hadisə yerinə gələn işçilər onu klinikaya aparıb.

Bakıda baş həkim qaynı tərəfindən döyüldü - Özünü avtomobilin qarşısına atıb...
Sahib polislər tərəfindən saxlanılıb, protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmədə baş həkim təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə 1960-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş Sahib Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1000 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
 

Ardını oxu...
Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu. “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev – 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya – 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların “Muğan Bank” vasitəsilə necə Azərbaycan – Avropa – Azərbaycan dövriyyəsini edir… Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.
 //cumhuriyyet.az//
Ardını oxu...
Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
 
Ardını oxu...
Xəzər dənizində suyun səviyyəsi enməkdə davam edir.

“Xezerxeber.az” xəbər verir ki, suyun səviyyəsi son 10 ildə 114 sm enib. Coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axının azalmasıdır. Hətta, Kür çayı da son iki ildə Xəzər dənizinə şirin su gətirmir.

Səid Səfərov bildirib ki, Xəzər dənizində suyun azalması, çaylarda axının azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.

Coğrafiya elmləri doktoru onu da əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.
Səid Səfərov deyib ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzər dənizində suyun səviyyəsi iki metrə qədər düşüb. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olub. Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Bank of Baku"dandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Alina Ələsgərova adlı vətəndaş giley edir.

Narazı vətəndaş daha sonra qeyd edir: "Sentyabr ayının 29-u "Mango" mağazasından aldığım şalvarı qaytarmaq istədim, bankın sistemi işləmirdi terminaldan ödəniş olunmadı amma banka ərizə yazılıb göndərildiki pulu geri ödəniş eləsinlər.

Bildirildi ki, 15 iş günü tamamlananda geri ödəniş kartıma oturacaq. Amma 15 iş günü keçdi, geri ödəniş yoxdur.

Bankdan isə "araşdırılma üçün yönləndirildi" sözdən başqa bir cavab da yoxdur".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq Qarabağ tamamailə azaddır.

Qarabağda yerləşən ərazilərimizin İcra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.

İcra hakimiyyətlərinin işğaldan azad olunmuş ərazilərə qaytarılması planlaşdırılırmı? Xüsusi Nümayəndəliklə, İcra hakimiyyətləri paralellik təşkil edirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin bu gün Bakıda və digər ərazilərdə yerləşməsi hələ ki daha məqsədəuyğundur:

“Sözsüz ki, ərazilərdə insanların yaşaması üçün təhlükəsizliyin təmin olunması vacibdir. Bu gün həmin yerlərdə minaların partlaması, insanların məhv olması müşahidə olunur. Bu səbəbdən hələ ki icra orqanlarının Bakıda, eləcə də digər rayonlarda yerləşməsi məqsədəuyğun sayılır. Prezident İlham Əliyev Füzuli rayonunda olarkən bir daha qeyd etdi ki, bütün ərazilər abadlaşacaq. İnsanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Müəyyən proqramlar var. Sözsüz ki, 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərə insanlar mərhələli şəkildə qayıdacaqlar. Əgər insanlar həmin yerlərə qayıtmırlarsa, icra orqanlarının da həmin ərazilərdə fəaliyyət göstərməsi mümkün deyil. Çünki hələ rayonların əhalisinin 15-20 faizi qaytarılıb. Qalanları ayrı-ayrı rayonlardadır. İcra başçıları da həmin rayonlarla əlaqə saxlayır və insanların qayğıları, tələbləri ilə əlaqədar öz işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, həmin rayonların sakinlərinin 50 faizindən çoxu qayıtdıqdan sonra müvafiq orqanlar da ora köçürülə bilər”.

Tahir Rzayev qeyd edib ki, İcra hakimiyyətləri ilə Prezidentin Xüsusi Nümayəndəliyi arasında paralellik yoxdur:

“İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşların tələb və arzuları ilə yox, yenidənqurma, bərpa işləri ilə məşğul olur. İcra Hakimiyyəti orqanları bu gün sırf vətəndaşlarla işləyir. İnsanların təklif və arzularını həyata keçirir və digər tədbirləri görürlər. Füzulidə də Prezidentin yanında xüsusi nümayəndə vardı. İcra başçıları tədbirlərə dəvət olunmurlar. Yerlərdə işlərin görülməsi bilavasitə o nümayəndələrdən tələb olunur”.

Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, Prezidentin Xüsusi Nümayəndəliyi ilə İcra hakimiyyətlərinin iş sahəsi fərqlidir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklər və onların aparatları bərpa-quruculuq, yenidənqurma işləri ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların fəaliyyətini əlaqələndirirlər. Azərbaycanın istənilən inzibati ərazi vahidində olduğu kimi, işğaldan azad olunmuş rayonlarda da İcra hakimiyyətləri əslində fəaliyyət göstərməlidir. Ancaq işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bizim soydaşlarımız hissə-hissə həmin ərazilərə qayıdır. Həmin rayonların tam bərpası, yenidənqurulması başa çatmasından, soydaşlarımızın öz yurdlarına tam qayıdışından sonra biz İcra hakimiyyətlərinin orada fəaliyyət göstərməsindən danışa bilərik. Xüsusi nümayəndəliklər ərazi üzrə, yerli İcra hakimiyyətləri əhali üzrə fəaliyət göstərən qurumlar hesab olunur”.

K.Bayramov bu sahədə islahatların da keçirilə biləcəyini istisna etmir:

“Biz mətbuatı izləyirik. İcra hakimiyyətlərinin ləğv olunacağı, statusunun dəyişəcəyi ilə bağlı müxtəlif fərziyələr və rəylər təqdim olunur. Bu baxımdan indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə İcra hakimiyyətinin fəaliyyətindən danışa bilmərik. Orada əhali yoxdur. Çünki tam qayıdış başa çatmayıb. Orada abadlıq-quruculuq, yenidənqurma işləri getdiyi və ərazilər minadan tam təmizlənmədiyi üçün orada yerli icra orqanlarının fəaliyyətə başlaması məntiqə uyğun gəlmir. Həm də buna zərurət yoxdur. Düşünürəm ki, gələcəkdə soydaşlarımızın doğma yerlərinin hamısının qayıdışı təmin olunduqdan sonra yerli İcra hakimiyyətlərinin fəaliyyətindən danışa bilərik”.
 
Ardını oxu...
DİA.AZ xəbər verir ki, Bakı şəhər sakini Allahverdiyev Nağı Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevdən narazılığını bildirir:

"Mən, Allahverdiyev Nağı Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim məktubumu işıqlandırasınız.

Ötən yazımda da haqsızlığa uğradığımı nəzərinizə çatdırmışdım.

Sizin sayt vasitəsilə “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevə bildirirəm ki, hələ heç nə bitməyib, qabaqda bizi gözləyən məhkəmə prosesləri var.

Cənab Ruslan Əliyev məni "Facebook" hesabınızdan blok etsəniz də, bir yolunu tapıb sizi izləyirəm. Buradan sizə bildirirəm ki, etdiyiniz haqsızlıqların cavabını məhkəmədə verəcəksiniz.

Əhaliyə qeyri-qanuni yazdırdığınız cərimələr, şişirdilmiş məbləğlər, hətta ölkə başçısını belə aldatmağınız gec-tez üzə çıxacaq.

Başınız yeyintiyə qarışdığından, Əmək Məcəlləsindəki maddələri də unutmusunuz. Bildiyiniz bir tək maddə var - 74-ün c bəndi, bütün işçiləri bu maddə ilə çıxarırsız. Arada vaxt edin 16,79-cu maddələrə də nəzər yetirin, Azərbaycan Respublikasının Əlillik haqqında qanunlarına baxın. Belə fikirləşirəm ki, siz BMT-nin üzvü olduğumuzu unutmusuz.

Cənab Prezidentimizin 2 oktyabr 2008-ci ildə imzaladığı fərmana baxın, bəlkə qanunları, fərmanları oxumaqla irəli gedə biləsiniz. Qanunlar dəyişib, artıq əlillərdə əmək qabiliyyəti yoxdur, deyə bir qanun yoxdur. Əlillər də işləyə bilərlər.

Bütün sənədlərimi məhkəməyə vermişəm, adil, qanuna tabe hakimlər tərəfindən bu işin ədalətli araşdırılıacağı, haqqın yerini tapacağına əminəm".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti