Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra iş adamları muxtar respublikaya investisiya qoymağa dəvət edilib. Uzun illər ərzində Vasif Talıbov iş adamlarını Naxçıvana buraxmamış, muxtar respublikadakı əksər istehsal və xidmət müəssisələri Talıbovlar ailəsinə məxsus olmuşdu. DİA.AZ bildirir ki, yeni dönəmdə ortalığa çıxan şirkətlərdən biri də “HİMAL” Holdinqdir. Bu holdinqə Naxçıvanda yaşıl işıq yandırılıb, geniş imkanlar yaradılıb. Qısa müddət ərzində “HİMAL” Holdinq “Çınqıllı” və “Darıdağ” təbii və mineral sularının istehsalına başlayıb.

Bundan başqa, holdinqin Naxçıvandakı otelləri, bir sıra xidmət sahələrini satın aldığı ilə bağlı xəbərlər yayılmışdı.

Bu günlərdə məlum olub ki, “HİMAL” Holdinq Naxçıvan Muxtar Respublikasında bəzi sahələrdə fəaliyyətini dondurub. Holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşınıb.

DİA.AZ xəbər verir ki, TNS-ə özəl mənəbələrdən daxil olan məlumata görə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə “HİMAL” Holdinqin rəhbəri Hacı Ələsgərov arasında ciddi problem yaranıb, holdinqin Naxçıvandakı fəaliyyəti məhdudlaşdırılıb.

Ardını oxu...

Əldə etdiyimiz məlumata görə, iş adamı Hacı Ələsgərov səlahiyyətli nümayəndəyə verdiyi sözü tutmayıb, onu ölkə rəhbərliyi qarşısında çətin duruma salıb. Belə ki, Hacı Ələsgərov Talıbovlar ailəsinə məxsus olan “Təbriz”, “Duzdağ”, “Grant Naxçıvan”, “Avtovağzal” otellərini, “Nəqşicahan” tikinti şirkətini, bir sıra xidmət sahələrini almaq barədə söz verib. Bu əmlakların dəyəri, təqribən, 50-60 milyon manat arasındadır. Həmin vəsait Naxçıvanın büdcəsinə yönəldilərək muxtar respublikada tikinti-quruculuq işlərində istifadə olunacaqmış.

Hacı Ələsgərovun sözünə arxayın olan Fuad Nəcəfli keçirilən müşavirələrdə muxtar respublikaya 50 milyon manat ayrılacağını, vəsaitlə bağlı yaranmış problemlərin aradan qaldırılacağını bildirib.

Aparılan texniki-iqtisadi dəyələndirmələrdən sonra “HİMAL”a təklif olunan obyektlərin rentabelli olmadığı müəyyən edilib və holdinq həmin əmlakları satın almaq fikrindən vaz keçib.

Hazırda “HİMAL” Naxçıvanda bəzi sahələrdə fəaliyyətini davam etdirir. Mənbənin sözlərinə görə, bu holdinqə əvvəlki münasibət olmayacaq. Çünki holdinq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, Hacı Ələsgərov isə özü barədə qeyri-ciddi iş adamı təəssüratı yaradıb.
 
Ardını oxu...
Fikrimcə, Azərbaycan Respublikasında: istehlakçıların: qaz, su, kanalizasiya, enerji, rabitə, telefon, poçt və sair digər kommunal xidmətlər üzrə istehlakçıların hüquqlarını müdafiə edən -" İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında"AzərbaycanRespublikası Qanunu və digər normativ hüquqi xarakteri aktlar var və qüvvədədir. Lakin, qeyd olunan qanunvericilyin bu tələblərini pozan, icra etməyən və istehlakçıların hüquqlarını pozan istehsalçılar və məsul vəzifəli şəxslər də az deyil. Səbəbləri isə aşağıdakılardır:
1. İlk olaraq onu bildirirəm ki: qaz, su, rabitə, kanalizasiya, enerji, telefon,poçt və sair digər kommunal xidmətləri üzrə istehlakçı hüquqlarının pozulmasının əsas səbəbi, bu hüquqları pozan istehsalçı və onların vəzifəli şəxslərin müfafiq qaydada məsuliyyətə cəlb olunmamasıdlr.
2. Qüvvədə olan qanunvericilliyə əsasən: Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçı (qaz, su, kanalizasiya enerji, rabitə, telefon və sair digər kommunal xidmətləri üzrə): işlərin icra edilməsi və sair xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən ikitərəfli müqavilə bağlamağa borcludur. İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə, fasiləsiz təmin edilsin.
3. İstehsalçı, bağladığı müqavilə üzrə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın əvəzini tam ödəməyə borcludur. Çox təəssüf ki, bağlanan bu müqavilədə hüquq və vəzifələr, istehsalçının xeyrinə birtərəfli olur. Yəni, bağlanan müqavilələrdə: istehsalçının yalnız hüquqları var, vəzifə və məsuliyyəti yoxdur, istehlakçının isə əksinə: hüquqları yox, yalnız vəzifə və məsuliyyətləri var.
4. Son dövrlərdə qaz, su, rabitə, kanalizasiya enerji, telefon, tibb və sair digər kommunal xidmətləri üzrə "qanunsuz yazılmış borcların silinməsi və istehlakçı hüquqlarının bərpası" ilə əlaqədar kifayət qədər məhkəmə qərarları da qəbul olunur.
5. Qanunsuz yazılmış borcun məhkəmə qaydasında silinməsi yaxşı haldır. Lakin, bu xidmətlə bağlı abonentə buna görə dəyən maddi və mənəvi ziyana görə, abonentlərin məhkəmə əziyyətlərinə və xərclərinə görə pul əvəzinin ödənməməsi, bu borcu yazan vəzifəli şəxslər barəsində heç bir halda cinayət işinin başlanması barədə xüsusi məhkəmə qərarlarının olmaması da yaxşı hal deyil.
6. Nə qədər ki, hətta məhkəmələr belə yalnız bu borcu siləcək bu hallar da davam edəcək, yəni abonentlərə qanunsuz və əsassız borclar yazılacaq. Niyə də yazılmasını, ən pis halda borclar silinir, bu əsassız və qanunsuz borcları yazan, onları əzab əziyyətə salan, maddi və mənəvi ziyan vuran istehsalçı və ya onun məsul vəzifəli şəxsləri, abonentləri incitdiyinə və qanunsuz borc yazdığına görə məsuliyyət daşımır. Ən pis halda isə bu borc məhkəmə qaydasında silinir.
7. Bir halda ki, əsassız və qanunsuz borcların yazılması açıq aşkardır, istehlakçı hüquqları açıq aşkar və kobud surətdə pozulur, kütləvi xarakter alıb və bu barədə kifayət qədər məhkəmə qərarları qəbul edilir, hesab edirəm ki, bu halda qərar qəbul edən Hakim işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ☑️265.4-cü maddəsini əsas tutaraq, proses iştirakçılarının və ya digər şəxslərin (göstərilən halda istehlakçıların məsul vəzifəli şəxsləri) əməllərində cinayətin əlamətlərini aşkar çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
Azər Quliyev.
Teref.az
Ardını oxu...
Bu müharibədə canlı olaraq nələr gördük?
1. Öz oğlunun tabutu qabağında oynayan ana.
2. Öz nişanlısının ölümündən sonra intiar edən qız.
3. Qardaşının şəhid xəbərini aldıqda, cənazənin gəlməsini gözləmədən intihar edən Neftçalalı bacı.
4.Öz ərinin cənazəsini çiynində daşıyan qadın.
5.Öz qızının bağırsaqlarını yerdən yığan ata.
6.Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.
7.Əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyən qəhrəman.
8..Ürəyində qəlpə ola -ola canım qurban bu vətənə deyən əsgər.
9. Əsgərinə bu mənim qardaşımdır deyən General.
10. Öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana.
11. Can verəndə qızım üçün darıxıram deyən əsgər.
12. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.
13. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.
14. Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.
15..Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər.
16. Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb #PoladHəşimovun qisasın alan əsgər.
17. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən şəkili əmi.
18. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana.
19. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.
20. Döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçıləri ilə dalaşan oğullar.
21.Şuşa ugrunda döyüşdə ayagından aldıgı güllə yarasını əsgərləri ruhdan düşməsin deyə, Şuşa azad olunanacan əsgərlərindən gizləyən, komandir Fərəc Kərimli
22.Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.
23.Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.
24.Agcabədidən Murova mənə zəng vurub, İlqar əmi, bir 011 maşınım var , bu dəyqə 1500 manat verirlər, orada kiməsə hörmət etmək lazımdırsa, satım pulu gətirim, kimə vermək lazımdırsa ver, noolar mənim də döyüşə qatılmagıma kömək elə, vallah üzünü qara çıxarmaram, döyşdə olmadıgım üçün özümü arvad kimi hiss edirəm deyən,24 yaşlı Laçınlı oglan.
25.Komandiri oldugu ordu ilə döyüşün qaynar nöqtəsinə yola düşərkən mayor qardaşı Ilqar Atakishiyevə birgə yola saldıgımız ,qardaşına- anama bildirsən haqqımı sənə halal etmərəm deyən, şəhid oglu Kəlbəcərli palkovnik Məzahir Atakişiyev.
26.Çaykəndə kəndlilərin yaratdıgı Arxa cəbhə məntəqəsinə Murovda əsgərə yollamaq üçün gətirdiyi 3 günə topladıgı 30 ədəd yumurtanın az olduguna görə, o gözəl nurlu yanaqları utandıgından pörtən, özü üçün yeməyə bir ədəd belə yumurta saxlamayıb, nəyi varsa əsgərə yollamaq üçün gətirən 70 yaşlı nənə.
27.Şəhid oglunu dəfn edərkən məzarlıqda ikinci oglunun da şəhid xəbərini alan, yeganə təsəllim Qarabagın büstbütün ermənilərdən azad olunması ola bilər deyən , eyni gündə iki ogil şəhid verib , kimsəsiz qalan ana.
28.Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin meyidlırini dağıntı altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun" deyən Gəncəli ANA.
29.Oģuz rayonun Xaçmaz kəndində hər qızının bir oģlunu, 2 ŞƏHID nəvəsini,TƏBRIZ, və ORXANI ,vətən sag olsun deyərək, dəfn edən Nənə və Baba
30. 44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideyinlərinin xəbər tutduqları qəhrəman.
31. Sədərəkdə şəhid gələn ogluna qurban kəsən ata.
32. ……..Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək, qardaş olan ölkələr.
İbrahim Xəlil , İlqar Mahmud.
Teref.az
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi (DGK) əqli mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik əsasında pirat və saxta məhsulların ölkəyə buraxılmasını dayandıra biləcəyinə dair rezonans doğuran açıqlama verib. Bütün bunlar idxalçılar üçün daha sərt tələblər deməkdir. Məsələn, əgər əvvəllər gömrük Çin və digər qondarma “markalı” məhsulların idxalına loyal idisə, indi zarafatla “Səma İmperiyasının klonları” adlandırılan məşhur brendlərin ucuz Çin nüsxələri ölkənin gömrük ərazisinə buraxılmayacaq.

DİA.AZ xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüzün AYNA-ya şərhinə görə, bütün bunlar yerli bazarda qiymətlərin rekord dərəcədə artmasına səbəb olacaq. Təsəvvür edin, respublikaya ancaq brendlər gətirilsə, mallar, eyni paltarlar və ya ayaqqabılar nə qədər baha başa gələcək?

Axı, birincisi, bahadır. İkincisi, yerli bazar qıtlıq dövrünə qayıtmayacaqmı? Alıcılar hamıya çatmayan çəkmələri və ya paltoları almaq ümidi ilə mağazaları mühasirəyə alırdılar. Təbii ki, bizim bazarda belə bir şey gözləməyə dəyməz, çünki idxalçıların gəlirləri ondan asılıdır və bizdə onlar adi iş adamları deyil, bildiyimiz kimi, çox hörmətli şəxslərdir. Buna görə də sual yaranır: gömrük bunu etmək qərarına gəldimi və indi yerli inhisarçılar yeni qaydaların məngənəsində hər cür saxtakarlıqdan imtina edərək, yalnız orijinal mallar alacaqlarmı? Bu, elmi fantastika sferasından bir şey kimi görünür.

Və buna baxmayaraq, O.Gündüz qeyd edir ki, saxta məhsulların ölkəyə gətirilməsinə artıq qadağa qoyulub və hətta yükdaşıma şirkətləri belə malların daşınmasından diqqətli olmaq üçün müvafiq göstərişlər alıblar. Öz növbəsində, cargo şirkətləri artıq bu barədə müştərilərini xəbərdar edib.

“Başqa sözlə, indi daşıyıcılar buraya müxtəlif brendlərin əmtəə nişanları və loqoları altında mal gətirə bilməyəcəklər. Lakin əksər hallarda bizə bütün bu illər ərzində saxta mallar gətirilib və artıq geniş biznes şəbəkəsi yaradılıb. Söhbət Çindən belə mallar gətirən, burada pərakəndə ticarət və onun xidmətlərini təşkil edən, anbar xidmətləri göstərən, pərakəndə bazar və ticarət mağazaları icarəyə götürən, on minlərlə işçi işə götürən və s. müxtəlif sahibkarların uzun zəncirindən gedir”, - deyə AİF rəhbəri bildirib.

İnternetdə axtarış versəniz, görərsiniz ki, gömrük idarəmizin bu cür açıqlamaları ilk dəfə deyil. Beş il əvvəl, 2018-ci ildə saxta sənaye məhsullarını qadağan etmək istədilər, lakin bütün bunlar danışıq səviyyəsində qaldı. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən ərzaq məhsulları idxal edənlərə xəbərdarlıq edib - onlar yalnız sertifikatlı mallar gətirməli və özləri ilkin qeydiyyatdan keçməli idilər. Departamentdən bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, respublika ərazisinə gətirilən bəzi ərzaq və yemlər mənşə ölkəsi üzrə sertifikatlaşdırılmalıdır. Onlar həmçinin bildiriblər ki, “AQTA əməkdaşları tərəfindən xarici ərzaq məhsullarının tədarükçülərinin siyahısının təsdiqi və onların qeydiyyatı üçün zəruri tədbirlər həyata keçirilib”.

Əgər əvvəllər bu, heç kimi narahat etmirdisə, yerli dövlət qurumlarının Çindən gələn saxta məhsullara birdən-birə güclü marağını necə izah etmək olar? Çox güman ki, bu sualın cavabı tezliklə bəlli olacaq.

“Yerli müəssisələrin nə etməli olduğu hələ də məlum deyil. Söhbət alıcılardan deyil, belə məhsulların idxalından asılı olan minlərlə sahibkarlıq subyektindən ibarət sistemdən gedir. Bundan başqa, hazırda ölkəmizdə anbarları və mağazaları, sözün əsl mənasında, Çin saxta sənayesinin məhsulları ilə dolu olan xeyli sahibkar var. Bu sahibkarların və bütövlükdə bu şəbəkənin taleyi necə olacaq? Yerli istehsalın olmadığı indiki şəraitdə belə sərt addımın nəticələri hesablanıbmı?”, - deyə ekspert sual edir.

Çoxlu suallar yaranır. Tutaq ki, bütün bu müddət ərzində bu idxaldan büdcəyə daxil olan vergiləri indi kim ödəyəcək və nəticədə gömrük gəlirləri əvvəlki səviyyədə qalacaqmı? Bəs bizim gömrükdə bu məsələdə ağlabatan qərarlar, proqnozlar varmı? Nəhayət, əsas məsələ bu qadağanın qiymətlərə necə təsir edəcəyidir – inflyasiyanın yeni mərhələsi başlayacaqmı?

“Təbii ki, Dövlət Gömrük Komitəsinin qeyd etdiyi kimi, əqli mülkiyyət obyektlərindən qanunsuz istifadə inzibati və cinayət məsuliyyətinə səbəb olur. Ancaq indiki şəraitdə ilk növbədə bütün müsbət və mənfi cəhətləri başa düşmək və ölçüb-biçmək düzgün olardı”, - deyə O.Gündüz vurğulayıb.

Çində istehsal olunan bir çox marka var. Digər markalar istehsalçıdan rəsmi alınıb - onların istehsalı tamamilə qanunidir, sadəcə ölkəyə idxal edərkən müəllif hüququ sahibinin icazəsi tələb olunmur. Lakin Çinin saxta əşyalar bazarı bu gün bütün dünyada inkişaf edir. Saxta mallar istənilən böyük bazarın əsas hissəsini təşkil edir. Ona görə də deyə bilərik ki, bu qərar onlayn ticarətə daha bir sürpriz gətirəcək.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov sosial şəbəkə hesabında bütöv Azərbaycanla bağlı paylaşım edib.

TNS xəbər verir ki, ulu öndər Heydər Əliyevin bir tarixi çıxışından istifadə olunaraq hazırlanan videoçarxda bötöv Azərbaycanın xəritəsi də yerləşdirilib.

Naxçıvan Muxtar Respublikasının faktiki rəhbərinin bu paylaşımı olduqca diqqətçəkicidir. Videoçarxdakı xəritədə İranın Tehran, Qum kimi şəhərləri də Azərbaycan xəritəsi daxilində verilib. Azərbaycanla İran arasındakı gərgin münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımların atıldığı bir vaxtda ölkəmizdə kifayət qədər yüksək vəzifə sahibinin bu paylaşımı birmənalı qarşılanmayacaq. Çünki bu, İran ərazilərinə iddia etməkdir. Azər Zeynalovun bu paylaşımı İran tərəfindən Azərbaycan dövlətinin, yaxud Naxçıvan Muxtar Respublikasının rəsmi mövqeyi kimi anlaşıla bilər.

Ali Məclis sədrinin birinci müavini daha bir ciddi siyasi səhvə yol verib. Videoçarx Türkiyənin məşhur serialı “Kurtlar vadisi”nin musiqisindən istifadə olunaraq hazırlanıb.

Maraqlıdır, 20 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsində çalışan, siyasi baxımdan kifayət qədər yetkin bir şəxs niyə belə ziddiyyətli paylaşım edib? Əgər Azər Zeynalov bu paylaşımdakı xəritənin mənasını, siyasi baxımdan ölkəmizə verə biləcəyi ziyanı anlamırsa, o zaman uzun illərdir, necə muxtar respublikanın ikinci rəhbər vəzifəli şəxsi statusunu daşıya bilib?

Yəqin ki, birinci sualın cavabını Azər Zeynalovun özündən başqa heç kim bilmir. İkinci sualın cavabını isə Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovdan və Zeynalovun bu vəzifədə qalmasında maraqlı olan şəxslərdən soruşmaq lazımdır.
Ardını oxu...

 
Ardını oxu...
Türkiyədə olsam da hər gün zənglər və sosial şəbəkələr vasitəsilə təzyiq göstərilir. Düz söz demək qadağandır, dərhal hücuma keçirlər.
Bu qədər trol saxlamaqdansa elə həmin pulları cəmiyyətimizə faydalı olan məsələlərə sərf edin.
Mən əminəm ki, aidiyyəti sahə üzrə rəhbər şəxslərin bu məsələlərdən tam məlumatı yoxdur. Bizim qaldırdığımız məsələləri maraqlı şəxslər rəhbərliyə qısa və özlərinə sərf edən formada çatdırır.
Rəhbər şəxsdə elə təəssürat yaradırlar ki, bizlər pul davası edir, dövlətə qarşı çıxırıq.
Vallah ayıbdı.
Mən və həmkarlarım canımızı bu dövlət yolunda fəda verənlərdənik.
Bizlər ən çətin dövrlərdə dövlətimizin yanında olanda, sizlər adını çəkmək istəmədiyim qəzetdə reket jurnalist, iqtidarımızı tənqid edən televiziyada müxbir və s. vəzifələrdə çalışırdınız. Bu gün sadəcə bəxtiniz gətirib gizlənə bilmisiniz.
Ramiz Mehdiyev taktikasından əl çəkin, insanlara imkan verin düz sözünü desin.
Düz sözü deyəndən heç vaxt zərər gəlməz, sizlər yaltaqlardan qorxun. Əvvəlki təcrübələrə baxın, bu gün həmin insanlar sizin yanınızdadır, sabah ayağınız büdrəyəndə növbətisinin yanında olacaq.
Ümid edirəm ki, bir gün bizim səsimiz rəhbərlikdə eşidiləcək, haqq-ədalət öz yerini tapacaq, QHT Agentliyi trol saxlayan rəhbərlikdən xilas olacaqdır.
Samir Adigozelli
Teref.az
Ardını oxu...
Xaçmazda dünən körpünün uçması sosial şəbəkədə digər yerlərdə də belə qəzalı vəziyyətdə olan yol qovşaqları barədə paylaşımları gündəmə gətirib.

Oxu.Az bildirir ki, bunlardan biri də qəzalı vəziyyətdə olan Astaradakı körpüdür.

Astara rayonunun ən böyük kəndlərindən olan və yeddi mindən çox əhalinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpünün dayaq sütunları çürüyüb. Körpü hər an, Xaçmazda olduğu kimi, uça bilər. Sakinlər illərdir aidiyyəti qurumlara şikayət etsələr də, nəticənin olmadığını deyirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
DİA.AZ: - Deyəsən, bu günlərdə rəhbərliyi dəyişən AZAL-da işlərin sahmana düşməsi üçün hələ xeyli addımlar atılmalıdır. Hər halda görünəni budur. Və aydın olur ki, hələ də bu qurumda müştəri məmnuniyyəti anlayışı aktual deyil. DİA.AZ bildirir ki, bunu artan vətəndaş şikayətlərindən də görmək olar. Eyni zamanda edilən şikayətlərin qulaqardına vurulmasından...

Biz isə DİA.AZ olaraq narazı vətəndaşların gileyini çatdırmaqda davam edirik. Bəlkə düzələ.. ümidiylə...

"AZAL - Azerbaijan Airlines şikayətçiyəm!" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aytən Sadıqova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Təyyarəni dəyişməklə aldığım komfort klas bileti ekonom klasa dəyişdilər, məni 1821 AZN ziyana saldılar. Ziyanı ödəmək üçün yaratdığım sorğulara cavab vermirlər!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - " 'Bakıkart'a "online" pul köçürülüb, amma üstündən 10 gün keçsə də, hələ də karta yüklənməyib". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ləman adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Kartdan pul çıxıb, amma...

Hara müraciət etmək lazımdır? Bilən varsa, məlumatlandırsın, zəhmət olmasa..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
2023-cü ildə 5 universitetimizdə aparılan institusional akkreditasiya zamanı elmin yükü necə qiymətləndirilib?

Qeyd: “30” sentyabr 2022-ci il KQ-05 nömrəli qərardan 4.3 Elmi-tədqiqat fəaliyyəti üzrə meyardan aydın olmayan və ya ölçülməsi mənim üçün çətin olan meyar.

4.3.12 Tədqiqatçılar tərəfindən nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmuş elmi məqalələrə istinadetmə indeksinin (“citation index") artım dinamikası

Görəsən ekspert qrupu burada başlağıc rəqəmini necə müəyyən edib? Yəni Scopus yoxsa Clarivate bazası nəzərdə tutulub?
Hesab edirəm müəssisəsələr arasına müqaisə aparmaq üçün orta rəqəm (həm say həmdə istinadetmə) qoyulmalı idi amma.........

Xüsusi qeyd: Beynəlxalq reytinqlərin meyarları nöqteyi nəzərindən qeyd edirəm.
Lap xüsusi qeyd: "Nüfuzlu beynəlxalq nəşrlər" dedikdə nəzərdə çox saylı indekslənmiş bazalar nəzərdə tutula bilər. Məs. ErihPlus. Copernicus, RİNS. Scopus, Clarivate və s.!

Bəlkə mənim diqqətimdən nəsə qacıb və ya doğru təhlil etməmişəm.

Hesab edirəm adiyəti qurum (lar) bunla bağlı izah edici/Normativ sənəd qoymalı idi.

Vüsal Kərimli - ekspert
DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti