Ardını oxu...
Artıq bir neçə gündür ki, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı başlayıb.
Müqəddəs ayın ilk günlərindən restoranlarda iftar menyularının qiymətinin kəllə-çarxa qaldırıldığını müşahidə edirik. Məsələn, hazırda əksər restoranlarda qiymətlər 30 manatdan başlayıb, 95 manatadək davam edir. Bu isə ötən illə müqayisədə qiymətlərin xeyli artdığını göstərir.
Bəs vətəndaşlar bu qiymətlərlə razılaşırmı?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız reportajı təqdim edirik:

 
 
 
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Hurriyyet.az-a bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. O, tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb. Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.

Vurğulanıb ki, ilkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Qeyd olunub ki, hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
 
 
 
Ardını oxu...
“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların SİYAHISI

Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);

3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;

6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur -sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);

9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.
 
 
 
Ardını oxu...
“Bakı-Sumqayıt yolu ən böyük problemli, ən çox tıxac olan yoldur. Burada saatlarla maşın dayanır, ölkənin şimalından, eyni zamanda, Abşeron rayonundan gələn avtomobillər sözün həqiqi mənasında sıx tıxac yaradır və bu, kifayət qədər çətinliklər törədir.
Bu yolun sağı, solu tikintilərlə əhatə olunub. Ona görə də ayrı-ayrı ölkələrin təcrübələrindən istifadə etmək olar”.
Bu sözləri deputat Fəzail Ağamalı Bizim.media-ya nəqliyyat sahəsindəki problemlərdən danışarkən deyib.
O, Bakı-Sumqayıt yolunda saatlarla yaşanan tıxacların hər gün təkrarlandığını və bunun üçün parlamentdə də təkliflə çıxış etdiyini vurğulayıb:
“Yaponiyada olanda görmüşəm ki, orada yüngül konstruksiyalı iki və ya üçmərtəbəli yollar çəkilib. Bundan istifadə etmək olar, düzdür, bir az bahalıdır, lakin Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılmasının yeganə yolu budur. Çünki yolun daha da genişləndirilməsi mümkün deyil.
Nəzərə alsaq ki, həmin yol metronun “20 Yanvar” stansiyasına çatmamış körpüyə qədər 6 zolaqlıdır, körpüyə çatanda 3, tuneldən çıxandan sonra iki zolağa çevrilir. Bu da maşınların rahat hərəkəti üçün problem yaradır”.
Bundan başqa Milli Məclisin üzvü iki şəhər arasında metro xəttinin çəkilməsinin və şəxsi maşınların paytaxta buraxılmamasının tərəfdarıdır:
“Sumqayıta qədər yerüstü metro da çəkilə bilər. Bu da səmərəli nəticə verər. Metro olduqdan sonra Sumqayıtdan gələn şəxsi avtomobillərin Bakıya girişi məhdudlaşdırıla bilər. Hər hansı şəxs metro ilə Bakıya gələ, paytaxtda öz işini görüb, Sumqayıta qayıda bilər. Beləliklə sıxlığın qarşısı alınar”.
Məsələ ilə bağlı Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az"a bildirib ki, Milli Məclisdə nəqliyyat məsələləri üzrə müzakirə apararkən deputat Fəzail Ağamalı Novxanıda yaşadığını və iş yerinə gələndə 2 saat vaxt sərf etdiyini qeyd etdi:
"İndi isə açıqlama verir ki, Sumqayıtdan gələn şəxsi avtomobillər Bakıya buraxılmasın. Belə çıxır ki, Fəzail bəyin də maşını buraxılmamalıdır. Iclasda tıxac mövzusunu gündəmə gətirdi. Mən isə çıxışımda bildirdim ki, Novxanıya hər gün gedib gələndə Masazırdan keçirsiz. Yolun kənarında qanunsuz mənzillər tikiləndə, piyada səkilərinin üzərində hündürmərtəbəli binaların təməli qurulanda harada və nə işlə məşğul idiz? Niyə səsinizi çıxarmırdız? Qanunsuz tikilən binalara Fövqəladə Hallar Nazirliyi qaz verilməsinə icazə vermədikdə siz və sizin kimi bir neçə deputat parlamentdə məsələ qaldırırdı ki, qaz verilmədiyinə görə, sakinlər narazıdır. Hərçənd, heç sakinlərin çoxusu həmin binada yaşamırdı. Bina sahiblərinin əksəriyyəti sahibkarlıqla məşğul olan şəxslərdir. Maraqlıdır, tıxacdan narahat olanlar niyə həmin vaxt bu mövzunu gündəmə gətirmirdi? ”.

Ekspert vurğulayıb ki,tıxacı yaradanlar məmur-oliqarxlar, bir sıra deputatlar və bir növ onların ətrafındakı adamlardır:
"Harada gəldi bina tikir, yaşıllıqları məhv edirlər. Hörmətli deputat indi deyir ki, Sumqayıtdan gələn maşınlar buraxılmasın və nəticədə Fəzail müəllim rahat işə gələ bilsin. Bəs həmin adamlar insan deyil? Şəhərə nə ilə gəlsinlər? Maşınlarını hara atsınlar ki, deputatın rahatçılığı pozulmasın ”.
 
Ardını oxu...
Dövlət qurumlarının statistikaları arasında ziddiyyət var :
1. İRİA deyir ki, ölkədə təxminən 220 aktiv startap var.
Ötən günlər təqdim etdikləri hesabatda da bu istiqamətdə açıqlamalar veriblər.
2. ASAN deyir ki, startapların sayı təxminən 80 ətrafındadır
Qurum startap ekosistemlərlə bağlı beynəlxalq vəziyyəti və reytinqi ölçən StartupBLink qurumunda Azərbaycanı təmsil edir. Bu statistika da həmin beynəlxalq reytinqdə görsənir.
3. Ötən il Prezidentin köməkçisi Şahmar Mövsümov son bir ildə startap sayının 3 dəfə artdığını bildirmişdi. Lakin hansı sayın 3 dəfə artdığını qeyd etməmişdi
4. Startup.az "Startap Azərbaycan" portalının bazasında 160-dək startapın olması görsənir
5. KOBİA açıqlayıb ki, ölkədə Startap şəhadətnaməsi alanların toplam sayı 135 -dir
Beləliklə, adi bir statistika göstərir ki , dövlət qurumları arasında startap və ekosistem infrastrukturun inkişafı ilə bağlı kommunikasiya və əlaqələr olduqca zəifdir.
Bu sahənin zəif inkişafı həm də bununla bağlıdır.
Normalda İRİA və KOBİA statistikaları da ASAN-nın söz sahibi olduğu StartupBlink-də öz əksini tapa bilərdi.Təəssüf ki hansısa səbəblərdən bu reallaşa bilmir.
Xatırladıram ki, Azərbaycan startap ekosistemin inkişafına görə StartupBlink reytinqində çox aşağı yerlərdədir, ötən il 100 ölkə arasında 84-cü yeri qazanmışıq.
Fikrimcə burada daha çox maliyyə resursları, daha çox komanda İRİA-ya məxsusdur, ondan gözləntilər daha çoxdur . Lakin son illərdə dinamika olsa da, hələlik bu sektorda gözləntilər özünü doğrultmayıb .
İRİA ölkədə startap və innovasiya sahəsində kordinasiya və resursların bir yerə cəmləşdirilməsi, mühitin inkişafı və effektivliklə bağlı səylərini gücləndirməlidir.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Azərbaycanda yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

“Yol hərəkəti haqqında” qanuna əsasən, yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. Bu halda yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Daxili İşlər Nazirliyi məsul qurum kimi müəyyənləşib.
 
Ardını oxu...
Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Müştərilərdən depozit tələb edən restoranların şəbəkəsi günü-gündən genişlənir. Müştəri masa arxasına əyləşdikdə, nə sifariş verməsindən asılı olmayaraq, restoranın təyin etdiyi minimum məbləği ödəməli olur. Həmin məbləğ, əsasən, 50 manatdan başlayır. Depozitlər həftəsonu günün ikinci yarısında və xüsusi günlərdə tətbiq edilir. Bəs, bu depozit niyə tətbiq edilir? Qanunidirmi?

Bu sualları hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında danışıb.

“İlk növbədə onu bildirmək istəyirəm ki, qanunvericilikdə depozitlərin qoyulması, restoranlara əvvəlcədən hər hansısa bir ödənişlərin edilməsi xidmət göstərən restoranla, xidmət alan müştəri arasında mümkündür. Hər hansı bir restoran öncədən depozit tələb edirsə, depozitə uyğun olaraq da xidməti və yeməkləri təqdim etməlidir. Təbii ki, bir-iki nəfər gedib depozit tələb edən masada əyləşərlərsə, nəticə etibarı ilə buna uyğun da menyunu tələb etmə haqqları var. Menyuya uyğun, qeyd olunan depoziti əhatə edəcək məhsulların və xidmətlərin təqdim olunmaması halında onu əhatə edəcək ya da həmin qalıq məbləği tamamlaya biləcək yeməkləri müştəri tərəfindən götürülməsi də yolveriləndir”.

Hüquqşünas bildirib ki, bu məsələ birmənalı şəkildə qanunvericilikdə tənzimlənmir. Eyni zamanda müştərilərin özlərinin seçməmək kimi bir haqqları da var.

“Müştərilərin azad seçim etmək hüquqları var. Məsələn, bir restoran eyni salatı 10 manata, digəri isə 50 manata təklif edir. Biz sahibkara deyə bilmərik ki, “nəyə görə baha qiymətə təqdim edirsən?”. Müştəri də öz büdcəsinə uyğun olanı seçməlidir. Bu, müştəri tərəfindən qəbul edilirsə, yolveriləndir”.

Fidan Vəlisoy
 
 
 
Ardını oxu...
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 17 mart 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Martın 17-də keçiriləcək digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (5 saylı tədris binası) ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
 
 

 


   

Ardını oxu...
Martın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun yerinə sədr müavini Azər Məmmədov təyin olunub.

Son zamanlar “Azəriqaz”la bağlı narazılıqların, qazsızmadan, dəm qazından ölənlərin sayının artması fonunda Ruslan Əliyevin vəzifəsindən azad edilməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, “Azəriqaz”a sədr təyin edildikdə sahə üzrə peşəkarlığı yoxlanılmalıdır:

“Şirkət abonent qarşısında onu fasiləsiz, təmiz qazla təmin etmək barədə öhdəlik götürür. Bir neçə gün əvvəl Lökbatanda dəm qazından zəhərlənmə faktı qeydə alındı. Ümumiyyətlə, dəm qazı artıq fəlakətə çevrilir. Səbəbi da odur ki, müvafiq məsələlərə səhlənkar yanaşırlar. Quyudan çıxan qaz birbaşa əhaliyə verilmir. Onun tərkibi təmizlənmədən əlavə maddələr vurulur. Bu, yolverilməzdir, burada hər şey xüsusi cihazlarla yoxlanılmalıdır.

Ruslan Əliyevin vəzifədən uzaqlaşdırılmasının tək səbəbi dəm qazından zəhərlənmələrlə bağlı deyildi. Burada sayğaclarla əlaqədar problemlərin də təsiri var. Dəm qazından zəhərlənmə halı gözardı edilməməli, parlamentdə müzakirəyə çıxarılmalıdır. Səbəbkarlar məsuliyyətə cəlb edilməlidir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR rəhbərliyi yeni komanda formalaşdırmadan öncədən nəzərdə tutulan vəzifəyə hər hansı şəxsi müşavir kimi göndərirlər:

“Yeni sədr Azər Məmmədov öz komandasını formalaşdıracaq. “Azəriqaz” əhalini qeyri-qanuni cərimələməsi, qaz borularının çəkiləcəyi yerlərin dəyişdirilməsi və bu kimi məsələlərlə yadda qaldı. Ümumiyy

Dünyapress TV

Xəbər lenti