Ardını oxu...
Ermənistan Baş nazirinin Aparatı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan 31 kəndin xəritəsini yayıb.

“Cebhe.info”
-nun məlumatına görə, Ermənistan həmin kəndlərin guya Azərbaycanın işğalı altında olduğunu iddia edir. Xəritədə əksini tapan yaşayış məntəqələrinin ümumi sahəsinin 170 kv.km. təşkil etdiyi bildirilir. Əslində isə Ermənistanın heç bir kəndi Azərbaycan Ordusunun işğalı altında deyil. Rəsmi İrəvan bu məlumatı yaymaqla Azərbaycan silahlı qüvvələrinin Ermənistanla şərti sərhəddə yerləşən strateji yüksəkliklərdən geri çəkilməsini istəyir.

Yəni Ermənistan Baş Nazirinin Aparatının yaydığı dezinformasiya Azərbaycana qarşı növbəti ərazi iddiasıdır. Qeyd edək ki, Ermənistan hakimiyyəti Azərbaycanın guya 31 kəndi “işğal” altında saxladığına dair bir neçə dəfə açıqlama verib. Sonuncu dəfə aprelin 15-də Baş nazir Nikol Paşinyan sözügedən iddianı növbəti dəfə təkrarlayıb. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.

“Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”,- deyə sözügedən bəyanatda qeyd edilir.

Baş nazir Aparatının yaydığı xəritədən də göründüyü kimi, Ermənistan Azərbaycanla şərti sərhədə yaxın mövqelərdə yerləşən kəndləri gah nəzarətdə, gah da “işğal”da olan ərazilər kimi təqdim edir. Reallıq isə başqadır. Ermənistanla şərti sərhəddə olan yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olduğundan, qarşı tərəfin yaşayış məntəqələrini və yollarındakı hərəkəti aydın müşahidə etmək imkanına malikdir. Bu da Ermənistanı narahat etdiyi üçün Azərbaycanın nəzarətində olan əraziləri “işğal” adlandıraraq siyasi şantajdan istifadə edir.

Əslində, Ermənistanın 31 kənd iddiası ilə bağlı açıqlaması bir neçə məqsədə xidmət edir. Paşinyan hökuməti ilk növbədə, bu məsələni siyasi kampaniyaya çevirməklə Azərbaycana qarşı təzyiq alətinə çevirmək istəyir. Məqsəd sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanın strateji əhəmiyyətli yüksəkliklərdən çəkilməsinə nail olmaqdır.

Paşinyanın mütəmadi olaraq, sərhədlərin 1991-ci il xəritələri əsasında müəyyənləşməsi, eyni zamanda delimitasiya və demarkasiya prosesini “güzgü” prinsipi əsasında həyata keçirmək təklifləri də məhz buna hesablanıb. Ermənistan sülh danışıqlarında daha çox sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında və Sovet dövrünə aid xəritələrdən istifadə etməklə müəyyənləşməsini qaldırmaqla yanaşı, paralel olaraq silahlanma siyasəti yürüdür. Son zamanlar isə Ermənistan hücum silahlarının və uzaqmənzilli raketlərin alınması yönündə fəaliyyətini genişləndirib.

Bu isə Ermənistanın sərhədlərdəki yüksəklik mövqeləri əldə etmək üçün ağır silahlardan istifadə etməklə hərbi əməliyyatlara hazırlaşdığını göstərir. Yəni Ermənistan bir tərəfdən danışıqlarda Azərbaycanı 31 kənd istiqamətindəki yüksəkliklərdən geri çəkilməyə razı sala biləcək delimitasiya və demarkasiya prosesinin reallaşmasına çalışır. Yəni Ermənistan dinc yolla bu mövqeləri əldə edə bilməsə, müharibə ilə məqsədinə nail olmaq niyyətini nümayiş etdirir. Halbuki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və SSRİ dövründə də Azərbaycana məxsus olub. İşğal dövründə sərhədlər ləğv olunduğu dövrdə Ermənistan həmin yüksəklikləri öz ərazisinə qatıb.

Lakin 44 günlük müharibə zamanı Azərbaycan Ordusu bu yüksəklikləri azad edib. Ancaq yeni siyasi reallıqları qəbul etmək istəməyən Ermənistan xaricdən aldığı hərbi və siyasi dəstək hesabına sərhədləri dəyişəcəyinə ümid edir. Sərhəddə təxribatı törətməklə Ermənistan həmçinin, Azərbaycanın hərbi təcavüzünə məruz qaldığına dair rəy yaratmağa çalışır.

Bununla da ermənilər Avropa İttifaqının Azərbaycana qarşı enerji sanksiyaları tətbiq ediləcəyinə ümidlidir. Paşinyan hökuməti sərhəddə müharibəyə başlayacağı təqdirdə, Qərbin Ukraynada olduğu kimi Ermənistana da aktiv siyasi və hərbi dəstək göstərəcəyinə ümid edir. Ancaq Ukraynadan fərqli olaraq, Ermənistan Avropanın strateji təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Ukrayna Rusiya və Avropa İttifaqı arasında ən böyük bufer zonadır.

Hazırda bu bufer zona uğrunda qlobal müharibə gedir. Yəni Ukraynaya nəzarət edən tərəf Karpat dağlarından Çinə qədər Avrasiya məkanında geostrateji üstünlük qazanacaq. Buraya Ermənistanın da yerləşdiyi Cənubi Qafqaz, eyni zamanda Mərkəzi Asiya regionu daxildir.

Ermənistanın isə nə Avropa İttifaqı, nə də Rusiya sərhədləri var. NATO-nun Ermənistanla yeganə sərhədi Türkiyə vasitəsilə təmin olunur ki, o da bağlıdır. Ona görə də Qərb Ermənistana fəal hərbi dəstək verməyəcək. Üstəlik, Ermənistanın lojistik imkanlarının həddindən artıq məhdud olması ona aktiv müharibə aparmağa imkan vermir.

Azərbaycanın təhlükəsizliyi isə Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Ona görə də Paşinyanın bu ümidləri daha çox siyasi illuziyadır və Ermənistanı böyük riskə ata bilər. Ermənistanın 31 kənd məqələsini ortaya atmaqla eyni zamanda, Azərbaycanın işğal altında saxladığı 8 kəndini qaytarmamaq niyyəti güdür. Lakin Azərbaycan öz ərazilərini güc yolu ilə işğaldan azad etmək hüququna malikdir. Bu səbəbdən, Qərb Azərbaycanı ərazi bütövlüyünu təmin etdiyinə görə ittiham etməyəcək. Ermənistanın planları isə ərazi bütövlüyü prinsipini və regional sabitliyi pozmağa yönəlib.
 
Ardını oxu...
Ölkəmizdə dövlət qulluğunda çalışmaq istəyənlərə, adətən, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan keçmək təklif edilir. Amma, sən demə, bu qurumun təşkil etdiyi imtahan mərhələlərini uğurla keçmək hələ insanın öz arzusuna çatması üçün kifayət etmir.

Hər halda, Bakı Dövlət Universitetinin və İtaliyadakı Bolonya Universitetinin hüquq fakültəsinin məzunu Qəzənfər Malik oğlu Paşayevin KONKRET.az-a müraciətindən belə aydın olur. Onun müraciəti Xarici İşlər Nazirliyində işə qəbul olunmaması ilə bağlıdır.

Məlum olur ki, Azərbaycan, İtaliya və Yunanıstanın müxtəlif hüquq şirkətlərində çalışıb, ingilis və italyan dillərini mükəmməl səviyyədə bilən mütəxəssis xaricdə vətənimizə qarşı ikili standartların şahidi olub, elə bu səbəbdən də diplomatik xidmətdə çalışmaq və ölkəmizi yüksək səviyyədə təmsil etmək fikrinə düşüb. Bu məqsədlə 2022-ci il may-iyun aylarında Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi diplomatik xidmətə qəbul imtahanında iştirak edib.

Onun sözlərinə görə, 460 namizədin qatılığı həmin imtahanların hər üç mərhələsini müvəffəqiyyətlə keçib. Sonra həmin namizədlərdən yalnız 67 nəfərə işə qəbul olunduqları barədə şifahi və yazılı şəkildə məlumat verilib.

“XİN-dən öncə mənə bildirildi ki, bütün mərhələləri keçmişəm və işə qəbul olunmuşam. Mənimlə profilaktik söhbət də aparıldı. Deyildi ki, bir-iki aya işə çağırılacağam. Beləliklə, məni və digər namizədləri ehtiyat kadrlar siyahısına saldılar. İlkin mərhələdə həmin siyahı üzrə 38 nəfər çağırıldı, digər 29 nəfər ehtiyat kadrlar siyahısında qaldı. Amma onlar da sonradan çağırılmağa başladı. Qeyd edim ki, işə qəbul olunmuş namizədlərin heç də hamısı Azərbaycanı xarici ölkələrdə təmsil etmək iqtidarında deyildilər”.

Lakin iş dəvəti gözlədiyi zaman XİN tərəfindən 9 nəfərə, o cümlədən Qəzənfər Paşayevə imtina cavabı verilir. “Oktyabr ayında XIN-nin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov məni və diğər 8 namizədi dəvət etdi. Bizə bildirdi ki, sizin barənizdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanıb. Mən də soruşdum ki, bu hallar nədən ibarətdir? Mənə dedi ki, bu barədə məlumat verə bilməz”.

“Fərdi məlumatların qorunması haqqında” Qanunu və XİN-nin Qaydalar Toplusunu xatırladan Qəzənfər Paşayevin “Hər halda dövlət sirri təşkil edən məlumat deyil. Bunu bizə açıqlamalısınız” tələbi də Kadrlar İdarəsinin rəisinə təsir etməyib.

Onun sözlərinə görə, işdən imtina verilən 9 nəfər xaricdə təhsil almaları, nadir dil biliklərinə və yüksək savada malik olmaları ilə fərqləniblər.

“Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də müraciət etdim. DTX əməkdaşı mənə bildirdi ki, sizin dövlət təhlükəsizliyi ilə bağlı hər hansı probleminiz yoxdur”, – deyə Q.Paşayev əlavə edib.

Məsələ ilə bağlı XİN-in mövqeyinə gəlincə, quruma ünvanladığımız sorğumuz cavablandırılmadı.
 
Ardını oxu...
Tikinti maqnatı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir.

İddialara görə, İsfəndiyar Axundovun təhsil sektoruna yatırım etmək kimi bir niyyəti yoxdur. Bildirilir ki, iş adamına sadəcə kollecin ərazisi lazımdır.

İsfəndiyar Axundovdan əvvəl kollecin qanuni təmsilçisi Dünyamalıyeva Sabirə Səfi qızı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, Sabirə Dünyamalıyeva Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. O, 1990-1993-cü illərdə Bakı Qızlar Kollecinin, 1993-cü ildən sonra isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləyib.

Ali Tətbiqi Elmlər Kolleci sonradan sadəcə Azərbaycan Tətbiqi Elmlər Kolleci adlandırılıb. Hazırda sözügedən kollec fəaliyyət göstərmir.

Yeri gəlmişkən, 2008-ci ildə kollecin Naxçıvan şöbəsi saxta diplom satışı ilə gündəmə gəlib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib.

İsfəndiyar Axundov isə bildirib ki, mən kollec almamışam, xəbərim yoxdur bu məsələdən".
 
Ardını oxu...
“Novxanıda yolun üstündə bir məscid var. Onun yanında da məscidin axundunun evi var. Axundun evi məsciddən gözəldir. Axundların evlərinə, villarına baxın. Başım çıxmır ki, onları necə tikirlər?”

Bu sözləri müğənni Niyam Salami “YouTube” səhifəsində paylaşdığı videoda deyib. O, illərdir səhnədə olmasına baxmayaraq, villa tikə bilmədiyini bildirib:

"Mən müğənniyəm, restoran işlədirəm, amma kartımda 550 manat pul var. İllərdir səhnədəyəm, başımdan pul səpirlər, amma mən villa tikə bilmirəm. Axundun, mollanın necə villası ola bilər? Hasarı mənim evimin qiymətindədir. Bu, necə ola bilər? Dindən əyri istifadə edirsiniz, utanırsınız? Sizə elə bilirsiniz ki, sizə rəhmət düşəcək? Sizə rəhmət düşməyəcək! Villa tikən mollalar o dünyada necə yaşayacaq bilmirəm...”

Sənətçinin bu fikirləri ilə bağlı ilahiyyatçı Tural İrfan “Cebhe.info”-ya danışıb:

“Harada yazılıb ki, axund, din adamı, ilahiyyatçı ac, kasıb və zəlil yaşamalıdır. Harada yazılıb ki, ancaq müğənnilər, mütrüflər, təlxəklər yaxşı yaşamalıdır? Din xadimi insan deyil? Göydən gəlib? Kiminsə qazancını, varını, evini, mülkünü müzakirə etmək, həsəd aparmaq, onu dilə - dişə salıb hədəfə gətirmək insani hal deyil. Bəlkə o axundun istixanası var, Novxanıda pomidor əkir, bəlkə dükanları var, kitab - dəftər satır? Bəlkə imkanlı adamlar din xadimi kimi ona kömək ediblər, bəlkə dostu ev bağışlayıb? Niyə gözü götürmür bəzilərinin? Niyə bizim xalqın din xadimi, ilahiyyatçısı kasıb yaşamalıdır? Çox absurd və gülünc yanaşmadır”.

İlahiyyatçı qeyd edib ki, bu cür fikirlər səsləndimrək ayıb, paxıllıqdır və dind günahdır, adətimizdə də belə şey qəbahət sayılıb:

“Bacarana baş qurbandır, azad ölkədə yaşayırıq. Bir misal var, deyir ki, qonşunu iki inəkli istə, özün də bir inəkli olasan. İndi başqalarına paxıllıq yox, əksinə, daha da imkan arzu etmək lazımdır ki, hamı yaxşı yaşasın. Tanımadığın, bilmədiyin adamın mülkünü, mənzilini müzakirə etmək doğru deyil”.
 
Ardını oxu...
Binəqədi rayonu Gülüstan küçəsi, döngə 12 ünvanından Gundeminfo.az-a vətəndaşların müraciəti daxil olub. Sakinlər bildirir ki, aylardır ki, Azərsu su borularını təmir etmək adı altında küçəni qazıb.

Qazıntı işlərini bitirib, boruları təmir edib gediblər. Əvəzində küçə bərbad vəziyyətə salınıb.

Gundeminfo - TV-yə ünvanladıqları müraciətlərində sakinlər bildirir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib.

Sakinlərin redaksiyamıza ünvanladıqları müraciəti sizlərə təqdim edirik.

Qeyd edək ki, vətəndaşların müraciəti ilə bağlı olaraq Azərsu-ya rəsmi sorğu yollasaq da cavab ala bilmədik.

Ardını oxu...
Malayziyanın Nəqliyyat Nazirliyi 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxan Malayziya Hava Yollarına (Malaysia Airlines) məxsus "MH370" reysinin axtarışlarını bərpa etmək qərarına gəlib.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departamentin rəhbəri Entoni Loke Sieu Fuk faciənin onuncu ildönümünə həsr olunmuş tədbirdə məlumat verib.

O, axtarış əməliyyatlarına Amerikanın "Ocean Infinity" şirkətini cəlb etməyi planlaşdırdıqlarını açıqlayıb.

Qeyd edək ki, 2018-ci ildə Malayziya axtarışa "Ocean Infinity" şirkətini cəlb edib, lakin şirkətin axtarışları nəticə verməyib.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus təyyarə radarlardan itib və Hind okeanının cənubunda qəzaya uğrayıb. Axtarış əməliyyatı heç bir nəticə verməyib, laynerin qalıqları hələ də tapılmayıb.

Qəzaya uğrayan təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub.
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün buraxılış imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

İmtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

Martın 3-də keçiriləcək imtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ardını oxu...
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb

Ardını oxu...
Bakı məktəbində daha bir şagird-valideyn qalmaqalı yaşanıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə “lent.az”a zərərçəkmiş şəxsin valideyni Seymur Musayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Əhmədli qəsəbəsidə yerləşən 287 saylı məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 6-cı sinfində oxuyan T. M. 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb.

S. Musayevin iddiasına görə, Z.Q.-nın anası məktəbə gələrək, hər kəsin gözü qarşısında onun oğluna şiddət göstərib:

"Övladlarımız arasında mübahisə yaranıb. Z.Q-nın anası məktəbə gəlib, uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib ki, mən bloqqerəm sizi tutduraram. Uşaq qorxusundan evə gəlib bizə deməyib. Bacısına deyəndən sonra məsələnin üstü açıldı. Məktəbə getməyə qorxurdu. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al. Valideyndi, uşaqların içində pis etmək istəmədim. Amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm" dedi".

Seymur Musayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib:

"Onun elə danışığından sonra 34-cü polis bölməsinə gedərək ərizə yazdım. Daha sonra, "102" xəttinə məlumat verdim. Mənim övladıma belə şiddət göstərməyə onun haqqı yoxdu. Bizi bloqqer olması ilə qorxudur".

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirdi ki, məsələ ilə bağlı polisə müraciət olunub.

Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Məsələyə məktəbdən münasibət öyrənmək mümkün olmayıb.
Ardını oxu...
Bakı-Sumqayıt yolunda "Jeep" markalı avtomobil və "sərnişin"i təhlükəli vəziyyət yaradıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Maşının pəncərəsindən asılı formada gedən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.
 

Dünyapress TV

Xəbər lenti