Ardını oxu...
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın ilk günlərində 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarındahavanın orta aylıq temperaturunun 13-16 dərəcə isti gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, ayın ikinci yarısında bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm).
Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-61 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, bəzi günlərdə dağlarda 0-5 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, ayın əvvəlində 23-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın əvvəlində 25-29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın əvvəlində 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün soial mediada sentyabrın 23 -də Rusiyanın muzdlu hərbi birləşməsi “Vaqner”-ə məxsus olduğu deyilən İl-76 təyyarəsinin Malidə qəzaya uğradığı anın görüntüləri yayılıb.

“AzPolitika.info” xəbər verir ki, sözügedən qəzayla bağlı bu gün bir sıra detallar üzə çıxıb.

Məlum olub ki, qəzan təyyarənin yanacaq çənindəki nasazlıq səbəbindən baş verib.

Həmçinin "Vaqner" əsgərlərini daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 140 nəfərin həlak olduğu bildirilib.
 
 
Ardını oxu...
“Kimsə düşünürsə ki, Ruben Vardanyan Bakı həbsxanasından canını xilas edəcək, yanılır. Vardanyanın Bakı həbsxanasından çıxması qeyri-mümkündür. Onun Bakı həbsxanasında cəza çəkməsi üçün ciddi əsaslar var”.

Teref.Az xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan özünün videoçıxışında deyib.

“Ruben Vardanyana sipmatiyası olan istər Qarabağ, istərsə də Rusiyadakı ermənilər hesab edirlər ki, o, Bakı həbsxanasından çıxacaq, bu, qeyri-mümkündür. Yüz faiz əmin olsunlar ki, Vardanyan Bakı həbsxanasından canını qurtara bilməyəcək. Bu, dəqiqdir. Çünki onun orada cəza çəkməsi üçün ciddi əsaslar var.

Birincisi, Vardanyan verdiyi müsahibədə dünyanın müxtəlif ölkələrində azərbaycanlı diplomatlara qarşı terror hadisəsi törədəcəyini bəyan edib. Və Azərbaycan bu videonu yaxşı xatırlayır. Məhz buna görə o, qonşu ölkənin həbsxanasıdan çıxmayacaq. Azərbaycan Prezidenti heç bir zaman onun diplomatını ölümlə təhdid edən şəxsi layiqli cəzasını çəkmədən azad etməz.

İkincisi, Vardanyanın biznes tərəfdaşları və Rusiya onun həbsində maraqlıdır. Ona görə də kimlərsə düşünürsə ki, rusiya onu azad etməyə cəhd edəcək yanılır”, - o qeyd edib.

Rusiyanın Vardanyanı həbsdən çıxarmamasında maraqlı olması və onun üzərindən xətt çəkməsinə gəldikdə isə Baqdasaryan deyib ki, buna səbəb Vardanyanın özünün və dostlarının Rusiyada, xüsusən də prezident Putini aldatması və bütün dünyada maliyyə fırıldağı ilə məşğul olmasıdır.

Baqdasaryan hesab edir ki, Vardanyanın həbsində onun biznes tərəfdaşları da maraqlıdır: “Rubenin səhmlərini ələ keçirmək uğrunda mübarizə aparan, “qara işlərlə” məşğul olan biznes tərəfdaşları onun həbsində maraqlıdır. Bu, bir həqiqətdir.

Ona görə də bir müddət əvvəl Ruben Qarabağa gələndə çox kefsiz idi. O zaman yeganə bloger kimi mən dedim ki, Vardanyan depressiyadadır. Mən dedim ki, bacısı İrəvan küçələrini dolaşaraq yüksək səslə Rubeni Qarabağa zorla göndəriblər. O bunu istəmir. Rusiya onu təhdid edib ki, ya Qarabağ gedib dediklərimizi icra etməlisən, ya da öldürüləcəksən. Ruben də məcbur göndərildiyi üçün hər zaman dilxor idi, kefi açılmırdı. Ruben artıq “vurulmuş kart”dır. Rusiya Rubenə atdı.

Bunun da bir səbəbi Rubenin İrəvan meriyasına ruslara verdiyi yalançı vəd oldu. İrəvan meriyasına seçkilərdə ruspərəsət qüvvələrin və onun adamlarının məğlub olması, rusları çox pis qəzəbləndirib. Rusiya İrəvan seçkilərinə istədiyi nəticəni əldə edə bilmədiyi üçün Ruben onlara lazım olmadı. Bir lazımsız, istifadə olunmuş “prezervativ” kimi tulladılar. Rusiya öz agentini lazım olmadığı üçün də qurban verdi getdi. Ona görə də kimsə hələ də xəyal edirsə ki, Rubeni Rusiya xilas edəcək, bunu yadından çıxarsın. Azərbaycan da onu hərəkətlərinə görə bağışlamayacaq. Odur ki, onun həbsdən çıxacağını unudun getsin”. \\Ölkə.Az
 
Ardını oxu...
Teref.Az bildirir ki, "Report"-un xəbərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib və bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 9-a çatıb.

Qeyd edək ki, bu ilin iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev vəfat edib. Ötən il Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Həmçinin, 2020-ci ilin avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

Onu da xatırladaq ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.
 
Ardını oxu...
Məşhur tikinti şirkəti “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Rauf Əliyevə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru olan Əliyev Rauf Rəhim oğlu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti əsasında saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, iş adamı Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 103, 104.1, 105.1, 196, 201 və 219.3-cü və “Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyib, təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, xüsusilə külli miqdar təşkil edən – 398.9644,35 manat məbləğində vergini, 169.718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinə ödəməkdən yayınıb.
Ardını oxu...
Rauf Əliyev şirkəti tərəfindən 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında icra başçılarının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, ümumilkdə 3175824,89 manat, 2018-ci ildə Bakı şəhəri Xətai rayon icra başçısının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamədə 2019-cu ilin cəmi 673584,12 manat sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, o, cəmiyyətin 2017-ci il üzrə ümumi gəliri 4237288,00 manat, gəlirin əldə edilməsi üçün çəkdiyi xərcləri 3531073,44 manat, vergiyə cəlb edilən ümumi mənfəəti 706214,56 manat, 2016-cı il üzrə cəmiyyətin 5101,75 manat zərəri nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisi 140222,56 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 140222,56 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Ardını oxu...
Nizami rayonu, M.Abbasov küçəsi, 2038-ci məhəllədə yerləşən ərazidə, mövcud köhnə yaşayış və qeyri-yaşayış binaları sökülərək, yerində 3 girişli, 16 mərtəbə əvəzinə 17 mərtəbə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 16 mərtəbə əvəzinə 17 mərtəbə (16+mansard), ünvan 8-də inşaa edilmiş binanın layihə sənədlərində göstərildiyi 14 (14+mansard) mərtəbə əvəzinə 17 mərtəbə tikdirib.

Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.

Məhkəmənin qərarı ilə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun üzərində 3 il sınaq müddəti müəyyən olunub. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. İş adamından 659.152,54 manat tutulub, dövlət büdcəsinə keçirilməsinə qərar verilib və qalan hissədə mülki iddia təmin olunmayıb.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilsə də, iddia heç vaxt təkzib edilməyib.
 
Ardını oxu...
Hindistanda it sürüsü tərəfindən təqib edilən it Savirtri çayına tullanaraq, suda üç timsahın arasına düşüb. Lakin yırtıcılar ona toxunmayıblar, əksinə, onu sahilə itələyiblər.

Tədqiqatçıların fikrincə, bu hadisə zamanı sürünənlər itə qarşı empatiya və mərhəmət nümayiş etdiriblər.

Alimlər bu hadisəni “növlərarası mərhəmət”in parlaq nümunəsi adlandırıblar.

Mənbə: Naked Science
 
Ardını oxu...
İntensiv leysan xarakterli yağışlar Astarada Pensərçayın yatağında suyun həcminin artmasına səbəb olub.

Hadisə nəticəsində rayonun Şiyəkəran kəndində çayın sol sahilində yerləşən avtomobil yolunun kənarı uçub.

Avtomobil yolu çayın sol sahilində yerləşən evlərin 10 metr yaxınlığınadək uçub. Bu səbəbdən yaxınlıqda yaşayan ailələr təhlükə ilə üz-üzədirlər.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
Sovet ordusu 1945-ci ilin may ayında Berlinə daxil olanda faşist Almaniyasının lideri Adolf Hitler bunkerdə gizlənmişdi, ancaq günlər keçdikcə bunkerdən qaçanların sayı artırdı. Hitler özünü öldürdükdən sonra qaçış sürətləndi, onun partiyadakı sağ əli Borman bunkerdən qaçmaq istəyərkən öldürüldü, digər nasist liderlərdən Gerinq sovet hərbçilərinin əlinə düşməmək üçün gedib amerikalılara təslim oldu, milyonlarla insanı düşərgələrdə ölümə məhkum edən Himler isə daha əvvəldən qaçaraq Borman kimi amerikalılara təslim olmuşdu. Xeyri olmadı, Himler və Borman zəhər içərək özlərini öldürdülər. Eyni ilə Qarabağdakı separatçılardan da bir neçə gündür xəbər yoxdur, ya Xankəndidəki bunkerlərdə gizləniblər, ya da qaçmaq üçün imkan axtarırlar. Laçın sərhəd-keçid məntəqəsindən bu mümkün olmayacaq, ya hansısa gizli dərələrdən sərhədi keçməyə çalışa bilərlər, bu halda ələ keçmək və öldürülmək risqi var, ya da Rusiya hərbi kontingentinə yalvarmalıdırlar ki, helikopterlə Ermənistana keçsinlər. Rus hərbçiləri ya Kremldən aldıqları təlimat əsasında, ya da rüşvətlə separatçıları qaçırda bilərlər. Misal üçün separatçıların keçmiş “müdafiə naziri”, Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə zamanı 1996-cı il təvəllüdlü Musaqulu Mübariz oğlu Bəşirov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
“İstirahət günü sizinlə sertifikasiyanın müsahibə mərhələsindəki başıma gələnləri bölüşüm. Qulaqlığı qulaqlarıma taxana kimi hər şey qaydasında idi. Monitorun digər tərəfində iki sifətini turşutmuş müəllimlə qarşılaşdım. Biri sona kimi danışır, səni sorğu - sual edir. Biri də susur sona kimi, bu psixoloq idi. (Şərti olaraq onları danışan və susan müəllim adlandıracağam status boyunca) O, sənin cavab qaytarmaq tərzini, ünsiyyət bacarığını, hal-vəziyyətini və s. yoxlayır. Ona görə də müsahibəyə gedərkən maksimum təbəssümlü olun. Hər nə qədər o danışan müəllim sizi hövsələdən çıxarsa da”.

Cebhe.info xəbər verir ki, bunu sertifikasiyanın müsahibə mərhələsində iştirak edən müəllim Elgün Əfəndiyev sosial şəbəkə hesabında yazıb.

“Danışan müəllim düzgün cavab versəniz də, sizinlə xoş danışmır. Deyir, "BİBÖ nədir?" İzah edirəm. Sanki səhv cavab vermişəmmiş kimi əlini əsəbi şəkildə alnına vurur, aqressiv hərəkətlər edir, adamın konkret olaraq əsəbləri ilə oynayır. İcmal mövzularını hazırlayıb getmişəm, deyir danış, dəftərə baxma. Yəni bunları o qədər acıqlı şəkildə deyir ki, adam çox məyus olur, həqiqətən. Ən pisi də odur ki, sona yaxın susan müəllim heç bir şey demədən ekranı söndürüb gedir, danışan müəllim də adamla normal sağollaşamadan, sadəcə, "Gedə bilərsiniz" deyib səni yola verir”,-deyə müəllim yazıb.

O bildirib ki, bu kimi şeyləri hörmətsizlik kimi qəbul edir:

“Müəllimlə bu cür müsahibə etmək qarşındakını aşağılamaqdır. Sanki deyirlər ki, səni 35 faizə həsrət qoyacağam”.
 

Dünyapress TV

Xəbər lenti