Ukraynada təhsil alanlara bəd xəbər: Diplomlar tanınmayacaq!
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırda Ukraynada təhsil alan və lakin müharibə şəraitinə görə sözügedən ölkədə olmayan tələbələrə çağırış edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə bu gün sözügedən dövlət qurumu ilə Medianın İnkişafı Agentliyinin birgə jurnalistlər üçün keçirilən təlimdə məlumat verilib.

Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə son bir il üçün müəyyən güzəşt edildiyini bildirib: "Lakin hazırda Ukraynada təhsil alan və yaxud təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".

Aysel Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da Aysel Kərimlinin fikirlərinə dəstək olaraq bildirib ki, hazırda Ukraynada təhsil almağı tövsiyyə etmirlər: "Sözügedən ölkədə təhsil alanlar ən çox Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nəticə toplaya bilməyən şəxslərdir. Sonda onlar bir il sözügedən ölkədə təhsil aldıqdan sonra hazırkı şəraitə görə və yaxud digər məsələlərlə bağlı Azərbaycanda təhsillərin davam etdirmək istəyirlər. Bu da sonda DİM-in təşkil etdiyi imtahnda nəticə göstərən tələbələrlə eyni göstəriciyə gətirib çıxarır. Yəni onlar DİM-in imtahanında nəticə göstərməyiblərsə, necə gəlib Azərbaycanda təhsil ala bilərlər?”.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti