Ardını oxu...
ABŞ Nümayəndələr Palatası F-16 qırıcılarının Türkiyəyə satışı üçün ilkin şərti açıqlayıb
Teref.az "Report"a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyə qırıcıların tədarükünü istəyirsə, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməlidir

Qeyd olunub ki, bu iki proses bir-biri ilə bağlıdır

Xatırladaq ki, Türkiyə F-16-ların tədarükü üçün uzun müddətdir mübarizə aparır.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.

Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib
 
Ardını oxu...
Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardımı ermənilərin hələ də qəbul etməməsi məsələsinə gəldikdə isə M.Brayza bildirib ki, bunlar erməni diasporunun oyunlarıdır.
Fransa və Qarabağdakı separatçı, ekstremist ermənilər Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə cəhd edirlər.
Bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs bəyanatını imzaladığı gündən, yəni 10 noyabr 2020-ci ildən bəri Fransa hökumətinin rəsmi mövqeyi Bakını müharibəyə görə günahlandırmaqdan ibarət olub:
"Fransa Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan və erməni separatçılarının yerləşdiyi hissəsinin hüquqi statusunun dəyişdirilməsi məsələsini açıq saxlamağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın da razılaşdığı atəşkəs sazişi Qarabağın hüquqi statusunun dəyişdirilməsinin mümkünlüyünü özündə ehtiva etməməsinə, həmçinin Nikol Paşinyanın "Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımağa hazırlaşır" sözlərinə rəğmən, Fransa hökumətinin atdığı addımlar məhz Qarabağın hüquqi statusunun dəyişdirilməsinə, həmin bölgənin muxtar ərazi və ya Ermənistanın parçası kimi tanınmasına nail olmağa yönəlib".
Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi yardımı ermənilərin hələ də qəbul etməməsi məsələsinə gəldikdə isə M.Brayza bildirib ki, bunlar erməni diasporunun oyunlarıdır:
"Bütün bu gərginliklərin səbəbi Qarabağın etnik erməni icmasının ekstremist üzvlərinin dəhşətli dərəcədə revanşist və milliyyətçi erməni diasporunun, məsələn, Amerika Erməni Milli Komitəsinin dəstəyi ilə İrəvan hökumətinə göstərdiyi siyasi təzyiqlərdir. Onlar da Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışırlar.
Nəticə olaraq erməni tərəfi Ağdam-Xankəndi yolu vasitəsilə gələn humanitar yardımı rədd edib, sadəcə Ermənistandan Laçın yolu vasitəsi ilə gələn yardım qəbul etmək istəyirlər. Bu isə beynəlxalq humanitar hüquqa əsaslanan humanitar yardım məsələsinin siyasiləşdirmənin nümunəsidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən humanitar yardım mümkün olan yollardan çatdırılmalı və qəbul edilməlidir"(Report).
 
Ardını oxu...
Livandakı erməniləri bu dəfə Türkiyəyə qarşı təxribat törədib.

Ermənilər Türkiyə yük maşınlarının Livana keçidini əngəlləyib.

Yük maşınlarına və sürücülərinə boya və çürük yumurta atılıb, maşınların üzərində türkləri təhqir edən ifadələr yazılıb.

Türk yük maşınları Livana gedə bilməyib və geri qayıdıb.

Qeyd edək ki, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinə hücum edib.

Ermənilər binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
 
Ardını oxu...
Nikol Kremlə dişini qıcayıb: ölümcül səhvdir - Korotçenko

Ermənistan XİN-in rəsmi nümayəndəsi Rusiya haqqında məzmun və məna baxımından tamamilə boş fikirlər səsləndirib. İrəvanı qıcıqlandıran odur ki, Kreml öz milli maraqlarına ziyan vurmaqla Ermənistan üçün odun içərisindən şabalıd çıxarmaq fikrində deyil. Rusiyaya dişlərini qıcaması Paşinyan və komandasının ölümcül səhvidir. Axı heç bir Fransa, ABŞ, AB, Hindistan, İran Ermənistanın problemlərini həll etməyəcək, onlar yalnız bundan istifadə edəcəklər.

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Paşinyan siyasi vakumda deyil, erməni seçicilərin real əksəriyyəti onun arxasında dayanır. Bu o deməkdir ki, Rusiyaya qarşı iddialar Ermənistan vətəndaşlarının əksəriyyəti tərəfindən irəli sürülür. Bununla necə davranmalıyıq? Sakit. Biz “tarixi dostluq” və “qardaş xristian xalqı” haqqında bəyanatların qiymətini bilirik. Ona görə də indi Rusiya-Ermənistan münasibətlərinin sağlam praqmatizm üzərində qurulacağı və Kremlin tarixən kiməsə və nəyəsə borclu olması illüziyalarının aradan qalxacağı normaldır”, - Korotçenko bildirib.

Onun sözlərinə görə, Ermənistan Moskvanın diplomatik əlaqə saxladığı dövlətlərdən sadəcə biridir.

“Bizdə heç kim İrəvana qəsdən zərər yetirməyəcək. Hətta yaxşı mənada təşəkkür etməliyik ki, Kreml indi Cənubi Qafqaz regionunda baş verən bütün hadisələrə “erməni eynəyi” ilə baxmayacaq. Uzun müddətdir ki, bir çox lobbiçilər tərəfindən bu eynəkdə “əziyyət çəkən xalq” görüntüsü əks etdirilir. Ermənistan suveren dövlətdir, onun öz milli maraqları var. Amma Rusiyanın da milli maraqları var. Və biz onları yalançı ideologiyalar adına qurban verməməliyik və verməyəcəyik”, - o bildirib.\\Axar.Az
 
Ardını oxu...
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərh verib.

Şərhdə deyilir:

"Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir.

Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur.

Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir.

Azərbaycan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır".
 
Ardını oxu...
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Xərclərimizi ödəmək insanların borcudur, mən lütf edib insanlardan pul alıram!” - deyə o qeyd edib.

İnsanlara xidmət etdiyini bildirən müftəxor molla bu xidmətinin də qarşılığını insanlardan almalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, o, Allaha borcludur, guya aldığı pulu da dini işlər üçün xərcləyir.
Ardını oxu...
Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.

Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.

Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Ardını oxu...
Zaxarova ilə erməni jurnalist arasında qarşıdurma yaşandı
Artıq birinci dəfə deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Rusiya erməni təxribatçı jurnalistlər arasında sözlü qarşıdurma yaşandığının şahidi oluruq. Belə ki, bu təxribatçılar Rusiya qurumlarının nümayəndələrinin Azərbaycan əleyhinə hər hansı fikir səsləndirməsi üçün dəridən-qabıqdan çıxırlar.

Bu cür sözlü qarşıdurmalar xüsusən ənənəvi olaraq Rusiya Xarici İşlər Nazirliyinin brifinqlərində müşahidə olunur. Bu gün də istisna olmadı.

Teref.Az xəbər verir ki, erməni təbliğatçı-jurnalist gözlərində təşviş ifadəsi ilə bir-birinin ardınca təxribatçı suallar verərək, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı Azərbaycana qarşı bəyanat səsləndirməyə vadar etməyə çalışıb, lakin səyləri boşa çıxıb.

Belə ki, psevdo-jurnalist bu yaxında Azərbaycan bayrağını təhqir edən üç erməninin "Laçın" sərhəd-buraxılış məntəqəsi yaxınlığında saxlanılması ilə bağlı sual verərək, eyni zamanda, rus sülhməramlılarını müdaxilə etməməkdə qınayıb və bildirib ki, "insanlar onlara etibar ediblər". Zaxarova isə cavab olaraq bildirib ki, bu kontekstdə məsuliyyəti rus sülhməramlı kontingentin üzərinə atmaq yersiz və yanlışdır.

"Yerinə otuzdurulan" erməni təxribatçı bu dəfə Rusiyanın Azərbaycan nümayəndələri ilə Azərbaycanın Qarabağ ərazisindəki erməni əhali arasında görüş keçirmək təklifi ilə bağlı sual verərək, bu zaman erməni azlığın nümayəndələrinin saxlanılmayacağına zəmanət məsələsini qaldırıb. Zaxarova bildirib ki, razılaşmaların icrası bunun təminatıdır.

"İnterpretasiya ilə, yeni konstruksiyalar icad etməklə, üçüncü tərəfləri cəlb etməklə məşğul olmaq lazım deyil", - deyə o əlavə edib.

Onun sözlərinə görə, razılaşmaların icrasında qeyri-dürüstlük olduqda artıq zəmanət barədə düşünmək olmur. Hiddətlənmiş erməni jurnalist Zaxarovadan Ermənistanın məhz hansı razılaşmaları pozduğunu soruşub. Zaxarova isə cavabında bildirib ki, pozuntudan bəhs etmir, sadəcə, razılaşma şərtlərini icra etməyin lazım olduğunu deyir. Zaxarova İrəvan üçün mühüm məsələ ilə bağlı Ermənistanın mövqeyinin əsaslı şəkildə dəyişdiyini qeyd edib. \\Trend
 
Ardını oxu...
ABŞ-nin Nyu-York şəhərində 127 illik su şəbəkəsi partlayıb.

Teref.az xəbər verir ki, hadisə nəticəsində şəhərin mərkəzi küçələri və şəhərin ən işlək metro stansiyası su altında qalıb.Böyükşəhər Nəqliyyat İdarəsi (MTA) metroya təxminən 8,1 milyon litr suyun axdığını və 3 metro xəttində fasilələr olduğunu açıqlayıb.

Qeyd edək ki, Nyu-Yorkda köhnə su və kanalizasiya xətlərinin yenilənməsi üçün son 3 ildə 1,9 milyard dollar xərclənib.(olkə.az)
 
Ardını oxu...
Rusiyanın tanınmış təbliğatçısı Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində qışda insanların soyuqdan öldüyü İngiltərədəki “dəhşətli həyatdan” danışıb.

Sfera.az bildirir ki, Simonyanın sözlərinə görə, Böyük Britaniya sakinləri qiymətlərin baha olması səbəbindən istiliyi ödəyə bilmirlər və buna görə də evlərində donaraq ölürlər.

"Böyük Britaniyada yenə təzə statistika - minlərlə insan öz evlərində soyuqdan ölüb. Küçələrdə donub qalan evsizlər deyil. Onlar öz evlərində ölüblər"- deyə təbliğatçı bildirib.

Bundan əlavə, o, Böyük Britaniya sakinlərinin narazı olduğu iddia edilən digər xidmətləri də qeyd edib. O, tibb müəssisələrinin işindən danışıb.
"Orta hesabla mama-ginekoloqun gözləmə siyahısı bilirsinizmi? 31 gündür. Bu müddət ərzində uşaq az qala məktəbə gedəcək"- rus qadın fəxrlə qeyd edib.

Təbliğatçının sözlərinə görə, Böyük Britaniyada yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də insanlar guya aclıqdan ölür.

“Son məlumatlara görə, Britaniyada 11,5 milyon insan aclıq çəkir, yəni onların yemək yeməyə kifayət qədər pulu yoxdur”- deyə Simonyan bildirib.

Xatırladaq ki, avqustun 27-də “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan ikinci dəfədir ki, evinin yaxınlığında pilotsuz təyyarənin düşdüyünü bildirib. O, hücumu “terrorçular” təşkil etdiyini iddia edib.

Dünyapress TV

Xəbər lenti