Rusiya və Ukraynanın mənəvi müstəvidə yenidən birləşməsi qaçılmazdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib.
"Mən əminəm ki, sizin kimi insanların sayəsində, dediyim kimi, gec-tez, ən azı, mənəvi müstəvidə birləşmə baş verəcək. Bu qaçılmazdır", - Putin festivalın iştirakçıları ilə görüşündə bildirib.
Putin vurğulayıb ki, buna mane olan hər şeyi kökündən silmək lazımdır:
“Buna isə millətçiliyin ən iyrənc təzahürləri mane olur. Bu, bu gün Ukrayna da daxil olmaqla, bir çox xalqın həyatını zəhərləyən fəlakətdir".