Ardını oxu...
Xəbər verildiyi kimi, İsrail Finlandiyaya “David's Sling” raketdən müdafiə sistemini 317 milyon avroya satıb.

Yəhudi dövləti bu sövdələşməni “tarixi sənəd” adlandırıb, çünki İsrail ilk dəfə bu sistemi başqa bir ölkəyə, üstəlik, yeni yaradılmış NATO üzvünə satıb.

“Biz raket əleyhinə müdafiə sisteminin xaricə ilk ixracına dair müqavilə imzaladığımız üçün qürur duyuruq və ondan əldə edilən gəlirin əhəmiyyətli bir hissəsini təhlükəsizlik sisteminə ən qabaqcıl imkanlar üçün tədqiqat və inkişaf fəaliyyətlərimizə yatıracağıq”,- deyə müdafiə naziri Antti Kaikkonen deyib.

O bildirib ki, bu satınalma Finlandiya Müdafiə Qüvvələrinə yüksək hündürlükdə hədəfləri tutmaq üçün yeni imkanlar yaradacaq. Sistem İsrailin “Rafael” şirkəti tərəfindən “Raytheon”dan olan amerikalı mütəxəssislərlə birlikdə hazırlanıb. Hələ avqust ayında İsrail Müdafiə Nazirliyi ABŞ-ın Finlandiyaya raketdən müdafiə sisteminin satışını təsdiqlədiyini bildirmişdi.

Eyni zamanda, departamentin mətbuat xidməti bəyan edib ki, “David’s Sling”in Helsinkiyə çatdırılması üçün modifikasiya finlandiyalı mütəxəssislərin iştirakı ilə yekunlaşacaq.Oktyabrda məlum olub ki, Ukrayna İsraildən yeni silahların verilməsini istəyib.

Digər məsələlərlə yanaşı, Kiyev “David's Sling” raketdən müdafiə sistemini istəyib. Ukrayna hakimiyyəti İsrailə təzyiq göstərməyə çalışıb ki Rusiya İran raketləri alır və bu, Qüdsü Kiyevi silahla təchiz etməyə sövq edə bilər.

Bununla belə, İsrail Prezidenti İsaak Hersoq razılaşmanın mümkünlüyünü rədd edərək, imtinanı “səhv əllərə düşməməli olan” raketdən müdafiə sisteminin sirləri ilə izah edib. Müdafiə Nazirliyi bəyan edib ki, İsrail bu cür təchizat üçün kifayət qədər istehsal gücünə malik deyil. İsrail 2016-cı ildə “David's Sling”-in elementlərini sınaqdan keçirməyə başlayıb. Sistemin modernləşdirilmiş versiyasının sınaqları 2017-ci ildə başa çatıb. Çoxsəviyyəli raketdən müdafiə sistemi düşmənin raketlərini 70-300 kilometr məsafədə tutmaq üçün nəzərdə tutulub.

İsrail ondan ilk dəfə 2018-ci ildə Suriyanın iki ballistik raketinə ələ keçirən raketlər vuraraq döyüşdə istifadə edib. Ancaq buraxılış uğursuz olub. Bununla belə, sistem yenə də İsrail “Dəmir Qübbə”sinin mühüm elementinə çevrilib.

Bu ilin may ayında “David's Sling” ilk dəfə Qəzza zolağından atılan raketi vurub.

“Oktyabrın 7-də HƏMAS-ın işğalından sonra sistem müxtəlif ssenarilərdə çox yüksək effektivlik nümayiş etdirdi”, -deyə İsrail ekspertləri qeyd edirlər.

İsrail “David’s Sling”i ballistik raketləri, qanadlı raketləri, təyyarələri və dronları ələ keçirmək üçün dünyanın ən qabaqcıl sistemlərindən biri adlandırır.
 
Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail yalnız girovların azad edilməsi şərti ilə Qəzza zolağının atəşə tutulmasını dayandıra bilər.

APA xəbər verir ki, Netanyahu bunu CNN-ə müsahibəsində deyib.

O deyib ki, biz atəşkəs barədə yalnız girovların azad edilməsindən sonra düşünə bilərik. Netanyahu onu da qeyd edib ki, bununla belə, İsrail döyüşdə qısa humanitar fasilələr verməyə hazırdır: “Bir neçə saatlıq, məhdud ərazidə və konkret məqsədlər üçün”.
 
Ardını oxu...
"Qəzzada etdiklərimizi Beyrutda da edə bilərik".
Bakupost.az İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Livanla sərhədə gələn Yoav Qalant Livan burada komandirlərlə vəziyyəti qiymətləndirib, əsgərlərlə söhbət edib.
" Livan vətəndaşları, mən cənuba doğru hərəkət edərkən ağ bayraq qaldıran Qəzza vətəndaşlarını görürəm. "Hizbullah" Livanı mümkün müharibəyə doğru itələyir və səhvlər edir. Belə səhvlərin bədəlini Livan vətəndaşları ödəyəcək. Qəzzada nə ediriksə, Beyrutda da onu edə bilərik. Ümid edirəm ki, "Hizbullah" özünü yaxşı aparacaq və Nəsrullah bizi təhrik etməyəcək. Çünki bu təcavüz qəbuledilməzdir", - İsrailin müdafiə naziri deyib.
O, həmçinin əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələrinin gücü çox böyükdür və Qəzza zolağındakı əməliyyatlara Hərbi Hava Qüvvələrinin ümumi gücünün heç 10%-i də cəlb olunmayıb.
 
Ardını oxu...
Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.

Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.
 
Ardını oxu...
“Noyabrın 10-da müvəqqəti işğal olunmuş Krımın ərazisindəki Uzkaya körfəzi ərazisində aparılan əlavə kəşfiyyatın nəticələri göstərir ki, suüstü dronların hücumundan sonra Rusiya Federasiyası Qara Dəniz Donanmasının (BSF) 2 kiçik desant gəmisi məhv edilib".

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) mesajında deyildiyi kimi, alınan yeni kəşfiyyat məlumatlarına görə, işğalçıların bu iki qayığı məhv edilib: biri köhnə layihə 1176 "Akula", digəri daha yeni layihə 11770 "Serna".

"Hücum nəticəsində hər iki Rusiya gəmisi batdı: "Akula" dərhal,“Serna”isə sağ qalmaq üçün uğursuz mübarizədən sonra", - kəşfiyyat rəsmiləri təfərrüatları paylaşıb.

"Ov davam edir!", - GUR əlavə edib.

Rusiya Qara Dəniz Donanmasının gəmilərinə hücum

noyabrın 10-na keçən gecə təşkil olunub. Krım ərazisində keçirilən əməliyyat nəticəsində Rusiyanın Qara Dəniz Donanmasının iki desant kateri vurulub. Ukrayna kəşfiyyatı qeyd edib ki, Rusiya Zmeynı adasının işğalı zamanı hərbi texnika və qoşunların daşınması üçün “Serna” sinfinə aid belə kiçik desant katerlərindən fəal istifadə edib. Bundan əlavə, rus işğalçıları adada və Qara dənizdə qrupun mobil mühafizəsini təmin etmək üçün qayıqların göyərtəsində Tor-M2 hava hücumundan müdafiə sistemləri yerləşdiriblər.

 
Ardını oxu...
“Qafqazinfo” xəbər verir ki, İsrailin Azərbaycandakı səfirliyi bu barədə "X" hesabında paylaşıb.

“İsrailin Azərbaycandakı səfirliyi olaraq oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı Azərbaycan əsilli 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. Lior Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanında dəfn olunub. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq. Liorun anası Natali onu belə xatırlayır: O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, "burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəm, söz verirəm və səni sevirəm. "Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun”, - səfirliyin paylaşımında bildirilib.
Ruhları şad olsun!!
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İraqın qərbində yerləşən Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd bazasına iki hücum həyata keçirilib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi obyektə raket zərbəsi endirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.

“Al Arabiya” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.

Bazar ertəsi İraq İslami Müqavimət Hərəkatı şiə silahlılarının Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.
 
Ardını oxu...
Lvanın “Hizbullah” qruplaşması Rusiya və Sovet istehsalı olan P-800 "Yaxont" gəmi əleyhinə raketləri ilə silahlanıb.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, raketlərin Suriyadan gəldiyi güman edilir. Suriyada 2011-ci ildə gedən vətəndaş müharibəsində qruplaşma prezident Bəşər Əsədin qüvvələrinin tərkibində döyüşüb.

Raketlərin Hizbullaha dəqiq nə vaxt çatdırıldığı açıqlanmır.
 
Ardını oxu...
Ukrayna ordusu yeni HHM kompleksləri əldə edib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Xİdmətinin gündəlik hesabatını qəbul edən zaman bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın qış mövsümü üçün hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə, Silahlı Qüvvələr tərəfdaş ölkələrin göndərdiyi NASAMS sistemlərini təhvil alıb.
Ukrayna Prezidentinə həmçinin ordunun hazırlıq səviyyəsi, silah-sursat, əks-kəşfiyyat tədbirləri barədə məlumat verilib.
 
Ardını oxu...
İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında quru əməliyyatları zamanı HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim edib. Daha sonra məscidlərdən birinin yaxınlığında təşkilatın istifadə etdiyi reaktiv yaylım atəş sistemləri sıradan çıxarılıb.

Bundan əlavə, Qəzza zolağının şimal hissəsində İsrailə yönəlmiş daha 50 raket aşkarlanıb.

Dünyapress TV

Xəbər lenti