Ardını oxu...
Rusiya sərhədçiləri “Zvartnots” hava limanın tərk ediblər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi Roman Qolubitski fəaliyyətin dayandırılması haqqında birgə protokol imzalayıblar.

Xatırladaq ki, bu ilin mayında Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə Rusiya sərhədçilərinin avqust ayında İrəvandakı “Zvartnots” hava limanını tərk etmələri razılaşdırılıb.

 
Ardını oxu...
Andrey Belousovun Rusiyanın Müdafiə naziri təyin olunması ilə yeyintinin və korrupsiyanın miqyasının müəyyən edildiyi iddia edilir. Rəqəmlər fantastiktir, normal insan beyninin qavraması imkansızdır.
Deputat Delyaginin hesablamalarına görə "yoxa çıxmış", "ərimiş", “yeyilib üstündən də su içilmiş” miqdar 11 trilyon rubldur, yəni 11 və yanında on iki sıfır – 11.000.000.000.000.
Bu isə 127 milyard dollara (!) bərabərdir.
Məsələnin faciəvi tərəfi ondadır ki, bu son rəqəmlər deyil, yalnız başlanğıcdır!..
Bir Telegram kanalı eləməyib tənbəllik, hesablamanı 5 000 rublluq əskinazla aparıb:
Bu əskinazla 11 trilyon rublu nəql etmək üçün 37 yük vaqonundan ibarət qatar lazımdır
və ya
11 trilyonu 5 minlik əskinazlarla üst-üstə yığsan 275 km (!) yüksəklikdə bir qüllə alınar.
275 km yüksəkliyi təsəvvür edirsimi?
Karman xəttindən hardasa 3 dəfə daha böyükdür.
Karman xəttini bilirsiniz yəqin.
Kosmosun sərhəddidir, 100 km yüksəklidə yerləşir.
Yəni oğurluq, maxinasiya kosmosa “gedib çıxıb”, astronomikdir…
11 trilyon rubla nə alına biləcəyini də hesablayıblar:
~ 3.700 ədəd SU-57 qırıcısı,
~ 22.000 ədəd T-14 Armata tankı,
~ 11 milyon Lancet-3 hücum PUA-sı,
~ 220 milyon FPV dronları.
Ukraynanı 3 günə alacaq deyə lovğalanan ordu bu gün bunlardan əksikdir.
Sual olunur ki, belə astronomik yeyintilər olan bir Ordu qalib gələ bilərmi?
Cavab məlumdur…
Demək ki, hazırlıqlar başlayıb.
Ya böyük bir qurban veriləcək, ya da böyük etirafa hazırlaşırlar.
Böyük etiraf nədir?...
Yoxsa siz dəmi mən deyəni düşündünüz?...
https://t.me/ibrahim_nebioglu
TEREF
 
 


 
Ardını oxu...
İsrail ordusunun çərşənbə axşamı bildirdiyinə görə, "Hizbullah"ın Livanın cənubunda yeddi bölgədəki hədəflərinə havadan və artilleriyadan istifadə edərək, hücumlar həyata keçirib.

Son transsərhəd hücum İsrailin nəzarətində olan Qolan təpələrində 12 uşağın ölümü ilə nəticələnən raket zərbəsindən bir neçə gün sonra və İsraillə "Hizbullah" arasındakı toqquşmaların Qəzzada İsrail-HƏMAS müharibəsinin daha geniş regional münaqişəyə çevrilə biləcəyinə dair beynəlxalq narahatlıqlar fonunda baş verib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə axşamı Filippinə səfəri zamanı jurnalistlərə "İsrailin şimal sərhədində aktivliyin çoxaldığını müşahidə edirik və bunun genişmiqyaslı döyüşlərə çevrilməsindən narahatıq" deyib.

"Biz hər şeyin diplomatik yolla həllini görmək istərdik" deyə, Austin bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ölümcül raket hücumuna sərt cavab verəcəyini vəd edib və İsrailin "Hizbullah"ın məsuliyyət daşıdığına dair ittihamını bir də təkrarlayıb. Hizbullah məsuliyyəti rədd edib.

Netanyahu hücum yerinə baş çəkərkən "Bu uşaqlar bizim uşaqlarımızdır, onlar hamımızın övladlarıdır. İsrail dövləti bunu nəzərdən qaçırmayacaq və qaçırmaz. Cavabımız olacaq və bu, ağır cavab olacaq” deyib.

Onun səfəri yaxşı qaqşılanmayıb. Qurbanların yüzlərlə ailə üzvü və icma üzvləri Netanyahunun vəziyyətdən siyasi mənfəət üçün istifadə etdiyinə etiraz edib.

Qəzzada müharibə başlayandan bəri İsraillə "Hizbullah" arasında sərhəddə qarşılıqlı hücumlar baş verir. "Hizbullah" HƏMAS-la həmrəylik nümayiş etdirdiyini bildirib. eyni motivasiya ilə Yəməndə yerləşən Husi militantları da Qırmızı dənizin gəmilərə hücumlar həyata keçirərək, əsas gəmi marşrutunu pozmağa çalışır. Hər iki qrupa İran dəstək verir.

Qəzzada müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. Nəticədə militantlar 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb.

Qəzzada militantlar və mülki şəxslər arasında fərq qoymayan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi hərbi kampaniya 39,300-dən çox fələstinlini öldürüb.
 
Ardını oxu...
XXI əsrin əvvəllərində İraqı işğal edib, diqqətini Yaxın Şərqə yönəldən ABŞ, Donald Trampın prezidentliyi dövründə Barak Obama dönəmində işarə etdiyi dəyişikliyi reallaşdırdı. Vaşinqton administrasiyası Suriya kimi ölkələrdə əsgər sayını azaldaraq Cənubi Asiyadakı müttəfiqləri ilə Çini mühasirəyə almağa başlasa da, sonradan Yaxın Şərq siyasətində boşluqlar və boz sahələr meydana çıxdı. Rusiyanın Ukraynaya hücumu isə balansı kökündən dəyişdirdi. Avropanı beynəlxalq gündəmdə birinci yerə qoyan ABŞ, Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah yardımı göstərdi və NATO-dakı müttəfiqləri də Vaşinqton administrasiyasının ardınca getdi.

Reyting.az bildirir ki, ötən illərdə Cənubi Asiyada, xüsusən də Tayvan məsələsində ən ciddi rəqibi Çinlə hesablaşan ABŞ, mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə bir-bir anlaşaraq Çini mühasirəyə almağı bacarıb.

Amerika qoşunlarının 30 ildən sonra ilk dəfə Filippinə qayıtmasını təmin edən razılaşma ilə ABŞ-nın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı 2023-cü ilin fevral ayından etibarən tamamlanıb. Buna qədər cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreyanın daxil olduğu xəttdə çatışmayan yeganə ölkə Filippin idi.

Bu gün Amerika mətbuatında, ehtimal olunan Çin-ABŞ müharibəsi ilə bağlı geniş təhlil dərc edilib. Təhlildə ABŞ-nın müharibə strategiyalarının Rusiya və Çinin təhdidlərinə qarşı köhnəldiyi və yetərli olmadığı bildirilir.

114 səhifəlik hesabatda ABŞ-nın həm Çinə, həm də Rusiyaya qarşı daha aqressiv mövqe tutmalı olduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, Çinlə mümkün müharibə üçün ABŞ donanması gücləndirilməlidir. Eyni zamanda, Rusiyanın Avropa üçün təhlükəsi ilə mübarizə aparılmalı, NATO ölkələrinin ABŞ-dan asılılığı azaldılmalı və Şərqi Avropada hərbi bazalar artırılmalıdır.

Digər tərəfdən, hesabatda qeyd olunur ki, ABŞ Çinlə çoxölçülü müharibəyə başlaya bilməz. Əks təqdirdə Vaşinqtonun sursatı 3-4 həftəyə tükənər.

Qeyd olunur ki, ABŞ nəinki Çin və Rusiya ilə eyni anda müharibəyə başlayacaq, həm də silah-sursat çatışmazlığı səbəbindən iki ölkənin heç biri ilə müharibə edə bilməyəcək vəziyyətdədir.
 
Ardını oxu...
ABŞ Ukraynaya təhlükəsizlik üzrə 200 milyon dollar dəyərində yeni yardım paketinin ayrıldığını elan edib.

Bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.

Qeyd olunur ki, təhlükəsizlik yardımına hava hücumundan müdafiə vasitələri, HIMARS artilleriya sursatları, minaatan mərmiləri və tank əleyhinə “Javelin” raketləri daxildir.
 
Ardını oxu...
Ukrayna səmasının mühafizəsini gücləndirmək üçün Kiyev ilin sonuna qədər ən azı 60 ədəd F-16 qırıcısı almalıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müavini, general-leytenant İqor Romanenko deyib.

O qeyd edib ki, təyyarələr ötən il Ukrayna Silahlı Qüvvələrində xidmətdə olmalı idi:

"Digər tərəfdən, aydındır ki, biz bu təyyarələri qəbul, istifadə və istismar etməyə hazırlaşırıq, amma gecdir, çünki ruslar artıq bir ildir ki, buna intensiv şəkildə hazırlaşırlar".
 
Ardını oxu...
NATO üzvü olan Litva müharibənin başlaması ehtimalı ilə bağlı mülki əhalinin kütləvi təxliyəsi üçün planlar hazırlayır. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Bu, NATO hərbi alyansının üzvləri tərəfindən Rusiyanın potensial hücumundan qorunmaq üçün qəbul edilən sonuncu tədbirlərdir.

Rusiya ilə NATO arasında gərginlik prezident Vladimir Putinin Ukraynaya müdaxiləsindən sonra daha da artıb. Rəsmi Moskva Şimali Atlantika blokunu Kiyevə hərbi yardım göstərmək və silahla təmin etməklə müharibədə dolayısıyla iştirakda günahlandırır, Rusiya rəsmiləri isə üzv dövlətləri qisas almaqla hədələyirlər.

Buna cavab olaraq, Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya yanvar ayında NATO-nun Rusiya və Belarusla şərq sərhədini gücləndirmək üçün ümumi müdafiə xəttinin yaradılmasına dair saziş imzalayıblar.
Ardını oxu...
Litva Daxili İşlər Nazirliyi bildirib ki, səlahiyyətlilər hamilə qadınlara, azyaşlı uşaqları olan ailələrə və əlillərə üstünlük verməklə ölkənin 2,6 milyonluq əhalisinin dörddə birini köçürməyə hazır olmalıdırlar.

Daxili işlər naziri Agne Bilotaite deyib ki, o, beynəlxalq transferləri də əhatə edən planlarla bağlı qonşu ölkələrlə əlaqə saxlayıb.

İyulun 5-də Vilnüs meri Valdas Benkunskas ölkəyə hücum zamanı mülki vətəndaşları müdafiə etmək, o cümlədən sığınacaqlar şəbəkəsini inkişaf etdirməyə imkan verəcək bəzi digər tədbirləri açıqlayıb.

“Hava təhlükəsi yaranarsa, Vilnüs sakinləri mümkün zərbələrdən və qəlpələrdən gizlənə bilərlər”.

Benkunskas bildirib ki, yerli hakimiyyət orqanları da xəbərdarlıq sirenlərin quraşdırılması üzərində işləyir.

"Sirenlərin məqsədi aydındır. Bu, ictimai yerlərdə təhlükə barədə xəbərdarlıq etmək üçün verilən səs siqnalıdır", - mer deyib. - "Bu günə qədər Vilnüs şəhərində 41 xəbərdaredici siren quraşdırılıb. Onlar şəhər ərazisinin təxminən otuz faizini əhatə edir".

Mer bir çox digər ssenarilərə hazır olmağın vacibliyini də vurğulayıb:

"Məsələn, körpülər bombalanıbsa, nə edəcəyik? Əgər təxribat həyata keçirilibsə, qəsdən hansısa yol-nəqliyyat hadisəsi törədilibsə, nəqliyyat axınının kəsilməməsinə kim cavab verməlidir?"

"Təşkilati iş çox vacibdir. Ehtiyac yaranarsa Vilnüs sakinlərinin bir neçə saat ərzində şəhərdən çıxa bilməsi uçun kim hansı işləri görməli olduğunu bilməlidir ", - Benkunskas əlavə edib.

Qonşu Latviyada Rusiya ilə sərhəddə “əjdaha dişləri” kimi tanınan tank əleyhinə beton piramidalar quraşdırılır.

İlk dəfə İkinci Dünya Müharibəsi zamanı istifadə edilən “əjdaha dişləri” dəmir-betondan hazırlanır və tankların və mexanikləşdirilmiş hissələrin irəliləməsinə mane olmaq üçün istifadə olunur.

Latviyanın Müdafiə Nazirliyi Newsweek-ə bildirib ki, martın 5-də Latviya hökuməti tərəfindən təsdiq edilmiş Şərq sərhədinin möhkəmləndirilməsi planına uyğun olaraq maneələr tədarük edilir və Latviyanın şərq sərhədi yaxınlığındakı müvəqqəti saxlama ərazilərinə daşınır.

"Sərhəddə qeyd olunan plana uyğun maneələr yaradılacaq", - nazirlikdən bildirilib.
pressklub
 
 
 
Ardını oxu...
İyulun 28-nə keçən gecə rusiyalı hərbi müşahidəçilərin “Telegram” kanallarında Malinin şimalında “Vaqner” özəl hərbi muzdlu şirkətinin əsgərlərinə hücum barədə məlumatlar yayılmağa başlayıb. Onlara son on ildə ölkə hökumətinə qarşı fəaliyyət göstərən “Azawad Hərəkatlarının Koordinasiyası” olan “Tuareg” qruplaşması hücum edib. Toqquşma onlarla “Vaqner” muzdlusunun ölümü ilə nəticələnib. Lakin hücum barədə məlumatlardan sonra Mali Silahlı Qüvvələri terrorçu hərəkatlara qarşı mübarizəni gücləndirib və onların yerləşdiyi ərazilərə bir sıra uğurlu hücumlar həyata keçirdiyini açıqlayıb.

Malidə nə baş verib?

“Azawad Hərəkatının Koordinasiyası”nın yaraqlıları ölkənin şimalında səhrada birgə patrul xidməti aparan Mali hökumət qoşunları və “Vaqner” döyüşçülərinin karvanını pusquya salıblar. Onlar yola yerləşdirilən bombalarla dayandırılıb, bundan sonra toqquşma baş verib.
Ardını oxu...
Vaqnerlilər hansı itkilərə məruz qalıblar?

Qeyd olunur ki, “Vaqner” ağır itkilərə məruz qalıb - 20-dən 50-yə qədər ölü, o cümlədən məşhur “Gray Zone” “Telegram” kanalının müəllifi Nikita Beliy ölüb. Beş “Vaqner” döyüşçüsü və bir neçə Mali əsgəri əsir götürülüb. Əsir götürülənlər arasında Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”ə rəhbərlik edən Lotus ləqəbli Anton Elizarov da var. Tezliklə əsirlərin fidyə qarılığında azad edildiyi bildirilir.

Bildirilir ki, bundan əlavə, “tuareg"lər Mi-24 helikopterini vurmağa və bir neçə hərbi texnikanı ələ keçirməyə nail olublar.

“Vaqner” muzdluları niyə məğlub oldular?

“Rus Baharının Hərbi Müxbirləri” “Telegram” kanalı bildirir ki, “Vaqner” bölmələri qum fırtınası səbəbindən pusquya düşüblər. Bu şəraitdə “tuareglər” “Vaqner” sütunlarından birini kəsərək ona zərbə endirməyi bacarıblar.

Bu arada media gözlənilməz hücuma hazır olmayan döyüşçülərin özləri arasında məğlubiyyətə görə birbaşa məsuliyyət daşıyanları axtarmağa başladığını yazır. Belə ki, jurnalist Anastasiya Kaşevarova qeyd edib ki, “bu şəxsin adı və soyadı, məşhur işarəsi, hətta Rusiya Qəhrəmanı ulduzu var”. Lakin hərbçinin adını çəkməyib.

Mali səlahiyyətliləri hadisəyə necə reaksiya verdilər?

“Vaqner” döyüşçülərinə edilən hücumdan sonra Mali Silahlı Qüvvələrinin terrorçuların yerləşdiyi ərazilərə yeni hücumları və onların qoşunları ilə toqquşmalar baş verdiyi məlum olub. Ölkənin Baş Qərargahının məlumatına görə, hökumətin pilotsuz təyyarələri terrorçuların beş hədəfini uğurla məhv ediblər. Baş Qərargah həmçinin mülki şəxsləri Malinin şimal-şərqində terrorçuların yerləşdiyi əraziləri tərk etməyə çağırıb.
Ardını oxu...
“Buna baxmayaraq, hərəkatın qaçılmaz məğlubiyyətindən danışmaq çətindir”, siyasi şərhçi İqor Dimitriyev deyib: “Malidə yəqin ki, onları bitirəcəklər, lakin ümumilikdə bu müharibə yüz ildən çoxdur davam edir. Ona görə də, tez bitməyəcək”.

“Azawad Hərəkatının Koordinasiyası” nə deməkdir?

“Azawad Hərəkatlarının Koordinasiyası” 2014-cü ildə yaradılan bir neçə “Tuareg” qrupunun, həmçinin ərəb millətçilərinin və islamçılarının koalisiyasıdır. Onlar Malinin şimalında yerləşən Azawad bölgəsinin tam ayrılmasını müdafiə edirlər.

“Tuareg"lər Şimali Afrikanın bir neçə ölkəsində - Mali, Niger, Əlcəzair, Liviya və Burkina Fasoda yaşayırlar, lakin hazırda öz dövlətləri yoxdur. 20-ci əsrin əvvəllərində onlar bir neçə üsyan təşkil ediblər. Ən böyüyü 2012-2014-cü illərdə Malidə baş verib. Bu, “tuareglər”lə ölkə hökuməti arasında münaqişənin başlanğıcı oldu və həll cəhdlərinə baxmayaraq, bu günə qədər davam edir.

“Tuaregləri islamçı terror hərəkatları, o cümlədən Əl-Qaidənin dəstəklədiyi güman edilir.

“Vaqner” döyüşçüləri Afrikada necə peydə oldu?

Əvvəlcə Fransa Mali hökumətinə dəstək verdi, lakin 2021-ci ildə Rusiyanın “Vaqner”inin ölkədə fəaliyyətə başladığı məlum oldu. Daha sonra Rusiya hökumətini döyüş helikopterləri və ordunu təchiz etmək üçün müşahidə radarı ilə təmin edərək Afrika ölkəsinin ən mühüm tərəfdaşı hesab edilməyə başladı.

2024-cü ildə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə “Vaqner” üçün 20 min nəfərə qədər Afrika Korpusu yaradıldı. Hazırda beş ölkədə - Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Nigerdə ​​fəaliyyət göstərir.
ayna.az
 
Ardını oxu...
Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür.

Oxu.Az xatırladır ki, bu savaş bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük müharibədir.

28 iyul 1914-11 noyabr 1918 illərini əhatə edən müharibənin adı İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanıb.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu:

"Antanta"da Böyük Britaniya, Fransa və Rusiya imperiyası, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. Nəticədə 10 milyona yaxın əsgər öldü.

Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. 1914-cü il iyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatıb. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq göstərirdi. Müharibədə iştirak edən 200 nəfər azərbaycanlı zabit Birinci Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət edib. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər.

General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə onuncu ordunun komandanı olmuşdu. General-leytenant Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi.

General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə "Müqəddəs Georgi" ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə "İlya Muromets-16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qaibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu.
 
Ardını oxu...
İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
“Sherg.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", məlumatda deyilir.

Təxribatı dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a söyləyib ki, çox böyük etimal, Ermənistan tərəfi bu uçuşları Tovuz istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinin kəşfiyyatını aparmaq məqsədi ilə həyata keçirib:

''Belə bir uçuşlar adətən, döyüş əməliyyatlarından əvvəlki mərhələdə aparılır. Əsas məqsəd isə ehtimal olunan duşmənin ərazidə yerləşən atəş mövqelərinin kordinatlarını və ön xəttin keçdiyi əraziləri, düşmən müdafiəsinin qurluşunu dəqiqləşdirməkdir. Ermənistan Azərbaycan ilə sülh əldə olunmasına hazır olduğunu bəyan etdiyi bir anda Hindistandan silahlar əldə etməsi digər tərəfdən Ermənistan rəsmiləri tərəfindən Azərbaycana qarşı növbəti dəfə ərazi iddiaları və güc tədbiqinə dair bəyanatların səslənməsi və indi isə ərazilərimizdə təxribatçı kvadrokopter uçuşları birmənalı şəkildə sülh prossesini pozmağa hesablanıb. Təxribat xarakterli uçuşlar Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin daha əvvəl Qazaxın qaytarılan dörd kəndinin Ermənistan ərazisi olmasına dair bəyanatlar ı ilə təxminən məntiqi ardıcıllıq təşkil edir. Fikrimcə, biz ayıq-sayıqlığımızı artırmalıyıq. Çünki düşmənin bu fəaliyyətləri daha geniş miqyaslı təxribatlarla müşahidə oluna bilər".
 

Dünyapress TV

Xəbər lenti