Ardını oxu...
44 yaşlı Ruben Sənəmyan Xalqımıza tanış sima , tanış addır. Ruben Sənəmyan iyulun 2020-ci il 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısı və Generalımızı şəhid edən ermənidir.

Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verdi.

2020 -ci ilin 44 günlük müharibəsi zamanı Azərbaycan mediası yaydı ki, guya ordumuz Sənəmyanı məhv edib. Amma sonra məlum oldu ki, Sənəmyan sağ salamatdır.
Hətta 2021- çi ildə internet TV -yq "qəhrəmanlıgi" ilə bağlı müsahibə də verdi.

Yeri gəlmişkən, 22 sentyabr 1976-cı ildə Dilicanda anadan olan Ruben Sanamyan 1995–1997-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin ön cəbhəsinin hərbi hissələrindən birində müddətli hərbi xidmət aparmışdır. O, 2006-cı ildən bəri Ermənistan Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçudur.
Ruben Sənəmyan 2012-ci ildə də Azərbaycan-Ermənistan sərhədində döyüşüb. O həmçinin, "Vətən" ordeni ilə mükafatlandırılmışdır.
Ardını oxu...
Erməni generalı boğaraq öldürən ŞƏHİDimiz Cəbrayıl Dövlətzadənin ruhu qarşısında baş əyirəm! Amma mənim üçün hələ də müəmma olaraq qalır ki, şəhidimiz öldürdüyü, Polad Həşimovun qatili olan hansı general və yaxud kapitan imiş?Niyə indiyə qədər onun adı açıqlanmır?
19 yaşında Cəbrayıl Dövlətzadə bir günlük müharibədə olmaqla erməni generalını və polkovniklərini əlləri ilə necə boğa bilib?Axı, Cəbrayıl Dövlətzadə 28 sentyabr 2020, Kəlbəcər rayonunda şəhid olub və sadəcə 1 gün döyüşə girib?
Əgər Cəbrayılın öldürdüyü Sənəmyandırsa, onda niyə hələ də sənəmyan sağdı. Yaxşı o deyilsə, bəs o zaman Dövlətzadə kimi boğub öldürüb?

Kaş bu sirri muəmmalarin, çözümü açılaydı və gənclər qəhrəmanlıq nümunəsini tam gerçəkliyi ilə oyrənəydi
Əntiqə Rəşid
Ardını oxu...
Bu gün Natiq Qasımovun doğum günüdür.

Oxu.Az xəbər veirir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib.

N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Oxu.Az xatırladır ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Ardını oxu...
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Ardını oxu...
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
Ardını oxu...
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.
 
 
 
Ardını oxu...
2024-cü il asan olmayacaq. Lakin Ukrayna hərbçiləri qələbəni addım-addım yaxınlaşdırmağa davam edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı Yeni il müraciətində bildirib.

"2023-cü il bitdi. Torpağımız və azadlığımız uğrunda mübarizəmizin başqa bir çətin ili. Bu, Ukraynanın sağ qaldığı il oldu. Ukrayna sizin sayənizdə - ukraynalı əsgər və matrosların, çavuşların və zabitlərin sayəsində sağ qaldı. Hər birinizə təşəkkür edirəm.

İnanıram ki, biz bütün sınaqlardan ləyaqətlə çıxacağıq və qələbəmizi addım-addım yaxınlaşdırmağa davam edəcəyik", - Zalujnı bildirib.
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciətində qarşıdan gələn 2024-cü ilə nəzər salaraq deyib ki, Ukrayna “gələn il daha çox silah istehsal etməyə hazırlaşır”.

“Biz tərəfdaşlarımızla hər bir Ukrayna əsgərinə, bütün xalqımıza, dövlətimizə lazım olan həll yolları üzərində işləyirik”, Zelenski bildirib.

İlin son günündə Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 49 pilotsuz təyyarəsindən 21-ni vurduğunu bildirib.

Ukrayna həmçinin şənbə günü Kyivdə Rusiyanın dron hücumunu dəf edib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, şənbə günü Rusiyanın son silsilə hava hücumlarında iki raketin Xarkivin mərkəzinə zərbə endirməsi nəticəsində azı 21 nəfər yaralanıb.

“Rusiya pilotsuz təyyarələrinin gecə Xarkivə hücumu nəticəsində şəhərin mərkəzindəki binalara zərər dəyib. Bunlar hərbi obyektlər deyil, kafelər, yaşayış binaları və ofislərdir”, Xarkiv meri İqor Terexov Telegram kanalında yazıb. “Yeni il ərəfəsində ruslar şəhərimizi qorxutmaq istəyirlər, amma biz qorxmuruq”, o bildirib.

Rusiyanın Xarkivə hücumları şənbə günü səhər saatlarında Ukrayna hərbi hava qüvvələrinin Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Belqorod şəhərinə zərbələr endirməsindən sonra baş verib.

Rusiya Müdafiə Nazirliyi şənbə günü Ukraynanın Belqoroda endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, azı 21 nəfərin öldüyünü və azı 110 nəfərin yaralandığını bildirib.

Rusiya Ukraynanın Belqoroda hücumları ilə bağlı şənbə günü BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib və Ukraynanın kaset bombalarından istifadə etdiyini iddia edib. Rusiya bununla bağlı heç bir əlavə məlumat verməyib və Associated Press agentliyi bu iddiaları təsdiq edə bilməyib.

“Bu cinayət cəzasız qalmayacaq”, Rusiya Müdafiə Nazirliyinin sosial şəbəkədə yaydığı bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurası Ukrayna və BMT-yə üzv olan 30 digər ölkənin müraciəti əsasında cümə günü iclas keçirib. Təhlükəsizlik Şurasının üzvləri Rusiyanın hücumunu pisləyib.
 
Ardını oxu...
Birləşmiş Ştatlar bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə Yəmən husilərinin konteyner gəmisini ələ keçirmək üçün uğursuz cəhddə istifadə etdiyi gəmi əleyhinə raketləri və qayıqları məhv etdiyini bildirib.

Maersk gəmiçilik şirkəti gəmisinin hücuma məruz qalmasından sonra Qırmızı dəniz boğazı ilə daşınmaları 48 saat müddətinə dayandırıb.

Bu hadisə husi militantlarının son altı həftə ərzində mülki gəmilərə etdiyi 20-yə yaxın hücumdan sonuncusu idi.

Hücumlar qlobal ticarətin 12 faizə qədərinin keçdiyi tranzit marşrutunu təhdid edir. ABŞ bu ay Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün beynəlxalq hərbi-dəniz operativ qrupu yaradıb.

Pentaqon rəhbəri Lloyd Astin tərəfindən yaradılması elan edilən “Prosperity Guardian” əməliyyatı adlanan koalisiyaya ABŞ, həmçinin Böyük Britaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa və digər ölkələrin hərbi gəmiləri daxil olacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri Danimarkaya məxsus olan Sinqapur bayraqlı Maersk Hangzhou konteyner gəmisinin təcili çağırışına cavab verib.

Gəmi heyəti Qırmızı dənizdən keçərkən 24 saat ərzində ikinci dəfə hücuma məruz qaldıqlarını bildirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Bəyanatda Husilərin Amerika helikopterlərini atəşə tutmağa başladığı, onların “özünümüdafiə məqsədi ilə atəşə cavab verdiyi” və gəmiyə 20 metr yaxın olan dörd qayıqdan üçünü batırdığı bildirilir.

Sənədə əsasən, üç qayığın ekipajı məhv edilib. Dördüncü qayıq bu akvatoriyanı tərk edib.

Sinqapurdan Misirin Süveyş limanına gedən Maersk gəmisi husilərin raketi ilə vurulduqdan sonra qəza siqnalı verib.

ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, bu, noyabrın 19-dan bəri Husilərin xarici gəmiyə 23-cü qanunsuz hücumu olub.

Maersk açıqlamasında gəminin nəhayət “şimala doğru istiqamətini davam etdirə bildiyi” bildirilib.
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Belqorodda törədilən terror aktını Ukrayna Silahlı Qüvvələrinin cəbhədə nəyisə dəyişməkdə acizliyi ilə əlaqələndirib.

32gun.az xəbər verir ki, o qeyd edib ki, Rusiya tərəfi eyni üsullarla cavab verməyəcək.

“Aydındır ki, Belqorodda törədilən terror aktı və vətəndaşlarımızın ölümü Bandera əclaflarının cəbhədə nəyisə dəyişdirməkdə acizliyindən törətdikləri qanlı cinayətdir". - deyə Medvedev VKontakte səhifəsində yazıb.

"Biz onlar deyilik" deyib.

Eyni zamanda, Medvedev hesab edir ki, Ukrayna rəhbərliyindəki pisliklər yuxudadır:

"Rusiya Silahlı Qüvvələrinin "Kiyevin mərkəzini Qəzza zolağına bənzər bir şeyə çevirdiyini" görür, çünki "onda yenisini istəmək daha asan olacaq" ağalarından silahlar”.

Medvedev əmin edib ki, cinayətkarlara Belqoroda hücum əmrini verən “məxluqların” ayaqları altında torpaq yanacaq:

“Cümə günü Rusiya ordusu neonasist rejiminin hərbi və digər infrastrukturuna ciddi ziyan vurdu. Döyüş işləri davam etdiriləcək. Cinayət əmri verən məxluqlar üçün isə onların ayaqları altında torpaq yanacaq. Hələ də nəzarət etdikləri Kiçik Rusiya ərazisinin qərbindən şərqinə qədər"
Ardını oxu...
Çexiya Silahlı Qüvvələrinin polkovniki Zdenek Petraş Ukraynanın Amerikadan aldığı F-16 döyüş təyyarələrinin müharibədə heç bir üstünlük qazandırmayacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə o, Çexiya mətbuatına açıqlamasında deyib.

"Təəssüf ki, F-16 döyüş təyyarələri bəyan edilən miqdarda göndərilmir. Təyyarələr bu qarşıdurmada vəziyyəti əsaslı şəkildə dəyişməyə qadir deyil", - o qeyd edib.

Çexiya zabiti onu da vurğulayıb ki, Niderlandın Ukraynaya bir neçə F-16 göndərib-göndərməməsi ilə bağlı mediada yayılan xəbərlərdən məlumatsızdır.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinə Belqorodun yaşayış məntəqələrinə endirdiyi zərbələr barədə məlumat verilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, dekabrın 30-da Belqorod şəhərinin mərkəzi atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu açıqlayıb. Hücum nəticəsində 10 nəfərin öldüyü, 45 nəfərin xəsarət aldığı bildirilir.
 
Ardını oxu...
Ukrayna Rusiyanın sonuncu genişmiqyaslı hava hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı təşkilata müraciət edib.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə hesabında bildirib.

"Rusiyanın Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatı hücumu ilə bağlı Ukrayna və BMT-nin 30 üzvü BMT Təhülkəsizlik Şurasına sədrlik edən Ekvadordan BMT TŞ-nin təcili iclasını çağırmağı xahiş edib", ukraynalı nazir qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti