Ardını oxu...
Almaniyanın “Mehler Protection” qoruyucu ləvazimatlar istehsalçısı hərbi qulluqçular və polis əməkdaşları üçün nəzərdə tutulmuş “ExoM” zirehli ekzoskeletini təqdim edib.

“Mehler Protection” şirkətinin məlumatına görə, ekzoskeletin zireh panelləri VPAM8 Avropa standartına uyğun ballistik qoruma təmin edir. Bu o deməkdir ki, kostyum üç 7,62x39 millimetrlik güllənin (AK-47 avtomatı və bir çox hücum tüfənglərində belədir) 10 metr məsafədən vurulmasına tab gətirməlidir.

Ekzoskeletin titan çərçivəsi ümumi yükün 70%-ə qədərini istifadəçinin çiyinlərindən yerə ötürür. Şirkət həmçinin iddia edir ki, “ExoM” çevik onurğası, sürüşən bel kəməri və oynaqlı omba, diz və ayaq biləyi oynaqları istifadəçinin normal hərəkət diapazonunun 99% saxlamasını təmin edir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Hindistan və Fransa Hindistan ordusu üçün hərbi texnika, o cümlədən helikopter və sualtı qayıqların birgə istehsalına dair razılığa gəliblər.

Bu barədə Qərb mediası məlumat yayıb.

Qeyd olunur ki, razılaşmalar Fransa Prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub.
O, dünən Hindistanın Respublika Gününə həsr olunmuş hərbi paradın əsas qonağı olub, Baş nazir Narendra Modi ilə görüşüb, Hindistan Prezidenti Draupadi Murmanın rəsmi qəbulunda iştirak edib.

“Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyi sahələrində süni intellektin istifadəsi üzrə əlaqələri genişləndirmək barədə razılığa gəliblər”, - məlumatda bildirilib.

O cümlədən, Hindistanda Fransanın “Safran SA” şirkətinin ən müasir mühərrikləri, eləcə də Fransa istehsalı olan “Dassault Rafale” qırıcılarının mühərrikləri üçün təmir və xidmət mərkəzi açılacaq. Bununla belə, əməliyyatların dəyəri açıqlanmır.

Qeyd edilir ki, Rusiyadan sonra Hindistana ən çox silah tədarük edən ölkə Fransadır.
 
Ardını oxu...
Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa Birliyinin Ukrayna Silahlı Qüvvələrini lazımi miqdarda texnika ilə təmin etməyə vaxtı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzeti yazıb.

"Avropa paytaxtlarında bir az panika hiss olunur. Aydın idi ki, Ukraynaya ilkin fövqəladə yardım yenidən strukturlaşdırılmalı və daha dayanıqlı, uzunmüddətli əsaslara qoyulmalıdır. Lakin nəzərə alsaq ki, Rusiyanın yenidən silahlanması gözlənildiyindən daha sürətlə gedir, keçid dövrü üçün müəyyən edilmiş vaxt çərçivəsini azaltmaq lazımdır", - məqalədə bildirilib.

Qeyd olunub ki, Avropanın silah istehsalını artırmaq səyləri xaotik və qeyri-müntəzəm olaraq qalır və ABŞ Kiyevi dəstəkləməkdən imtina edərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.
 
Ardını oxu...
"BMT qeyd edib ki, insident Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və davam edən müharibə kontekstində baş verib..."

"Ukrayna nümayəndəsi bəyan edib ki, Rusiya təyyarələri ukraynalı hərbçilər üçün qanuni hədəfdir..."

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Belqorod vilayətində qəzaya uğramış İl-76 təyyarəsinin salonunda ukraynalı hərbi əsirlərin olmasını müəyyən edə bilmir.

Moderator.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasının yanvarın 25-də keçirilən iclasında bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.

Rusiya iddia edir ki, təyyarədə 65 hərbi əsir, altı ekipaj üzvü və üç rusiyalı hərbçi olub. Eyni zamanda Kiyev məlumat verib ki, İl-76 işğalçı ordu üçün raketlər daşıya bilərdi.

Dikarlo əlavə edib ki, Ukrayna insidentin beynəlxaql tədqiqatının keçirilməsini tələb edib.

"BMT bu məlumatları və ya qəzanın baş verdiyi şəraiti yoxlamaq imkanına malik deyil. Aydındır ki, bu insident Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və davam edən müharibə kontekstində baş verib", - baş katibin müavini deyib.

Onun sözlərinə görə, son həftələr Ukraynaya hücumların miqyası və intensivliyi artıb. Dikarlonun fikrincə, bu, müharibənin təhlükəli trayektoriyasından xəbər verir.

O, mülki rayonlara dinc sakinlərin həlak olması və yaralanmasına, habelə kritik vacib infrastrukturun dağıdılmasına gətirib çıxaran raket zərbələri və atəşlərindən narahat olduğunu ifadə edib.

Ukrayna BMT-də bəyan edib ki, Rusiya təyyarələri ukraynalı hərbçilər üçün qanuni hədəfdir.

Ukrayna Belqorod yaxınlığında hava məkanının təhlükəsizliyinə riayət edilməsinin zərurəti barədə məlumatlandırılmayıb.

Ukrayna Silahlı Qüvvələri bundan sonra da terror təhlükəsinin aradan qaldırılması üçün daşınma vasitələrinin məhvi, habelə hava məkanına nəzarət edilməsi üzrə tədbirlər görməkdə davam edəcək.

Ukrayna onun hərbi qulluqçularının Belqorod vilayətində qəzaya uğramış İl-76 təyyarəsində daşınması barədə məlumatlandırılmayıb.

Əgər bu fakt təsdiqini taparsa, bu, Rusiya tərəfindən Ukrayna şəhərlərinə zərbələr endirmək üçün döyüş sursatlarının daşınmasını ört-basdır etmək etmək məqsədilə ukraynalılardan canlı qalxan kimi istifadə edilməsinin ilk sübutu olacaq.

Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristina Qayovişin bəyan edib.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Anar Məmmədov bildirib ki, 2015-2019-cu illərdə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:

“Artıq sifariş verərək dövlət büdcəsindən əlavə pullar alaraq mənimsəmişik. Əlavə yazılan pulların 40 faizini geri qaytarmışam. Həmin pulları Cəlal Kazımova vermişəm. Hərbi hissədə yoxlamalar aparılıb, əlavə şişirdilmiş vəsaitlər müəyyən edilib. Həmin vasitələri də özümüzə götürmüşük. Sonradan yoxlamaya gələnlərə isə həmin vəsaitlərin bir hissəsini vermişik”.

Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib və həmin yoxlamaların nəticəsi ilə razı olub: “İşlədiyim birinci hərbi hissədə aparılan yoxlama zamanı 391 961 manat, digər hərbi hissədə isə 50 min manat mənimsəmə müəyyən edilib. Həmin məbləğin 161 min manatı mənim tərəfindən mənimsənilib. Qalan vəsait isə müxtəlif vaxtlarda yoxlamaya gələn Həsən Paşayev və Kərəm müəllimə verilib. Bundan əlavə isə yoxlamaya gələn Cəlal Kazımova da pullar vermişəm. Birinci xidmət etdiyim hərbi hissədə Cəlal müəllimə tabe olmuşam. Bu səbəbdən yoxlamaların çoxunu da onun özü aparıb. Cəlal müəllim mənim rəisim olub, nə deyib, onu da etmişəm. Onların həmin pulları kimlərə çatdırdığın bilməmişəm”.

Prokurorun suallarına şahid belə cavab verib: “Tərəfimdən vurulmuş ziyanın ödənilməsi istiqamətində çalışıram və yaxın müddətdə ödəyəcəyəm”.

Təqsirləndirilən şəxs Cəlal Kazımov şahidin dediklərinə etiraz edib. Cəlal Kazımov şahidi yalan danışmaqda ittiham edib: “Bu bizim qoyduğumuz qaydayla işləməyib. Heç kimə də bir qəpik pul verməyib. Bu, Daxili Qoşunlardan gəlmişdi. Orada gizir idi, bizdə zabit oldu. Bu hərbi hissədə olan qadınların kartlarına pulları vurub, sonra onlardan hansısa yolla pulları alıb. Bununla bağlı məsələləri birbaşa təftişinin rəisi olan Rafael Xələfova məruzə etmişəm. Məndən qabaq heç kim bunun işini yoxlamayıb. Çünki bu Namiq Poladovun yaxın adamı idi. Hər ikisi eyni vaxtda Daxili Qoşunlardan bir gəlmişdi. Bunun işində çatışmazlıqları aşkar edib, izahatını almışdım, artıq olan pulları da vermirdi. Axırda bağını satıb verəcəyini bildirdi. Sonradan nazirlikdə aləm bir-birinə dəydi. Dedilər onunla nə işin var? Birbaşa nazirinin bacanağı olan general Elxan İbrahimova çıxmışdı. Bütün məsələləri birbaşa Nizami müəllimə dedim”.

Nizami Məmmədov məsələyə münasibət bildirib. O deyib ki, məsələlərdən xəbərdar olub: “Tapşırıq verdim ki, heç kim ondan pul almasın, nə də artıq maliyyə sifarişi qəbul etsin. Həm də ona ciddi nəzarət edilməsi ilə bağlı tapşırıq verdim. Bir müddət sonra həmin hərbi hissədən çıxartdım, başqa balaca hərbi hissəyə göndərdim. Anar Məmmədovda olan artıq pulun dövlət büdcəsinə qaytarılmasını tələb etdim və pul dövlət büdcəsinə qaytarıldı. İndi burda bilirəm ki, bu getdiyi hərbi hissədə də pul mənimsəyib”.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahidə dövlətə tərəfindən vurulmuş ziyanı ödəməyi təklif edib. Deyib ki, şahid Anar Məmmədov tərəfindən vurulmuş ziyanla bağlı burada olan digər təqsirləndirilən şəxslərə ümumi ittiham verilib.

Vəkil deyib ki, tərəflərin vurulmuş ziyanı ödəməsi ümumi işin xeyrinə ola bilər.

Bu məsələ ilə bağlı prosesə sədrlik edən hakim Fikrət Əliyev də şahidə qısa arayış verib: “Bütün görülən işlər vahid cinayət işində birləşdirilib. Ziyanın ödənilməsi işin hallarına müsbət nəticələnir. Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə ziyan ödənildiyi halda istintaq tərəfindən cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilir. Lakin dəymiş ziyanı ödəməyən şəxsin barəsində həbs qətimkan tədbiri seçilir. Şahidlərlə bağlı vurulmuş ziyan üzrə ayrıca icraatda iş gedir. Bu səbəbdən hazırda istintaqı aparılan işlər hazırkı cinayət içi araşdırılan işlə əlaqəli işdir. Sizə məsləhət görürəm ki, ziyanı ödəyəsiniz, yoxsa barənizdə tədbir görülə bilər. İndi ziyanı ödəmək öz işinizdir. Amma mən yumşaq şəkildə problemin həll olunmasını izah etdim".

Daha sonra şahid qismində ifadə verən Emin Əhmədov bildirib ki, qanunsuzluğa yol veriblər, bunun da nəticəsində dövlətə ziyan dəyib: “Bizə qanunsuz hərəkətləri etməyimizə rəisimiz göstəriş verib. Sonradan yoxlamalar aparılıb. Artıq qalan vəsaitin 65 faizini yoxlamaya gələnlərə vermişəm, 35 faizini özünə götürmüşəm. Ümumilikdə, mənim tərəfimdən dəyən ziyan 108 min manatdır. Bunun da 30 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.

Proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
 
Ardını oxu...
Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.

2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.
 
Ardını oxu...
“Qarabağdakı sülhməramlılarla bağlı məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Prezidentlər bu mövzunu müzakirə etdilər. Onlar razılaşdılar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır”, - nazir bildirib.

O, qeyd edib ki, Qərb Azərbaycanla Ermənistan nizamlanmasında Rusiya Federasiyasının rolunun yanlış olduğu qənaətinə gəlib və bu iki ölkə rəsmilərini Brüsselə, Parisə və Vaşinqtona “çəkməyə” çalışır.

“Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və Ermənistan-Azərbaycan-Rusiya arasında ən yüksək səviyyədə bir neçə üçtərəfli sənədin razılaşdırılmasında həlledici rol oynayıb. Bu sənədlərdə sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması və sülh müqaviləsinin imzalanması da daxil olmaqla nizamlanmanın əsas parametrləri əks olunub. Bu yaxınlarda biz gördük ki, bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə, yanlış olduğunu düşünərək, erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona “çəkməyə” başladılar”, - nazir əlavə edib. (TASS)
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək. Xüsusilə, raket buraxılış məntəqələri və Rusiya Silahlı Qüvvələrinə tədarükün maddi-texniki təminatı ətraflı şəkildə izləniləcək", - məlumatda deyilir.

Burada söhbət hərbi nəqliyyat təyyarələrinin istifadəsindən gedir.

Qeyd edək ki, yanvarın 24-də Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətinin Koroçanski rayonu ərazisində qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına görə, təyyarə Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub. Təyyarədə olan 74 nəfərin hamısı həlak olub. Onlardan 65-nin Ukrayna hərbçisi
 
Ardını oxu...
Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib.

“Report” “Politico”ya istinadən xəbər verir ki, o, bu gün Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində bu barədə danışıb.

P. Sanders söyləyib ki, britaniyalılar Rusiya ilə müharibə olacağı təqdirdə orduda xidmət etməyə hazır olmalıdırlar.

Onun sözlərinə görə, bu ehtimal edilən ssenari ilə bağlı olaraq britaniyalıların şüurunda dəyişiklik olmalıdır.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Xatırladaq ki, NATO Soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.
 
Ardını oxu...
Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərəcək avadanlıqları Ukraynaya təhvil verməyi gözləyir.
Bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.
“Biz koalisiya olaraq işləyirik... Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat qabiliyyətini hədəfləyirik.Pentaqonun sözçüsü deyib:
“Bu, aviasiya təlimi, platformalar və əlavə olaraq, texniki hazırlığı, infrastruktur və ehtiyat hissələri, döyüş sursatı – Qərb koalisiyasının cavabdeh olduğu bütün komponentləri əhatə edəcək”.
O, Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün Qərbin yaratdığı təmas qrupunun növbəti iclasından sonra jurnalistlər üçün xüsusi brifinqdə danışıb.
 

Dünyapress TV

Xəbər lenti