Ardını oxu...
Ukrayna hərbi kəşfiyyatı dünən rəsmi sosial media hesablarında Rusiyanın “İvanovets” hərbi gəmisini məhv etdiklərini açıqlayıb. Pilotsuz dəniz vasitələri ilə həyata keçirilən hücumun görüntülərində gəminin əvvəlcə yan tərəfə əyildiyi, daha sonra partlayaraq suya batdığı görünür.

Ukrayna Müdafiə Nazirliyi gəminin təxmini dəyərinin 60 milyondan 70 milyon dollara qədər olduğunu açıqlayıb. Xarici İşlər rəsmisi Aleksandr Şerba hücumu "təsirli" adlandırıb.

“İvanovets” təxminən 40 nəfərdən ibarət ekipajı olan hərbi gəmilərdir. Hücumda hər hansı itki olub-olmadığı məlum deyil. Məsələ ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

Ukrayna uzaqmənzilli raket zərbələri və pilotsuz dəniz vasitələrinin innovativ istifadəsi ilə Moskvanın Qara dənizdəki hökmranlığına böyük zərbə vurdu. Nəticədə Moskva Qara dəniz donanmasının əsas hissəsini Krımdakı əsas bazasından Novorossiyskə geri çəkməyə məcbur oldu. Ukrayna isə Odessa və yaxınlıqdakı digər limanlardan taxıl ixracına yenidən başlamaqla müharibədən əvvəlki səviyyəyə qayıda bildi.

Britaniyanın “The Guardian” qəzeti yazıb ki, son hücum Kiyevin Qara dənizdə genişlənən gücünü ortaya qoyur.

Bundan başqa, Avropa İttifaqı liderləri dünən Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya növbəti dörd il ərzində 50 milyard avroluq (54 milyard dollar) yardım paketini təsdiqləməyə razı sala biliblər. ABŞ prezidenti Co Bayden isə respublikaçıların veto qoyduğu 61 milyard dollarlıq hərbi yardım paketi üçün “Afina formulası”nı tətbiq etməyi düşünür.

Ardıcıl gələn xoş xəbərlər Kiyev administrasiyasını gücləndirsə də, Ukraynanın Baş Qərargah rəisi Valeri Zalujninin vəzifəsindən azad ediləcəyi ilə bağlı iddialar hələ də gündəmdədir.

İddia edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski “dəmir general” kimi tanınan Valeri Zalujninin açıqlamalarından narahatdır və əks-hücumun uğursuzluğunda baş komandanı günahlandırır.

İctimai rəy sorğuları Zalujninin gələcəkdə Zelenskinin rəqibi ola biləcək qədər güclü fiqur olduğunu ortaya çıxır. Britaniya mediası Zalujninin işdən çıxarılmasına müqavimət göstərildiyini iddia edir. Mülki və hərbi idarə arasındakı böhranın komandanlıq zəncirindəki etimadı zədələdiyi və cəbhədəki əsgərlərin əhval-ruhiyyəsinə təsir etdiyi bildirilir.
 
Ardını oxu...
“Lanset” zərbə dronları Rusiya ordusunun bəlkə də ən ölümcül və effektiv silahı hesab olunur. Ruslar onlardan xüsusilə 2023-cü ilin yayında cəbhədə fəal şəkildə istifadə etməyə başladılar ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün çox problem yaratdı. Bu uğurun fonunda ruslar bu PUA-ların istehsalını sürətlə artırmağa başladılar, lakin son vaxtlar nəsə düz getmədi.

Bu barədə “Forbes” yazıb.

“Artıq 2023-cü ilin sentyabrından rusların “Lanset”lərdən istifadəsi iyulla müqayisədə kəskin azaldı. Bu da rus ordusunun döyüş qabiliyyətinə ciddi zərbə vurdu. Ukraynanın “Molfar” araşdırma qrupu rusların “Lanset”lə bağlı probleminin səbəblərini açıqlayıb. Məlum olub ki, Ukrayna ordusu avqustun 9-da Moskva vilayətindəki Zaqorsk optik-mexanika zavoduna dronlarla zərbələr endirib. Bu zavod optik və optik-elektron qurğuların istehsalı ilə məşğuldur. Ola bilsin ki, zavod “Lanset” istehsalçılarını qurğularla təmin edirdi. Hücum zamanı zavodda olan 30 nəfər yaralanmış, müəssisənin özünə isə ciddi ziyan dəymişdi. Moskva həmin vaxt hadisə ilə bağlı heç bir məlumat verməmişdi. Bu hadisədən əvvəl isə Rusiya ordusunu partlayıcı ilə təmin edən “Piro Ross” şirkəti PUA hücumuna məruz qalmışdı. Məhz bu partlayışlardan sonra “Lanset” istehsalı xeyli aşağı düşdü”, - məlumatda qeyd olunub.

“Forbes” bildirib ki, “Lanset”lərlə ən çox iyul-avqust aylarında hücum edilib. Bu müddət ərzində müvafiq olaraq 135 və 126 “Lanset” istifadəsi qeydə alınıb. Sentyabrda isə bu rəqəm birdən-birə 59-a düşüb. “Lanset”lərin əvvəlki istehsal tempini ruslar yalnız 2024-cü ilin yanvarında bərpa edə biliblər.


Mənbə: axar.az
Ardını oxu...
Pekin Ukraynaya xəbərdarlıq edib ki, Kiyev Çin şirkətlərini “müharibənin sponsorları” kimi tanıması səbəbindən ikitərəfli münasibətlər korlana bilər.

Bu barədə “Reuters” Ukrayna mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Çinin Kiyevdəki səfiri bu mesajı ötən ay Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüşündə verib.

“Reuters” qeyd edir ki, Ukrayna “terrorizmin beynəlxalq sponsorları” siyahısına 14-ü Çindən olan 48 şirkəti əlavə edib. Pekin əvvəllər də Çin şirkətlərinin bu siyahıya daxil edilməsinə qarşı çıxıb. Kiyevdə bildiriblər ki, bu sənəd beynəlxalq biznesin Rusiyanı tərk etməsi məqsədi güdür.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov məlumat verib.

O qeyd edib ki, hazırda hərəkət etmək növbəsi Rusiya tərəfindədir:

"Bu, bitəcək, sonra biz başlayacağıq".
 
Ardını oxu...
Rusiya hakimiyyəti Ukrayna ilə müharibəyə 400 min yeni əsgər səfərbər etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu “The Washington Post” yazıb.

Qəzet qeyd edir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı prezident Vladimir Zelenski ilə bazar ertəsi görüşündə bildirib.

Zalujnı Zelenskiyə Kremlin səfərbərlik planlarına cavab vermək üçün 500 min ukraynalının səfərbər edilməsini təklif edib.
 

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri bulvarda törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Anar Soltanoğlu
 
Ardını oxu...
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Sibi şəhərində bomba partlayıb.

Bu barədə yerli polisə məlumat verilib.

Hadisə nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, onların əksəriyyətinin vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər.

Əyalətin səhiyyə naziri hadisə ilə əlaqədar Sibi və qonşu Kvetta şəhərinin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TASS
Ardını oxu...
Avropa İttifaqı ölkələrinin liderləri hələ də Macarıstanı Ukraynaya yardım üçün 50 milyard avro maliyyə yardımını təsdiqləməyə inandıra bilməyiblər.

Bu barədə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirib.

“Danışıqlar intensiv şəkildə davam edir, lakin biz hələ də razılığa gələ bilməmişik. Biz Macarıstan tərəfdən müəyyən hərəkətlərin şahidi olduq, lakin Ukrayna ilə bağlı danışıqlar çətin olaraq qalır”, - nümayəndə qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə yalnız diplomatiya yolu ilə həll edilə bilər.

Onun fikrincə, Avropa İttifaqının Ukraynaya mümkün 50 milyard avro ayırması ilə bağlı qərarı münaqişənin hərbi yolla həlli ilə bağlıdır.

Orban bu təşəbbüsdə Avropa İttifaqını dəstəkləmədiyini deyib.

Macarıstanın Baş naziri ABŞ-nin sabiq prezidenti Donald Trampın yenidən seçilərsə, Ukraynadakı münaqişəni dayandıra biləcəyini düşünür. O, Trampı müharibəni dayandıracaq qədər güclü lider hesab edir.
TASS
 
Ardını oxu...
Belarus artıq nüvə dövlətinə çevrilib.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ali Dövlət Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, Belarus Atom Elektrik Stansiyası (AES) tikildikdən sonra mümkün olub.

V.Putin bildirib ki, bu, iqtisadi və texnoloji inkişafda irəliyə doğru atılmış ciddi addımdır.
Mənbə: azpolitika.info
 
Ardını oxu...
İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

APA xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, - deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

***

İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.

Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.
 
Ardını oxu...
Ermənistan ordusu təhlükəsiz gələcəyin və müstəqil dövlətçiliyin təminatçısıdır.

TNS xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosu II Qareginin ordu günü münasibətilə müraciətində deyilir.

Qaregin müraciətində Azərbaycana qarşı ərazi iddiası irəli sürüb, Qarabağın “işğal” olunduğunu bildirib və ölkəni silahlanmağa çağırıb.

“Bölgəmizdə yaranmış ağır vəziyyətdə ordunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Başımıza gələn bəlalar və faciələr, Dağlıq Qarabağın “işğalı” fonunda hər birimizin səyləri bu məqsədə yönəldilməlidir: ordunu dəstəkləmək və gücləndirmək.

Bu, xalqın dinc və ləyaqətli həyatının, əmin-amanlıqlı gələcəyin və müstəqil dövlətçiliyin təminatı üçün lazımdır”, - Qaregin müraciətində bildirib.

O vurğulayıb ki, erməni ruhanilərinin nümayəndələri həmişə əsgər və zabitlərin yanında olub və olacaqlar.
 

Dünyapress TV

Xəbər lenti