"Kiyevin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini beş yeni hava hücumundan müdafiə sistemi ilə təchiz ediblər".
Bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “Forbes” jurnalının Ukrayna versiyasına açıqlamasında deyib.
“Hava Hücumundan Müdafiə koalisiyasının bir hissəsi olaraq tərəfdaşlarımız bu il beş yeni strateji hava hücumundan müdafiə sistemi təqdim ediblər”, - deyə Umerov bildirib.
Ukraynalı nazir Qərbdən Ukraynaya hansı hava hücumundan müdafiə sistemlərinin verildiyini açıqlamayıb. Strateji hava hücumundan müdafiə sistemləri dedikdə adətən "S-300", "S-400" və ya "Patriot" sinif sistemləri nəzərdə tutulur.