Ardını oxu...
Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

Bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

“Son il yarım ərzində biz Avropa ərazisində, əsasən Polşa, Almaniya, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, - van der Laan bildirib.

Onun sözlərinə görə, təlim proqramı il yarım əvvəl başlayıb və təşkilat bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir.
 
Ardını oxu...
Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Zavoduna dörd Ukrayna PUA-sı hücum edib.
“Yalnız mülki məhsullar istehsal edən zavod adi qaydada fəaliyyətini davam etdirir. Zavod bu il artıq dördüncü dəfədir ki, hücuma məruz qalır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynaya məxsus PUA bazar ertəsi gecə Belqorod, Voronej və Lipetsk vilayətlərindəki hərbi obyektlərə də hücum edib.
Röyters
 

Ardını oxu...
NATO-nun Baş katibi Yens Stoltenberq alyansın nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsinin müzakirə edildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Stoltenberq “The Telegraph”a müsahibəsində söyləyib.

Onun fikrincə, blok düşmənlərinə birbaşa ismarış vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Baş katib qeyd edib ki, raketlərin anbardan çıxarılması və çəkindirmə vasitəsi kimi döyüşə hazır vəziyyətə gətirilməsi haqqında alyans üzvləri arasında məsləhətləşmələr aparılır.

“Mən nə qədər nüvə başlığının işlək olması və neçəsinin anbarda olması barədə operativ təfərrüatlara varmayacağam, lakin biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Bizim etdiyimiz də budur”, – o vurğulayıb.

Stoltenberqin sözlərinə görə, nüvə şəffaflığı NATO-nun alyansı “daha ​​təhlükəli dünya” adlandırdığı şeyə hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır.

Nəşr xatırladıb ki, 10 il öncə Stoltenberq blokun rəhbərliyinə keçərkən nüvə təlimləri tam məxfi şəraitdə həyata keçirilirdi.

O, indi açıq şəkildə 32 müttəfiqi çəkindirməyə verdikləri töhfələrə görə, o cümlədən Niderlandı Amerika nüvə silahlarını daşıya bilən ikitəyinatlı qırıcılara son sərmayəsinə görə tərifləyib.

Baş katibin fikrincə, şəffaflıq blokun “nüvə ittifaqı olduğuna dair aydın ismarış göndərməyə kömək edir”.

“NATO-nun məqsədi, sözsüz ki, nüvə silahı olmayan dünyadır, ancaq nüvə silahı mövcud olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya daha təhlükəlidir”, – Stoltenberq vurğulayıb.


O, Çinin özəlliklə çağdaş silahlara, o cümlədən 2030-cu ilə qədər 1 000 döyüş başlığına çatacağını söylədiyi nüvə arsenalına böyük sərmayə qoyduğunu dair xəbərdarlıq edib:

“Bu isə o deməkdir ki, çox da uzaq olmayan gələcəkdə NATO indiyədək heç vaxt qarşılaşmadığı bir şeylə, yəni nüvə silahına malik iki potensial rəqiblə – Çin və Rusiya ilə üz-üzə gələ bilər. Təbii ki, bunun nəticələri olacaq”.

Nəşr qeyd edib ki, Stoltenberq bu bəyanatları G7 qrupunun keçən həftə Pekini Moskvaya hərbi texnologiya tədarükünü dayandırmağa çağırdığı və Çinin Sakit okean regionunda “militarizasiyasına” qarşı çıxdığı kommünikesində Çin və Rusiyanı kəskin tənqid etməsi fonunda verib.

ABŞ və Böyük Britaniya nüvə çəkindirməsi qüvvələrini NATO-ya ötürüb, digər Avropa müttəfiqləri isə silahları öz torpaqlarında saxlamaqla və onları işə salmaq üçün sistemlərə sərmayə qoymaqla məsuliyyət yükünü bölüşürlər.

Operativ nüvə başlıqlarının sayı məxfi saxlanılır, lakin Böyük Britaniyada istənilən vaxt yerləşdirilə bilən 225-dən 40-a yaxın olduğu təxmin edilir. ABŞ-də 3 700 vahiddən təxminən 1 700-ü hazır vəziyyətə gətirilə bilər.

Alyansın üçüncü nüvə ölkəsi olan Fransa isə öz nüvə arsenalını NATO-ya təqdim etmir, çünki artıq uzun müddətdir ki, çəkindirmə məsələlərində müstəqilliyi qorumağa qərar verib.


Stoltenberq qeyd edib ki, ABŞ və onun avropalı müttəfiqləri Rusiyadan qaynaqlanan artan təhlükə qarşısında öz nüvə çəkindirmə qüvvələrini müasirləşdirirlər:

“ABŞ Avropadakı nüvə başlıqları üçün qravitasiya bombalarını təkmilləşdirir, Avropalı müttəfiqlər isə NATO-nun nüvə missiyasına həsr olunacaq təyyarələri təkmilləşdirir”.

NATO-nun Baş katibi nə qədər döyüş başlığının anbardan çıxarılması və hazır vəziyyətə salınması ilə bağlı mülahizələrdən imtina edib, lakin bu məsələ ilə bağlı real vaxt rejimində məsləhətləşmələrin aparıldığına diqqət çəkib.

“Reallıq ondan ibarətdir ki, hamımız soyuq müharibənin bitməsi ilə gərginlik azaldıqda müdafiə xərclərini ixtisar etdik. İndi isə gərginlik yenidən artdığı üçün biz müdafiə xərclərini artırmalıyıq. Mən 10 il baş nazir olmuşam və bilirəm ki, müdafiə üçün pul tapmaq çətindir, çünki əksər siyasətçilər həmişə səhiyyə, təhsil, infrastruktur və digər mühüm işlərə pul xərcləməyə üstünlük verirlər”, – o vurğulayıb.
 
Ardını oxu...
 

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Ardını oxu...
 

İsrail Müdafiə Qüvvələri humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda hər gün saat 08:00-dan 19:00-a qədər döyüş əməliyyatlarında taktiki fasilə tətbiq edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.

BMT-nin məlumatına görə, Qəzza zolağı sakinlərinin bu ilin sonunadək ehtiyac duyduğu humanitar yardımın məbləği 2,5 milyard dollardır. Bu məbləğin 930 milyon dolları qida, 400 milyon dolları dərman və səhiyyə, 700 milyon dolları isə yurd və sanitar xərcləridir.

Musavat.com

 
 
 
Ardını oxu...
 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin faciəvi nəticələrinin gündən-günə daha da artdığını və coğrafi olaraq yayılma təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitində çıxış edən Hakan Fidan iki ildən çoxdur ki, Avropanın mərkəzində dağıdıcı müharibənin olduğunu xatırladıb.

O, ölən və yaralananların sayının 500 mini keçdiyini və müharibənin məhvedici bir qüvvəyə çevrildiyini deyib.\\APA 

Ardını oxu...
İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu haqda MN məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xatırladaq ki, iyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.
Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.
"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", o deyib.
Putinin sözlərinə görə, Rusiya 2022-ci il martın 5-də Moskvaya səfər edən xarici liderin vasitəçiliyini qəbul edib.
Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib.

Rusiya Prezidenti həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib.

Mövzunu “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Putin üstün vəziyyətdə olduğunu görür və bundan istifadə etmək istəyir:

“Ukrayna müharibəsi uzandıqca Qərb dairələrində narahatlıqlar yaranır. Digər tərəfdən Qərbin Ukraynaya silah təchizatı gecikir və yaxud verilmir. Putin də bütün bunlardan istifadə edərək belə şərtlər irəli sürür. Eyni zamanda Rusiya Lideri müharibənin belə bitməsini uğurlu son kimi görür. Çünki Putinin özü də bezib və savaşa davam edə bilmir. Ümumiyyətlə hər iki tərəf də yorulub. Amma Ukraynanın Xersonu yenidən ruslara təhvil verəcəyinə inanmıram. İndiki məqamda Putinin bu tələbi yerinə yetirilməyəcək”.
 
Ardını oxu...
Rusiya Müdafiə Nazirliyi cümə axşamı Moskvanın şərqi və şimal-şərqində Rusiyanın iki bölgəsi üzərində Ukraynaya məxsus pilotsuz aparatların məhv edildiyini və onların Ukrayna qüvvələri tərəfindən hədəf alınmayan ərazilər olduğunu bildirdi.

Rusiya Nazirliyi Telegram-da bildirib ki, Yaroslavl vilayəti üzərində üç pilotsuz aparatı və Vladimir vilayəti üzərində daha bir pilotsuz aparatı vurub.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev Telegram-da bildirib ki, pilotsuz təyyarənin dağıntıları nəticəsində xəsarət alan olmayıb.

Ukrayna dron hücumlarını Rusiyanın əsasən Ukrayna ilə həmsərhəd bölgələrinə yönəldir. Ukraynanın Xarkiv vilayəti ilə sərhəddə yerləşən Belqorod ən çox hədəf alınan bölgədir və Vladimirdən 600 kilometr aralıdadır.

Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram-da bildirib ki, cümə axşamı Ukrayna pilotsuz təyyarəsi avtomobili vurub və iki nəfər yaralanıb.

Ukraynanın son hücumları Ukrayna rəsmilərinin iki beynəlxalq görüşdə hərbi yardım üçün müraciət etdiyi vaxta təsadüf edib. Prezident Volodymyr Zelenskyy aparıcı sənaye ölkələrindən ibarət G7 qrupunun liderləri ilə danışmaq üçün İtaliyaya səfər edib.

Onun sözlərinə görə, Ukraynanın prioritetlərinə pilotların hazırlanması, döyüş təyyarələrinin tədarükünün sürətləndirilməsi və Ukraynanın uzaq məsafədən zərbələr endirmək qabiliyyətinin artırılması daxildir.

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov NATO-nun müdafiə nazirləri ilə görüşüb.

NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə bildirib ki, müttəfiqlərin Ukrayna üçün hava hücumundan müdafiə sistemləri ilə bağlı yaxın günlər və ya həftələrdə açıqlamalar verəcəyini gözləyir.

O, müdafiə nazirlərinin Ukraynanın daha çox təchizat və sursata olan təcili ehtiyaclarını həll və NATO-nun Ukrayna üçün təhlükəsizlik yardımı və təlim planlarını müzakirə edəcəklərini deyib.
 
Ardını oxu...
Rauf Mirzəyev işdən çıxarılmasının səbəblərini izah edir

Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Rauf Mirzəyev 11 il minaaxtaran kimi fəaliyyət göstərib. 2013-cü ildən 2024-cü il mayın 16-dək Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) minaaxtaran və bölmə, eləcə də qrup rəhbərinin müavini vəzifələrində işləyib.

44 günlük müharibədə 17 gün iştirak edib.

Ombudsman onu işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edib.

İki il əvvəlsə Şahbulaqda əməliyyat apararkən yıxılması səbəbindən dizindən zədə alıb və dizi qismən funksiyasını itirib.

Bəs Rauf Mirzəyevin işdən çıxarılmasına səbəb nə olub?

O, Meydan TV-yə bu səbəblərdən danışıb: "Mənim qrupumun əməliyyat apardığı sahənin qonşuluğundakı minalı sahədə mina partlamışdı. Həmin sahə tikinti şirkətlərinin iritonnajlı avtomobillərinin istifadə etdiyi yolun kənarındaydı, sürücülərin sahəyə keçid etməsinin qarşısını almaq üçün özümü oraya çatdırdım. Mənim o əraziyə keçməyim normativlərə zidd idi, ancaq məqsəd insan həyatını xilas etmək olunca, məcbur qaldım. Buna görə məni işdən çıxarmamalı idilər, əksinə, mükafatlandırmalıydlar”.

Rauf Mirzəyevin sözlərinə görə, işdən çıxarılmamışdan bir az əvvəl ona şiddətli töhmət də verilib: "Standarta görə, bir qrupda altı işçi olmalıdır, ancaq mənim qrupumda səkkiz işçi vardı. Belə olan halda istər-istəməz nəzarəti itirirdim. Nəticədə normativlərdən kənara çıxırdıq, tapşırıqlar keyfiyyətsiz yerinə yetirilirdi. Dəfələrlə müraciət etmişdim ki, tabeliyimdəki işçilərin sayını normativə uyğunlaşdırsınlar, ancaq qulaqardına vururdular”.

Keçmiş minaaxtaranın sözlərinə görə, ərazilərin minalardan təmizləmə işlərində keyfiyyəti aşağı salan səbəblərdən biri də minaaxtaranları normativlərdən artıq yükləməkdir: "Rəhbərliyin hazırlayıb təsdiqlədiyi icra planları normativlərə ziddir. Tutaq ki, bir minaaxtaran gün ərzində maksimum 200 kvadratmetrlik sahədə təmizlik işi apara bilər, ancaq ona on dəfə böyük ərazini təmizləmək tapşırığı verilir. Gün ərzində 2000-2500 kvadratmetrlik sahədə bir minaaxtaranın keyfiyyətli işləməsi isə mümkün deyil. Məsələn, sərt sahələr hesab olunan dağıntı, sərt kolluq, sıx ağaclıq ərazilərdə işçiləri tələsdirirlər. Minaaxtaran tələsir ki, gün ərzində ona qoyulmuş normanı başa çatdırsın, bu zaman istər-istəməz keyfiyyət arxa plana, kəmiyyət önə keçir. Nəticədə sahələrdə aşkar olunmamış sursatlar qalır. Sonra da buna görə minaaxtaranlara töhmət verirlər. Ya da işini tələsik görüb başa çatdırmağa çalışan minaaxtaran minaya düşür, faciə baş verir”.

Keçmiş minaaxtaranın deməsinə görə, işlərin keyfiyyətsiz görülməsinin başqa səbəbləri də var. Məsələn, onlara verilən bəzi avadanlıqlar köhnə və istifadəyə yararsızdır: "Vazerlər (üzü örtmək üçün kaskanın önündəki şüşə) yararsız vəziyyətdədir, heç nə görmək olmur. Deyəndə ki, normal kaskalar verin, deyirlər, vazerləri üzünüzdən qaldırın, işləyin. Minaaxtaranları dumanlı, əlverişsiz hava şəraitində də sahələrə çıxarırlar. Məsələn, Ohanyan xətti ən sıx mina xətti hesab olunur, dumanlı havada ora işləməyə çıxarırlar. Hansını deyəsən, botinka verilmir, fəsilə uyğun geyim verilmir”.

Rauf Mirzəyev iddia edir ki, ANAMA-da özbaşınalıq hökm sürür. Güc strukturlarından (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları) müxtəlif əməllərə görə qovulmuş vəzifəli şəxslər gəlib ANAMA-da vəzifələrə təyin olunur. Düzgün idarəçəliyin olmaması səbəbindən təkcə bu ilin may ayında iki qrup rəhbəri minaya düşüb.

Rauf Mirzəyev təəssüflə qeyd edir ki, dünyada minaaxtaranlar imtiyazlı təbəqə hesab olunsa da, Azərbaycanda bu təhlükəli, hər anı ölüm saçan fəaliyyətə dəyər verilmir: "ANAMA-nın 44 günlük müharibə dövründə fədakarlıqla işləmiş, sursatların məhv olmasında iştirak etmiş əməkdaşlarına hələ də veteran statusu verilməyib”.

Meydan TV keçmiş minaaxtaranın iddialarına münasibət öyrənmək üçün ANAMA-nın mətbuat xidmətiylə əlaqə yaratmağa cəhd etsə də, mətbuat katibi Səbinə Sərkərova nə zəngləri, nə də "Whatsapp” üzərindən sualları cavablandırıb.
 

Dünyapress TV

Xəbər lenti