Ermənistanın mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkarlanan videolar nümayiş etdirilib.
Bu barədə Xarici İşlər və Müdafiə Nazirliyinin brifinqi zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.
Məğlub olan Ermənistanın mülki əhaliyə hərbi təlim keçməsi müharibə hazırlığıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, son dövrlərdə Ermənistanın sistematik şəkildə müharibəyə hazırlandırılması prosesi baş verir:
“Xüsusilə Ermənistan Qərbdəki havadarlarının dəstəyi ilə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Hazırda sülh müqaviləsinin imzalanması gecikir və Ermənistan üzərindən oyunlar oynanılır. Hansı ki, bu oyunlar birbaşa Azərbaycan və Türkiyə əleyhinə, eləcə də bölgədə yarana biləcək regional layihələrə qarşı yönəlib.
Bu prosesdə Ermənistandan maşa kimi istifadə edib bölgədə hərbi aktivliyin qalmasında maraqlı olan qüvvələr var. Başda Fransa və ABŞ olmaqla, müəyyən ölkələr Ermənistanın daim hərbi ritorikada qalmasını istəyirlər. Onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışırlar”.
Ekspert qeyd edib ki, həm Ermənistan silahlandırılır, həm də onun daxilində hərbi ab-havanı saxlamaq üçün mülki əhaliyə kustar üsulla hazırlanmış silahlar verilir:
“Həmçinin, “hərbi təlimlər” keçirirlər. Nikol Paşinyan sülhdən danışsa da, öz cəmiyyətini bu günə qədər sülhə hazırlamayıb. Əhalinin Azərbaycan düşmənçiliyi fonunda “hərbi təlimlər”ə cəlb edilməsi Ermənistanda nifrət leksikonunun hələ də dövlət səviyyəsində ideoloji olaraq tədris və təbliğinin davam etdiyini göstərir”.
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 640 hərbçisini itirib. "Unian" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 319 210 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 4 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı “Əş-Şifa” xəstəxanasının müşahidə kameralarından görüntülər yayıb.
İsrail hərbçiləri iddia edirlər ki, kadrlarda oktyabrın 7-də səhər saatlarında çəkilmiş görüntülərdə HƏMAS döyüşçülərinin İsraildən qaçırılan iki Tayland və Nepal vətəndaşlarını xəstəxanadan zorla apardıqları görünür.
Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.
“Report” xəbər verir ki, bu barədə “Ukrrudprom” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Dörd dəniz və ticarət mənbəsi bildirib ki, buğda ilə yüklənmiş Liberiya bayraqlı “Georgia S” yükdaşıyan gəmi cümə axşamı Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir - Qeyd) hərəkət edərkən açıq dənizdə minaya düşərək zədələnib”, - məlumatda vurğulanıb.
Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) iki məktəbi İsrail ordusunun zərbələrinə məruz qalıb. Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir. “UNRWA-nın iki məktəbi birbaşa hücuma məruz qalıb. Nəticədə binalar zədələnib və məktəblərdən birində sığınan məcburi köçkünlər xəsarət alıb”, - deyə bildirilib.
Amerika Birləşmiş Ştatları sülh sazişi imzalanana qədər Azərbaycana hərbi yardımı dayandırıb. Bakupost.az "Bez tormozov" TQ kanalına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib. “Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq. Beləliklə, biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik və Bakının hərəkətlərini pislədik. Dəfələrlə siqnal vermişik ki, Ermənistan daxilində güc tətbiqi tamamilə qəbuledilməzdir", -deyə o bildirib.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır.
Qeyd olunub ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, NATO ilə Rusiya arasında rəqabət çoxdan başlayıb:
“Hələ Ukraynadakı müharibənin ilk günündən etibarən Alyansla Kreml arasında rəqabət başlamışdı. Əslində Ukraynadakı müharibənin səbəbi də məhz NATO-nun qıcıqlandırıcı addımları idi. Əlbəttə, Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasına razı ola bilməzdi. Odur ki, Ukraynaya hücum etdi. Yəni tərəflər – iki böyük güc arasında müharibə əslində çoxdan başlayıb. Amma bu, hələ ki, proksi xarakter daşıyır”.Müsahibimiz bildirib ki, NATO Ukrayna vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır və hələki savaşa birbaşa qoşulmur:
“Amma bu, daimi davam edə bilməz. Hazırda dünyada çox ciddi geosiyasi proseslər gedir. Böyük güclər maraqları naminə təsir göstərə bildikləri oyunçuları qurban verməyə hazırdırlar. Bir müddətdən isə həmin böyük güclər özləri qarşı-qarşıya gəlməli olacaqlar. Bu mənada gələcəkdə Alyansla Rusiya arasında toqquşmanın başlanması tamamilə realdır. Rusiyanın bu ssenariyə hazırlaşması isə heç də təəccüblü deyil. Sözsüz ki, Alyans da açıq və gizli şəkildə belə bir ssenariyə hazırlaşır. NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma getdikcə daha real təhlükəyə çevrilir. Bir azdan sonra bu, qaçılmaz olacaq”.
İran və Rusiya Ukraynada müharibə başlamazdan üç il öncə dronların istehsalı üzrə əməkdaşlığa başlayıb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, SEPAH-a bağlı media İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə ilə onun rusiyalı keçmiş həmkarı Sergey Surovikin arasında 2019-cu ildə baş tutan görüşün videosunu paylaşıb.
“Pilotsuz uçuş aparatları bu gün, xüsusən də gələcək üçün, şübhəsiz ki, nəhəng bir gücdür. Siz kosmik sənayeninin yaradılmasında bizə kömək edirsiniz, biz də sizə dron sənayesində yardım edəcəyik”, - deyə, Əmir Əli Hacızadə qeyd edib.
Videodan da göründüyü kimi, tərəflər arasında dialoq əl sıxma ilə başa çatır. Qeyd edək ki, bu görüntülər ilk dəfə İranın təkmilləşdirilmiş Şahid-131/136 pilotsuz təyyarələrini nümayiş etdirən “Bayraqdar” sənədli filminin treylerində dərc edilib. Filmdə İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıqdan da söz açılır. https://t.me/AzadIranTelegram/28794
Fransanın Ermənistana göndərdiyi “ACMAT Bastion” zirehli maşınlarının Ukraynaya tədarükü nəzərdə tutulubmuş.
APA xəbər verir ki, bu barədə Fransanın “Ouest France” nəşri yazıb.
Kiyev isə həmin hərbi texnikanın zirehinin artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olmasını hesab edib.
Qeyd edək ki, ötən gün Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılmışdı.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.