Rusiya Kiyevdə dəhşət törətdi: Matəm elan olundu
Bu gün Rusiyanın Ukraynaya kütləvi raket hücumları nəticəsində 22 nəfər həlak olub. Daha 72 nəfər yaralanıb.
Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Eyni zamanda, Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, Rusiyanın şəhərdəki mülki obyektlərə hücumu ilə əlaqədar iyulun 9-nu paytaxtda matəm günü elan edib.
Onun sözlərinə görə, sabah şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunub.
Bundan əlavə, Kliçko deyib ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır:
“Biz telekanallara və radiostansiyalara müraciət edərək, yayım proqramında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik. Paytaxtda dağıntılar olan ərazidə işlər davam edir. Kiyevdə 20 nəfər ölüb. 100-ə yaxın yaralı var”, - deyə mer qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti