Ardını oxu...
Hizbullah İsrailin artilleriya bazasına zərbə endirdi
Hizbullahın hərbi qanadı İsrailin Qərbi Qalileydəki mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatından istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir.

“İslam müqaviməti döyüşçüləri Livanın cənubundan döyüş PUA-sı buraxaraq Zavurada artilleriya bazasına zərbə endiriblər”, - deyə bildirilib.
 
Ardını oxu...
İsrail ordusunun Livanın cənubundakı Deyr-Kifa şəhərinə aviazərbələri nəticəsində “Hizbullah” komandirlərindən Faisal İbrahim öldürülüb.

“The Jerusalem Post”-un xəbərinə görə, sözügedən şəxs təşkilatın bu ölkədəki cənub qanadına rəhbərlik edib.

Onun əsas vəzifəsi “Hizbullah”ın bölgədə törətdiyi və planlaşdırdığı terror hücumlarının təşkilindən ibarət olub.

Eyni zamanda, İsrail ordusunun hərbi aviasiyası yer-hava tipli raketlərlə “Hizbullah” terrorçularının gizləndiyi ehtimal olunan obyektləri də hədəfə alıb.
 
Ardını oxu...
Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası müəyyənləşib.
Bu barədə Nazirlər Kabineti qərar verib.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:

- Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;

- Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;


- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;

- terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

- müdafiə sənayesinin inkişafının təmin edilməsi;

- sülhməramlı missiyanın həyata keçirilməsi;

- mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;

- strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;

- xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;

- məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;

- mülki müdafiənin təşkili;

- səfərbərlik və hərbi xidmətə çağırış.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların predmetinə aşağıdakılar aiddir:

- silahların bütün növləri, döyüş sursatları, hərbi təyinatlı texnika, texniki vasitələr, sistemlər, avadanlıqlar, proqram təminatları, lisenziyalar, uçuş aparatları, üzmə vasitələri, maşınlar, alətlər, cihazlar, qurğular, mal-materiallar, dəstləşdiricilər, bunlarla əlaqəli hər növ vasitələr, ehtiyat hissələri, xidmətlər və işlər (istehsal, təmir,modernizasiya, bu istiqamətdə elmi tədqiqat və təcrübi-konstruktor işləri, texniki servis xidmətləri);

- silah, döyüş sursatı, hərbi texnika və digər hərbi əmlak istehsal etmək üçün avadanlıq;

- silahların, döyüş sursatlarının, hərbi texnikanın və digər hərbi əmlakın hazırlanması məqsədilə istifadə olunan xammal, material və onların komponentləri;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan mallar, işlər və xidmətlər;

- hərbi qulluqçuların hərbi geyim forması, əşya əmlakı və ərzaq məhsulları;

- hərbi hissələrin, hərbi şəhərciklərin, hərbi infrastruktur obyektlərinin (bina və (və ya) qurğuların), habelə digər məxfi rejimli obyektlərin (bina və (və ya) qurğuların) layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), sökülməsi, o cümlədən tikinti meydançasının təşkili, zəruri konstruksiyaların qurulması, tamamlama və ya abadlıq işləri, müəllif nəzarəti, habelə bunlarla əlaqədar digər xidmətlər və işlər (qazma, geodeziya, mühəndis-axtarış, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, seysmik, elmi tədqiqat işləri, əsas fondlara və vəsaitlərə xidmət göstərilməsi);

- müdafiə sənayesi obyektlərinin (silah, sursat, hərbi texnika və digər hərbi əmlakın istehsalı, təkmilləşdirilməsi, təmiri və utilizasiya üçün sahələrin) inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və sökülməsi;

- beynəlxalq və ölkə səviyyəli hərbi təlimlərin və hərbi yarışların təşkili ilə bağlı satın alınan mallar, işlər və xidmətlər;

- fövqəladə və səfərbərlik ehtiyatlarına tədarük olunan mallar;

- xüsusi prosedurun tətbiq edilməsi şərtilə bu Qaydada göstərilən meyarlar üzrə digər satınalmalar.
 
 

 


Ardını oxu...
Ermənistanın Baş naziri atəşkəs rejimi pozulmalarının Azərbaycanla birlikdə ikitərəfli araşdırılmasını istəyir.

Bu barədə, o, Vətəndaş Müqaviləsi Partiyası təşəbbüs qrupunun Qafanda keçirilmiş iclasında Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarını şərh edərkən, deyib.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 12-dən bəri Naxçıvan istiqamətində mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib, atəşkəsin azı 4 dəfə pozulması barədə məlumat yayıb.

Erməni tərəfi məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.

"Bizim Müdafiə Nazirliyimiz bu məlumatları təkzib edir. Bu halda iki variant mümkündür: ya həqiqətən atəşkəs rejiminin pozulması baş verib, ya da eskalasiya yaxud eskalasiya üçün fon yaratmaq cəhdi edilir", - cənab Paşinyan deyib.

"Bütün hallarda - istər birinci, istərsə də ikinci – bu, bizim siyasi iradəmiz deyil", - o əlavə edib.

Paşinyan həmçinin deyib ki, o, "bu insidentə, bu hadisəyə müəyyən aydınlıq gətirməyə ehtiyac olduğunu düşünür".

"Hesab edirəm ki, hər dəfə həqiqəti hərtərəfli müəyyən etmək üçün, o cümlədən beynəlxalq ictimaiyyət üçün, atəşkəs rejiminin Azərbaycanla birlikdə ikitərəfli araşdırma mexanizminin yaradılması pis olmazdı", - Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə görə, tərəflərdən biri atəşkəs rejiminin pozulması haqqında məlumat verdiyi halda, yerində araşdırma mexanizmi işə salına bilər, həqiqi vəziyyət müəyyən edilər və tərəflər nizam-intizamın artırılması və sairə tədbirlər görə bilərlər.

Ermənistan tərəfində fəaliyyət göstərən Beynəlxalq Monitorinq Missiyası da X sosial şəbəkəsindəki paylaşımında sərhəddə vəziyyətin sakit olduğu və heç bir insident baş vermədiyini qeyd edib.

Azərbaycanda cənab Paşinyanın bu sözlərinə hələ ki reaksiya yoxdur.

Videoya Youtubdan baxın.

 
 
 
Ardını oxu...
Nazir bu məsələdə daha çox şəffaflığa ehtiyac olması fikri ilə razılaşıb

İtaliya müdafiə üçün Ukraynaya “Samp-T” hava hücumundan müdafiə sistemlərini göndərəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Baş nazirin müavini Antonio Tajani deyib.

Tajani “Fatto Quotidiano” qəzetinin Romanın doqquzuncu hərbi yardım paketi çərçivəsində Kiyevə uzaqmənzilli “Storm Shadow” raketləri göndərə biləcəyi barədə xəbərinə münasibət bildirib.

Eyni zamanda, nazir bu məsələdə daha çox şəffaflığa ehtiyac olması fikri ilə razılaşıb.

Qəzet qeyd edib ki, İtaliya hökumətinin “Storm Shadow” göndərmək üçün mümkün qərarı, ilkin olaraq daha çox Baş nazir Giorgi Meloni tərəfindən kursun dəyişəcəyini və onun NATO tərəfdarı mövqeyinə tam qayıdışını göstərəcək.

Müəllif: Ayna.az
 
Ardını oxu...
Ermənistan Müdafiə Nazirliyi iyulun 1-dən etibarən yaşı 18-27 olan qadın və qızları məcburi hərbi xidmətə çağırmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sözügedən nazirlik məlumat yayıb.

Həmin məlumatda deyilir ki, məcburi hərbi xidmətin müddəti 6 ay olacaq. Həmin müddət ərzində isə onlara əmək haqqı veriləcək.
 
Ardını oxu...
Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi ABŞ-yə yeni sifarişlərə gedir ki, bu da son iki ildə 140 milyard dollar təşkil edib.
APA xəbər verir ki, bunu Vaşinqtonda Vudro Vilson Mərkəzində çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu gün NATO-nun 20-dən çox ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir. Və bu pulun böyük hissəsi ABŞ-yə gedir. Son iki ildə bu vəsaitin üçdə ikisi ABŞ-dəkı hərbi sifarişlərə yönəldilib, onların həcmi təxminən 140 milyard dollar təşkil edib”, - Stoltenberq qeyd edib.
 
Ardını oxu...
Bizimyol.info xəbər verir ki, "Le Monde" xəbər verir ki, Fransa Aerokosmik Qüvvələri bu hazırlığın bəzi təfərrüatlarını paylaşıb.

Bildirilir ki, Fransa Aerokosmik Qüvvələri iki il ərzində 26 ukraynalının təlim keçməsini sertifikatlaşdırmağı öhdəsinə götürüb. Ukraynalı pilotlar Fransanın cənub-qərbində təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan aviabazanın anqarlarında təlim keçir.

Nəşrin məlumatına görə, aviabazada pilotların Ukraynada uçmalı olduğu "F-16" qırıcıları yoxdur, lakin Fransa-Belçika əməkdaşlığı sayəsində əldə edilən bir neçə "Alfajet" var. “Bu təyyarələrin üstünlüyü ondan ibarətdir ki, onlar "F-16"nı təqlid edən cihazlar paneli ilə təchiz olunublar – Belçika əsgərləri "F-16"ları uçurur və 2018-ci ilə qədər bu təyyarələrlə bazada təlim keçirlər”, - deyə nəşr yazır.

Aerokosmik Qüvvələrin məlumatına görə, hazırda cəmi on ukraynalı pilot təlim keçir. Bəziləri əvvəllər heç uçmayıb, bəziləri isə Çexiya istehsalı olan təlim-məşq təyyarəsi "L-39 Albatrosda" uçuş təcrübəsinə malikdir: “Bir fransız zabitinin dediyi kimi, Fransaya gəldikdən sonra onların hamısı birlikdə təlim keçirlər. Və hətta bütün medianın hadisələri işıqlandırdığı bu gündə də onlara mətbuatla ünsiyyətə icazə verilməyib”, - deyə nəşr qeyd edir.

Bundan əvvəl Rumıniyanın ukraynalı pilotların "F-16" qırıcılarında təlim keçməsi xərclərini ödəyəcəyi bildirilirdi. Təlim, qida, nəqliyyat, yanacaq, xüsusi texnika və digər əlaqədar mal və xidmətlərin xərclərini ölkənin Müdafiə Nazirliyi ödəyəcək.

Eyni zamanda, "Politico" "F-16"da pilotların hazırlanması ilə bağlı Ukrayna ilə Qərb arasında münaqişələrin yarandığını yazıb. Kiyev tərəfdaşlarından proqramı genişləndirməyi tələb edir, lakin müttəfiqlər bildirirlər ki, ukraynalı pilotlar hələ ki, kütləvi şəkildə "F-16"nı idarə etməyə hazır deyillər.

Ukraynada dərhal ABŞ-da təlimə başlaya biləcək 30 pilotun olduğu deyilir.

Bununla belə, prezident Co Bayden administrasiyası Kiyevə bildirib ki, onun Arizona ştatında keçirilən təlim proqramında eyni vaxtda 12-dən çox pilotu yerləşdirmək üçün kifayət qədər yer yoxdur.

Qadir, Bizimyol.info
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

Bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

“Son il yarım ərzində biz Avropa ərazisində, əsasən Polşa, Almaniya, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, - van der Laan bildirib.

Onun sözlərinə görə, təlim proqramı il yarım əvvəl başlayıb və təşkilat bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir.
 
Ardını oxu...
Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Zavoduna dörd Ukrayna PUA-sı hücum edib.
“Yalnız mülki məhsullar istehsal edən zavod adi qaydada fəaliyyətini davam etdirir. Zavod bu il artıq dördüncü dəfədir ki, hücuma məruz qalır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynaya məxsus PUA bazar ertəsi gecə Belqorod, Voronej və Lipetsk vilayətlərindəki hərbi obyektlərə də hücum edib.
Röyters
 

Dünyapress TV

Xəbər lenti