Blinken: Qərb uzun illər Ukraynanın hərbi potensialını gücləndirəcək
Kollektiv Qərb uzunmüddətli perspektivdə Ukraynanın hərbi potensialını gücləndirməyə çalışır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Bununla belə, Ukraynaya uzun illər ərzində təcavüzün qarşısını almaq və ondan müdafiə olunmaq qabiliyyətini inkişaf etdirməsi eyni dərəcədə vacibdir", - o, Brukinq İnstitutunda deyib.

ABŞ Xarici Siyasət Departamentinin rəhbəri deyir: "Ukrayna özünün hərbi-sənaye kompleksini özünü təmin etməyə imkan verəcək şəkildə inkişaf etdirir. Və biz çalışırıq ki, Ukraynaya özəl investisiyalar daxil olsun ki, onun iqtisadiyyatı inkişaf etsin və çiçəklənsin".

Dünyapress TV

Xəbər lenti