Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.
Müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib.