Ardını oxu...Azərbaycanda təhsil sisteminin müasir reallıqların tələblərinə uyğunlaşdırılması və bu sahədə optimal idarəetmənin təşkilinə yönəlmiş effektiv tədbirlər mexanizmi hazırda davam etdirilir. Lakin, orta əsrlərin ortodoksal feodal yanaşmaları hesabına ərsəyə gəlmiş anti - intellektual cücərtilər hazırda bu istiqamətdə planlaşdırılan işlərin gedişatına ciddi mənada maneələr törətməkdədir. 

Muxtar Məmmədov nazir müavini təyin edildikdən sonra təhsil sisteminə olan ümidlər yoxa çıxmağa başladı. Təhsil nazirliyindəki mənbələrdən daxil olan məlumatlara görə, işlədiyi müddətdə o, hər zaman yerlibazlığı və tapşırıqla əməkdaş götürməyi ilə seçilib. Buna görədə nazirliyin əməkdaşları arasında ciddi hörməti yoxdur.

Ardını oxu...
Ardını oxu...
Muxtar Məmmədov 2013-cü ildən başlayaraq Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. Xaricdə təhsil üzrə Dövlət Proqramı” ilə məhz Muxtar Məmmədovun rəhbərlik etdiyi şöbə məşğul olurdu. Bir çox hallarda tapşırıqlarla zəngin olan bu proqram vasitəsilə sistematik olaraq imkanlı ya nüfuzlu şəxslərin övladları göndərilirdi. Bununla da, Dövlət Proqramına əhalidə olan inam və ümid imişdi.
Ardını oxu...
Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov

Bundan əlavə Muxtar Məmmədov Siyov məktəbinin direktoru İlham Əmirovun əmisi oğlu Əmirov Rəfail Seydəmir oğlunun yeznəsidir. Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov məktəbdə törətdiyi qanunsuz əməlləri barəsində edilən şikayətləri cavabsız qoyması ilə yanaşı həmdə direktora yeni qanunsuz əməllərin törətməsinə şərait yaradır. İlham Əmirovin özünə saxta pensiya düzəltdiyinə görə 2021-ci ildə qanunsuz hərəkəti aşkarlanıb barəsində cinayət işi də açılmışdı.
Ardını oxu...
Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Həsən Həsənli

Muxtar Məmmədov Nazirliyin tərkibində boz kardinal obrazı yaradıb. Nazirin birbaşa kadr siyasətinə müdaxilə edərək nazirlik içərisində qohumbazlıq edir. Aparat rəhbəri postuna Həsən Həsənlini təyin etdirib. Daha sonra digər kadrı olan Eldar Orucovu ona müavin təyin olunmasına nail olub. Bütün qohumbazlıq oyunları və təhsil də yol verdiyi qanunsuzluqları isə Daxili nəzarət şöbəsində işləyən tələbə yoldaşı vasitəsilə ört-basdır edə bilir. Muxtar Məmmədov həyat yoldaşının rəfiqəsini isə sektor müdiri vəzifəsinə təyin etdirib. Həmin qadının şöbə müdiri ilə eşq yaşadığını artıq bütün nazirlik bilir. Muxtar müəllimin hədəfi hazırda aparat rəhbəri olan Həsən Həsənlini müavin vəzifəsinə qədər yüksəltməkdir.
Ardını oxu...
Elm və Təhsil nazirliyi Aparat rəhbərinin müavini Eldar Orucov

Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti və Milli Məclisdən gələn zəngləri, özlərinin cavab vermək səlahiyyəti ola-ola cavab vermirlər. Nəticədə bütün daxil olan aktual müraciətlərin məhz tək tərəfli olaraq nazirə yönləndirilməsinə nail olurlar. Sözügedən strukturlar isə zəng edən zaman nazirlik üzrə digər səlahiyyətli şəxsləri tapa bilmədiklərini bildirərək haqlı iradlarını dilə gətirirlər.

Yaranmış bu durum ölkəmizin - yəni sivilizasiyanın beşiyi sayılan Azərbaycanımızın gələcək texnotron inkişaf meyllərinə onsuz da nəhayətsiz böhran elementlərini bəxş etməkdən usanmayan traybalizm və nepotizm tendensiyalarına qarşı kəsərli tədbirlərin ən qısa zamanda icra edilməsini zəruri edir.

Bütün bu qanunsuzluqlar müavinin kadr siyasətinə ciddi zərbə vurması ilə nəticələnir. Müasir texnologiya və dünyanın sürətli inkişaf etdiyi bir dönəmdə bu cür məmurlarla hansı təhsil və inkişafdan danışmaq olar?! Təhsil xalqın gələcəyidir. Cənab Prezidentin göstərdiyi etimada əsasən artıq bu nazirlik Elm və Təhsil Nazirliyi kimi yüksək ada layiq görülmüşdır. Xalqın ümüdlərini doğrultmayan “qohumbazlar” dövrü artıq keçmişdə qalmalıdır.

Qeyd edək ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Adları çəkilən şəxslərin və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Ardını oxu...
Şəki rayonun Aşağı Göynük və Baş Göynük kənd sakinlərindən ("Ocaq Palıddar" adlanan ərazidə yaşayan Əsgərov Əsgər Mustafa oğlu və digərlərindən) ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

Şəkililər ölkə başçısından NƏ İSTƏDİ?

"Cənab Prezident, biz Şəki-Qax yolunun 15-ci km-nin aşağı hisəsində "Ocaq Palıddar" adlanan ərazidə yaşayan 90 ailənin adından 2018 və 2019-cu illərdə Sizə müraciət edərək "Kamaz yolu" adlanan 10 km-lik yolun asfaltlanmasını xahiş etmişdik. Gəlib ölçüb-biçib getdilər. və dedilər ki, 2020-2021-ci illər üçün bu yol plana salınacaq və yol çəkiləcək. Amma heç bir iş görülmədi. Bezib indi də şikayətlər etdik. Bizə deyirlər ki, sizin yolun asfaltın təmiri üçün hələ vaxt çatmayıb. Yəni, izah etdilər ki, yeni asfalt çəkilişindən ən azı 3 il vaxt keçməlidir ki, sonra təmirə başlaya bilək. Biz sakinlər də deyirik ki, siz axı asfalt yolu çəkməmisiniz ki, təmrə də başlayasınız. İndi bizə məlum olur ki, sənəd-kağız üzərində Şəki-Qax yolunun 15-ci km-dən Əriçay dəryaçasına qədər olan 10 km yol asfaltlanıbmış. Amma biz sakinlərin bundan xəbəri olmayıb. Bir sözlə, Azəravtoyol Şəki-Qax magistral 35 km-lik, 9 m eni olan yolun 3-cü qat asfalt hissəsini sənəddə yazıb, reallıqda isə pulunu necə mənimsəyiblərsə, bizim "Kamaz yolu" adlanan gözdən uzaq 10 km-lik yolu da kağız üzərində asfaltı 2021-ci ildə çəkiblər, reallıqda isə büdcədən bu təyinat üzrə ayrılan pulların hamısını mənimsəyiblər. Budur, Şəki- Qax yolunda çoxlu atlar, və çoküntülər əmələ gəlib Yol dağılmaq üzrədir. "Kamaz yolu" isə lap pis günə düşüb. Tozdan əziyyət çəkirik. Texnikalarımız isə tez tez sınır.
Cənab Prezident, çox xahiş edirk ki, asfalt yol çəkmək adı ilə milyonlarla büdcə pullarını mənimsəyənlər barəsində tədbir görəsiniz".

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
Ardını oxu...
DogruXeber.az: - Ölkə başçısı cənab İlham Əliyev ictimai çıxışlarında çağırış edib ki, məmurların korrupsiya əməlləri barədə mənə məlumat verilməsini dəfələrlə qeyd etmişdir.

Bizdə öz növbəmizdə adı bir çox korrupsiya əməllərində hallanan SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev barəsində Ölkə başçısının diqqətinə çatdırmağı özümüzə borc bilmişik.

Fuad Həziyev kimdir?

SOCAR-ın Təchizat İdarəsinin rəis müavini, yoxsa milyonlara sərvətə sahib olan beznesmen?

Aldığımız məlumata əsasən bildiririk ki, İsmayıılı rayonunun Kürdmaşı kəndində sakinlərini əkin torpaqlarını böyük bir qismıni Fuad Həziyev tərəfindən ələ keçirilib.Heç kəsə sirr deyildir ki, SOCAR-da ən pullu və prestij sayılan idarələrdən biri Texniki-təchizat idarəsidir.Və bu idarənin rəis müavini spitrli işçki biznesi təkcə Bakıdakı “Bakıspirt” zavodu ilə də bitmir. Qısa zamanda bu sektorda parlayan cənab Həziyev xanımı Aytən Telman qızı Əzizovanın adına da İsmayıllı rayonunun Kürdmaşı kəndində şərab zavodu açıb.”Biznes Kralı” Fuad Həziyev bu zavod da minlərlə un kisəsindən şərab hazırlayaraq SOCAR-ın tabeliyində olan dənizdəki neft estakadalarına da göndətdirir.

Ardını oxu...


Məlumata görə, rəis müavininin nəzarətində bir sıra tender layihələrində iştirak etmək üçün yaradılmış çoxsaylı MMC-lər var. Onların arasında “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sairlərinin adları çəkilir.Məlumata görə, o, bu MMC-lər vasitəsiylə bir çox dövlət qurumlarında “yüklü tenderlər”i də rahatlıqla “udulub”.

Ardını oxu...


Qeyd olunur ki, bütün bunları Fuad Həziyev vəzifəsindən sui-istifad etməklə qurub. Belə ki, məmur olmasına baxmayaraq, istər işlədiyi qurumda, istərsə də biznes fəaliyyətində Fuad Həziyev geniş maddi imkanlara və əlaqələrə sahiblənib.

Hesab edirik ki,Qarabağın bərpasının sürətlə aparıldığı bir ərəfədə hüquq-mühafizə orqanları bu şəxslərin sahib olduqları hüdudsuz biznes şəbəkələrini araşdırmalı, dövlətdən oğurlanan külli miqdarda pullar büdcəyə yönəldilməlidir.İnanırıq ki, SOCAR-ın yeni Prezidenti hörmətli Rövşən müəllim bu şəxslə bağlı lazımı addımların atılmasını əsas prioritet kimi qarşıya qoyacaqdır.//qanunla.az
Ardını oxu...
Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyindən savadlı mütəxəssislər uzaqlaşdırılıb, bölgələrdə onlarla təcrübəli işçilər sistemdən kənarlaşdırılıb.
KTN-nin bütün strukturu boyunca bolşevikcəsinə bu yanaşmanın tətbiqi qeyri-ixtisas sahiblərinin kənd təsərrüfatı sektorunda yüksək vəzifə tutma axınını sürətləndirib. Nəticədə son illər kənd təsərrüfatı məhsullarının istehsalı azalıb, idxal artıb, narazılıqlar çoxalıb. Artıq saytlarda fermerlərin fikirlərinə əsasən görünür ki, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və s. rayonlarda indiyənə kimi kənd təsərrüfatına azalan maraq son bir ilə qədər bu tempdə olmayıb.

Son günlər isə bir sıra rayonlarda fermerlər üzüm sahələrinin xəstəliyə tutulduğunu, üzümçülükdə istifadə edilən dərmanların keyfiyyətsiz olduğunu vurğulayırlar. Bu il Rusiya bazarlarına çıxaracaqları üzümün istədikləri kimi olmadığı qənaətindədirlər.

Bölgələrdə böyük sahələrdə üzümçülüklə məşğul olan fermerlər məhsuldar üzüm tinglərinin yetişdirilmədiyini, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fermerlərə məsləhət vermək iqtidarında olmadığını vurğulayırlar. Qərb bölgəsindən adının çəkilməsini istəməyən bir fermer isə "adı tədqiqat İnstitutudur, orada özlərinə çalışırlar, bağlansa işimizi bilərik," - deyir. O KTN-nin sözü gedən institutunda baş alıb gedən özbaşınalıqlardan da danışıb:

"Nazir İnam Kərimov belə görünür ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə maraqlanmır. İnstitutun direktoru Vüqar Səlimov isə bunu fürsət bilib, üzümçülük və şərabçılığın inkişafı, elmi-tədqiqi ilə məşğul olmaq əvəzinə, özünə sərf işlərlə məşğul olur. İnstitutun Gəncə və Şamaxıda təcrübə stansiyaları var. 20 hektarlarla təcrübə stansiyalarında məhsul yetişdirilməlidir. Gedib baxasınız, oralarda məhsul, ting adında nə var. Hərçənd, təcrübə stansiyalarının işçiləri ola-ola, bəzən aparılıb orada institutun əməkdaşlarını işlədirlər. Həmçinin, İnstitutun Gəncə təcrübə stansiyasında yoxlama komissiyası tərəfindən 80 min manatlıq yeyinti faktı aşkarlanmışdı, akt tərtib olunmuşdu. Bildiyim qədər, direktor da akta qol çəkmişdi. O işin də başını buraxdılar.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssis vardı, Xədicə Məmmədova. Səhv etmirəmsə o, xanım sonradan institutda müavin vəzifəsinə qədər yüksəldi. Çox savadlı insan idi. Rus, ingilis dillərini də mükəmməl bilirdi. Vüqar Səlimov onu uzun müddət sıxışdırdı, sonda ərizəsini alıb işdən azad etdi. Bu hadisəni nazirlik müşahidə etməklə, xəbərsiz kimi davrandılar. Lakin elmi dərəcəsi olmayan bir xanımı (qadın olduğuna görə adını qeyd etməyi münasib bilmirik) Vüqar Səlimov institutda şöbə müdiri təyin etdi. Ondan bir soruşan olmadı ki, nizamnamə və əsasnamədə yazılıb ki, şöbə müdiri təyin olunan şəxsin elmi dərəcəsi olmalıdır, bu xanımı o vəzifəyə nəyə əsasən təyin etmisən. Bu kimi halları saymaqla bitməz. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əlaqəsi olan bütün fermerlər bilir ki, nazir və müavinləri də bunları bilməmiş deyillər."- fermer qeyd edir.

Faktinfo.az onu da xatırladır ki, bir müddət əvvəl "Son illər ölkəmiz şərab satışında bazar payını digər ölkələrə uduzub" başlıqlı məqalədə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna dair məqamlara toxunulmuşdu. Məlum məqalədəki önəmli bir sıra əsaslandırma ilə LİNK sözünə toxunmaqla tanış ola bilərsiniz.
Mövzuya münasibət öyrənmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru ilə əlaqə saxladıq.Vüqar Səlimov suallarımıza cavab verə bilməyəcəyini bildirərək, KTN-nin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi. KTN-nin mətbuat xidmətindən isə zənglərimizə cavab verilmədi.
Ardını oxu...
Teref.az yazır ki, Yasamal İcra hakimiyyəti tərəfindən evi sökülmüş və buna görə kompensasiyası verilməyən vətəndaş Mehriban xanım Əliyevaya müraciət edib.Müraciətin bir surətidə Teref.az-ın poçtuna daxil olub. Müraciəti təqdim edirik:
Hörmətli Mehriban xanım!

Mətbuat vasitəsi ilə Sizə yazıb bildirirəm ki, 80 yaşında təqaüdçiyəm. Mənim Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 77 ünvanında 103,5 kvadrat metrlik yaşayış evim var idi. Ev mənə valideynlərimdən vərəsəlik qaydasında keçmişdir və mən, qızımın ailəsi ilə bilikdə həmin evdə yaşayırdım. Qızım 2017-ci ildə özünə mənzil aldığına görə köçdü. Mən də yaşlı və xəstə olduğum üçün qızımın yeni aldığı mənzildə yaşamağa başladım.

Evin yerləşdiyi ərazi Yasamal rayon İcra hakimiyyəti tərəfindən dövlət ehtiyacları məqsədi ilə 2018-ci ildə sökülməyə başlanmışdı. Biz həmin evdə yaşamadığımız üçün xəbərimiz olmadan bizim də ev sökülmüşdür. Evin sökülməsi nəticəsində mənə dəymiş kompensasiyanın ödənilməsi barədə Yasamal rayon İcra hakimiyyətinə və Maliyyə nazirliyinə müraciət etsəm də kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Sonra maliyyə nazirliyindən Cavanşir adlı işçisi evimin sökülməsinə görə 30 min manat bizə pul təklif etdi, biz isə bundan imtina etdik. Evimin çıxarışı və həmçinin mənzil istismar idarəsi tərəfindən verilmiş evin çertyoju da var. Amma buna baxmayaraq Yasamal rayon icra hakimiyyəti və Maliyyə nazirliyi evimin sökülməsinə görə mənə kompensasiya ödəmirlər.

Ona görə də, son ümüd yeri olaraq, yazıb, Sizdən xahiş edirəm ki, evimin sökülməsinə görə mənə verilməli olan kompensasiyanın ödənilməsinə köməklik edəsiniz.

Hörmətlə: Qasımova Rəhilə Nağı qızı
Ardını oxu...
 
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov işyerin də tapılmır....
Qeyd etdiyimiz kimi, Kollecin direktoru Rizvan Qəmbərov Sosial-kollecin direktoru olmasına baxmayaraq, adı çəkilən şəxsi iş yerində tapmaq qeyri mümkündür.
Kollecin maddi texniki bazası sıfır dərəcəsindədir, maliyyə pozuntusundan tutmuş, özbaşınalıqlar pikk həddə çatıbdır.
Əldə etdiyimiz faktlara görə, işə gəlmiyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovadadır, oda hər ay Kapital Bankın hesabından çıxardaraq rəhbərə çatdırılması qeyd olunur.

Bunu sübt etmək elə də çətin deyil, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Tofuz Dövlət Sosial- İqtisadi Kollecinin maliyyə vəsaitini yoxlasa və ya müəllimlərin, texniki işçilərin, tələbələrin siyahısını Kapital Bank vasitəsi ilə əldə etsələr yazılanlar onda öz təsdiqini tapar.
Son bir neçə gündə valideyinlər direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmədiklərindən gileylənirlər. Valideyinlər iddia edirlər ki, Kollecin direktoruna sözümüz olduğundan dəfələrlə günün müxtəlif vaxtlarında kollecə davamlı gəlsəkdə, rəhbəri iş otağıda tapa bilmirik.
Direktorun katibəsi bildirir ki, Rizvan Qəmbərov, müavin Nuranə Ələkbərovaya həvalə edibdir, bu şəxsdə valideyinlərin deyilənlərinə görə Nuranə Ələkbərova bildirir ki, Rizvan müəllim burda "MAKETDİR" mən bütün işləri həlledirəm.
Digər mənbələrdən əldə etdiyimizə görə həqiqətəndə, direktor müavini Nuranə Ələkbərova, Tovuz Dövlət Sosial- İqtisadi Kollecini istədiyi kimi idarə edir.
Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə rəhbərlik edən şəxslərində, idarəçiliyi də qənaətbəxş olmayıb.
Amma yenə də, indiki rəhbərdən müsbət cəhədləri, müəllim və tələbələri qane edibdir.
Təhsil Nazirliyi Rizvan Qəmbərovu yeni rəhbər təyin edəndə çox böyük ümidlərlə, kollecin inkişafında müstəsnas xidmətləri olduğunu tərəvvür edirdilər.
Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı.
Təhsil Nazirliyinin mövqeyini dinləməyə hazırıq....

İnci Mamedova
Teref.az
 
Ardını oxu...
Hansı dinə sitayiş etməsindən asılı olmayaraq, hər kəs ölüsünü hörmətli şəkildə dəfn etməyə çalışır. Bu işdə vacib əməllərdən biri ölünü ölü sahibinin yumasıdır. Lakin müəyyən səbəblərə görə bunu etməyənlərə halallıq əldə edilərək, mürdəşirlər yardımçı olur. Onlar İslam aləmində vacib nüanslardan biri olan cənazəni layiqli şəkildə, müsəlman kimi dəfnə hazırlayırlar.

Kimsəsiz adamların da cəsədi yerdə qalmır. Ürəyində Allah xofu olan başqa şəxslər meyitləri dini qaydalara uyğun dəfn edirlər.

Ancaq bu günlərdə redaksiyamıza daxil olan bir məlumat bizi hədsiz dərəcədə təəccübləndirdi və təəccübümüzə səbəb oldu. Məlumatda bildirilir ki, “Qocalar Evi” kimi tanınan Bilgəh qəsəbəsindəki Müharibə Əlilləri və Əmək veteranları üçün 1 saylı Pansionatda dünyasını dəyişən ahıl yaşlı şəxslərin meyitləri yuyulmadan basdırılır. Əgər bu vacib əməl yerinə yetirilmirsə, yəqin ki heç dua da oxunmur.

Ümumiyyətlə, Samirə Mehdiyevanın direktor vəzifəsinə təyin olunmasından sonra pansioatda baş verən cinayətə bərabər tutulan qanunsuzluqlar barədə xeyli deyilib, xeyli yazılıb. Onları təkrarlamağa lüzum görmürük. Qeyd etməyə dəyər ki, Samirənin və onun başına yığdığı müftəxorların törətdikləıri qanunsuz hərəkətlər qoca da olsalar, əlil də olsalar, diri insanlara qarşı yönəlmişdi. Amma pansionun pensiyaları oğurlanan, ərzaq payları yağmalanan mərhum sakinləri ən azından müsəlman adətinə uyğun dəfn olunmağı haqq etmişdilər. Eşidən-bilən danışır ki, bu haqqı onlara çox görən Samirə Mehdiyevanın yediyi gec-tez burnundan gələcək. Baş verənlər nəinki ölənlərin yaxın-uzaq qohum-əqrəbaları, hətta Bilgəh qəsəbə sakinlərinin də ciddi narazılığına səbəb olub.

Yeri gəlmişkən, xəbər var ki, taqətdən düşmüş qocaların pensiya kartları yenə də Samirənin sərəncamındadır, kartlardakı pullar pansionun Arif, Nurlana və daha bir dayə — əməkdaşı tərəfindən banklomatlardan çəkilir. Sakinlərə xörək yerinə az qala it yalı verilir. Halbuki, xeyriyyəçilər vasitəsilə pansionun mətbəxinə bol ərzaq, hətta quzular da gəlir ki, pansion sakinlərinin süfrəsinə deyil, Samirə Mehdiyevanın evinə, məsləhət bildiyi ünvanlara aparılır.
Mövzuya qayıdacağıq.
Dəryaz Oraqov
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyinidə dəırc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Ağstafa rayonu, onun kəndlərində çoxsaylı problemləri həmişə yazmışıq. İşıq, qaz, su, yol kimi önəmli məsələlərə qarşı dözümsüz olmuşuq.
Təhsil, səhiyyə vəs. kimi sahələrə mütəmadi diqqət yetirmişik. Belə məqalələrin sayı onlarladır. "Faktinfo.az saytı yazdı, məsələ həllini tapdı" kimi ucuz təbliğatdan da kənar olmuşuq.

"Rayonun Qıraq Kəsəmən kəndində suvarma sahələri üçün nəzərdə tutulan su nasosundan niyə yazmırsınız" - deyən, oxucumuza isə bildirmək istəyirik ki, bəli, Faktinfo.az saytı ötən il 50-ə yaxın kənd sakininin imzası ilə sayta göndərilən şikayət məktubu əsasında o problemi də yazıb, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərib. Ola bilər onun xəbəri yoxdur. Məsələn, şikayət məktubundakı imzası olan kənd sakini Bəkir Musayev bildirirdi ki, Qıraq Kəsəmən kəndinin suvarılan torpaqlarının müəyyən hissəsi 1960-cı ildə istifadəyə verilmiş su nasosları vasitəsilə KÜR çayından təmin edilib. İndi nasoslar işləmir, bu səbəbdən də islahat nəticəsində əhaliyə verilmiş 50 hektarlarla torpaqlar istifadəsiz qalıb. Bu vicdanlı,təsübkeş kənd sakininin sayta təqdim etdiyi məktubdan bir müddət sonra orada söküntü işləri aparıldı. Ola bilər hazırda nasos stansiyasında nəzərdə tutulan işlərin həcmi istənilən səviyyədə həyata keçirilmədiyindən, yeni mövsümdə "Şükoy" deyilən ərazidə torpaqlara suvarma suyu gec verilsin. Hər halda ümüd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, onun müavinləri qarşıda duran problemli məsələnin həllini tezləşdirərlər.

AĞSTAFADA SUVARMA SUYU, İT-BATA SALINAN SUBARTEZİAN QUYULARI

O ki,qaldı Ağstafa rayonuna, suvarma suyu ilə təmin edilən rayonlardan biridir. Bu rayonda da problemlər var. Amma bu digər bölgələrlə müqayisədə elə də pis deyil. Yəni, əhali 80 % suvarma suyunu müxtəlif mənbələrdən təmin edilir. Düzdür, rayonun Pirli, Xəlifəli, Böyük Poylu, Zəlimxan, Aşağı Kəsəmən, Qıraq Kəsəmən və daha bir neçə kəndində illərdir ki, suvarma suyu ilə bağlı müəyyən çətinliklər var, amma bu o anlama gəlməməlidir ki, ümumiyyətlə bu kəndlərdə suvarma suyu yoxdur. Suvarma suyu çatışmazlığı və kəndlərdə RİH-in icra nümayəndələri tərəfindən suvarma suyuna müdaxilələr var, deyilsə daha doğru olar. Demək olar ki, ona yaradılan maneə və əngəl səbəbindən məzlum kəndçinin əkmədiyi 50 hektarlarla torpaqları kənd icra nümayəndələri əkir. Birinci bu münasibəti aradan qaldırmaq lazımdır. Kəndlərdə Rayon Suvarma Sistemləri idarəsinin su paylayıcı nümayəndələri suyu icra nümayəndələrinin əkdikləri sahələrə buraxır. Bu proses aylarla davam edir. İsti yay günlərində kənd insanı fındıq ağaclarını, yonca sahələrini, bostan və tərəvəz bitkilərini və s. suvarmaqda çətinlik çəkir. Əgər yalan yazırıqsa, RİH-in başçısı kəndlərdə insanlarla görüşsün, bu məsələni araşdırsın.

Faktinfo.az saytı xəbər verir ki, ikinci önəmli məsələ Ağstafada Suvarma Sistemləri İdarəsinə kimin rəhbərlik etməsidir. Ağstafa rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tofiq Bayramov işdən çıxardıldı. Əla! Bəs onu kim əvəz etdi? İdarənin baş mühəndisi və ya orada çalışan aidiyyatı şəxs? Əsla! Zamanla rayon MKTB-nin müdiri işləyən, bir sıra nöqsanlarına, kart haqq-hesablarına görə keçmiş icra başçısı Məhərrəm Quliyev tərəfindən sıxışdırılan, sonda uyğunlaşdıqları -Habil Qurbanov adlı şəxs təyin edildi. Suvarma suyundan, onun idarə edilməsindən anlayışı olmayan birinin iki ilə yaxın bir müddətdə idarəyə rəhbərliyi isə,bu sahədə "diskomfort" vəziyyətini bir az da artırdı.

AĞSTAFADA İCTİMAİ NƏZARƏT HƏYATA KEÇİRİLMƏYİB

O ki qaldı, Ağstafa rayonunda suvarma suyunun vəziyyətinin yaxşılaşdırılmasına, bu zaman-zaman dövlətin diqqətində olub. Əgər unutqan deyiliksə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu mənada sərəncamlarını xatırlamalıyıq. Təkcə son 7 ildə Ağstafada 31-dən çox subartezian quyusunun vurulması üçün dövlət vəsaiti ayrılıb. Daha yerlərdə subartezian quyuları necə vurulub, kəndlərdəmi vurulub, pullamı satılıb bu başqa mövzudur. Rayonda içməli və suvarma suyunun təmin edilməsində görülən işlər, bu önəmli və vacib dövlət tədbirlərindən yerlərdə sui-istifadə edilib-edilməməsi isə araşdırılmalıdır, yoxlanmalıdır, günahkarlar cəzalandırılmalıdır. Əgər nöqsan olubsa, buna səbəb həm də rayon ictimaiyyətinin zaman-zaman ictimai nəzarəti həyata keçirə bilməməsi təsdiqləyici amildir.

Məsələn, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq, Ağstafanın Zəlimxan, Aşağı və Qıraq Kəsəmən kəndlərində, o cümlədən digər yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulurdu. Məqsəd nə idi? Yəqin ki, əvvəl içməli, sonra həyətyanı sahələri suvarmalı, daha sonra əkin sahələrində suvarma suyunu təmin etməklə KÜR çayına tökülüb, çayda sululuğun vəziyyətini normal saxlamağa xidmət etməli idi, sərəncamdan irəli gələn məsələlər.

Harda vuruldu subartezian quyuları, hər üç kəndin sakinləri nəzarət edə bildilərmi həyati əhəmiyyətli bu işə? Bu kəndlərin sakinləri RİH-in o zamankı rəhbəri Məhərrəm Quliyevin qəbuluna gedib soruşdularmı ki, nəzərdə tutulan subartezian quyuları niyə kəndlərdən vurulmadı? Sual olundumu, nəyə lazım idi bələdiyyə və icra nümayəndələrindən arayış almaq ki, bu kəndlərdə subartezian quyularının vurulmasına ehtiyac yoxdur? Eləcə də fikirlərimiz rayonun digər kənd sakinləri üçün yetərlidir. Çünki, sonda edilən ani diqqətsizlik kəndlinin özünün probleminə çevrilir. "Su yatağı sahəsi" bəhanəsi ilə kəndlərdən kənarda qazılan subartezian quyuları ilə bağlı rentabellik çıxarılanda görünür ki, subartezian quyularını "sifariş" edən şəxsi təsərrüfat "sahib(lər)inin" istehsal etdiyi kənd təsərrüfatı məhsulları, ümumilikdə hər üç kəndin sakinlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsulunun 1%-ni təşkil etmir. Burada önəmli olan içməli su problemini də nəzərə alanda belə qanunsuzluqları edənlərə haqq qazandırmaq heç bir halda mümkün deyil.

Yəni, subartezian quyuları birinci halda kəndlərdə əhalinin içməli suya olan tələbatını təmin etməli, suyun ikinci halda çıxışı həyətyanı, üçüncü halda islahata gedən pay torpaqları sahələrini suvarmaqla, kənd təsərrüfatı məhsullarının bolluğunun yaranmasını təmin etməlidir. Əks təqdirdə...

Xüsusi qeyd: Faktinfo.az saytı 2016-cı ildə bu problemi yazanda Ağstafa rayonunun o zamankı rəhbəri Məhərrəm Quliyev tərəfindən Azərbaycan Mətbuat Şurasına 28.10.2016-cı il tarixində, №490/g-5 saylı məktub ünvanlanmışdı. Onda adam saytı, onun rəhbərliyini haqsız yerdən ittiham edirdi.

İndi necə, "Su yatağı sahəsi" bəhanəsini gətirmək və ya bələdiyyə sədrlərindən, icra nümayəndələrindən arayış alıb subartezian quyularınının kəndlərdən kənarda vurulmasının fəsadları anlaşıldımı? Hər halda, Bakıda oturub "Kənd təsərrüfatı məhsullarının bahalı olduğundan, idxaldan asılı olmağımızdan" danışan ekspertlər, deputatlar regionlarda baş alıb gedən bu kimi problemləri zamanında nəzərə almalı idilər.
 
 
 
Ardını oxu...
Hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.
Ardını oxu...
Təsirli tədbir dedikdə, bu sırada həm də qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinin düzgün müəyyən edilməsi başa düşülür. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Təbiidir ki, zərər yetirən tərəf özünün törətdiyi əməlin cinayət deyil, inzibatti məsuliyyət yaratmasında maraqlıdır və bundan ötrü istər hadisənin səbəbini müəyyənləşdirən vəzifəli şəxslərlə (tibb ekspertizası), istərsə hadisəyə hüquqi qiymət verən vəzifəli şəxslərlə (hüquq-mühafizə orqanları əməkdaşları), istərsə də zərərçəkmişin (on un qanuni təmsilçisinin) özü ilə sövdələşməyə (bəzən korruptiv əlaqəyə girməyə) meylli olur.

İndi çəkəcəyimiz misalda belə korruptiv sövdələşmədən şübhələnməyə əsaslar vardır:

Dəryaza verilən məlumata əsasən Avqustun 21-də Şəmkir-Tovuz şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 1 qəsəbəsi, Yeni Məhəllə ünvanda yaşayan Elçin Xaliqi adlı gənc bir neçə gün sonra dünyasını dəyişmişdir. Maşında onunla birgə olan anası da kəllə-beyin travması alaraq koma vəziyyətinə düşmüş, hazırda Bakıdakı Neyrocərrahiyə xəstəxanasındadır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin isə çəkdiyi ziyan barədə məlumat yoxdur.

Redaksiyamızın əməkdaşı Zabratda, mərhumun hüzn mərasimində iştirak etmiş və orada öyrənmişdir ki, Elçin də qəzadan sonra bir gün koma vəziyyətində qalıb, sonra ayılıb özünə gəlib, lakin həyata qayıda bilməyib. Bildirilir ki, mərhumun ölümünü Tovuz rayon mərkəzi xəstəxanasında birbaşa qəza ilə deyil, xeyli vaxtdır ki, müalicə aldığı hepatitlə (böyrək və qaraciyər çatışmazlığı) əlaqələndiriblər. Söz gəzir ki, hətta guya həkimin rəyinə görə, qəza baş verməsəymiş belə mərhumun ölümünə onsuz da üç ay vaxt qalıbmış.

Bundan başqa, öyrənmişik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin adamları mərhumun yaxınlarına hüzn xərclərini yola vermək üçün yüksək məbləğdə “əza pulu” da təklif ediblər. Amma mərhimun qohumları onları qovaraq təklifdən imtina ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən ilk növbədə mərhumun qəzadan sonra dərhal götürüldüyu Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxladıq. Paşa həkim baş redaktorumuzla fikir mübadiləsi aparanda bildirib ki, heç bir həkim insan sağlamlığına vurulmuş zərərin, xüsusilə ölümün səbəbini gizlətməyə kömək etməməli, hətta öz səhlənkarlığını, məsuliyyətsizliyini gizlətmək üçün də haqqı nahaqqa qurban verməməlidir.

Sonra isə Paşa Muradov baş redaktorumuzu mərhuma qəzaya uğradıqdan sonra ilkin diaqnoz qoymuş Mahirə həkimlə əlaqələndirib. Mahirə həkim isə Elçinin ölümünün avtoqəza nəticəsində deyil, məhz xəstəlik səbəbindən baş verdiyini deyib-durub.

Onsuz da gec-tez hamı öləcək. Belə çıxır ki, Elçin Xaliqinin xəstəliyi üç aydan sonra onun ölümünə səbəb olacaqdıysa, o halda onun məhz indi ölümünün səbəbi, yaxud, ölümünü sürətləndirən səbəb ciddi araşdırılmamalıdır? Axı burada insan həyatından söhbət gedir! Bir qarışqanı belə yarada bilməyən Mahirə həkimin məntiqindən belə çıxır ki, adam üç ay sonra öldü, ya indi öldü – heç bir fərqi yoxdur. Xeyr, adam ömrünün sonuna vur-tut üç ay qaldığını bilsə, həmin üç ayı səmərəli keçirməyə çalışar, ömrünü daha da gödəldəcək risklər etməz, yaxud, kimlərəsə yaxşılıq eləyə bilər ki, savab işlərinin sayını artırsın. Bizi qınamayın, şübhələnməyə əsas tapırıq ki, burada niyyət ya ağır nəticəyə səbəb olmuş sürücü ehtiyatsızlığını, ya da həkim səhlənkarlığını gizlətməkdir. Bir nüansa da diqqət yetirməyə dəyər: Əgər həkimlərin sözünə inansaq, yəni, mərhumun məhz xəstəlik səbəbi ilə dünyasını dəyiuşdiyini qəbul etsək, onda belə çıxır ki, Elçin Xaliqi paytaxt Bakıda müalicə olunmağa tibb müəssisəsi tapmayıb, üzünü tutub Tovuz əyalət xəstəxanasına – inandırıcı deyil. Fakt ortadadır ki, mərhumun ölümündən əvvəl Tovuz xəstəxanasına düşməsinin səbəbi məhz qəzada aldığı xəsarətdir.

İndi söz Səhiyyə Nazirliyinin, TƏBİB-in və əlbəttə ki, sözügedən yol-nəqliyyat hadisəsini araşdıran hüquq-mühafizə və cinayət təqibi orqanlarınındır. Nəzərə alınmalıdır ki, hətta ekspertiza rəyinin belə digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

Deryaz.az

 
 
 

Dünyapress TV

Xəbər lenti