Eldəniz Hacıyev ilə bağlı prezidentə və nazirə təcili MÜRACİƏT - “Məni zorakı və kobud rəisin əlindən alın!”
Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə Eldəniz Hacıyev müəmması

Hazırda respublikanın bəzi rəsmi dövlət qurumlarında məskən salmış məmurlar tərəfindən xalqı dövlətdən narazı salmaq məqsədilə fəaliyyətlər həyata keçirilir. Bilərəkdən vətəndaşları incitmə və ged – gələ salma mexanizimi yerli məmurlarda mütləq refleks halına keçib. Belə məmurlardan biri də Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Ərazi İdarəsinin yeni rəisi Eldəniz Hacıyevdir.

Eldəniz Hacıyev əslində kimdir?
Bu şəxs gənc kadr olaraq heç bir yeniliyə imza atmayıb. Saxta özəlləşmələr, özəl şişirdilmiş rəqəmlərlə çalışan bu şəxs həm də zorakı və kobud məmurlar sırasındadı.

Eldəniz Hacıyev müxtəlif vəzifələrin yerinə yetirilməsi zamanı həm korrupsiya, həm vətəndaş narazılığının yaradılması, həm də vəzifəsindən şəxsi maraqları naminə istifadə iddiaları ilə gündəmə gəlib. Azad mətbu orqanları dəfələrlə bu məmur haqqında bariz sübutlarla çıxış edərək, onu ifşa edib. Lakin, neqativ əməllərinə və yarıtmaz fəaliyyətinə görə cəzasız qalan Eldəniz Hacıyev gün keçdikcə yarıtmaz fəaliyyətini daha da kəskinləşdirib.

Təəssüf ki, vətəndaşa xidmət etmək üçün təyin edilmiş Eldəniz Hacıyev burada da məlum əməllərinə davam etməkdədir. Vətəndaş Muradov Mətləb Azad oğlunun KAİM.az-a verdiyi məlumata görə sözügedən şəxs onunla şəxsi maraqlarına uyğun davranıb, hətta təhqir etməkdən belə çəkinməyib. Belə ki, M.Muradov ona məxsus qeyri-yaşayış obyekti üçün həmin idarəyə müraciət etsə də, məmurlar tərəfindən süründürməçiliyə məruz qalıb.

Baş mühəndis Vidadi bəy Eldəniz Hacıyev rəis təyin olunandan əvvəl sənədlərə dəfələrlə baxıb, bütün sənədlərin qaydasında olduğunu bildirərək deyib ki, gedin Tərtər şöbəsində ərizəni dəyişin, sabah da gəlin çıxarışı götürün. Mətləb Muradov Vidadi bəyin dediyi kimi Tərtər şöbəsinə gedərək növbəti dəfə ərizə yazıb. Şöbənin əməkdaşı ərizəni qəbul edib vətəndaşa İdarəyə getməyi tövsiyə edib. Vidadi bəy isə yeni metodla vətəndaşdan yayınmağa çalışıb. Telefonu söndürüb iş otağına girib polisə heç kimi onun yanına buraxmamağı göstəriş verib.

Uzun çəkinmədən sonra Vidadi bəylə daxili telefon vasitəsilə də olsa əlaqə saxlamaq vətəndaşa nəsib olub.

Vidadi bəy yenə də vətəndaşı başından etməkdən başqa çarə tapa bilməyib. Ged Elgün bəylə əlaqə saxla, sizin işə o baxacaq, mənlik deyil. Soruşmaq lazımdır ki, ay Vidadi bəy, bəs hansı iş sizlikdir, siz axı baş mühəndissiniz.

Elgün bəy də baş mühəndisdən heç də geri qalmır. Sanki idarənin ənənəsi vətəndaşları aldadaraq yola verməkdir.

Ötür-ötür oyununu məharətlə oynayan Vidadi – Elgün birliyi tez bir zamanda təzə rəisin etimadını qazanacaqlar.

2 aya yaxın müddətdir ki, lazım olan çıxarış vərəqəsinin Mətləb Muradova verilməsi süni səbəblərdən gecikdirilir. Bütün sənədlərin şikayətçi tərəfindən idarəyə təqdim edilməsinə baxmayaraq Eldəniz Hacıyev və onun vətəndaşlara qənim kəsilən kadrları müxtəlif bəhanələrlə işin qanunauyğun həyata keçirilməsinə maneə olur.

Ölkə başçısı əksər çıxışlarında məmurlara dəfələrlə irad bildirib ki, sahibkarlara şərait yaratmaq lazımdır, onları incitmək olmaz. Görəsən Eldəniz Hacıyevin prezidentin bu cür irad və tövsiyələrindən xəbəri varmı?

Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Ərazi İdarəsinin yeni rəisi Eldəniz Hacıyevin süründürməçiliyindən yorulan vətəndaş prezident İlham Əliyevdən və İqtisadi İnkişaf naziri Mikayıl Cabbarovdan təcili kömək istəyir.

Əminik ki, bu müraciətdən sonra vətəndaşı incidilərək süründürməçiliyə məruz qoyan Eldəniz Hacıyevin süründürməçiliyinə son qoyulacaq, vəzifə səlahiyyətlərindən şəxsi prinsiplər əsasında məharətlə istifadə edən Yeni Rəis haqqında lazımi tədbir görüləcək.

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti