Ardını oxu...
Bildiririk ki,  "Kanal14" YouTube kanalında canlı efir başladığından bəri də efirə bağlanıb, canlı yayımda şikayət və müraciətlərini ictimailəşdirmək istəyən vətəndaşların sayı daha da artıb.

Belə ki, "Kamalın zamanı" proqramına zəng edərək, canlı yayıma bağlanan və oğlunun işsiz, eyni zamanda, 44 günlük vətən müharibəsi zamanı döyüşdə aldığı qəlpə yaraları, həmçinin ciddi psixoloji sarsıntılarından dolayı səhhətindəki bütün problemlərdən və müalicəsi üçün maddi imkanlarının olmadığından danışan ananı yəqin ki, izləmisiniz.

Xatırlatmaq üçün, qeyd edirik ki, ana deyir, "Mingəçevir şəhərində yaşayırıq. Oğlum - Babayev Rasim Asim oğlu müharibə iştirakçısıdır. Müharibə zamanı qəlpə yaraları və kəllə-beyin travması alıb, üstəlik də döyüş zamanı keçirdiyi psixoloji sarsıntılar onu məhv edir. Müalicə etdirmək imkanım yoxdur. Təzə yaralananda xəstəxanada həkim ona sakitləşdirici dərmanlar yazmışdı və demişdi ki, "Həmişə bu dərmanlardan istifadə etsin". Onu da nə vaxt içirirəm, uşaq saatlarca yatır. Nə vaxta qədər yatacaq bu?!.

Maddi sıxıntılar da bir yandan sıxır. Düşündüm, bəlkə bir işdə işləsə həm başı qarışar, həm ən azından maddi sıxıntıları qismən azalmış olar. Odur ki, dəfələrlə mən də, oğlum özü də iş üçün Məşğulluq mərkəzinə, Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Elə deyirlər "iş yoxdur, olanda deyərik". Amma, görürəm, eşidirəm işdən çıxanlar, işə alınanlar o qədər var ki."



Yayım efirə getdikdən az sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi yayımın şərh bölməsində cavab verdi ki, "Rasim Babayev Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır və 178-ci sıradadır."

Bəli, bu 178-i iki il gözləyən Rasimin bundan sonra daha nə qədər gözləyəcəyini adəm övladlarından kimsə bilmir.

Yeri gəlmişkən, qəhrəman oğul yetişdirən ananın ardından daha bir Mingəçevir şəhər sakini Sərdar Əsgərov, həmçinin Elçin Həsənzadə redaksiyamıza zəng edib, canlı yayıma qoşulmaq istədiklərini bildirdilər.
Hər iki şəxs sosial durumu və işsizlikdən gileylənir.

Qeyd edək ki, Elçin Həsənzadə əvvəllər mediada çalışıb. Özünün dediyinə görə, Sumqayıt şəhərinin keçmiş İcra başçısı, həmçinin Mingəçevir şəhər İcra başçısı haqqında faktlar və tənqidi yazılar yazdığına görə həbs olunub. Həbsdən çıxdıqdan sonra bilib ki, həbsdə olduğu müddətdə onu rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhərində qeydiyyatdan çıxarıblar. Sonra çox çətinliklə Sumqayıt şəhərində qohumunun evinə müvəqqəti qeydiyyata düşüb.

Özü də ailəsi və azyaşlı övladıyla maddi sıxıntıları, həmçinin işsizlik problemi ilə çarpışır.
Məşğulluq mərkəzində qeydiyyatda olsa da hələ də heç bir işlə təmin olunmayıb.

Sərdar Əsgərov.

Bu şəxs də Mingəçevir şəhər sakinidir. İki oğul övladı var.
Əsgər atasıdır.
Bildirir ki, "İşsizəm. Səhhətimdə olan problemimdən dolayı az məbləğdə sosial müavinət alıram. Lakin, məbləğ heç özümü idarə etməyə yetmir, o ki qaldı ailəmi dolandırmaq.

Mingəçevir şəhərində iş üçün müraciət etmədiyim istər dövlət olsun, istər özəl müəssisə qalmayıb.
Məşğulluq mərkəzi də elə deyir "iş yoxdur". Amma, mən də bu şəhərdə yaşayıram, mənə iş yoxdur deyə-deyə kimləri haralarda, hansı şərtlərlə işə götürürlər görürəm, eşidirəm."



Yeri gəlmişkən, Mingəçevir şəhər Sakinləri tərəfindən redaksiyamıza daha bir ilginc məlumat daxil olub.

Bildiyimiz kimi bu günlərdə erməni təxribatı nəticəsində 70-dən çox şəhid verdik.
Bu "Azərbaycanlıyam" deyən hər kəsin acısıdır.

Lakin, sakinlərin redaksiyamıza bildirdiyinə görə, "Evlərə şəhid gəldiyi bir vaxtda, İcra başçısı İlham İsmayılovun çox yaxın qohumu - iş adamı Ağahəsən Şükürovun sahibi olduğu "Billur" və "Zümrüd" şadlıq saraylarında hər gün "vur çatlasın" imiş. Toylar, doğum günləri və sair..."

Bildiririk ki, İlham İsmayılovun bu qohumunun oğlu Taryel Şükürov da Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyir.

Qeyd edək ki, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyevin də İlham İsmayılovla "kirvə" olduğu və hətta onu hazırkı vəzifəsinə İlham İsmayılovun "seçdiyi' deyilir.

Eyni zamanda, Başçının əmisi oğlu Nəriman İsmayılovun "az-Qress" qəsəbəsi adlanan ərazidə İcra nümayəndəsi vəzifəsini icra etdiyi də əldə etdiyimiz məlumatlara daxildir.

Deyilənə görə, hələ bu da hamısı deyil.
Bunun da nə anlama gəldiyi hər kəsə aydındır əlbəttə.

P.S: Qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
   
Ardını oxu...
Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə ali təhsil müəssisəsini sərt tənqid edib.

AzToday.az xəbər verir ki, tələbə sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib.

Həmin statusu təqdim edirik:

"Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq "təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.
 
Ardını oxu...
RealMedia.az xəbər verir ki, artıq bununla ikinci dəfədir ki, icra başçısı yaşadığı (kirayə qaldığı) evi dəyişir. Xatırladaq ki, icra başçısı son günlərə qədər Beyləqanlı iş adamı kimi tanınan Q. Qəhrəmanova məxsus evdə kirayə qalıb. Və iş adamı ilə də yaxın münasibətləri olub. RealMedia.az-ı məlumatlandıran mənbə iddia edir ki, bu dəfə icra başçısının evdən çıx(arıl)ması bir qədər sensasialıdır.
Bildirilir ki, son vaxtlar Baş prokurorluq (KQMBİ) tərəfindən daxil olmuş şikayət əsasında Beyləqan rayonunda apardığı araşdırmalar və bu araşdırmalar zamanı aşkarlanmış korrupsiya cinayətləri ilə faktı ilə bağlı Beyləqan rayon icra hakimiyyətinin başçısına və ayrı-ayrı vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi ilə əlaqədardır. Belə ki, Baş prokurorluq tərəfindən icra başçısına və ayrı-ayrı vəzifəli şəxslər barəsində açılmış cinayət işindən sonra ev sahibi Q. Qəhrəmanov icra başçısını ona məxsus kirayə yaşadığı evdən qovub.
Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, sən demə, icra başçısı Asif Ağayev həm də qaldığı mənzilin kirayə haqqını da vermirmiş. Bunu isə icra başçısına yaxın şəxslər bildirirlər.
Və qeyd olunur ki, bir aydan sonra Asif Ağayevin Beyləqana icra başçısı təyin olunmasının 4 ili tamam olacaq. İcra başçısı kirayə qaldığı müddətlərdə bir dəfə də olsun kirayə haqqını ödəməyib. İcra başçısının 23500 manat kirayə pulu borclu olduğu da bildirilir. Bilgilərə görə icra başçsı ayı 500 manata kirayə qalırmış.
Mənbə iddia edir ki, hazırda icra başçısı köçmək istədiyi yeni evi təmir etdirir.
Diqqətimizi çəkən məqam isə icra başçısının hansı məhləyə, məhz nə üçün o məhləyə köç etməsidir. Bu barədə isə eksklüziv olaraq növbəti günlərdə yazacağıq.
RealMedia.az
 

Ardını oxu...
Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.

Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.

1-ci qrup əlil və ağır miopatiya – əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: “Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində – müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, “qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!”

Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.

Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.

Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq.
 //tezadlar.az//

Ardını oxu...
Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.

DİA.AZ xəbər verir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.

Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır.
 
Ardını oxu...
DİA.AZ: - Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinləri adından
Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Möhtərəm cənab Prezidentimiz.
Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan,
xüsusən də suvarma suyu çatışmamazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı
suvarmağa su tapa bilmirik, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu
Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərə bilmirik.
Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız.
Amma Sizin Sərəncamlarınız və dövlət vəsaiti hesabına qazılan həmin quyuları rayonumuzda İcra
Başçısı və əlaltıları satır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahını Başçı senzuradan keçirir
və pul aldığı adamın adını təsdiqləyir, qalanlarını isə silir-təsdiqləmir.(hamıya açıqca məlumdur ki, hər
quyunun qiyməti 12-15 min manatdır.)
Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən
nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer
müəyyən edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar
bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə
qazılacaq-adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma
Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında aprel-may
aylarında qazılacaq.
Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı
qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma
Sistemləri idarəsinə zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5
quyunun içərisində sizin də adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə
tutlmuş quyunu başqasına verdilər. Bu il üçün isə 31 quyu göndərilib və burada da rayon İcra Hakimiyyəti
adınızı salmayıb. Hətta bununla bağlı, Meliorasiya və Su Təsərrüfatı ASC-dən (sədr müavini
Z.Quliyevin imzası ilə) bizə göndərilən 05.08.2022-ci il tarixli rəsmi məktubda da qeyd edilir ki,
“2021-ci ilinn sentyabr ayında Səfikürd sakini Hüseynov Nahid Fazil oğlunun yaşayış evinin
yanında 1 ədəd subartezian quyusunun qazılması ASC tərəfindən təsdiq edilərək rayon İcra
Hakimiyyətinə göndərilmiş, lakin Başçı təsdiq etməmiş və həmin quyunu siyahıdan çıxarmışdır. (
həmin məktubun surətini də əlavə edirik.)
Əziz Prezidentimiz.
Gördüyünüz kimi, Goranboyda İcra Başçısı Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian
quyularını özü kimə istəyir satır-Yezidlik edir. Sizin Sərəncamınızdan sui istifadə edib pul qazanır, rüşvət
yığır, korrupsiya ilə məşğul olur. Bu başçının marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə
etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan
subartezian quyusunu başqa yerə saldırır.??? -Təbii ki, burda bir maraq var—o da rüşvət. Və bir də
kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır!!!"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maaqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Tovuz rayonu, Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Prezident İlham Əliyevə şikayət ərizəsi yazıb.

DİA.AZ bildirir ki, bir surətini də Gununsesi.info-ya təqdim edən şəhid anası müraciətində tarixi abidə kompleksinin qanunsuz yolla satılmasından bəhs edir.

Həmin şikayəti olduğu kimi təqdim edirik:

Nəzərinizə çatdırıram ki,kəndimizin Qala Düzü adlanan ərazisində yerləşən abidə kompleksi Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır və inventar nömrəsi 6045, 6046 və 6050-dir.
Orta əsrə aid olan həmin tarixi abidələr bir neçə ildir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən saxta yolla, rəhmətə getmiş bələdiyyə sədrinin imzasıyla əvvəlki tarixə rəsmləşdirilərək, saxta hərrac yolu ilə satılıb. Çünki hökumətin qərarı ilə dövlət qeydiyyatına alınmış tarixi abidə hərraca çıxarıla bilməz. Əslində RİH-nin başçısı Məmməd Məmmədov həm də burada şərikdir.

Bu ərazi Tovuzçay su anbarının kənarında yerləşdiyinə görə burada otel, pivnoy, qumarxana və s. inşası nəzərdə tutulub. Ərazidə hörgü məftillərlə çəpərləmə işləri aparılıb, ağır texnika ilə abidələrin əksər hissəsi məhv edilib. Eyni zamanda bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları qeyd olunan ərazidə təkrar araşdırma aparmış və araşdırmanın ilk günündə orta əsrə aid yaşayış evi tapılmışdır.

Nəzərinizə çatdırıram ki, Şəhərgah adlı həmin tarixi abidələr əvvəlcə saxta cinayət yolu ilə Mirzəyey Həsən adlı şəxsə satılıb.

Belə ki, guya hərrac komissiyasında torpaq müsabiqəsi keçirilib və qərar qəbul olnub, bu barədə əlimizdə rəsmi, lakin saxta məzmunlu məktub da var. Çoxsaylı şikayətlərimizdən sonra, Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun təsiri altından çıxa bilməyən, başlarını itirən aidiyyəti qurumlar həmin tarixi abidələrin indi də Süleymanova Rasimə İsgəndər qızına məxsus olduğunu bildirirlər. Maraqlıdır ki, həmin şəxs Vahidli kənd sakini deyil.

Eyni zamanda bildirirəm ki, həmin ərazidə bizim qədim qəbiristanlığımız və məsçidimiz yerləşir. Mənim şəhid oğlum da həmin qəbiristanlıqda uyuyur. Həmin ərazini, taixi abidələrimizi və şəhid məzarının kənarını saxta hərraca çıxarıb satanların nə özləri, nə də yaxınları, nə vətən müharibəsində iştirak edib, nə də şəhid veriblər.

Əlavə olaraq bildirirəm ki, Tovuz rayon Vahidli kənd Bələdiyyəsinin sədri Sədi Rüstəmov Vahidli kəndi ərazisində bütün torpaqları öz yaxın qohumlarının hər birinə 200 manat pul verərək onların adına, rəhmətə getmiş bələdiyyə sədrinin saxta imzasıyla rəsmləşdirib, sonra isə kənar şəxslərə, rayonun imkanlı şəxslərinə satib ki, bu da ciddi qanun pozuntusudur. Bildirirəm ki həmin ərazi Tovuzçay su anbarının kənarıdır və həmin torpaqların bir başa kənar şəxslərə satılması mümkün olmadığına görə bu saxta əməliyyatlar aparılmışdır. Həmin torpaqlar saxta kadastr sənədləri ilə satılıb. Həmin alqı-satqıların Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Şöbəsinə hesabatı verilməyib. Çünki banka heç bir rüsum ödənilməyib. Sədi Rüstəmov isə bildirir ki, gedin prezidentinizə nə qər istəyirsiniz şikayət edin, mənim prezidentim Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdur, bizə tarixi abidə lazım deyil.

Mən bir vətəndaş olaraq yaxşı dərk edirəm ki, Mehriban xanım tarixi və mədəni irsimizin qorunması yolunda uzun illərdir ki, uğurlu fəaliyyət göstərərək xalqımızın qədim mədəniyyətə malik bir xalq olduğunu bütün dünyaya sübut etdi. Tovuz RİH-nin başçısı Məmməd isə taixi abidələrimizi yaxın adamlarının adina saxta cinayət yolu ilə rəsmləşdirərək mənimsəyıb və həmin ərazidən əl çəkmir, tarixi abidələrimizi qəsdən dağıdır və Qarabağda tarixi abidələrimizi dağıdan düşmənlərimizlə bunların heç bir fərqi yoxdur.

Cənab prezident!

Sizdən xahiş edirəm ki, mənim müraciətimin Respublika Baş prokurorluğunda araşdırılmasını,tamahkarlıq məqsədilə abidələrimizi məhv edən Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və Vahidli Bələdiyyəsinin sədri Sədi Rüstəmov haqqında tədbir görülməsini təmin etdirəsiniz.

Həsənova Ceyran Məhəmməd qızı
Şəhid və Qarabağ veteranı anası
 
Ardını oxu...
Ötən ilin sonlarında dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam, cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaratmışdı. Çünki bağçaların icra hakimiyyətlərinin tabeliyində olduğu bu on ildə məktəbəqədər təhsil müəssisələrində baş verən özbaşınalıqlar və qanunsuzluqlar sadalamaqla bitməzdi. Ancaq bir ilə yaxın zaman göstərdi ki, bu sahədə ciddi dəyişiklik yoxdur.
Bir müddət öncə Təhsil Nazirliyinin məktəbəqədər təhsil səviyyəsi (uşaq bağçaları) üzrə apardığı monitorinqlər başa çatıb. Artıq 1 680 bağçada ilkin vəziyyətin necə olması barədə məlumatlar var. Rəsmi məlumata görə, bu müddət ərzində xeyli sayda bağça müdirləri işdən azad edilib, haqqında araşdırma aparılan şəxslər də var. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildiilir ki, monitorinq aparılan bağçalardan biri də Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 53 ünvanında yerləşən 238 saylı körpələr evidir.

Məlumatlı mənbə bilirir ki, bağçada monitorinq zamanı ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub. Amma maraqlıdır ki, monitorinq keçirilən günlərdə bağça müdirəsi Rəfiqə xanlmın kabab qonağlığına tutulan nazirlik nümayəndələri bu məsələlərin üstündən sükutla keçiblər.

Məlumat üçün bildirək ki, 14 ildir 238 saylı bağçaya rəhbərlik edən İsgəndərova Rəfiqə Cəbrayıl qızı 1961-ci il təvəllüdlüdür və pensyia yaşına yaxınlaşır. Mənbənin bildirdiyinə görə, öz postunu yaxlnlarına təhvil vermək istəyən müdirə bağçada bir neçə ştata yaxın adamlarını yerləşdirib. Bu şəxslərin fəaliyyəti, bağçadakı ərzaq əməliyyatları ilə bağlı növbəti yazımızda.
 //cumhuriyyet.az//
 
Ardını oxu...
Yevlaxda polis tərəfindən döyüldüyü iddia edilən azyaşlının valideynləri danışıblar.

Hadisə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında baş verib.

Həmin təhsil müəssisəsində oxuyan 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verib.

4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.

Döyülən azyaşlının valideyni Rəqsanə Əliyeva Baku TV-yə bildirib ki, V.Hüseynov övladını iki əllə boğaraq, başını partaya vurub.

Daha ətraflı süjetdə:


19:43

Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi prokurorluqda araşdırılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

17:48

Daxili İşlər Nazirliyindən Yevlax rayonunda iki məktəblinin dalaşması hadisəsinə münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata Oxu.Az-a bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:

“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

17:15

Yevlax rayonunda iki məktəbli dalaşıb.

Oxu.Az-ın məlumatına görə, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.

Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.

Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.

İlhamə Əbülfət
 

Dünyapress TV

Xəbər lenti