Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu 2 nömrəli uşaq poliklinikasının baş həkimi İradə Əliyeva təqaüdə çıxmaq ərəfəsində ömrünə-gününə yazılacaq faydalı sövdələşməyə imza atıb. Etibarlı mənbədən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərindən birinin poliklinikanın binasının yerləşdiyi Xocalı prospekti – 35 ünvanına (“Xətai” metro stansiyasının yanı) gözü düşüb və həmin şəxs İradə həkimlə sövdələşərək, binanı ona satmağı təklif edib.

Ardını oxu...
Sevda baş tutub, xislətcə pulgir biri olan İradə Əliyeva poliklinikanın təsərrüfat şöbəsinin müdiri Bikə xanıma akt tərtib etdirib ki, guya bina qəzalı vəziyyətdədir. Həmin əsasla Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və bununla da prosesi sürətləndirən mexanizm işə düşüb. FHN poliklinika binasının qəzalı vəziyyətdə olduğunu təsdiqləyən rəy verib. Sonra da uşaq poliklinikasının personalı Xətai rayonu, M. Mehdizadə küçəsi, 48 ünvandakı 28 saylı poliklinikaya köçürülüb.

Bildirilir ki, qonşuluğunda hündürmərtəbəli binalar olan uşaq poliklinikasının əvvəlki binası təzəcə təmirdən çıxıbmış və qəzalı vəziyyətdə deyildi, əksinə 28 saylı poliklinikadakı vəziyyət ona baxanda qeyri-qənaətbəxşdir. Uşaq həkimləri və 2 saylı poliklinikanın kollektiv üzvləri yer-yurdlarından, öyrənişdikləri şəraitdən aralanaraq böyüklər üçün olan 28 saylı poliklinikanın binasında bir növ sığınacaq tapmışlar kimi birtəhər uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu hal onları əsla məmnun etmir. Darısqallıq səbəbindən ortaya çıxan çətinliklər, üstəgəl, ələlxüsus da yoluxucu xəstəliklərin cövlan etdiyi indiki vaxtda uşaqlarının böyük xəstələrdən (28 saylı poliklinikanın pasientlərindən) yoluxa biləcəklərindən ehtiyatlanan valideynlərin haqlı narazılıqları barədə İradə Əliyevaya bir söz dedikləri an isə baş həkim onların üstünə çəmkirir, sanki kölə ilə rəftar edirmiş kimi kobud davranır.

Qeyd olunur ki, uşaq poliklinikasının çemodan əhval — ruhiyyəsində olan baş həkimi İradə Əliyeva əvvəldən rüşvətə, korrupsiyaya meylli səhiyyə məmuru kimi tanınıb: Gözü uşaqların valideynlərinin əlində olub, işçiləri rüşvətlə işə götürüb, hər məsələdə şəxsi maraq güdüb, poliklinikanın inventar və avadanlıqlarını da silib satıb və s.

P.S. Məsələ ilə bağlı 2 saylı uşaq poliklinikasının baş həkimi İradə xanım Əliyevaya zəng edib mövqeyini öyrəndik. O, bildirdi ki, poliklinika qəzalı vəziyyətdə deyil. FHN- nin də heç bir qərarı da yoxdur. Biz də bu qərarı gözləyirik. Baş həkimdən soruşduq ki, əcaba, poliklinikada heç bir qəzalı vəziyyət yoxdursa nə əcəb sizi tez-tələsik darısqal yerə köçürüblər. Cavabı o oldu ki, «siz bu sualı TƏBİB-ə verin».

Deməli, nə isə torbada pişik var.

Mövzuya qayıdacağıq.
Habil Tağıyev
/deryaz.az//
 
 
 
Ardını oxu...
Xatırladaq ki, ötən il Ədliyyə naziri Fikrət Məmmədovun əmrinə əsasən, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Taleh Quliyev vəzifəsindən azad edilərək, Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinə təyin olundu. Hələ o zaman bu təyinat böyük səs-küyə səbəb olmuşdu. Çünki T.Quliyevin qanunsuz əməllərindən bezən İsmayıllı şəhəri H.Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu və onu kimi çoxsaylı vətəndaşlar KİV vasitəsiylə Azərbaycan Respublikasının Prezidentindən və digər əlaqədar qurumlardan kömək istəyirdilər. Bu gün də İsmayıllıda onun öz yerinə müvəqqəti təyin etdirdiyi rəis də özbaşınalıq etməkdədir.
Redaksiyamıza müraciət edən Bakı şəhəri, Çobanzadə küçəsi ev 76, mənzil 3-də yaşayan Şirin Zülfiyyə Seyid qızı da İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rahib adlı şəxsdən şikayətçidir. Vətəndaş iddia edir ki, onun heç kəsə və hər hansı bir dövlət orqanına borcu olmasa da, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Rahib ondan 1200 manat rüşvət alsa da, bu günə kimi də onun borclu olmaması barədə məktub vermək istəmir. 10 gündür vətəndaşı bürokratik əngəllərlə get-gələ salan icra məmuru vətəndaşı dövlətdən narazı salır.
Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən Zülfiyyə Şirin günahkarların cəzalandırılmasını və onun pozulmuş hüquqlarının bərpa olunmasını istəyir. Ümidvarıq ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov vaxtında lazımi tədbir görəcək və vətəndaşın süni maneələrlə get-gələ salınmasının qarşısını alacaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
 //aktualxeber.az//

Ardını oxu...
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbərliyini məhkəməyə verib. Səbəb kimi Lola Hüseynova ilə institutun baş direktoru Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova arasında bir neçə il əvvəl başlayan şəxsi münasibətlər zəmnindəki problemlərdir.

DİA.AZ bildirir ki, bu iddia ilə Bizim.Media-ya Lola Hüseynova çıxış edib. Bildirdiyinə görə Abbas Seyidov və Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.

Şikayətçinin iddiasına görə rəhbərlik "işdən uzaqlaşdırma planlarını" Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək reallaşdırmağa çalışır:

“Abbas Seyidov mənə şiddətli töhmətlə bağlı əsassız qərar verib. Bu günə qədər işimlə bağlı mənə xəbərdarlıq belə olunmayıb. Hesab edirəm ki, şiddətli töhmətin verilməsi işdən uzaqlaşdırılmağım üçün olub.

Qərarda heç bir əsası olmayan məsələlər qeyd edilib. Bildirilib ki, guya mən icazəsiz qazıntı yerini tərk etmişəm. Halbuki işdəkilər də bilir ki, bəlkə də son günə qədər ezamiyyətimdə iştirak edən 10 işçidən biriyəm. Bunu əminliklə deyə bilərəm. Sadəcə mən icazə almışam və direktorun çağırışı ilə instituta gəlmişəm. Şəxsi qərəzdir, belə istəyiblər və ediblər. Amma kimin qərəzi varsa, küçədə aparsın. İnstitut qərəz yeri deyil axı...”

Lola Hüseynovanın sözlərinə görə 6 ilə yaxındır ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır:

“Elə bir ezamiyyəm yoxdur ki, adım sənəddə getsin, özüm isə orada olmayam. Şiddətli töhmətə laqiq deyiləm. Ona görə də məhkəməyə müraciət etmişəm və haqqımı tələb edirəm. Abbas müəllimlə dialoqumuz olmayıb. Direktora hörmətsizlik və sayğısızlığım olmayıb. Əgər institutun direktoru hansısı işçini başqa bir işçidən seçirsə, demək atdığım addımın da bir əsası olmayacaq”.

Lola Hüseynova qeyd edib ki, ən böyük problemi institutun Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova ilədir:

“Maraqlıdır ki, çox yaxşı dost və bir şöbənin əməkdaşı olmuşuq. Sonradan mənlə bağlı həmkarların qondarma iclasını düzənlədilər. Orada da üzümə durdu və and içdi. Şoka düşdüm. Sözün düzü ondan gözləmirdim.

Leyla Rüstəmovanın mənə düşmənçiyi nədir, hələ də bilmirəm. Niyə Abbas Seyidov və Leyla Rüstəmova birləşib Sədaqət Məmmədli üzərindən üstümə gəldilər, anlamıram. Bilirəm ki, işdən getməyimi istəyən elə o iki şöbə yoldaşımdır.

Mən heç kimin çörəyinə bais olmamışam. Bizim Abbas Seyidov, Leyla Rüstəmova və Sədaqət Məmmədli ilə şəxsi problemlərimiz 2 il əvvəl başlayıb. Onlar işə gələn kimi ilk məqsədləri məni işdən atmaq olub. Halbuki Abbas Seyidov sevinməlidir ki, məni kimi işçisi var. Görünür, kimsə direktor haqqında qeybət etmək istəyib.

Bilib ki, bizim də belə problemlərimiz var. Yəqin düşünülmüş şəkildə adımı ortaya salıblar. Amma məhkəmədə də bu məsələlərin açılmasını istəyirəm. Direktorun məni işdən uzaqlaşdırmaq fikri olmasaydı, ilk növbədə mənə xəbərdarlıq verərdi. İşçiyə birinci xəbərdarlıq, ikinci töhmət, daha sonra şiddətli töhmət verilir.

Hətta bir neçə şəxsin yanında “mən onu işdən kənarlaşdırdıqdan sonra ömrünü məhkəmələrdə çürüdəcəyəm” deyib. Olsun, mən həvəsdən düşmürəm və işimdən kənarlaşmamaq şərtilə sonadək gedəcəyəm”.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov məsələyə münasibət bildirib. O, əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu bildirib:

“O insan işdən azad olunmalı idi. Çünki icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb. Bura qoçuluq meydanı deyil ki, kimsə istədiyini etsin. İş yerini tərk etdiyi, vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün mən onu işdən azad etmək istəyirdim. Bir neçə şəxsə üz vurdu. Onların xahişi və minnəti ilə onu şiddətli töhmətlə işdə saxladıq. Amma belə hərəkətlərini təkrarlasa, biz onu işdən kənarlaşdıracağıq”.

Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və ya qərəzi olmadığını qeyd edib:

“Şəxsən ona qarşı heç bir prinsipim yoxdur. Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur.

Onları rəhbər olaraq düz yola çəkirəm və işləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün işçilər kimi onun da hüququ qorunur. Amma heç kimə icazə verilmir ki, iş yerini buraxıb gəlsin və başqa bir şəxsi təhqir etsin.

Gedib məhkəməyə müraciət etsin. Dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhməti aradan qaldırarıq”, -deyə institut direktoru fikirlərini yekunlaşdırıb.

 
Ardını oxu...

Lənkəran rayonu, Təngivan kəndinin sakinləri icra başçısı Taleh Qaraşovdan şikayətçidir.
Onlar bu barədə sosial mediada paylaşım ediblər.
Sakinlər bildirir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
Təngivan sakinlərinin yaydığı videogörüntüdə bildirilir ki, çay yatağı darmadağın edilib: "Çay yatağının ətrafında olan yaşıllıqlar da ekskvator bura daxil olandan sonra məhv ediləcək. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olaraq böyük bir ərazini dağıdıblar. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Hətta bu vəziyyəti videogörüntüyə alaraq nazirliyə də göndərmişik. Şaiq Həsənov 2 km ərazidə çayı qazaraq Lerik rayonunun Piran kəndinə qədər gedib çıxıb. Çay yatağının ətrafında olan pay torpaqları da artıq sıradan çıxır. Hazırda həm yaşıllıqları, həm də meşələri məhv edirlər. Dövlət qurumları hara baxır? Dəfələrlə dövlət qurumlarına müraciət etsək də, bildiriblər ki, bizim Şaiq Həsənova gücümüz çatmır".

Sakinlərin sözlərinə görə, qanunları tapdalayan adıçəkilən “PROFCO” MMC məmurlar tərəfindən himayə olunur. Ona görə də sakinlərin yazdığı məktub ünvanına çatmır. Kənd sakinləri həmin videogörüntüdə məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər:
“Cənab Prezident, tək ümidimiz sizssiz. Bizi bu bəladan xilas edin. Xahiş edirik, bu məsələ ilə bağlı dərdimizə dərman olun. Aidiyyatıi qurumlara müraciət etsək də, bizi eşidən olmayıb. Tək ümidimiz sizssiz, bizə kömək edin”.
Bakupost.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu göndərib.
Baku Post Ardını oxu... 
 
 
Ardını oxu...
Gəncənin su təchizatında hər kəsin öz funksiyası var...
"DİA.AZ vasitəsilə “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin rəsmilərinə sual ünvanlayırıq. Gəncədə artezian quyularının qazılması nəzərdə tutulmursa nə üçün “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində subartezian quyularının əsaslı təmirini satınalma planlarına salır, tender keçirir və nəticələrini qanunun tələb etdiyi qaydada ictimaiyyətə açıqlamır? Hələ bizdə olan məlumatlara görə bir çox işləməyən subartezian quyularına elektrik enerjisinin sərf olunduğu göstərilir, sürtgü yağları yazılır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

YAZININ ƏVVƏLİ BURADA:
Şöhrəddinin bütün ölkəyə yayılan ŞÖHRƏTİ... - İTTİHAM VAR!

Yazının davamını təqdim edirik:
DİA.AZ bildirir ki, daha sonra daxil olan məqalədə deyilir: "Şöhrəddin Verdiyevin pul yığma metodları bunlarla bitmir. O, Gəncə şəhərində yeni salınan yaşayış massivlərindəki abonentlərə su və kanalizasıya sistemlərinə qoşulması üçün texniki şərtləri özünün müəyyən etdiyi rüsumla verir. Şöhrəddin Verdiyevin işçiləri Gəncə şəhərində bütün avtoyuma məntəqələrindən də aylıq haqq alırlar. Onun işçiləri Gəncədəki restoran və digər iaşə obyektlərindən də suyun sərfiyyatını az göstərmək müqabilində aylıq haqq alırlar.

Göründüyü kimi Gəncənin su təchizatında hər kəsin öz funksiyası var. “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyevin vəzifəsi isə kiçik məbləğli dövlət vəsaitlərini təyinatından kənar etməkdir. Burada kiçik məbləğ dedikdə 5-10 min manat nəzərdə tutmuruq. Söhbət 50-100 minlərdən gedir. Hər il təkcə nəqliyyat və xüsusi texnikaların təmiri xidmətinə və ehtiyyat hissələrinin alınması üçün yüz minlərlə vəsait yazılır, silinir. Avtomobillərə ehtiyyat hissələrini isə sürücülər öz vəsaitləri hesabına alır, gündəlik qazancdan əldə etdikləri pulla təmir etdirirlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Ardını oxu...
Ümumxalq məhəbbəti qazanmış, ictimai marağın obyektivində olan insanların həyatındakı əlamətdar günlər bütün xalq tərəfindən qeyd olunur. Bir neçə gün əvvəl – avqustun 26-da Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın ad günü bütövlükdə cəmiyyət tərəfindən sevinclə qeyd edildi. Nə xoş ki, Laçın şəhərinin və bir neçə kəndimizin erməni tör-töküntülərindən təmizlənməsi də həmin günə təsadüf etdi.
Fikir vermisinizsə, hər il məhz avqustun 26-da yerli televiziya kanalları “Roma tətilləri” bədii filmini göstərirlər. Həmin filmdə əsas qəhrəman şahzadə xanımın önə çıxarılan ən üstün məziyyəti onun kübar olduğu qədər də sadəliyidir, sarayda gizlənməyib xalqın arasında olmaqdan duyduğu sevincdir. Eynən həmin əlamətləri, hətta daha artığını, humanistliyi, xeyirxahlığı, alicənablığı Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ömür-gün yoldaşı Mehriban Əliyevadan görür. Həqiqətən də Mehriban xanım Əliyeva həmişə tutduğu vəzifələri hörmətə mindirib.
Çox qəribə və ikrah doğuran haldır ki, cəmiyyətimizdə zərif cinsin bəzi nümayəndələri kiçicik bir vəzifə tutan kimi hədsiz dərəcədə özündənrazılıq hisslərinə qapılır, ətrafdakılardan özlərinin şəxsiyyətinə pərəstiş umurlar. Belələrindən biri və birincisi “Beyləqan Rayon Xəstəxanası” Publik Şəxsin direktoru Nurəngiz Bəşirovadır.
Təsəvvür edin (təsəvvür etməkdə çətinlik çəkirsinizsə, gedin öz gözlərinizlə görün), N.Bəşirova hər səhər işə gələndə avtomobili xəstəxananın həyətinə girən kimi bütün personal əl-ayağa düşür, hamı vurnuxmağa başlayır. Ən çox da lüzumsuz yerə işə götürdüyü, sayı 40-a çatan daxili mühafizə xidmətinin əməkdaşları öz sədaqətlərini nümayiş etdirməyə başlayırlar. N.Bəşirova maşını saxlayandan dərhal sonra aşağı enmir, elə oturacaqda ikən bir neçə dəqiqə telefonu ilə qurdalanır. Mühafizəçilərdən biri maşının qapısını açır, biri direktorun çantasını, digəri onun başından açıb verdiyi şalını götürür, daha ikisi xəstəxananın inzibati binasına girənədək, digərləri isə koridordan kabinetinə daxil olanadək müşayiət edir.
Nə isə, indiyədək N.Bəşirovanın bu yekəxanalığının xəstəxanada göstərilən tibbi xidmətin keyfiyyətinə əsla müsbət təsir etmədiyi, əksinə, korrupsiyanı gücləndirdiyi barədə xeyli sayda tənqidi məqalələr yazmışıq. İstər redaksiyamıza daxil olan şikayətləri, istərsə də apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz faktları KİV-də ictimailəşdirməklə yanaşı, topladığımız materialları Baş prokurorluğa təqdim etmişik. Rayon prokurorluğunda mərkəzi xəstəxanada direktorun rəvac verdiyi başqa neqativ hallar barədə materiallar icraata qəbul olunub, hansı ki, yolu bizim redaksiyadan keçməyib. Məsələn, təcili yardım xidməti sürücülərinin yanacaq oğurlaması faktını yerli polis aşkarlayıb. Bütün bunlar və sadalamadığımız digər cinayət və cinayətə bərabər tutulası faktlar rayon prokurorluğu tərəfindən sistemli şəkildə, ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə araşdırılmalı idi. Lakin təəssüf, görünən odur ki, Beyləqan rayon prokurorluğu bu cür yanaşmada maraqlı deyil, problemin kökünə varmağın – balığın iylənmiş başını kəsməyin – N.Bəşirovanın məsuliyyətə cəlb olunmasının tərəfdarı deyil. Prokurorun tərəddüdünə əsas səbəb isə sözsüz ki, bu mövzuda qələmə aldığımız əvvəlki yazılarda qeyd etdiyimiz N.Bəşirovanın yüksək mənsəbli havadarları, himayədarlarıdır.
İndi isə Beyləqan RMX-da cövlan edən başqa növ qanunsuzluqlardan bəhs edəcəyik. N.Bəşirovanın rəhbərlik etdiyi müəssisədə yürütdüyü kadr siyasəti əsla işçilərin peşəkarlığına və başqa vacib tələblərə hesablanmayıb. Burada əsas meyar korrupsiya və qohumbazlıqdır. Təsəvvür edin, direktorun həkim kimi işə götürdükləri şəxslər Ukrayna ali məktəblərinin qiyabi oxumuş məzunları, tibb bacısı kimi işə qəbul etdiyi adamlar isə kollec deyil, peşə deyil, 3 aylıq, 6 aylıq kursları bitirən, diplom deyil, sertifikat almış gənc qızlardır.
Həkimlər bir yana dursun, biz bilirik ki, tibb bacılarına verilən tələblər əsıla az deyil. Onlar həm aidiyyəti üzrə lazımi ixtisas biliklərinə yiyələnməli, həm də xəstələrlə xoşrəftar olmağı, sözün əsl mənasında “şəfqət bacısı” olmağı bacarmalıdırlar. Aydın məsələdir ki, orta məktəbi 3-6 ay qabaq bitirmiş qız uşaqlarında bu keyfiyyətlər ola bilməz. Xəstəxanada direktordan görüb-götürdükləri isə nümunə sayıla bilməz.
Ukrayna ali təhsil müəssisələrinin, o cümlədən tibb təhsili verən universitetlərinin müharibəyəqədərki fəaliyyətini, orada verilən savadın səviyyəsini pisləmək fikrimiz yoxdur. Amma hamı bilir ki, diploma yiyələnmək xatirinə Azərbaycandan adını Kiyev, Xarkov universitetlərinə və digərlərinə yazdırıb ildə bir dəfə gedib-qayıdanların həkimlik sənətinə, ixtisas bilgilərinə qənaətbəxş dərəcədə yiyələndiyinə inanmaq sadəlövhlük olar.
Digər bir məsələ Beyləqan rayon mərkəzi xəstəxanasında personal üzvlərinə havayı verilməli olan uniformaların onlara 30-40 manatdan satıldığı barədə iddialardır. Bir sözlə, N.Bəşirovadan söz düşəndə beyləqanlıların yadına “Mozalan” satirik kino-jurnalının epizodlarından birində xalatını tərsinə geyinmiş, normadan böyük cibləri xalatın astar tərəfində qalan təzə, zəhmli baş həkim düşür. Onun haqqında şikayətlər, toplanmış materiallar isə rayon prokurorluğunda obyektiv araşdırılmadığından, narazı adamlar üzlərini Baş Prokurorluğa tutublar. Gözləyək, görək nə olur!
Realmedia.az
Ramin Məhəmmədoğlu

 
 
 
Ardını oxu...
Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi - iş adamı-sahibkar İsmayılov Ağasəf İslam oğlu bildirir ki, təsisçisi olduğu "Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı, cavabdehlər - MMC-nin: direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğluna, MMC-nin iştirakçıları: Həmidov Bürhan Əhməd oğluna və Hacıyev Namiq Gülosman oğluna qarşı iddiası üzrə hazırda Sumqayıt Kommersiya Məhkəməsində 2-2(119)-41/2022saylı işə baxılır. Cavabdehlərin nümayəndəsi-vəkil Camalov Bəşir Əsgər oğlu Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı sübut kimi məhkəməyə təqdim etmişdir.
İddiaçı - “Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin tərtib etmiş olduğu həmin “Audit aktı”nda Cəmiyyətin maliyyə vəziyyəti ilə bağlı məlumatların bilərəkdən təhrif formada göstərməsini, həmçinin bilərəkdən yalan məlumatları, saxta rəqəmləri, şişirdilmiş göstəriciləri qevd etməklə cavabdeh tərəfin sifarişini yerinə yetirdiyini və bununla da sahibkarın qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərə Adıgözəl Musayevin yardımçı olduğunu, öz qulluq mövqeyndən sui-istifadə etməklə özbaşınalıq və vəzifə saxtakarlığı etdiyini, həmin şəxsərin özgənin əmlakını mənimsəmə, külli məbləğdə pul vəsaitinin vergidən gizlətməklə oğurlamalarını tərtib etmiş olduğu audit aktı ilə “ört-basdıq” etməyə cəhd etməsini bildirir.
Sahibka Ağasəf İsmayılov öz iddiasını onunla əsaslandırır ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun sifarişi ilə tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”ndan belə nəticəyə gəlinir ki, guya “Magna Trans” MMC-nin 2010-19-cu illər üzrə maliyyə-mühasibat hesabat sənədləri bütünlüklə auditora təqdim olunmuşdur və auditor guya audit yoxlaması keçirmişdir. Və Adıgözəl Musayev guya apardığı audit nəticəsində MMC-nin 2010-2019-cu illər fəaliyyətində heç bir nöqsan açkar etməmişdir.
Məsələ bundadır ki, “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev və MMC-nin digər iki iştirakçıarı: Bürhan Həmidovla Namiq Hacıyev Ağasəf İsmayılovun təsisçisi olduğu “Magna Trans” MMC-nin əmlakını ələ keçirib sənədləri saxtalaşdırma yolu ilə satıb, pullarını da mənimsədikləri üçün, 2019-cu ildən başlayaraq, 3 ildən artıq bir müddətdir ki, çoxsaylı qanuni tələblər etmiş olsa da onaheç bir sənəd vermirlər, özləri isə gizlənirlər və nümayəndələri-vəkil Başir Camalovu irəli vermişlər.
Onların hər üçünün bu və digər qeyri-qanuni, özbaşınalıq hərəkətlərinə görə, Ağasəf İsmayılovun iddiasına əsasən, Abşeron rayon Məhkəməsi 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli qətnamə ilə, "Magna Trans" MMC-nin bütün dövrlər üzrə təsərrüffat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İsmayılov Ağasəf İslam oğluna verilməsi vəzifəsi cavabdehlər: "Magna Trans" MMC-nin, "Magna Trans" MMC-nin direktoru (qanuni təmsilçi) Mirzahid Ağayevin, "Magna Trans" MMC-nin iştirakçıları: Bürhan Həmidovun və Namiq Hacıyevin üzərinə qoyulmuşdur.
Hər üç şəxs Qətnaməni icra etməkdən qəsdən yayınırlar.
Abşeron rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19.02.2021-ci il tarixli İcra sənədinin icrası ilə bağlı, Nərimanov rayon İcra şöbəsi 29.07.2022-ci il tarixdə Bürhan Həmidovun, Abşeron rayon İcra şöbəsi isə 05.08.2022-ci il tarixdə Mirzahid Ağayevin barəsində axtarış elan etmişdir. Namiq Hacıyevin haqqında isə Göyçay rayon İcra şöbəsində icra sənədi icra edilir.
Sahibkar Ağasəf İsmayılov bildirir ki, belə bir vəziyyət mövcud olduğu halda, sual yaranır ki, doğrudanda, sərbəst auditor Adığzəl Musayevin tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı auditora təqdim edilməsi göstərilən bütün sənədlər varsa və bu maliyyə-mühasibatlıq sənədləri sərbəst auditor Adıgözəl Musayevə təqdim olunubsa və o, apardığı audit yoxlaması nəticəsində “Magna Trans” MMC-nin fəaliyyətində heç bir çatışmamazlıq aşkar edilməyibsə, bəs onda niyə hər üç cavabdeh şəxs təsisçi Ağasəf İsmayılovun tələb etdiyihesabat sənədlərini verməmək üçün, məhkəmələrqarşısında qalırlar, vəkil tuturlar, müxtəlif qurumlarda-idarələrdə özlərinə himayədar axtarıb-tapıb müdafiə olunmğa cəhd edirlər?
Hələ bu azmış kimi, məhkəmə hakimlərinin qanuni qərarlarından çoxsaylı əsassız və məntiqsiz şikayətlər edirlər, auditorlara, ekspertlərə, digər mütəxəssislərə “adam tapıb” saxta sənədlər sifariş edirlər?
"Magna Trans" MMC-nin: direktoru (qanuni təmsilçi) Mirzahid Ağayev, iştirakçılar Bürhan Həmidovla Namiq Hacıyev “audit yoxlaması” keçirmək üçün, sərbəst auditor Adıgözəl Musayevə guya təqdim etdikləri sənədlər mövcud olsaydı, dərhal heç olmasa həmin sənədlərin kserosurətlərini gətirib Ağasəf İsmayılova verərdilər, ta aylrla-illərlə didərgin düşüb gizlənməzdilər və axtarışa düşməzdilər.
İş adamı Ağasəf İsmayılov bildirir ki, sadə məntiqlə əsaslandırılan bu fikir, külli miqdar məbləğlə ölçülən onun və dövlət büdcəsinə ödənilnməli olan pul vəsaitini talamış hər üç şəxs cinayət məsuliyyətindən qurtulmaq üçün, dövlət və digər aidiyyəti qurumlarda özlərinə “arxa” axtarırlar, onlarla sövdələşib cinayət əlaqəsinə girirlər, özlərinin bir sıra çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər.

Daha sonra iddiaçı Ağasəf İsmayılov ki, Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”onun saxtakarlıq etməsi bir çox sənədlərlə, ən başlıcası isə, aşağıda göstərdiyi beş sənədlə sübuta yetirildiyini bildirir:
1-2). Təsisçi Ağasəf İsmayılovun 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğin və 06.07.2012-ci il tarixdə 381436 ABŞ dolları məbləğin “Magna Trans” MMC-nin bank hesabına ödəməsini təsdiqləyən “PAŞA Bank” ASC-nin 13.09.2020-ci il tarixli “Hesabından çıxarış” sənədinin (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906) mənkəmə işində olması,
3). Dəyəri 2.600500,00 manat olan ”Magna Trans” MMC-nin 21 ədəd avtobusunu 2014-15-ci illərdə sənədləri saxtalaşdırmaqla satılmasına dair 21 ədəd alqı-satqı müqaviləsinin, 21 ədəd nəqliyyatın qeydiyyatı şəhadətnamələrnin ləğv edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 2(008)-2435/2021 saylı Qətnaməsinin olması;
4). “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı: direktoru Mirzahid Ağayevin, iştirakçıları Bürhan Həmidovla Namiq Hacıyevin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(008)-2435/2021 saylı Xüsusi Qərardadı Baş Prokurorluğa göndərməsi;
5). “Magna Trans” MMC-də bir qrup şəxsin talançılıq, mənimsəmə, pul vəsaitini hesabatdan gizləyib-oğurlama və sairə cinayət əməlləri barədə şikayəti üzrə hazırda Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2. maddəsi ilə, 210050957 saylı cinayət işinin istintaq edildiyini və MMC-nin direktor müavini Ramil Xəlilovun təqsirkar şəxs qismində istintaqa cəlb edilməsi faktları olduğu halda, sərbəst auditor Adıgözəl Musayevin “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti barədə “audit yoxlaması” keçirməsi və tərəfindən heç bir çatışmamazlığı “aşkar etməməsi” barədə tərtib edib imzaladığı 06.10.2021-ci il tarixli sənəd heç bir halda “Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinin həqiqiliyini əks etdirə bilməz.“Magna Trans” MMC-nin 2010-2019-cu illər üzrə maliyyə vəziyyətinə dair, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci il tarixli “Audit aktı”nda saxtakarlıq etməsi barədə, sahibkar Ağasəf İsmayılov 25 may 2022-ci il tarixdə Auditor Palatasının sədri Vahid Novruzova müraciət etmişdi.

İki aydan artıq müddət keçdikdən sonra, Auditorlar Palatasının idarə rəisi Elnur İbrahimovun imzaladığı, 29.07.2022-ci il tarixli məktubda ona cavab verilmişdir ki, “... yoxlama aparılan zaman auditor Beynəlxalq Audit Standartlarına müvafiq olaraq “Magna Trans” 2010-19-cu illər üzrə gəlirlərinin, xərclərinin, bölüşdürülməmiş mənfəətinin və elan edilmiş dividentlərin müəyyən edilməsinin auditini aparmışdır. Audit zamanı, auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etmədiyinə baxmayaraq auditin keyfiyyəti baxımından o əhəmiyyətli hesab edilmir.” 2 aydan sonra yazılmış cümlədən yaranan fikirdən, məsələyə Palatanın münasibətinin səviyyəsi özünü biruzə verir.
Məktubda göstərilən “auditor Beynəlxalq Audit Standartlarının tələblərinə tam əməl etməməsi”nə aydınlıq gətirməklə geniş izahat verilməsi üçün, 12.08.2022-ci il tarixdə yenidən Auditorlar Palatasına tərəfimdən müraciət etmişdir. Lakin, təəssüflər olsun ki, həmin idarə rəisi bildirir ki, Palata sədri məzuniyyətdə olduğu üçün, cavab məktubunu imzalayan yoxdur, gözləyirik ki, sədr məzuniyyətdən qayıtsın. Əslində isə bu bir bəhanədir. Çünki, Auditorlar Palatası sərbəstauditorunun saxtakarlığına don geyindirməyə çətinlik çəkirlər.
Ona görə ki, Auditorlar Palatasının sərbəst auditoru Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nın (səh.15) nəticə hissəsində, “Magna Trans” MMC-nin - “2010-19-cu illər üzrə yekun bölüşdürülməmiş mənfəət – 85179,41 manat” göstərməsi onun vəzifə saxtakarlığı etməsinəbirbaşa sübutdur.
Bir daha qeyd olunur ki, Kommersiya Məhkəməsinin 2-2(119)-41/2022 saylı iş materiallarının 1-ci cildinin 124-136-cı səhifələrində “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-dən verilmiş 13.09.2021-ci il tarixli Bank Hesabından Çıxarışdan açıq-aydın görünür ki, təsisçi Ağasəf İsmayılov tərəfindən 29.06.2012-ci il tarixdə 71000 ABŞ dolları məbləğində, 06.07.2012-ci il tarixdə isə 381436 ABŞ dolları məbləğində pul “Magna Trans” MMC-nin “PAŞA Bank” ASC-də olan hesabına (İBAN: AZ 12 PAHA 0000 0000 0000 1001 3906)ödənilmişdir.
Bu “mütəxəssis” Adıgözəl Musayevin tərtib etmiş olduqğu “audit aktından” belə nəticəyə gəlinmişdir ki, sitat: “..."Magna Trans" MMC-nin 2010-2019-cu illər üzrə bütün növ maliyyə təsərrüfatı və mülki dövriyyəsi nəticəsində əldə edilmiş (qazanılmış) xalis mənfəətdən Cəmiyyətin üç iştirakçısının (təsisçisinin) payına uyğun dividend aşağıda göstərildiyi kimi təşkil edir: ...bölüşdürülməmiş mənfəət cəmi - 85179,41 manat”
Təsisçi Ağasəf İsmayılov icə bildirir ki, yəni, 10 il üçün hər üç təsisçinin hər birinə ödəniləcək dividend – 28393,14 manat?
10 il müddətdə, ildə 365 gün 16-18 saat durmadan sərnişindaşıyan 79 ədəd avtobusun hər biri bir gün ərzində cəmi 29 – İYİRMİ DOQQUZ qəpik gəlir vermişdir?Yən hər bir təsisçiyə gündə 9 - DOQQUZ qəpik?
Bir toyuq yumurtasının yarı qiymətində?
Musayev Adıgözəl Maqsud oğlunun tərtib etmiş olduğu 06.10.2021-ci i tarixli “Audit aktı”na əsasən, dəyəri 185.000,00 ABŞ dolları olan Bakı-Astara-Bakı avtobusu 2010-2019-cu illər boyu hər bir sutka ərzində 0,29 manat gəlir vermişdir.
Başda Auditorlar Palatasının sədri Vahid Novruzov olmaqla, Palatanın neçə əməkdaşı bu “NƏTİCƏ”yəinanır? Yaxud inanırmı? İnanmış olsaydılar, 4 ay ərzində vətəndaşın müraciətinə cavab verərdilər.
İş adamı Ağasəf İsmayılov isə bildirir ki, təsisçisi mən olduğum, özüm qurub-yaratdığım Cəmiyyətin maliyyə-mühasibatlıq hesabat sənədlərini mənə verməmək üçün, 2019-cu ildən indiyə kimi məndən gizlənənlər, hazlrda isə yaşayış yerləri üzrə İcra şöbələri tərəfindən axtarışları elan edilənlər: direktor Mirzahid Ağayevlə həmtəsisçi Bürhan Həmidov, və digər həmtəsisçi Naniq Hacıyev, həmçinin tələb etdiyim sənədləri mənə təqdim etməmək üçün, onların nümayəndəsi-vəkil Bəşir Camalovun, əsaslı və qanuni iddiama-tələbimə qarşı 3 il müddətdə çoxsaylı məhkəmələrdə məntiqsiz və əsassız etirazlar yazdığı halda və xüsusən də Cəmiyyət yaranandan, yəni 11 il ərzində 1-cə dəfə də olsun belə audit yoxlaması keçirmədikləri halda, necə olur ki, bu şəxslər, qəflətənvə gizlin “audit yoxlamsı” sifariş edirlər və Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayevin həmin 06.10.2021-ci il tarixli “audit aktını” məhkəməyə təqdim edib özlərinə bəraət almağa cəhd edirlər.
Belə çıxır ki, istənilən şəxs, özgənin əmlakını ələ keçirib, talan etdikdən sonra gizlindən “audit aktı” sifariş edib “təmizlik kağızı” təsdiqlətdirib cinayət məsuliyyətindən yaxasını qurtara bilər?
Təsisçisi olduğum “Magna Trans” MMC-ni talayıb külli miqdarda əmlakını mənimsəməklə, vergidən yayınmaqla dövlət büdcəsinə də milyonlarla manat məbləğdə zərər vurmuş şəxslərin, Auditorlar Palatasında sərbəst auditor Adıgözəl Musayevin şəxsində özlərinə “arxa-dayaq” taparaq, istədikləri saxta sənədi sifariş etməklə, cinayət məsuliyyətindən yayınmağa cəhd etmələri korrupsiyalaşmış, dayanaqlı bir dəstə üzvünün Auditor Palatası kimi mötəbər qurumda lövbər saldığının əlaməti deyilmi?Auditorlar Palatasının sərbəst auditoru Adıgözəl Musayev tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nda qəsdən yalan məlumatları göstərərərk saxtakarlıq etməklə qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla bərabər, ona xüsusilə külli miqdarda maddi ziyan vurmuş şəxslərin sifarişlərini yerinə yetirərək, öz qulluq mövqelərəindən sui-istifadə etməklə vəzifə vəzifə saxtakarlığı, özbaşınalıq və digər cinayətləri törətmişdir.
Auditorlar Palatasının rəhbərliyi susqunluq mövqesini dayandırıb, sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlunun tərtib etdiyi 06.10.2021-ci il tarixli “Audit aktı”nı nəzarət qaydasında yoxlamasını təşkil etməklə qara ləkəni Palatanın üzərindən götürməlidir.
Onu da əlavə edəki ki, sahibkar Ağasəf İsmayılov faktla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir.
Sozcu.info
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nə sakinlərin narazılıqlarına, nə də mediada haqqında bəhs edilənlərə məhəl qoymayan "arxayın" rəhbərliklərdən biri də Xətai rayon İcra Hakimiyyətidir.

Mediada "yaşıllıq qənimi" kimi tanınan rayon rəhbəri Rafiq Quliyevin başı "ən gəlirli sahə"lərdən biri olan ağac kəsiminə qarışdığından, rayonunun təmizliyinə nəzər salmağı tamamilə "unudub" deyəsən. Odur ki, nəinki köhnə küçələr, hətta yeni asfaltlanmış küçələr belə zir-zibil, kol-kos içindədir.

"Asfaltlanmış" demişkən, bir neçə ay əvvəl əməkdaşlarımızın Facebook hesabında "8 noyabr" (keçmiş Nobel) prospektində, 59 saylı tam orta məktəbin ətrafındakı bəzi küçələrin bərbad vəziyyətini izləyicilərimiz yəqin görmüş olarlar. Hansı ki, həmin küçələr "çala -çuxur" olmaqdan əlavə natəmiz görüntüləri və günlərlə qurumayan qrunt suları ilə də diqqət çəkirdi. Sonra, həmin küçələrə asfalt döşəndi. Sözügedən küçədə asfalt döşənərkən, kanalizasiya quyularının qapaqlarının üzəri də örtüldü. Aradan bir neçə gün keçdikdən sonra, yenidən qapaqların üzərinə döşənmiş asfalt qazıldı və qapaqlar üzə çıxarıldı. Əvəzində yeni döşənmiş asfalt örtüyü bərbad görünüş aldı.
Bu da həmin küçənin hazırkı görüntüləri.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Hələ Hacıbala Abutalıbovun mer olduğu zamanlar milli "KVN"çilərimizin bir tamaşası var idi.
Deyir, "Hacıbala müəllim, axı "luk"lar asfaltın altında qalacaq".
Hacıbala müəllim cavab verir ki, "Eybi yox, indi yolu çəkək, sonra biz onları qazıb çıxararıq, sonra yenidən asfalt çəkərik."

Ardını oxu...

Görünür, mer dəyişsə də, Bakı üçün tətbiq etdiyi "qaydalar" hələ də dəyişməyib.

Hələ, siz bir də "8 noyabr" (keçmiş Nobel) prospektinin sağında-solunda açıq qalmış bir neçə kanalizasiya quyularına baxın.

Ardını oxu...

Bundan əlavə, prospekti boyunca avtobus dayanacaqlarında zibil qablarına rast gələ bilməzsiniz.

Əlqərəz...

Hər kəsə məlumdur ki, İcra başçısı olmazdan əvvəl bir neçə müxtəlif dövlət idarələrində, müxtəlif vəzifələrdə çalışan Rafiq Quliyevin bundan əvvəlki son iş yerinin Xətai rayon İcra başçısının müavini, sonra birinci müavini olub.

Elə o zamanlar da, indi də Xətai rayonunun müxtəlif ərazilərində yaşıllıq zolaqları yavaş -yavaş məhv edilir, yerində biznes məqsədli iaşə obyektləri tikilir. Təbii, bütün bunlar da yalnız Xətai rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xeyir -dua"sı ilə baş tutur.

İndi də növbəti "gözaltı" edilən ərazi Xətai rayon İzzət Orucova küçəsində, "Salam-Aleykum" restoranının arxasındakı bir neçə sotluq ərazidir.

Xətai rayon sakinləri yaxşı xatırlayır ki, həmin ərazi sıx zeytunluq idi. Birdən -birə hansısa "naməlum qüvvələrin" təsiri ilə zeytun ağacları kütləvi şəkildə qurumağa başladı. Quruyan ağacların çoxu kəsilib ərazidən daşındı. Amma, bir qismi hələ də həmin ərazidə qalır. Bundan əlavə hasarın yanında az sayda qalmış ağaclar da günü-gündən quruyur.

Yeri gəlmişkən, bir neçə ay əvvəl "DogruXeber.az" informasiya portalında və "Kanal14' YouTube kanalımızda həmin ərazidə lentə aldığımız görüntüləri diqqətinizə çatdırmışdıq və bildirmişdik ki, "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müfəttişi bizə həmin torpaq sahəsi bir zamanlar Viktor Yuşşenko Azərbaycana gəldiyində, ölkə başçısı tərəfindən Ukrayna səfirliyinə hədiyyə edilib.".



Əvvəla, hələ orda heç bir səfirliyin binası yoxdur. Heç tikintisinə belə başlanılmayıb. Heç ümumiyyətlə müfəttişin bu cavabının doğru olub-olmadığı belə məlum deyil. Lakin, ortada real görüntü var - Ağaclar kütləvi şəkildə qurudu, bəziləri elə yerindəcə yanmış vəziyyətdə qalır, bəziləri kəsilib aşırılıb, hələ də ərazidədir. Məişət tullantılarından da ki, danışmaq belə adamda narahatlıq, gərginlik yaradır. Belə çıxır ki, Azərbaycanın paytaxtı Bakı şəhərində, Xətai rayonunda belə bərbad, iyrənc göründülərin aradan qaldırılması üçün Ukraynanın orada səfirlik tikməsini gözləməliyik?!

Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən ərazinin çox yaxınlığında bir neçə böyük hotellər və Kilsə yerləşir. Yəni, belə çıxır ki, ölkəmizə gələn turistlərin düz gözlərinin önündə olan bir neçə sotluq ərazinin təmizliyini Xətai rayon İcra Hakimiyyəti Ukrayna ölkəsinə "igəşir"?!

Bundan əlavə, həyətlərdən, yaşayış evlərinin düz üstündən keçən yüksək gərginlikli elektrik xətlərini görəndə, Xətai rayonunda, xüsusilə Həzi Aslanov qəsəbəsi və "Kənd Əhmədli" deyilən ərazidə yaşayışın hansı qaydalarla tənzimlənərək salınması da müxtəlif şübhələr doğurur.

Xətai rayonunda, "SOCAR"a məxsus ərazidə belə boru xəttinin düz yaxınlığında belə yaşayış evləri tikilib və hazırda yaşayış var.

Hazırda da bəzi qanunsuz tikililərin inşası davam etdirilir ki, bu barədə də növbəti yayımızda görüntüləri ilə birlikdə diqqətinizə çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...

Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunan İldırım Alıyevin yaratdığı etiraz dalğası böyüməyə davam edir.
Bu barədə Region Tv-yə müraciət edən Tərtər rayon sakinləri danışıb.
Şikayətçi sürücülərin sözlərinə görə, İldırım Alıyev vəzifəyə gəldiyi gündən rayonun bir çox kəndlərində çaxnaşma yaranıb.
Belə ki, dövlər qanunlarının sıradan çıxarılması nəticəsində sürücülərdən külli miqdarda rüşvət alınıb, üstəlik hədə-qorxu yolu ilə qayda pozuntusu qeydə alınan avtomobillər girov götürülüb.
Kənd sakinləri müraciətlərində sürücülər arasında ayrı-seçkiliyə yol verildiyini qeyd ediblər.
Şikayətçilərin iddialarına görə, polis əməkdaşlarının yol verdiyi qanunazidd hərəkətlərin bir çox sübutları kənd sakinləri tərəfindən foto yaxud video şəklində toplanılıb.
Mövzu ilə bağlı daha ətraflı videosüjeti təqdim edirik:

 
 
Ardını oxu...
İdman Akademiyasına mühəndis-texnoloq, politoloq (maşallah ixtisasları da həmqafiyədir) rəhbərlik eləyəndə Azərbaycanı da beynəlxalq yarışlarda Sotomoyor təmsil etməlidir

Azərbaycanda idman sahəsinə dövlət səviyyəsində göstərilən diqqət hər zaman üst səviyyədə olub. İdmanın inkişafı üçün bütün şərait yaradılıb-ən müasir komplekslər, stadionlar, bütün rayonlarda olimpiya mərkəzləri və təbii ki, böyük məbləğdə vəsaitlər. Bütün bunların qarşılığında düşünmək olar ki, idmançılarımız beynəlxalq yarışlarda medal qoymayıblar, hamısını ölkəmizə gətiriblər. Amma “halva, halva” deməklə ağız şirin olmadığı kimi müasir idman kompleksləri tikməklə də qalib olmaq olmazmış.

ƏCNƏBİLƏRİN ÜMİDİNƏ QALMIŞ İDMANIMIZ

Son illər beynəlxalq yarışlarda ölkəmizi daha çox əcnəbi idmançılar təmsil edirlər. Əcəba bəs dövlətin sərf etdiyi milyardlar hara getdi, məgər bizm özümüzün bir layiqli idmançımız yoxdur ki, əcnəbilərin umuduna qalmışıq? Elə son olimpiya oyunlarında da komandamızın zəif göstəriciləri dediyimizin sübutudur.
Bu sahəyə bilavasitə məsuliyyət daşıyan Gənclər və İdman nazirliyinin fəaliyyətsizliyi xüsusilə qeyd olunmalıdır. Regionlarda idman komplekslərinin qapısı bağlıdır, yeni nəsil idmançıların yetişməsi üçün tədbirlər görülmür.

Ölkəmizdə həm də qosqoca Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyət göstərir. Media üzərindən qısaca bir araşdırma aparsaq, Akademiyada hansı vəziyyətin hökm sürdüyünün şahidi olarıq. Akademiyada rüşvətin və korrupsiyanın at oynatdığı barəsində internet portallarında təkzib olunmamış kifayət qədər məlumatlara rast gəlmək olar.

AKADEMİYANIN ŞÜBHƏLİ TENDER ƏMƏLİYYATLARI

İlk öncə ondan başlayaq ki, idmanla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, əsl ixtisası “yeyinti” olan, daha sonra politoloq ixtisasına yiyələnən rektor Fuad Hacıyevin fəaliyyəti əsas ixtisasından o tərəfə keçmir. Sadəcə bir faktı qeyd edək ki, Akademiyanın yeməkxanasının təmirinə 3 dəfəyə 340 min manat vəsait ayrılıb. Elə bu əməliyyatdan həqiqətən də yeməkxana iyi gəlir. Şübhəli tender əməliyyatları ilə rektor özünə yaxın şirkətlər vasitəsilə akademiyaya ayrılmış pulları özü bildiyi kimi sərf edir.
Akademiyaya rektor təyin olunandan sonra peşəkar kadrları vəzifədən uzaqlaşdıran F.Hacıyev idmana aidiyyatı olmayan şəxsləri iş başına gətirib. Təbii ki, bütün bunların tədrisin keyfiiyyətinin aşağı düşməsinə, hərc-mərcliyin yaranmasına səbəb olur.
F.Hacıyevin rektorluğun və elmi şuranın iclaslarını da keçirməyə ehtiyac görmədiyi bildirilir. Vaxtının çoxunu xarici ölkələrdə keçirən şəxsin təbii ki, elmi şura keçirməsi də mümkünsüzdür. Akademiyada maddi maraqlar uğrunda baş verən daxili intriqalar təhsilin keyfiyyətini, universitetin reytinqini aşağı salmaqla bərabər, həm də son illər universitetin maddi-texniki bazasına və təmirinə yatırılmış milyonlarla manat dövlət vəsaitinin havaya sovrulması anlamına gətirir. Belə olmasaydı, akademiyanın qazandığı hər hansı uğurla bağlı xəbər tapılmadığı halda rektorun 1 milyonluq mülkü, 440 minlik avtomobili ilə bağlı yetərincə təkzib olunmamış informasiyaya rast gəlmək olar. Beləcə, dövlətin idman siyasəti qeyri- peşəkar məmurlar tərəfindən yerlərdə sürünür, peşəkar idmançılar yetişdirmək əvəzinə bahalı mülklər, maşınlar əldə olunur. Neyləməli, idman akademiyasına mühəndis-texnoloq, politoloq (maşallah ixtisasları da həmqafiyədir) rəhbərlik eləyəndə Azərbaycanı da beynəlxalq yarışlarda Sotomoyor təmsil etməlidir.
Rubrika.Az
 

Dünyapress TV

Xəbər lenti