Ordubaddan yazırlar (nöqtə-vergülünə toxunmadan yayımlayıram): Salam. Hər vaxtınız xeyir Heydər müəllim. Naxçıvan haqqında həqiqətləri üzə çıxardığınız üçün sizə minnətdarıq. Əsas odur ki Naxçıvan insormasiya blokadasından çıxdı. Qorxu hissi aradan qalxdı. Sizə təşəkkür edirik. Ama bir məsələ də var ki yerli rayon icra hakimlərinin bəziləri hələ də özlərini ağa hesab edirlər. TEREF.AZ yazır ki, bu cümlələr ovqat.com saytının baş redaktoru Heydər Oğuza göndərilmiş şikayət məktubundandır.Şikayət məktubunda daha sonra yazırlar: Bu qədər tənqidlərə baxmayaraq hələ də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov müəllimləri və digər idarə işçilərini zorla iməclik adı altında işlədir. 27-29 noyabr tarixlərində Elşad müəllim yenə o idarə işçilərini və müəllimləri iməclik adı ilə Xanağa kəndində işlədirdi. Özü də məcbur edir ki məktəblər otbiçən almalıdır. Özü də öz vəsaitləri hesabına. Əlavə də əkin tikin alətləri olmalıdır. Sanki bu belə olmalıdır. Ümumiyyətlə harda tikinti işi var Elşad müəllim bütün yaşıllaşdırma və budama işlərini müəllimlərə və idarə işçilərinə gördürur. Çünki Tikinti İdarəsinin rəisi olan Əkrəm adlı şəxslə əlbir olub yaşıllaşdırma və abadlaşdirmaya ayrılan pulları mənimsəyir. Bu necə illərdir belədir və davam edir. Təsəvvür edin ki müəllim əlində bel, dimiriq yol təmizləyir, zibil yığır. Bu nə deməkdir? Bəs onun təhsil verdiyi şagird ona nə qiymət verər? O sabah sinifdə necə tədris apara bilər? Şagirdə oxu deyəndə cavab verir ki oxuyub sizin kimi yollarda zibil yigacam? Bax bu müəllimə əsil təhqirdir. Peyğəmbərimiz elmi, biliyi, müəllimi müqəddəs hesab etdiyi halda bu icra başçıları müəllim adını alçaldır. İdarə işçilərinə kölə kimi baxır. Teref.az yazır ki, şikayətçilər Heydər bəyə rayonda su idarəsində baş verən korrupsiyadan və özbaşınalırdandan şikayətlənərək yazırlar: Rayonun su problemi başdan aşır. Çünki rayonda Vilayət adlı yalançı, fırıldaq, yaltaq bir adam su idarəsinə rəhbərlik edir. Vilayət müəllim işlədiyi müddətdə rayona toy tutdu bu dəyqə də suvarma sistemi bərbad haldadır. Prezidentin ayırdığı vəsaiti yedilər. Köhnə borularla guya rayona su çəkdilər. Bir ara Vilayət müəllim boruları satarkən də polislər tərəfindən saxlanılmışdır. Bunu eşidən oğlu Taleh birbaşa rayona gəlib məsələni həll etdi. Çünki oğlu Bakı tərəfdə yerləşən rayonların birində prokurorluq orqanında işləyir. Bundan sonra da Vilayət bu əməllərindən əl çəkmədi. Necə deyərlər kəndxudani gör kəndi çap. Axı satılan borulardan icra başçısı Elşad Məmmədovun da payı var. Ona görə də bunlara göz yumur. Əlavə də əkin vaxtı xalq əkin suyundan vaxtında istifadə edə bilmir. Çünki Elşad Məmmədov Dəstə kəndindən olan , Naxçıvan MR Ali Məclisinin deputatı Tofiq Babayevlə əlbir olub həm bələdiyyə həm də müxtəlif şəxslərə məxsus torpaqları mənimsəmişlər və orda taxıl əkini aparırlar. Ləqəbi Deputat Tofiq olan bu şəxs həm də bələdiyyə sədridir və zorla özünü deputat secdirmisdir. Daha doğrusu sifarişli seçilmişdir. Axı bilirsiz Xan həzrətləri kimi desə o deputat olmalıdır. Çünki kənar namizədin deputat seçilməyib aqibətini həmin universitet müəllimi yaşamışdır. Ona görə də hörmətli Heydər müəllim. Bu hələ Ordubad rayonunun dərslərinin az bir qismidir. Araşdırsalar nə qədər maliyyə və qanun pozuntuları olduğunu bilərlər. Teref.az olaraq şikayət məktubunda toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dəırc edə bilərik! Teref.az