Ardını oxu...
Azərbaycanda tutulan məmurların, varlıların həbsxanalarda pul gücünə, müalicə müəssisələrində rüşvət hesabına lüks şəraitdə qalması təəccüb doğuran hal deyil. Ölkədən beşikdən qəbirə qədər rüşvət varsa, deməli, türmələrə də ayaq açması məntiqlidir. Misal üçün keçmiş MTN generalı Akif Çovdarovdan tutmuş sabiq səhiyyə naziri Əli İnsanova qədər, eləcə də digər həbs görmüş məmurların, icra başçılarının komfort şəraitdə, kurorta bənzər hücrələrdə həbs çəkdiyini eşitmişik.
Bura daxildir: telefondan istifadə, televizor, müasir hamam şəraiti, hətta trenajor zalı, hovuz, bir sözlə, kefin istəyən xidmət…Sanki həbsdə yox, Antalyadasan və qətiyyən səni darıxmağa, özünü dustaq kimi hiss etməyə qoymurlar. Lakin demə, bu lüksü pulu olan hər kəsə tanıyırlar, təkcə korruspioner məmurlara yox!
Cumhuriyyet.az-a verilən məlumata görə, bir mənzili bir neçə adama satdığı üçün dələduzluq əməli ilə həbs edilmiş “Sahil – s İnşaat” MTK-nın vəzifəli şəxslərindən biri olan Pənah Kərimov da yenidən həbsə qaytarıldıqdan sonra bu imkanlardan yararlanır.
Məlumata görə, 165 ailəni evsiz-eşiksiz qoymuş, pullarını mənisəmiş, hətta bir dəfə rüşvətlə ev dustaqlığına buraxılmasına nail olmuş, lakin Baş Prokurorluğun əsaslı protesti nəticəsində təzədən dörd divar arasında göndərilmiş Pənah Kərimov indi də özünə rahatlıq qurmağa başlayıb.
Onun pul hesabına guya səhhətində problem olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü xəbərləri gəlməkdədir. Şirkətin fırıldağının qurbanı olmuş sakinlərin əldə etdiyi xəbərə görə, Pənah Kərimov müalicə müəssisəsində özü üçün Bodrum kurortu qurub və kral kimi yaşamağa davam etməkdədir.
Təbii ki, bütün bunlar rüşvət sayəsində mümkündür və ölkədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hansı vəziyyətdə olduğunu gözlər önünə sərir. Yəni sən cinayət elə, vətəndaşların haqqını ye, 165 ailəni, onların övladlarının mənzil sahibi olmaq sevincini ürəyində qoy, sonra xəstəlik adı ilə müalicə müəssisəsində kef çək…
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan bilgilərə görə, Pənah Kərimov orada özünə əməlli-başlı oliqarx həyatı qurub: istədiyi vaxt mobil telefondan istifadə edir, isti suyu, çay-kofesi, yeyib-içməyi, lüks hamam-tualet şəraiti, hər cür qulluq, hər bir müalicə…
Hərçənd səhhətində hər hansı problem olmadığı deyilir. Görəsən, dələduz tikinti şirkətinin rəhbər şəxsi nə qədər rüşvət verib ki, ona belə şərait yaradılıb? Adətən Norveç, Danimarka kimi ölkələrdə, yəni az cinayətlər olan dövlətlərdə məhkumlara lüks şəraitli həbsxana şəraiti ilə təmin edirlər. Pənah Kərimov isə cənnəti burada tapıb.
Bununla bağlı MTK-dan mənzil almış sakinlər Ədliyyə naziri Fikrət Məmmədova müraciət ediblər. Onlar nazirdən xahiş edirlər ki, Pentensiar Xidmətə və aidiyyatı müalicə müəssisəsinə araşdırma aparılması üçün tapşırıq verilsin. Sakinlər qeyd edirlər ki, Pənah Kərimov Bakı İstintaq Tərcridxanasında saxlanılmalı, məhkəmənin hökmündən sonra ağır rejimli cəzaçəkmə müəssisələrindən birinə köçürülməlidir.
Sakinlər deyirlər ki, Baş Prokurorluq protest verərək onu həbsə göndərdikdə bir daha Pənah Kərimovun dələduzluğa yol verildiyi təsdiqlənib. Eyni zamanda, onu maraq müqabilində ev dustaqlığına buraxmış hakim barəsində də təftiş aparılır. Belə olan halda Pənah Kərimov kimi fırıldaqçı, saxtakar və dələduzluq etmiş şəxsin rüşvət qarşılığında yalandan özünü müalicə müəssisəsinə yerləşdirməsi mütləq araşdırma tələb edir.
Sakinlər nazir Fikrət Məmmədovdan, o cümlədən Pentensiar Xidmət rəhbərliyindən xahiş edirlər ki, təcili surətdə məsələ dəqiqləşdirilməlidir. Çünki Pənah Kərimovun kef içində olmağa mənəvi baxımdan heç bir haqqı çatmır. Əks təqdirdə, bu fakt Ədliyyə Nazirliyinin, onun nəzarətindəki Pentensiar Xidmətin, müalicə müəssisələrinin hansı gündə olduğunu, rüşvətə bulaşdığını ortaya qoymuş olacaq.
Bu ləkədən xilas olmaq üçün sözügedən şəxslə bağlı məsələ yoxlanılmalıdır. Sakinlər inanırlar ki, nazir Fikrət Məmmədov onların müraciətinə müsbət reaksiya verəcək. Müraciətdə deyilir: “Cənab nazir, Pənah Kərimovla Tale Alaverdiyev Yeni Günəşlidə tikilən binada bir mənzili 4-5 adama satmaqla dələduzluq etmiş şəxslərdir. Hər ikisi həbs edilib və istintaq gedir. Onlar böyük pullar mənimsəyib, insanları aldadıblar. Hazırda biz sakinlər öz gücümüz sayəsində problemlərimizi həll edirik. Həmçinin, Baş Prokurorluq və Prezident Administrasiyası da bizim müraciətlərə biganə qalmadı, üzləşdiyimiz qanunsuzluqlarla bağlı müvafiq addımlar atdılar. İndisə Ədliyyə Nazirliyindən oxşar addımı gözləyirik və ümid edirik ki, söylədiklərimiz əsasında Pənah Kərimovla bağlı araşdırma başlanacaq. Bu adam sanki həbsdə yox, evindədir. İstədiyi komfortla təmin edilib. Görəsən, onun “ala qaşına, gözünə aşiq olublar”? Hansı maraq qarşılığında onun telefondan istifadədən tutmuş digər xidmətlərə qədər istifadə etməsinə şərait yaradılıb? Sanki istirahətə yollanıb. Biz xahiş edirik ki, bu detal yoxlanılsın və dərhal istintaq təcridxanasına qaytarılması təmin edilsin”.

 

Ardını oxu...
 
Deputat Fəzail Ağamalının qızının rəhbərlik etdiyi uşaq bağçası ilə bağlı ittihamlar var. “Reportyor.info” xəbər verir ki, Mehriban Fərruxlu bu haqda sosial mediada paylaşım edib.
Onun sözlərinə görə, 4 yaşlı qızı Firəngizi yüz ölçüb bir biçdikdən sonra özəl bağçaların birinə getməsinə qərar verib: “Buta’ bağçasını tapdım. Allah mənim canımı alaydı körpəmi o məsuliyyətsizlərə əmanət etdiyim yerdə.
18 noyabr 2022 qızımı Fəzail Ağamalının qızı Günay Agamalının rəhbərlik etdiyi Buta bağçalarının Gənclik filialına apardım. Nəhayət 23 noyabr 2022 saat 15.21 də nəzarətsizlik ucbatından qızım ikinci mərtəbədə yerləşən yataqdan yerə yıxılıb ayağı sınıb və başı travma alıb. Günlərdir ki, susdum, dözdüm və məqsədim vardı Günay Agamalıdan məlum videonu əldə etmək üçün səbr etdim.Balam günlərdi zülm çəkir.Üç həftə gipsdə qalacaq ayağı. Bu məsuliyyətsizlər qanun qarşısında cavab versinlər”.
Videonu təqdim edirik:

 Reportyor.info
Ardını oxu...
"İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə."
(Napaleon)


DogruXeber.az: - O zaman, rəhbər işini asan bilib, rəhbər vəzifəyə gəlmək üçün varını-yoxunu satıb, filan qədər rüşvət verənlər üçün vəzifənin bu qədər önəmli olma səbəbi bəllidir.

Yox, biz kimisə "vicdansız" adlandırmırıq, sonucda hər kəsin özünün özündə gördüyü "bir miqdar vicdan"ı vardır. Amma, bu sözümüzlə siz də razılaşarsınız ki, hər kəs işini dürüstcəsinə icra edərsə, bu qədər şikayətçi vətəndaşlar olmaz.

"Şikayət" demişkən, ötən həftə "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Mingəçevir şəhər sakini Kifayət xanım Əliyeva Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdan gileyləndi.

Xanım bildirir ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Təmizlik İdarəsində 2 saylı Ərazi Xidmət sahəsində dalandar işləyir. O işlərini görmələri üçün lazım olan təmizlik və yuyucu vasitələrinin vaxtında və lazımi qədər verilmədiyindən, həmçinin əmək haqqının azlığından şikayətlənib.

Xanımın söylədiklərini aşağıdakı linkdə sizə təqdim edirik:



Xanımın söylədikləri arasında diqqətimizi ən çox çəkən İcra başçısının işçilərin şikayətinə aidiyyatı şəxslərə lazımi tapşırıqlar vermək yerinə, "Vaxtında vermirlər, siz də işləməyin" deyə alay edirmişcəsinə verdiyi reaksiyası oldu.

Qeyd edək ki, sakinlərinin icra başçısından narazı olduğu və bu barədə "DogruXeber.az"a üz tutanlar arasında Mingəçevir şəhəri də ön sıralarda yer alır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu tərəfindən

ŞİKAYƏT

Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur.
Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il orada taxıl əkirəm.
Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalırı.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik.
Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə vrilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır.
Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsamda heç bir tədbir görə bilməyiblər.
Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir.
09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək.
Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.
Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur.
Teref.az olaraq məktubda adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Məlum olduğu kimi, Naxçıvanlı iş adam Razi Orucovun atası İlyas bəy redaksiyamıza verdiyi açıqlamasında oğlunun 22 gün istintaq tədricxanasında saxlanılaraq Seymur Talıbovun sürücüsü Həsən Əhmədov və Mahir adlı təcridxana rəisi tərəfindən vəşhicəsinə döyüldüyünü iddia etmişdi.
Həsən Əhmədovu az-çox tanıyırsınız. Sürücülükdən əlavə Seymurun şilləvuranı olan bu şəxs həm də Ordubad rayon Polis Şöbəsinin Biləv kəndi üzrə sahə inspektorudur. Həyatında bir dəfə polis paltarı geyməməsinə və yəqin ki, Biləv kəndini düz-əməlli tanımamasına baxmayaraq, Ordubad polisləri arasında ən yaxşı maaş alması ilə tanınır.
Farslar demiş, xeyli xub. Bəs Mahir adlı təcridxana rəisi kimdir?
"Qara pişiy"in dediyinə görə, Mahir adlı bu şəxsin familiyası Hümbətovdur. O, Naxçıvanın İstintaq Təcridxanasının rəisi vəzifəsində çalışır.
Mahir Hümbətovu o vəzifəyə Cahan Holdinqin rəhbəri, el arasında "Siqaret" Vüqar kimi tanınan Vüqar Abbasovun qayni, Ədliyyə naziri Daşqın Rəhimov təyin edib. "Həftəbecər general" ləqəbi ilə məşhur olan Daşqın Rəhimovun qohumu və dostudur.
Naxçıvan Gestaposunun gilyotini sayılan Mahir Humbətov təsridxanaya salınan qurbanları döymək, söymək, ən müxtəlif işgəncələrə məruz qoymaq bacarığı ilə ad çıxarıb.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
Ölkəmizdə bəzi vəzifəli şəxslərin özlərinin və övladlarının dəbdəbəli həyat tərzi sürməsi adi hala çevrilib.

Azərbaycanda yüksək rütbəli məmurun oğlu Elmar İsmayılov sevgilisi ilə Türkiyədə əylənərək oliqarx həyat tərzi yaşayır.

Xatırladaq ki, sözü gedən oliqarx Elmar İsmayılov Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi İsmayılov Elgizin oğludur.
/xeberfakt.az/
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanda aparılan yoxlamalar zamanı Talıbovlar ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya” və “Cahan” holdinqlərin qaçaqmalçılıqla məşğul olduğunu müəyyən edib.

Dövlət Təhlükəsizliyi Xidməti Türkiyə hökuməti ilə əməkdaşlıq nəticəsində ortaya çıxardığı faktları açıqlayıb. Məlum olub ki, əvvəlcədən DTX tərəfindən Türkiyənin “Dilucu” gömrük orqanına sorğu göndərilib və oradan ötən il Naxçıvana daxil olan malların siyahısı alınıb. Türkiyədən keçən bu malların heç birinin Naxçıvanda qeydiyyata alınmadığı məlum olub.

Artıq xəbər verildiyi kimi, Naxçıvan Gömrük Komitəsinin sədri və müavini başda olmaqla, ümumilikdə Muxtar Respublikası Gömrük Komitəsinin on nəfərə yaxın əməkdaşı saxlanılıb. Bunların arasında Naxçıvan Dövlət Gömrük Komitəsinin və Şahtaxtı gömrük məntəqəsinin Maliyyə şöbəsinin rəisləri də var. O cümlədən, saxlanılanlar arasında AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşı Səbuhi Novruzovun da olduğu bildirilir.

Bu həbslər fonunda Naxçıvan MR-də yüksək vəzifə tutan məmurların qanunsuz əməlləri barədə redaksiyamıza çoxsaylı faktlar daxil olub. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovdur. Mənbənin sözlərinə görə, B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış. Bu şirkətlərdən biri Teymur Rzayevin rəhbərlik etdiyi və Naxçıvanın ən böyük ərzaq topdansatışı fəaliyyəti ilə məşğul olan "Ləzzət Qida Sənaye" MMC-dir. İddia olunur ki, Bəxtiyar İsmayılov bu şirkətdən hər ay 100 min manat alırmış.

İkinci şirkət kimi isə “Sirab MMC”-nin adı çəkilir. Mənbə iddia edir ki, bu şirkət hər ay Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə 50 min manat ödəməyə məcbur edilirmiş. Deyilənə görə, pulu hər ay şirkətin rəhbəri Teymur Rzayev şəxsən özü gətirib verirmiş.

Bundan əlavə, “Azersun” hər 10 min, Naxçıvan Pivə zavodu 20 min, yanacaq doldurma məntəqələri 50 min ödəyirmiş. Qalan müəssisələr, məsələn, çörək sexləri, dəyirmanlar, quşçuluq fabrikləri, mağazalar və s. toplamda hər ay 300 min manat rüşvət verməyə məcbur olub.

Mənbə deyir ki, Bəxtiyar İsmayılov yığılan vəsaitlərdən hər ay 50 min manat özünə götürür, qalan vəsaiti Muxtar Respublika rəhbərliyinə verirmiş.

Məlumata görə, topladığı sərvət hesabına Bəxtiyar İsmayılov “ərəb şeyxləri” kimi həyat sürür. O, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eynilə, paytaxtda da çox sayda obyekt aldığı bildirilir. Məsələn, Xətai metrosu yaxınlığında 300 min manatlıq evi, bahalı villası var. “Hətta saxladığı xanıma da Bakıda ev, maşın alıb. Hətta bunu bilən həyat yoldaşı onu bıçaqlamışdı”, - deyə mənbə vurğulayır.

Qeyd edək ki, Bəxtiyar İsmayılov 15 il Statiska Komitəsinin rəisi olub, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilib.
xeberfakt
 
Ardını oxu...
Prezident İlham Əliyev dəfələrlə hüquq mühafizə orqanlarının rəhbərlərinə ciddi tapşırıqlar verib ki, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.

Prezidentin hüquq mühafizə orqanları üçün əsl manifestə çevrilə biləcək bu nitqdən gözləmək olardı ki, bu müddət ərzində Azərbaycanın hüquq mühafizə orqanları özlərinə çəki-düzən verəcək və ölkə başçısının da dediyi kimi, ölkəmizdə sosial narazılığın bir nömrəli mənbəyini qurutmağa çalışacaq. Təəssüf ki, redaksiyamıza ünvanlanan şikayət ərizələri bu ümidi doğrultmur.

Şikayətçi, Yevlax rayon sakini, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan baş-leytenant Kamil Əsədovun müraciətindən belə anlaşılır ki, Azərbaycanda hüquqi özbaşınalıq təkcə məhkəmə orqanlarının ədalətsiz qərarları ilə məhdudlaşmır. Hətta bu ağır sınaqdan uğurla çıxan vətəndaşlarımız belə, öz hüquqlarını əldə edə bilmirlər. Azərbaycan dövləti adından qərar çıxaran, hakimiyyətin əsas qanadlarından biri olan məhkəmə hökmləri hansısa rayonun İcra və probasiya şöbəsi tərəfindən yerinə yetirilmir.

Şikayətçinin bildirdiyinə görə, onlara məxsus Yevlax rayonu Malbinəsi kəndində Camış ferması deyilən ərazidə Kəlbəcər rayonundan olan məcburi köçkünlər – Verdiyev Təhməz Əvəz oğlu və Məmmədov Valeh Əvəz oğlu qanunsuz olaraq məskunlaşıblar. Ərazini qanunsuz zəbt edənlər barəsində atam Əsədov Həsən Şükür oğlu tərəfindən Yevlax rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə şikayəti əsaslı hesab edib atamın xeyrinə (2(039)-311/2019 nömrəli və 8(039)-69/2022) hökm çıxarır. Hökmdən narazı qalan qarşı tərəf Apellyasiya məhkəməsinə üz tutur. Apellyasiya məhkəməsi də ilk instansiya məhkəməsinin hökmünü (8(107)-33/2022) qüvvədə saxlayır.

Bütün istansiya məhkəmələrinin hökmü eyni olur və əsl problem də bundan sonra başlayır.

Gəlin, Azərbaycanda məhkəmə hökmlərinin necə icra olunmasının hekayəsini şikayətçinin dilindən eşidək.
“Bu məhkəmə qərarını Yevlax İcra şöbəsinin rəisi Rəşad Əliyev və 1-ci dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov qəsdən icra eləmir və böyük ehtimalla qarşı tərəfdən “hörmət” görüb (iddia şikayətçiyə aiddir və KanalS.az-ın mövqeyini əks etdirmir – red.) ki, 3 ildir işi qərəzli şəkildə uzadıb oyun çıxardırlar. Açıq-aydın borcluya şərait yaradır ki, ərazidə məskunlaşmağa davam etsin.

Hara şikayət yazıramsa, xeyri yoxdur. Oktyabr ayında Ədliyyə naziri Fikrət Məmmədovun belə şəxsən qəbula düşüb görüşmüşəm, hamı söz verir ki, “nəzarətə götürəcəyəm”, amma 3 ildir borclular əlini, qolunu sallayıb gəzir, heç məhkəmə qərarını da tanımır. Arxayındı yəni.

Daha ətraflı Qarabağ Qazisinin video müraciətində:
/xeberfakt.az/


 
Ardını oxu...
Xatırlayırsınızsa, bir müddət əvvəl xəbər vermişdik ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif “xan”ın kiçik oğlu Seymur Talıbov 2021-ci ilin yanvar ayında Naxçıvan şəhərində fəaliyyət göstərən “Sizin market”in işlətmə müdiri Razi Orucovu sərt şəkildə cəzalandırıb, onun mülkiyyətində olan bütün obyektləri və evləri əlindən alıb, özünü isə həbsə atdırmışdı. Qaynağımızın iddiasına görə, 22 gün həbsdə saxlanılan Razi Orucov ağır işgəncələrə məruz qalıb zorla öz mülkiyyətindən Seymur Talıbovun xeyrinə imtina etmək ərizələrinə qol çəkməyə məcbur edilmişdi. Daha sonra DTX-nın Naxçıvanda əməliyyata keçirməsilə Razinin də bəxti gülməyə başlamışdı. Razi Orucov dərhal Naxçıvan MR DİN-nə çağırılmış və əlindən alınan bütün obyektlərin sənədləri ona qaytarılmışdı.

Dünən Ovqat.com-un redaksiyası ilə əlaqə saxlayan Razinin atası İlyas Orucov iddiaları qismən təsdiqlədi.

İlyas Orucov vurğuladı ki, oğluna və özünə aid mülkiyyətlər tam olaraq geri qaytarılmayıb və Razinin başına gətirilən oyunlarda Seymurun şəxsən özü deyil, onun sürücüsü Həsən Əhmədov iştirak edib.

“Biz 2018-ci ilin iyun ayında “Gəmiqaya”ya aid olan “Sizin Market”i holdinqin rəhbəri Emin Uçardan kirayəyə götürmüşdük. Təkcə marketin yenidən dizayn edilməsinə və vitrinlərin yığılmasına 250 min manat xərcimiz çıxmışdı. Hətta mağazanın açılışına Ali Məclisin sədri Vasif Talıbov da gəlmişdi. Marketi işlətməyə başladıqdan cəmi 1 ay sonra Seymur Talıbovun sürücüsü polis zabiti Həsən Əhmədov gəldi və bundan sonra kirayə pulunu ona verəcəyimizi bildirdi. Seymur Talıbovun adından danışırdı. Tələbi təkcə kirayə da pulu deyildi. O, həmçinin bildirdi ki, Seymur müəllimin göstərişidir, bundan sonra biz qazanca da ortaq olacağıq. Biz də çar-naçar bu tələblə razılaşdıq”, - İlyas Orucov deyib.

Öz vəsaitləri ilə qurduqları “Sizin Market”in işlədilməsi üçün hər ay 10 min manat kirayə haqqı verən Orucovlar qazanclarını da Seymurun sürücüsü Həsən Əhmədovla bölüşməyə başlayıblar. İlyas Orucovun bildirdiyinə görə, ayda bəzən 30 min, bəzən 40 min qazanc əldə edir, onun da yarısını Seymurun sürücüsünə verirmişlər. Beləcə, bu “ortaqlıq” 36 ay davam edir. Bir gün yenə “Sizin Market”in qapısını döyən Həsən Əhmədov onlardan heç bir mala əl vurmadan mağazanı tərk etməyi tələb edir. Təbii ki, Orucovlar bu tələblə razılaşmırlar. Nəticədə Həsən Əhmədov Orucovların bütün mülkiyyətinə əl qoyur və onların “dövlət adından müsadirə olunduğunu” sahibkarların diqqətə çatdırır. “Dövlət adından çıxarılan bu hökmlə razılaşmayan” Razi Bakıya gəlir və dövlət iradəsinin əsl ünvanına Prezident Administrasiyasına şikayətə yollanır. Administarsiyadan məktuba müsbət cavab verilir və şikayətin ədalətli araşdırılması tələbi ilə Naxçıvan MR DİN-nə rəsmi təlimat göndərilir. O dövrün Naxçıvan MR Daxili İşlər naziri Fazil Ələkbərova göndərilən rəsmi təlimatdan sonra Naxçıvana çağırılan Razi elə aeroportdaca həbs olunaraq saxlama təcridxanasına aparılır və ağır işgəncələrə məruz qalır.
Ardını oxu...
Şəkildə: PA-dan Naxçıvan MR DİN-ə göndərilən məktub

Atasının iddiasına görə, Razi Orucov Naxçıvan MR DİN-in müvəqqəti saxlama təcridxanasında Seymur “müəllimin” Həsən Əhmədov və təcridxananın Mahir adlı müdiri tərəfindən sərasər 22 gün döyülür. Bu 22 günlük işgəncədən sonra Razi ağzında bir dişi belə qalmadan azadlığa buraxılır.

Razi Orucovdan “dövlət” adına müsadirə olunan daşınmaz əmlakın siyahısı:

3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;

4 ev: 3-ü qaytarılıb, 1-ni Həsən Əhmədov Alman apteki edib;

1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.

Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.

Üzərindən ilyarımdan çox zaman keçdikdən sonra Bakıdan Naxçıvana yoxlamaların getdiyindən təşvişə düşən Seymur Talıbovun sürücüsü Həsən Əhmədov Razini təcili Naxçıvan MR DİN-nə çağırıb və müsadirə olunan obyektlərdən bəziləri ona qaytarılıb. Bununla razılaşmayan və bütün vəsaitlərini tam olaraq tələb edən Raziyə Seymur Talıbov adından maraqlı iş təklifi verilib: “İddialarından əl çək, sənə Naxçıvan şəhərinin mərkəzində yeni açılmış obyektlərdən birini verək, oranı işlət və qanacını bizimlə böl”. Təbii ki, Seymur Talıbovla əməkdaşlıqdan ağzı bir dəfə yanan heç bir ağıllı iş adamı bu təkliflə razılaşmazdı və Razi də ondan imtina edib.

Hazırda Orucovların quşçuluq ferması və “Sizin Market” Seymurun bacanağı Hümbət Qəhrəmanovun ixtiyarındadır. Ferma guya xərçəng yetişdirmə müəssisəsi kimi fəaliyyət göstərir. Türkiyədən gətirilən xərçənglər burada bir neçə gün saxlanıldıqdan sonra Araz çayının məhsulu adı ilə Bakıya göndərilir. “Sizin Market”də Raziyə məxsus olan mallar isə geri qaytarılmır.
Ardını oxu...
Şəkildə: Seymur Talıbovun şilləvuranı Həsən Əhmədov

Qeyd edək ki, Seymurun sürücüsü olan Həsən Əhmədovun adı Ordubadın Biləv kəndində sahə inspektoru kimi keçir. Bu kənd yüksəklikdə yerləşdiyindən orda işləyənlərin hər biri maaşdan əlavə 25% kompensasiya alır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

 
Ardını oxu...
 
Bunun üçün yüz milyonlar xərclənir, xaricdən vəkillər dəvət olunur, amma Əliyarın həbsi qaçılmazdır...

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov haqqında  uzun-uzadı məlumat verməyə  ehtiyac görmürük. Uzun illərdir ki, bu adamın 90-cı illərdə 28 May metrosunun qarşısında siqaret satması, sonradan  İranlı Mənüçöhr Əhədpurla  ( onun erməni olduğu və soyadının Manuçaryan olduğu da deyilir ) şərikli biznes qurması, ölkəyə aksizsiz  gətirilən siqaret  mafiyasına rəhbərlik etməsi, hətta ermənilərlə qohumluğu barədə kifayət qədər yazılıb. 
Bəli, Əbülfəz Məlikovun arvadının erməni olması bəllidir. Hətta  sabiq millət vəkili Cümşüd Nuriyevin iddialarına görə Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. 
Təsəvvür edirsiniz, bu gün Ara Abramyan Xankəndində binalar tikir, hətta qondarma respublikanın hökümət rəhbəri sayılır və s. Bunlar hələ harasıdır..? 
Əbülfəz Məlikovun ölkəyə gətirdiyi  gübrələrə  görə, pambıq tarlalarında  çoxsaylı  insanlar zəhərlənərək xəstəxanalara yerləşdirilmişdi. Nə bilək, bu olay bəlkə elə Ara Abramyanın əməlləri idi… 
Ümumiyyətlə, Əbülfəz Məlikov təkcə siqaretə deyil, daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına, eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsinə də uzun müddət nəzarət edib. Rusiyadan gətirilən  sement və tikinti materialları, ərzaq və qida məhsulları da Əbülfəz Məlikovun “əlinin altında”  olub. 
Hətta o da yazılır ki, Rusiyadan gətirilən bu məhsullar  Əbülfəz Məlikovun Rusiyadakı erməni qohumlarına məxsus şirkətlərə aiddir. Əbülfəz Məlkovun Gürcüstandan Azərbaycana idxal olunan hər qoyuna görə, 30 dollar, hər  danaya görə, 80 dollar alması barədə  çox yazılıb. Ümumiyyətlə, Əbülfəz  Məlikovun broker ordusu olub və orada çalışanlar minlərlə işçi olub.  
Hətta DGK-nın əməkdaşları deyirdi ki, biz Əbülfəz Məlikovun  işçilərinin “əlinə baxırdıq”. Təsəvvür edirsiniz  dövlət qurumunun əməkdaşları Əbülfəzin və onun dəstəsinin əlinə baxır… Bütün bunlardan əlavə  Əbülfəz Məlikov saxta şirkətlər vasitəsilə dövlət büdcəsinə 100 milyonlarla ziyan vurub. 
Təsəvvür edirsiniz, Əbülfəz Məlkov  Azərbaycan dövlətindən  oğurladığı  pulların hesabına milyonçu deyil ee, milyarderdir. Bu gün Əbülfəz Məlkovun milyardını Avopada, Amerikada, Kanadada   Anar adlı qohumu  fırladır. Biz hələ Əbülfəz Məlkovun Azərbaycana külli miqdarda ziyan vuran və sonra ölkədən  qaçan Royal Bankın sahibi Əli Cemlə biznes ortağı olmasını, çirkli pulların yuyulmasında iştirakını demirik. Biz hələ Əbülfəz Məlikovun oğlu  Murad Məlikovun məşhur PAPA JOHN’S PİZZA şəbəkəsini demirik. 
Sözün qısası, atalar demiş, su sənəyi suda sınar. Və bir neçə ay öncə   “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov  Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanıldı. O, külli miqdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Səbail Rayon Məhkəməsi  isə  onun barəsində verilən təqdimata baxaraq  barəsində həbs qətimkan tədbiri seçdi. Oktyabrın 10-da isə   Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb. Yəni  2 aylıq müddətin başa çatmasına  az qalıb.
Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlkovun yaxınları onu həbsdən azad etdirməyə çalışır və bunun üçün yüz milyonlar xərcləyirlər. 
Bəli, bir zamanlar  Dövlət Gömrük Komitəsinin sədri olmaq istəyən Əbülfəz Məlikovun  səsi indi həbsxanadan gəlir. Bəlkə, dostları onu həbsdən azad etdirib  DGK sədri də qoydurmaq istəyirlər…? Məlumat üçün onu da qeyd edək ki, Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Bəli, məlumatda o da qeyd olunur ki, Əbülfəz Məlikovun həbsdən azad olmasının yeganə çıxış yolu Əliyar adlı şərikinin həbsi ilə bağlıdır. Hətta məlumatlı şəxs onu da bildirdi ki, Əbülfəz Məlikovun şəriki Əliyar adlı şəxs həmişə müxalifət yönlü çıxışları ilə yadda qalıb və Yalama hadisələri ilə bağlı çıxışı isə Hüquq Mühafizə Orqanlarının gözündən yayınmamalıdır. 
Ətraflı növbəti sayımızda...
P.S. Bəzi şəxslərin nəzərinə çatdırıram ki, burunlarını hər yerə soxmasınlar. 

Dünyapress TV

Xəbər lenti