Göyçayda təmir işlərinin tender “əjdahası”:
Göyçay Rayon İcra Hakimiyyəti « 2022-ci ildə Göyçay şəhərində küçələrin,
dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması» tenderinin
nəticələrini açıqlayıb.
Tenderin qalibi "ATF" MMC olub. Şirkətlə 673 min 320 manat məbləğində müqavilə imzalanıb.
Mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, "ATF" MMC əsasən Göyçayda asfalt yollların salınması ilə məşğul olur.
Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar.
Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti olan “ATF” MMC nəinki
Göyçayda, Azərbaycanın müxtəlif yerlərində – İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman
kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
İndi isə adıçəkilən şirkətin tenderlər vasitəsilə neçə milyonluq dövriyyəyə malik olduğunun statistikasına nəzər salaq.
ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə
12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon
manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə
3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat
dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.
Şirkəti Saleh Məmmədova nə bağlayır?
Qeyd edək ki, şirkət bundan əvvəl də Qəbələ Rayon İcra Hakimiyyətinin 485 min 134
manat dəyərindəki “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri”
(11.11.2022) tenderini qazanıb.
AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri
Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz
himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.
Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə
etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş
həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və
bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı
məlumatlara rast gəlmək olmur. Əgər belə olmasa idi tenderin nəticələrini etender.gov.az
vahid portalında görmək olardı.

Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın
“tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi
isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.
Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş
o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad
Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun
oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol
İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə
“udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.
“ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə
isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh
Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz
qalibi olmaqda davam edir.
“Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat…
“ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili
avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi,
həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.
AAYDA kimi dayağı olan “ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin “qalibi”
olmaqla milyonlarla manat dəyərində layihə icra edib.
2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir
şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.
Ümumilikdə, “ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65
tenderin “qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları
və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və
bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. “ATF” MMC Göyçayda
“Azərsu” ASC-dəki partnyor – Etibar Məmmədov
Amma “ATF” MMC digər dövlət qurumlarının həyata keçirdiyi tenderlərin də qalibidir
və bu baxımdan şirkətin “Azərsu” ASC ilə də “əl əli yuyar, əl də üzü” prinsipi ilə işbirliyi
mövcuddur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Qorxmaz Hüseynovun vaxtında “Azərsu”da
tenderlərin və digər iri layihələrin reallaşdırılmasına qurumun sədr müavini Etibar
Məmmədov nəzarət edib. Onun “ATF” MMC və onun rəhbəri Azad Muradovla tanışlığı
da həmin tenderlərdə pulun silinməsi prosesi ilə başlayıb.
“ATF” MMC “Azərsu”nun sifarişi ilə ölkənin müxtəlif rayon və şəhərlərində
müəmmalı tender layihələrini icra edib və məhz bu şirkətin qalib elan
olunmasında Etibar Məmmədovun müstəsna əməyi olub.
Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə
hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır. Ümid
edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan
digər nüansları araşdıraraq gərəkən addımları atacaq.
milletinsesi.info
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti