|
Cəbrayıl rayon Mahmudlu kənd uşaq Musiqi Məktəbi Bakı şəhərində Binəqədi rayonu ərazisində fəaliyyət göstərir. Məktəbə uzun illər rəhbərlik etmiş Elman müəllim dünyasını dəyişdikdən sonra onun yerinə qızı Gülnar xanım Rəşidova təyin edilib, artıq neçə illərdir ki sözügedən Uşaq Musiqi Məktəbinə Bakı Humanitar Texnikumunun /Kollec/ məzunu olan Gülnar xanım rəhbərlik edir.
Maraqlıdır ki, heç bir ali təhsili olmayan xanım direktoru bu vəzifəyə kim və hansı yolla təyin edib və onun arxasında kimlər dayanır?!
Onu da qeyd edək ki Musiqi Məktəbi fəaliyyət göstərmək üçün üçmərtəbəli,,villanı,, kirayələyib.
Musiqi təhsili müəssisələrində digər xoşagəlməz hallar da olmaqdadır ki, bununla bağlı da lazımi məlimatlar əldə edildikcə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Odur ki, bizimlə qalın və Musiqi Məktəbi ilə bağlı hansısa məlumatlarınız olarsa yorumlarda yazmağı unutmayın. Nəzərinizə çatdırırıq ki, yazacağınız şərhlər xalqımızın, millətimizin, eyni zamanda dövlətimizin Musiqi təhsilinə verdiyi böyük dəyərə lazımi dəstək verəcəkdir.
xeberfakt.az