Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov sahibkara əngəllər yaradır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, xanım Mehriban Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya
Surəti: Prezident Administrasiyasnın İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova
Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korrupsiyaya ilə Mübarizə komissiyasının sədri) cənab Samir Rafiq Oğlu Nuriyevə
Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova
Surəti:Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının rəhbərliyinə
Surəti:Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Cənab Orxan Nuriyevə
Surəti: Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Gömrük Generalı cənab İsmayıl Hüseynova
Hörmətli cənab Prezident,
Bundan öncə 06.04.2023-cü il, 17.04.2023-cü il və 20.04.2023-cü il tarixində Sizə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Mehriban xanım Əliyevaya həmçinin sürətlərini müxtəlif Dövlət qurumlarına ünvanladığım məktublarda qeyd etdiyim kimi hələ də bizim “GÜVƏN 2012”MMC-yə qarşı Bakı Baş Gömrük İdarəsində məmur özbaşnalığı, bürokratik əngəllər və süründürməçiliklər davam edir.
Məlumat üçün bildirirəm ki, vaxtı ilə nümayəndəsi olduğum, hazırda isə direktoru olduğum “GÜVƏN 2012”MMC-nin adına Çin Xalq Respublikasından 01231000091678 saylı bəyannamə üzrə göndərilmiş mallarla bağlı gömrük rəsmiləşdirilməsi süni şəkildə yubadılır.
Bir daha nəzərinizə çatdırıram ki, 14.03.2023-cü il tarixində “GÜVƏN 2012”MMC-nin adına 01231000091678 saylı bəyannamə üzrə mal daxil olmuşdur. Mallara müvafiq qaydada baxış keçirilmiş və gömrük rəsmiləri tərəfindən malların qiymətinin aşağı göstərilməsi qeyd edilmişdir.
22.03.2023-cü il tarixində bir daha mallara baxış keçirilmiş və mallar Çindən gələn konteynerdən, buraxılışa verilmə məqsədi ilə Azərbaycanda “OTEKO” maşınlara yüklənmişdir. Qeyd etməliyəm ki, həmin maşınlara yüklənən zaman gömrük əməkdaşları tərəfindən heç bir qanun pozuntusuna yol verilməsi faktı göstərilməmişdir.
Sonradan 29.03.2023-cü il tarixində malları gömrükdən çıxartmaq məqsədi ilə Komitəyə müraciət etdikdə, məndən bəyannaməni götürərək bildirdilər ki, araşdırılma aparıldığdan sonra malların buraxılması üçün göstəriş veriləcək. Eyni zamanda mənə bildirildi ki, ikinci mal mövqeyi üzrə əlavə 15%-li mal qurupuna daxildir. Əlavə ödəniş təxminən 7000 manat ödənildikdən sonra malları gömrükdən götürə bilərsiniz. Mən həmin bəyannamə üzrə mənə deyilən məbləği dərhal ödədim və internet vasitəsilə ümumi sistemə vuraraq mallarımı çıxartmaq üçün Bakı Gömrüyünə getdim.
Orada Bakı Gömrüyünün Aqil və Nurlan adlı əməkdaşları mallarımın buraxılmasını təmin etmədilər və mənə bildirdilər ki, mənim mallarım çəki ilə yox ədədlə sayılmalıdı. Elə bu səbəbdən də mallarımı buraxmadılar. Mənə bildirdilər ki, bəyannamənin 41-ci qrafasındakı XİFMN ölçü vahidi 166 kodu malın faiz dərəcəsini bildirir.
Tərəfimdən onların yanlış söylədiklərini qanunvericiliklə onlara sübut etdim. Lakin onlar öz dediklərinin üzərində dayandılar. Sonra Nurlan və Aqil tərəfindən təklikdə mənə təklif olundu ki, elə həmin ərazidə qaranlıq qutu kimi bir yerdə oturan gömrüyün əməkdaşlarının yanına girərək mənim yalnış, Aqil və Nurlanın isə doğru olduğunu söyləyim və mallarımı götürüm gedim. Mən işimin xatirinə onların dedikləri təkliflə razılaşdım və hamıya bildirdim ki, mən səhfəm Aqil və Nurlan düzdü. Buna baxmayaraq mallarım gömrükdən buraxılmadı.
Belə ki, Bakı Baş Gömrüyünün rəis Müavini Elmir Ramazanov mallarımın buraxılmasına söz versə də malları buraxmadı. Ertəsi gün Respublikanın Dövlət Gömrük Komitəsi sədrinin müavini İsmayıl Hüseynovun yanında mənim mallarımın gömrük rəsmiləşdirilməsi ilə bağlı Bakı Gömrük Komtəsinin işçiləri Aqil, Nurlan və Elmirin iştirakı ilə araşdırılma keçirildi.
Orada İsmayıl müəllim mənim iddialarımın əsaslı olduğunu bildirdi. Bu zaman Elmir Ramazanov mənə bildirdi ki, mallarıma görə 33000 manat ödəmişəm aramızda 37000 manatın söhbəti gedir. Gəl belə edək, yarısı sənin yarısı mənim. Məndə ona bildirdim ki, bura onun şəxsi obyekti deyil, Dövlət İdarəsidir və hər şey qanunla tənzimlənməlidir. Beləliklə mənimlə sövdələşmə baş tutmadı.
Bundan sonra İsmayıl müəllim təklif etdi ki, mallarımla bağlı hesablama yenidən aparılsın və bir nəticəyə gəlinsin. Araşdırılma aparılan otaqdan çölə çıxdığda Aqil mənə bildirdi ki, heç bir hesablanma aparıla bilməz və biz nə dediksə odur. Eyni zamanda təklif etdi ki, gəl sənin mallarını yönləndirək başqa şöbəyə orada məsələni həll edərsən. Beləliklə bu günədək gömrükdə qanunsuz olaraq uydurma əsaslarla mallarım gömrükdən buraxılmadı. 03.04.2023-cü il tarixində, gömrük sistemindən mənə rəsmi olaraq bildiriş göndərilmişdir.
Həmin bildirişdə mal bəyannaməsinə görə iki mövqe bildirilmişdir, 3-cü mövqedən isə əsər-əlamət belə yox idi. Həmin bildirişdə 1-ci mal mövqeyində 27960, 2-ci mal mövqeyi üzrə isə 94000 ABŞ dolları qeyd edilmişdir. Beləliklə ümumi mal üzrə məndən 78000 manat gömrük rüsumu tələb olundu. Mən həmin məbləğin çox olduğunu görərək, maldan imtina edərək geri göndərilməsi ilə əlaqədar 06.04.2023-cü il tarixli ərizə ilə Gömrük Komitəsinə müraciət etdim.
Eyni zamanda həmin ərizənin sürətini Bakı Baş Gömrük İdarəsinə və müxtəlif Dövlət orqanlarınada göndərdim. Ərizəmin üzərinə mallarımın geri göndərilməsinə icazə verilməsi barədə Gömrük Komitəsi tərəfindən dərkanar qoyulmasına baxmayaraq bu günədək malların qanunsuz olaraq gömrükdə saxlanılır. Qeyd etməliyəm ki, bu gün mənim mallarım bəlkə də korroziyaya uğrayaraq sıradan çıxır. Ayın 14-də səhər tezdən mən Gömrük Komitəsinin binasında Gömrük Komitəsinin sədri ilə rastlaşdım. O, Komitənin rəhbər işçilərini mənim mallarımın buraxılması ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi ilə bağlı təlimatlandırdı və bildirdi ki, malları geri qaytara bilərsən.
Elə həmin gün Gömrük Komitəsinin rəhbər işçiləri ilə Gömrük Komitəsinə getdik, mallarıma baxış keçirildi və aktlaşdırıldı. Həmin vaxt Komitə Sədrinin müavini General İsmayıl Hüseynov olmaqla gömrük orqanının rəhbər işçiləri və mən də “GÜVƏN 2012”MMC-nin səlahİyyətli nümayəndəsi kimi imzaladıq. Həmin aktda qeyd edilmişdir ki, mənim qaldırdığım məsələlər yerində araşdırıldı, araşdırma zamanı idxal edilən malların içərisində aşkat edilmiş 3200 ədəd “qaz kranına” oxşar predmentin olduğu, həmin malın adı, təyinatı XİFMN kodu və malların gömrük dəyəri barədə araşdırılma aparıldı. Araşdırmanın nəticəsinə uyğun olaraq yekun qərarın qəbul ediləcəyi mənim nəzərimə çatdırıldı. Həmin aktda yalnız 3200 ədəd qaz kranına oxşar malın maya dəyərindən söhbət gedirdi.
Ümumi bəyənnamə üzrə göstərilən malların gömrük dəyərindən bəhs edilmirdi. 17.04.2023-cü il tarixində mən media nümayəndələrinin qarşısında gömrükdə mənimlə əlaqədar baş verən qanunsuz əməllərdən danışdığım zaman gömrük orqanının əməkdaşları mənə bildirdi ki, həmin mallarla bağlı iş Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.
Beləliklə məni istintaqla təhdid etməyə başladılar və lazım gələrsə məhsuliyyətə cəlb ediləcəyim barədə hədə-qorxu gəlməyə başladılar.Təbii ki, mən qanuni mövqeyimdən çəkinmədim və sona qədər Gömrük Orqanlarında qanunçuluğun bərpa edilməsi üçün mübarizə aparacağımı bildirdim və qeyd etdim ki, yalnız bu yolla ölkə Prezidentinə bir sahibkar kimi dəstək ola bilərəm və bu məqsədlə özbaşnalıq edən, qanunları pozan, ölkəmizin qanuni müstəvidə inkişaf etməsinə maneə törədən məmurları ifşa etmək işində Dövlət Başçısına yardımçı ola bilərəm.
Qeyd etmək istəyirəm ki, Gömrük Komitəsinin Sədri və rəhbər işçiləri həmçinin əməkdaşlarla söhbət zamanı mən onlara bildirdim ki, bizim malların bəyan edildiyin gündən bu günkü günədək 01231000095206, 01231000108720, 012310001266006, 01231000098473, 01231000120758, 01231000109736, 01231000126759, 01231000134501, 01231000142591 saylı bəyannamələrlə 848180 kodu altında su kranları, mətbəxt kranları 2.5 dollar statistik dəyər çəki ilə hesablama qaydasını nəzərə alaraq hesablanıb mallar buraxılışa gedibdir.
Nə səbəbdən mənim mallarımla bağlı fərqli bir hesablama qaydasının tətbiq ediməsi barədə sualıma cavab tapa bilmədim. Necə olur ki, eyni mal üzrə birinə az birinə isə çox məbləğlə hesablama qaydası aparılır? Buradan açıq aydın görünür ki, gömrüyün Elmir, Aqil, Nurlan və Nazim Məmmədli adlı əməkdaşları tərəfindən qərəzli mövqe nümayiş etdirilir və qanuni hüquqlarım tapdalanır.
Hal-hazıradək mallarımı qanunsuz olaraq Bakı Baş Gömrük İpəkyolu Terminalında saxlanılması səbəbindən xeyli maddi zərərə uğramışam, həmçinin xarici həmkərlarım arasında işgüzar nüfuzuma xələl gəlmişdir. Mənim nüfuzum heç, gömrük əməkdaşlarının qanunsuz əməlləri nəticəsində ölkəmizin beynəlxalq aləmdə imicinə də zərbə vurulur. Gömrük əməkdaşlarının qanunsuz əməlləri biz sahibkarların vasitəsi ilə ölkəmizə investisiya yatırmaq istəyən sahibkarları da bu işdən çəkindirir.
Yuxarıda deyilənlərə əsasən mənim direktor olduğum “GÜVƏN 2012”MMC-yə aid hazırda Bakı Baş Gömrük İdarəsində qanunsuz olaraq saxlanılan mallarımın buraxılması ilə bağlı müvafiq İcra Hakimiyyəti Orqanlarının Rəhbərlərinə göstəriş verməyinizi eyni zamanda Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlar barədə məlumatların tərəfimdən Sizə çatdırılması məqsədi ilə Prezident Administrasiyasının vəzifəli şəxsləri tərəfindən məni qəbul etmələri barədə göstəriş vernməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə: “GÜVƏN2012”MMC-nin Direktoru Ramil Aslanov