Ardını oxu...
DogruXeber.az: - Elm və Təhsil nazirinin müavini Firidun Qurbanovun 24 ballıq bu ələdüşməz kadrı Mingəçevirdə meydan sulayır desək yəqin yanılmarıq. Heç bir idarəermə qabiliyyəti olmayan,savad səviyyəsi aşağı olan Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova bağça müdirlərinin və məktəb direktorlarının (xüsusən xanım direktorların) başına olmazın oyununu açır.

Kobud,özündənrazı,yekəxana,xanım və müəllim adına yaraşamayan davaranış və danışıqları ilə diqqətçəkən Sevinc Həsənovanı icra başçısı da heç xoşlamır.

İntirqaları, qiybəti sevən xanım Həsənova özünü az qala "ledi" kimi aparır.

Maraqlıdır, Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Elçin Kərimov bu şəxsin hansı savadın,hanası bacarığın sahibi olduğunu bildiyi halda onu bu vəzifədə saxlayır.

Xatırladaq ki,Sevinc Həsənova cəmi 24 balla Mingəçevir şəhər 16 saylı tam orta məktəbinin direktoru olub, müsahibədən isə nazir müavini Firidun Qurbanovun tapşırığı ilə keçib.

Dövlət qulluğu imtahanından da keçməyib. Mərkəzi Aran RTİ tərəfindən Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Çünki, xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən çox razı şəkildə ondan qat-qat üstün olan müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Qeyd edək ki,məlumatı bizə etibarlı mənbə göndərib. Lazım olsa adını da ictimaiyyətə açıqlayacaq.

Hazırda sektor müdiri Sevinc Həsənovanın qanunsuz əməlləri ilə bağlı bizə göndərilən faktlar (foto, səsyazısı və videolar) araşdırılır.//azerbaycanrealligi.com
Ardını oxu...

DogruXeber.az: - Lənkəran rayonu, Cil kəndinin sakini Tağızadə Namiq Fərahim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 3 illik əmək haqqını Bələdiyyədən tələb edir:

“Mən, Tağızadə Namiq Fərahim oğlu, sizdən xahiş edirəm ki, mənim şikayətimi işıqlandırasınız.

3il Lənkəran rayon Bələdiyyəsində işləmişəm, hələ bu günə kimi maaşımı ala bilməmişəm.

Bələdiyyə hər il vergi yığır, hal-hazırda işləyənlərin əmək haqlarını verir, mənim əmək haqqım isə verilmir. Bələdiyyədən deyirlər ki, “İcra Hakimiyyətində Mikayıl müəllim bizə nə deyir, onu edirik. O, nə vaxt desə ki, verin, biz sənin əmək haqqını verəcəyik”.

Kənd camaatının hesabına pul qazanırlar. Yolları kənd camaatı özü təmir edir. Bələdiyyənin balansında qalan 7 hektar torpaq sahəsini sahibkardan alırlar. Bir sözlə, özbaşınalıqlarla məşğuldurlar.

Sizdən xahiş edirəm ki, əmək haqqımın alınmasında mənə köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...Ardını oxu...

Neftçala rayon sakini, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin (HSBXİ) sabiq əməkdaşı, ali və orta ixtisas təhsilli baytar həkim Tahirov Qəhrəman Baloğlan oğlu ərizə ilə redaksiyamıza müraciət edərək Neftçala DAİM-in direktoru Ramil Salmanov və HSBXİ-nin rəisi Alim Rüstəmovdan şikayətlənmişdir. Tahirov bildirir ki, adlarını çəkdiyi cütlüyün iş prinsipi mütəxəssisləri şantaj etməklə ləkələyib işdən uzaqlaşdırmaq, məqsədlərinə uyğun adamları cəlb etməklə mühiti özününküləşdirməkdir.

Ardını oxu...Ardını oxu...

Ərizə müəllifi Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovu rəislik üçün təsadüfi adam hesab edir: “Neftçala DAİM-nin müdiri R.Salmanov Alim Rüstəmovla şərikləşərək sövdələşib nazirlikdən əmrini almağa söz vermişdi və etdi də. Ramil Salmanov idarədaxili yığım söhbətlərini Alim Rüstəmovla həyata keçirir. Belə ki, süni mayalanma mütəxəssislərindən hər birindən 500 manat yığdırır (2020, dekabr). 2020-ci il subsidiyalarının inteqrasiyası zamanı idarədə bazar açmışdılar və mən çox irad bildirdim, pis oldum. Ramil Salmanov yüksək maaş alması bir yana, 3 maşın idarə edir, qeyri-peşəkar olmaqla Salyan rayonundan hər gün 140 km uzaq məsafə yol gəlib-gedir. Əmək məhsuldarlığı sıfra bərabərdir, mövqeyi biixtiyardır. Alim Rüstəmovun nöqsanları çoxdur. Bunlar “şərik qardaşlardır”. 2021-ci il oktyabrın 30-da işlərə xitam verilib baytarlığın özəlləşdirilməsi dövrünə keçdiyi müddətə qədər Alim Rüstəmova həvalə edilmiş idarə maşınının sürücüsü Ağayev Ramil Əlpaşa oğlu heç vaxt işdə olmamışdır. O, süd alveri edən və şəxsi maşını olan birisidir. İrad tutmasaydıq, şofer yenə təsdiq olunub işləyəcəkdi. Hazırda işləmir, işlədiyi dövrdə Alim Rüstəmov şoferin əmık haqqı kartı ilə 15 min manata yaxın nəğdləşdirmə edib. İdarə maşınını yalnız şəxsi çöl işlərinə sərf edir, pambıq əkərək mal-material, gübrə toxum-çiyid daşıyır. İki dəfə sərxoş vəziyyətdə yol polisi əməkdaşları ilə mübahisə edib. Hazırda Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovun işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. İdarədə DOST  xidməti ilə işə düzələn 53 nəfər işçi var. İdarədaxili tabel sistemində Alim Rüstəmovun adı olub. İşə səhər saat 10:30-da gəlib günün ikinci yarısı saat 15 – 16-da aradan çıxmasına irad tutmuşuq”.

Şikayətçi həmçinin biuldirir ki, Alim Rüstəmovun qanunsuz əməlləri KİV-də ictimailəşəndən sonra iki töhmət alıb və idarə əməkdaşlarınnın hamısı iki rüb əlavə mükafatlardan məhrum olub: “İdarədə vaksinləri anbardar əvəzinə öpzü paylayır ki, bu da yolverilməzdir. Hər iki rəhbər Kənd Təsərrüfatı Nazirliyinin kadr kontingentinə ləkədir”.

Q.Tahirov həmçinin yeni KT naziri Məcnun Məmmədovun regional qəbulunda iştirak etmək arzusunu ifadə edib və konstitusion hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş edir.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

Deryaz.az

Ardını oxu...

 

Aygün Hüseynova:  “Toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur” 

 Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı narazılıqlar, əsaslı şübhələr, müəyyən söz-söhbətlər və s. baş qaldırmaqda davam edir. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur və həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz mövcud qanunvericiliyin tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Gundemxeber.az saytının redaksiyasına Bərdə şəhər sakini Hüseynova Aygün Cəbrayıl qızı tərəfindən şikayət ərizəsi daxil olub. Aygün Hüseynova ərizəsində yazır ki, “Bərdə şəhərinin Qazıqurdalı kənd sakini, hal-hazırda Bərdə şəhərinin Təbriz küçəsində yaşayan Bayramova Aygül Niyazi qızı, 2021-ci ildə etibarımdan sui-istifadə etdi və o, məndən qızıl-zinət əşyalarımı alıb apardı ki, guya onları baha qiymətə satacaq və əldə olunan pulları mənə çatdıracaq. Bir qədər vaxt keçdikdən sonra bildim ki, o, mənə qarşı düşünülmüş şəkildə dələduzluq əməlinə qol qoyub. Yəni, Aygül Bayramova onların ailəsi ilə olan səmimi münasibətimdən sui-istifadə edərək məni aldatdı və bu yolla 11740 manat dəyərində qızıl-zinət əşyalarımı ələ keçirdi. Qeyd edim ki, dəfələrlə onların ailəsinə Aygül Bayramovanın qol qoyduğu əməllə bağlı müraciətlər etsəm də, hər dəfə onlar mənə yalan vədlər verdilər. Bir sözlə, indiyə kimi nə qızıl-zinət əşyalarımı özümə qaytardılar, nə də ki, pullarımı çatdırdılar. Belə olan halda məcbur olub Aygül Bayramovanın qol qoyduğu əməllərlə bağlı Bərdə Rayon Polis Şöbəsinə şikayət etməli oldum. Etdiyim şikayətlə bağlı araşdırma işlərinin aparılması RPŞ-in TB-nin baş təhqiqatçısı, polis mayoru Bayramov Vüsal İsmayıl oğluna həvalə olundu. Çox keçmədi ki, toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, məhz TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur. 

     Qeyd edim ki, bu gün də həmin qərardan narazıyam. Çünki şikayətçi olsam da, aparılan təhqiqat araşdırmaları zamanı heç bir izahatım alınmadı, qarşı tərəfdən obyektiv izahat alınıb-alınmaması, hələ də mənim üçün qaranlıq qalmaqdadır. Təhqiqatçı 11740 manat dəyərində qızıl-zinət əşyalarımı etibarımdan sui-istifadə edərək ələ keçirən Aygül Bayramovanın dələduzluq əməllərinə hüquqi qiymət vermək və barəsində cinayət işi başlamaq əvəzinə, yəqin ki, qarşı tərəfdən aldığı qeyri-obyektiv izahat əsasında şikayətimi ört-basdır edir. Eşitdiyim belə bir məlumat da var ki, guya Aygül Bayramova məndən aldığı qızıl-zinət əşyalarımı Qurban adlı şəxsə satıb. Bu xanımın da həmin şəxsdən alacağı “haqq-hesab” var və haqq-hesabı Qurbandan alacaq və pullarımı ödəyəcək. Bunu əsas tutan təhqiqatçı Vüsal Bayramov, Aygül Bayramova barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edir. Düşündürücü haldır ki, işi araşdıran təhqiqatçı dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın vergi ödəyicisi olduğunu şifahi formnada qeyd edir. Amma, bu xanımın həqiqətən də vergi ödəyib-ödəməməsini araşdırmır və hansısa səbəbdən qarşı tərəfin marağına uyğun addımlarını atır. Bu gün istəyim ondan ibarətdir ki, ya mənim qızıl-zinət əşyalarım geri qaytarılsın, ya da ki, onların dəyərində pulum ödənilsin. Eyni zamanda baş təhqiqatçı, polis mayoru Vüsal Bayramovun çıxarmış olduğu əsassız qərar da ləğv edilsin. Elə ki, Bərdə RPŞ-nə şikayət etməzdən öncə Aygül Bayramovaya bildirdim ki, səndən şikayət edəcəyəm. O halda o, “Heç vecimə deyil, kimə istəyirsən şikayətini ver. Bu gün Azərbaycanda qanun yoxdur, olan-qalan qanunlar da kağız üzərində qalır” dedi”.

    Təhqiqatçı Vüsal Bayramovun baş verən dələduzluq əməlinə öz prizmasından yanaşması, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. O halda sual oluna bilər ki, görəsən təhqiqatçının dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın marağına uyğun addımlarını atmasına səbəb nədir? Düşünürük ki, təhqiqatçı Vüsal Bayramovun bu yöndə atdığı addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən bu vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi müstəvidə soruşulacaq.

P.S. Hörmətli oxucular! Biz bir media qurumu olaraq qol qoyulan dələduzluq əməli haqda əlavə məlumatlar əldə etdikdən sonra, yaşanan olayı bir daha ictimailəşdirəcəyik. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Gundemxeber.az

Ardını oxu...
Sözün düzü, ölkənin ən böyük strateji qurumu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ( SOCAR ) olan korrupsiyanın səviyyəsi barədə danışmağa ehtiyac görmürük. Amma SOCAR-ın Nəqliyyat İdarəsində və idarəyə tabe olan Texnoloji Nəqliyyat Departamentlərində baş verən rüşvət və korrupsiya, qanunsuz əməllərdən danışmasaq olmaz.
Təsəvvür edirsiniz illərlə Nəqliyyat İdarəsinə rəhbərlik etmiş Hacı Elçin Zülfüqarov mart ayında vəzifəsindən azad edildi. 5000-dən artıq işçiyə rəhbərlik edən, balansında yüz milyonlarla dəyərində avtmobil, texniki avadanlıqlar olan bu qurumun rəisini neçə illər İŞİD-ə maliyyə dəstəyi verməkdə ittiham etdilər.
Amma bir dövlət qurumu bu məlumatı yoxlamağa cəsarət etmədi. İdarənin əməkdaşları haralara yazmadılar..? Hətta konkter olaraq ortaya sənədlər qoydular. Ki, Nəqliyyat İdarəsində 2.940.000 manatlıq müqavilədə bir milyonluq mənimsənilmə 45 faiz təşkil edir. İdarənin əməkdaşları sənədlə sübut elədilər ki, burada qiymətlər real bazardan 300, hətta 400 faiz bahadır.
Ümumiyyətlə, təkcə bir müqavilə üzrə mənimsəmə bir milyon avrodan artıqdır. Təkcə avtomobil şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir.
Deməli, idarədə bütün satınalmalar və tenderlər saxta yolla keçirilir. Təmir adı altında dövlətin milyonları mənimsənilir.
Təsəvvür edirsiniz, balans dəyəri 4-5 min manat olan nəqliyyat vasitələrinə bir il ərzində 30-40 min manat məbləğində təmir işləri yazılır. Yəni astarı üzündən 10 dəfə baha...
Bəli, nəqliyyat vasitələri təmir olunmur, sadəcə olaraq təmir adı ilə milyonlar silinib mənimsənilir. Bu hələ harasıdır..? Nəqliyyat İdarəsində bir ədəd lampa 170 manat, qapı acarı 430 manat, fara 3000 manat, alın şüşəsi 2700 manata sənədləşdirilir.
İndi özünüz korrupsiyanın miqyasını təsəvvür edin. İdarənin işçiləri dövlət qurumlarına yazır ki, Hacı Elçin Zülfüqarov dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə böyük ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Və idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir. Bu hələ harasıdır...?
Nəqliyyat İdarəsinin rəisi Hacı Elçin Zülfüqarovun iki qardaşının oğlu – Şahbaba və İbad, bacısı oğlu Xələfi İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkli pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur. Bütün bunlar ortada olsa da nə dövlət qurumları, nə hüquq-mühafizə orqanları Elçin Zülfüqarova gözün üstə qaşın var demədilər... Sadəcə, 2 ay öncə SOCAR-ın yeni prezidenti Rövşən Nəcəf Elçin Zülfüqarovu hörmətlə yola salaraq ...həmin vəzifəni Ələddin Məmmədova həvalə edib.
Təsəvvür edirsiniz, 2006-cı ildən 2023-cü ilədək, yəni 17 il dövlətin az qala 100 milyonunu mənimsəyən, İŞİD-ə yardım edən adam rahatca gedir istirahətə. Bunları yazmaqda məqsədimiz odur ki, bu idarə bu gün də faəliyyət göstərir.
Və... İdarənin işçiləri yazır ki, təzə rəis Ələddin Məmmədov bizə “ot yoldurur”. İndi gördünüzmü, heç nə dəyişməyib. Hələ bu harasıdır..?
Redaksiyamıza daxil olan məlumata görə, SOCAR-ın vitse prezidentinə məxsus, 10 AA- 346 nömrəli, dəyəri 300 min olan xidməti avtomobilin sürücüsü, Məhərləmov Cabir Şiralı oğlu ( 14.04. 1963 təvəllüdlü ) Qarabağ Qazisini təhqir edir, hətta ölümlə hədələməkdən çəkinmir. Onu da qeyd edək ki, sürücü SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin işçisidir. Və Xətaidə milyonçular məhəlləsində özü üçün ev tikib, yaşayır.
İndi gördünüzmü, Nəqliyyat İdarəsinin nəinki rəisləri, adi sürücüləri də özlərini qoçu kimi aparır, qazini ölümlə hədələyir. Amma Qarabağ Qazisi bu məsələni belə qoymayacağını bildirib və hüquqlarının müdafiəsi üçün Ölkə Başçısına müraciət edərək ondan müdafiə olunmasını xahiş edib. //gundelik-baku.com//
Ardını oxu...
Hələ iki il əvvəl “Dəryaz” qəzetində Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin öz bioloji varisinə — oğluna rahat həyat, karyera qurmaq üçün dövlət qulluçusu andına xilaf çıxması barədə tənqidi məqalə dərc olunmuşdu.

Məlumat üçün xatırladaq ki, Rəfael Quliyev 15 ilə yaxın Biləsuvar rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, həmin vəzifə ləğv olunandan sonra Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi, sonradan həmin idarənin adı dəyişdirilərək Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olanda da həmin qurumun direktoru vəzifəsində işləmiş, 2018-ci ildə sabiq nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bir il sonra isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin Aparat rəhbəri (hər iki vəzifənin maaşını alırdı) vəzifəsinə təyin edilmişdir.
Ardını oxu...
Biləsuvarın hazırda həbsdə olan, keçmiş korrupsioner icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınırdı. “Dəryaz” qəzetinin redaksiyasına məlumat verən mənbənin bildirdiyinə görə Rafael Quliyev nazirliyə vəzifəyə gələndən sonra oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri – qanuni olaraq, Dövlət Qulluğu haqqında olan qanunun 27.3 və 28.1 maddələri pozularaq nazirin əmri ilə qeyri qanuni olaraq işə qəbul etdirmişdir. 2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, lakin məmur oğlu ranqından istifadə edərək nə yollasa 2020- ci ilə qədər hərbidən yayınmağa müvəffəq olur, Vətən qarşısında borcunu yerinə yetirmir.150.000 manat dəyəri olan son model “Lexus” avtomobilində at oynadır. Onu da qeyd edilirdi ki, Rəfail Quliyev Biləsuvarda vəzifədə işləyən zaman hektarlarla torpaq sahələrini ələ keçirib, heyvandarlıq ferması yaratmışdır.

Cəbrayılzadə Sərvan Rafael oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə tənqidi yazılar artan zaman məsələnin ictimailəşməsinin vəd etdiyi təhlükələrdən ehtiyatlanan Rəfael Quliyev tezbazar Sərvanı “komissovat” etdirib Milli Banka köçürmə yolu ilə işə düzəltdi. Maraqlıdır, əgər Sərvan xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? Təəssüf ki, bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə göndərdiyimiz sorğulara cavab verilmədi. Belə çıxır ki, kasıbın övladı qeyrətinə tapınıb müharibəyə yollanmalı, Vətən uğrunda canından keçməlidir, amma Rəfael Quliyev kimi üzdəniraq məmurların oğulları isə hərbidən yayınıb rahat kreslolarda haram yeməlidirlər?

Redaksiyamıza daxil olan növbəti məlumatlara görə, R.Quliyev hələ RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə 24 kəndin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintiləri üzə çıxıb. Ən az yeyinti Əliabad kəndində (450 manat) , ən çox yeyinti isə Ağalı kəndində (9500 manat) aşkarlanıb və geri qaytarılıb. Məlum olub ki, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinləri buğda kimi göstərilirmiş. 37 min manat haram subsidiya alan şəxslər müəyyən edilsə də, sonradan ört-basdır edilib. Subsidiyalar bu gün də kimlərinsə adına yazılaraq mənimsənilir.
Ardını oxu...
R.Quliyevin nepotist (qohumbazlıq) siyasəti bu gün də davam edir. Qeyd olunur ki, Biləsuvarda ona məxsus 1000 hektar torpağı vaxtilə rayon Statistika İdarəsində işləmiş Vüsal adlı bacısı oğlu əkir. R.Quliyevin bacısı qızı da, qardaşı oğlu da nazirliyə təyinat alanda öz yerinə gətirdiyi DAİM-n müdiri Nurərrin Quliyevin yanında haqq etmədikləri mühüm vəzifələrdə işləyirlər. V ə elə onların əli ilə də külli miqdarda maliyyə maxinasiyalarını rahatlıqla həyata keçirirlər. Həmçinin bildirilir ki, R.Quliyev sabiq nazirin bacısı qızını oğluna alıb gəlin etdiyi üçün bir növ toxunulmazlıq statusu qazanıbmış.

Mövzuya qayıdacağıq.
Deryaz.az
https://deryaz.az/?p=10156
 
Ardını oxu...
Hələ 2016-cı ildə müstəqil medialardan birində yazırdı: "Əfqanıstanı xəritədə belə görməyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində “Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar".

Təbii ki, bu sözləri həmin sayt özündən yazmırdı, bu barədə ona məlumat verən şikayətçi mənbə var idi. Hansı ki, İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "fəaliyyət"indən yetəri qədər xəbərdar və narazı olan İmişli sakinidir o şəxs.

Bundan əlavə bir başqa sayta şikayətçi olan 44 günlük ikinci vətən müharibəsi qazisi Ceyhun Faiq oğlu bildirirdi ki, "İmişli rayon Hərbi komissarlığı onunla eyni ad-soyadı daşıyan fərariyə əlillik verib. Mənə də deyirlər, "sənədləriniz səhv düşüb". Maraqlıdır ki, bu səhvi də düzəltmək istəmirlər".

Səbəb nədir görəsən?

Nə yazıq ki, İmişli rayon Hərbi Komissarlığının "foks"ları bununla da bitmir.

İndi də İmişli rayonundan daha bir vətəndaş - Şəhid ailəsi Adilə Babaşova Ölkə başçısı İlham Əliyevə və "DogruXeber.az" informasiya agentliyinə ünvanladığı məktubda yazır:

"Azərbaycan Respublikası Dogruxeber.az saytının Direktoru cənab Kamal Əsgərova İmişli rayon H.Aslanov küçəsində yaşayan şəhid ailəsi, hərbi xidmət zamanı ikinci qrup əlil anası Babaşova Adilə Novruz qızı tərəfindən

Ərizə

Nəzərinizə çatdırım ki, kiçik oğlum Babaşov Habil 2004-cü ildə İmişli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. 2005-ci ildə oğlum xidməti vəzifəsin yerinə yetirərkən ağır kəllə beyin travması almış, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararsız kimi qeydə alınaraq, evə buraxılmışdır. Dəfələrlə oğlumun sağaldaraq hərbi xidmətə yenidən göndərilməsi barədə müraciət etsəm də oğlumun psixoloji xəstə olmasını əsas gətirərək, müraciətimi qəbul etməmişlər. Oğluma 2005-ci ildən təxminən 2014-cü ilədək 3-cü qrup, 2014-cü ildən isə 2-ci qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Zərifə Əliyeva adına xəstəxanada oğlum təkrar komissiyadan keçmiş və növbəti komissiyanı 5 il uzadaraq, 2021-ci ildə təyin etmişlər. Oğlum 2019-cu ildən həbs olunduğuna görə 2022-ci ildə penitensiar xidmətin müalicə müəssisəsinə aparılmış orada bir neçə gün saxlandıqdan sonra geri qaytarılmışdır. Guya oğlumu müayinə ediblər oğlum sağlam olduğuna görə onun pensiyasını kəsmişlər. Aidiyyatı üzrə dəfələrlə müraciət etsəm də baxılmamışdır. Mən bilmək istəyirəm ki, əgər oğlum sağlamdırsa, nəyə görə oğlumun hərbi bileti yararsız kimi yazılır?. Mən bu dövlətə sağlam yararlı övlad verirəm, dövlətin bəzi vəzifəsindən istifadə edən məmurları nə oğlumun yararlılıq biletini bərpa etmir, nə də pensiyasını bərpa etmirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bilmək istəyirəm ki bu ölkədə hansı qanundan söhbət gedir ki, bu ölkənin bəzi məmurları niyə bu ölkənin, ölkə başçısının adını ləkələməyə çalışırlar. Oğlum xəstədirsə pensiyasını versinlər, sağlamdrsa yararlılıq biletin təmin etsinlər.
Hörmətli Kamal müəllim şəhid ailəsi kimi xahiş edirəm mənim müraciətimi işıqlandırasınız."

Qeyd edək ki, yayımladığımız məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevi göstərişi əsasında məktəblərdə fəaliyyət göstərən bufetlərin əksəriyyətinin fəaliyyəti dayandırılıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində faəliyyət göstərən 36 saylı tam orta məktəbinin bufetində çalışan Məsimova Vüsalə Bəhrəm qızı tərəfindən şikayət daxil olub.
Şikayətçi bildirir ki, onun fəaliyyət göstərdiyi məktəbin bufetinin fəaliyyəti 20 gündür ki, bağlanıb.
Səbəb olaraq göstərilir ki, 36 saylı tam orta məktəbinin direktoru ona bildirib ki, məktəbdə oxuyan hər şagirdə görə siz 35 qəpikdən regional təhsil idarəsinə pul ödəməlisiniz.
Məlumat üçün onu da qeyd edək ki,təkcə sözügedən məktəbdə 700 -dən çox şagird təhsil alır.Bu saya görə hər ay nə az nə çox bufet sahibi regional təhsil idarəsinə 245 azn pul ödəməlidir.

Bəs, ödənilməli olan bu pul vəsaiti dövlət büdcəsinə köçür, yoxsa hansısa iribuynuzlu məmurun şəxsi hesabıbına?
Şikayətçi xanım da direktora bildirib ki, 9,10, 11-ci sinifin şagirdlərinin tam əksəriyyəti repetitor yanına gedir.Nədən onlar məktəbə gəlmədiyi halda bu qədər şagird kontigentinə pul ödəməliyəm? Direktor isə bildirib ki, bu Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin göstərişidir.Xanım bufetçi isə tələb edilən “taksa” ilə razlaşmadığından direktor onun çalışdığı bufeti bağlatdırıb.
Şikayətçi Vüsalə Məsimova bildirir ki, məktəbdə əsasən bulka, un məmulatları kimi məhsulları ilə yanaşı dərs ləvazimatlarının satıldığı üstünlük təşkil edir.
Sonda şikayətçi mətbuat vasitəsi ilə Elm və Təhsil Naziri Emin Əmirullayev cənablarından Gəncə məktəblərində bufetlərin bağlanması məsələsinə aydınlıq gətirilməsini xahiş edir.
Redaksiya olaraq inaırıq ki, hər şagirdə görə 35 qəpik pul tələbinə görə bufetlərin bağlanması korrupsiya faktə olduğundan Prokurorluq bu faktı araşdırıb ictimaiətə açıqlama verəcəkdir.

Məlumat üçün onu da qeyd edək ki, Vüsalə Məsimova Qərbi Azərbaycandan olan qaçqındır.

Şikayətçi Ana Azərbaycan silahlı qüvvələri üçün 2 oğul övladı böyüdür.
Səsləndirilən ittihamla bağlı maraqlı tərəflərin mövqeyini dərc edə bilərik.

Pul yığımı ilə bağlı audio-şikayəti təqdim edirik:

Dünyanınsəsi.Az
 
Ardını oxu...
Müstəqil ekspertlər və beynəlxalq korrupsiya araşdırma təşkilatları hələ də Azərbaycanda ən korrupsiyalaşmış və ən böyük dövlət vəsaitlərinin mənimsənilməsi sahəsi kimi dövlət satınalmaları və tenderləri göstərirlər. Bir çox mütəxəssislərin fikrincə, təəssüf ki, çoxsaylı kadr dəyişiklikləri və qanunvericilikdəki yeniliklərə baxmayaraq, tenderlər yenə də əsas koprrupsiya mənbəyi olaraq qalır.

Kadr dəyişikliklərinin əhatə etdiyi sahələrdən biri də Səhiyyə Nazirliyidir. Son iki il ərzində bu nazirliyin rəhbərliyində köklü dəyişikliklər oldu. Nazir və müavinlər dəyişdi. Amma görünən odur ki, nazirliyin “tender siyasəti” bəzi digər nazirliklərdəki kimi dəyişməz olaraq qalır.

Məsələn, uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkəti “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir.

Məlumat üçün qeyd edək ki, “Arash Medical Company” heç də təsadüfən “tender kralı” hesab olunmur. Bu şirkət ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medical” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender udub. Azərbaycan Tibb Universiteti də “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə bağlı satınalmalar da bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkət təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazanıb. Sonrakı illərdə də eyni temp saxlanılıb. Təkcə ötən il şirkət 27 tender udub. Bu, hər aya 2 tenderdən artıq deməkdir. Bu ilin əvvəlindən də tenderlər üst-üstə qazanılmaqdadır və onların dəyəri ilk 3 ayda artıq 1 milyon manata yaxınlaşıb. Ötən il bu məbləğ 4.5 milyon manata yaxın olub.

Mətbuatda gedən bəzi məlumatlarda göstərilirdi ki, şirkətin sahibi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qohumudur, Lakin əslində, Cavid Əsədov Oqtay Əsədovun yox, digər sabiq millət vəkili Hadı Rəcəblinin qohumu, daha konkret desək, bacısı oğludur. Sözsüz ki, bu amilin də “Arash Medical”-ın “uğurlarında” əhəmiyyətli payı var.

Ancaq “Arash Medical”-ın tenderləri necə “udduğuna” dair daha dolğun və faktlara əsaslanan nümunə kimi Azərbaycanda fəaliyyət göstərən “Qardaşlar Mebel” QSC-nin ölkə başçısına, Səhiyyə, İqtisadiyyat və digər nazirliklərə, eləcə də hüquq-mühafizə orqanlarına məktubunu göstərmək olar. Məktubda deyilir ki, “Qardaşlar Mebel” QSC 2021-ci ilin sonunda Səhiyyə Nazirliyinin 3 böyük tenderini udsa da, onu qalib elan etməyiblər və milyonlarla dollarlıq tenderlər şişirdilərək başqa şirkətlərə, daha doğrusu məhz “Arash Medical”a verilib: “Şirkətimiz tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə ünvanlanan müraciətlərimiz təəssüf ki, cavabsız qalmışdır. Belə qənaətə gəlmək olar ki, həmin müsabiqələrdə nəzərdə tutulan şirkətin qalib olmaması Səhiyyə Nazirliyini çox narahat edir. Bundan irəli gələrək Səhiyyə Nazirliyi həmin müsabiqələrin nəticələrinin gələn ilə keçməsini və ayrılan vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olaraq həmin tenderlərin ləğvini istəyir. Eyni zamanda bu müsabiqələrdə simvolik qiymət təklifi təqdim edərək kənarda qalan, amma bütün proseslərə özünün kənardan dəvət etdiyi “SEM-AZ” MMC şirkəti üzərindən həyata keçirən “ARASH” firması “ARASH MEDİCAL” MMC şirkətinin törəməsidir. “ARASH MEDİCAL” MMC-nin faktiki rəhbərinin isə Səhiyyə Nazirinin müavini və nazirliyin tender komissiyasının sədri Ağayev Elsevər Məmməd oğlu cənabları ilə yaxın qohumluq əlaqəsi vardır. Buna sübutu Səhiyyə Nazirliyinin Dövlət Satınalmalarının Vahid İnternet Portalının “Keçirilmiş müsabiqələr” bölməsinə daxil olmaqla görmək mümkündür. Həmin bölmədə nazirliyin bu tip satınalma predmeti üzrə keçirdiyi müsabiqələrin qalibinin yalnız “ARASH MEDİCAL” MMC olduğu qeyd olunub. Həmçinin həmin müsabiqələrdə ikinci şirkət olaraq hər zaman “SEM-AZ” MMC iştirak edir. Məhz buna görə də satınalan təşkilat üç müsabiqə üzrə yüksək, yəni 13736908.52 (on üç milyon yeddi yüz otuz altı min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat qiymət təklifi vermiş “SEM-AZ” MMC-ni qalib seçmək niyyətindədir. Eyni zamanda qalib olduğumuza baxmayaraq, Səhiyyə Nazirliyi müxtəlif yollarla müsabiqədə təqdim etdiyimiz qiymət təklifindən imtina etmək üçün bizə təzyiqlər göstərir. Üç müsabiqə üzrə qiymət təklifimiz 8580934.28 (səkkiz milyon beş yüz səksən min doqquz yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Göründüyü kimi, qiymət təkliflərimizin qalib seçildiyi təqdirdə 5155974.24 (beş milyon bir yüz əlli beş min doqquz yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılacaq. Qənaət olan vəsaitin hesabına 44 günlük müharibədə düşmən tərəfindən dağıdılmış ərazilərin tezliklə bərpasına töhfə verilə bilər...”

Doğrudur, bu müraciətdən sonra sözügedən tenderlərin nəticələri ləğv olundu və həmin tenderləri “Arash Medical” uda bilmədi. Əslində, bu da gerçək rəqabət şəraitində bu şirkətin nəyə qadir olduğunun, qalib gələ bilmədiyinin bariz nümunəsidir.

Ancaq maraqlı olan həm də budur ki, həmin müraciətə əsasən “Arash Medical”-ın arxasından daha bir ad, özü də dəfələrlə korrupsiyada hallanan ad çıxır. Söhbət 1997-cü ildən Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, 1999-cu ildən ötən ilin fevralına qədər, yəni 23 il(!) isə Səhiyyə nazirinin müavini vəzifəsini daşımış, nəticədə Azərbaycanın az qala ən imkanlı oliqarxlarından birinə çevrildiyi bildirilən Elsəvər Ağayevdən gedir.
Ardını oxu...
Məktubdan belə məlum olur ki, E.Ağayevin də “Arash Medical”-ın “tender qələbələri”ndə ciddi rolu var. Əldə etdiyimiz məlumata görə, məktubda qeyd olunan, ancaq adı çəkilməyən “Elsəvər Ağayevin qohumu” isə Şamo Fərzəlibəyov adlı şəxsdir. Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. Heç yerdə adı keçməyən bu şəxs həm “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının sahibidir.

Ardını oxu...
Ardını oxu...
Yeri gəlmişkən, istər “Arash Medical”-ın, istərsə də Elsəvər Ağayevin qudasının yuxarıda adı çəkilən “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının qazandıqları milyonların qarşılığında vergidən yayınması ilə bağlı da bəzi iddialar var. Ancaq yəqin ki, bu və digər iddialar və açıq görünəın faktlar yalnız “Arash Medical” və buna bənzər şirkətlərin dövlət satınalmalarını, tenderləri necə “udduqları” və necə “tender kralları”na çevrildikləri üzə çıxarılan zaman araşdırılacaq. Bu isə kifayət qədər çətin görünür...
Azpolitika.
 
Ardını oxu...
"Çoxmərtəbəli binaların üzərində əlavə bir və ya iki mərtəbənin inşa olunması özbaşına həyata keçirilə bilməz".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bunun üçün müvafiq icra hakimiyyəti orqanları, Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı, təsdiqi zəruridir:
"Sözügedən binaya əlavə bir mərtəbənin artırılması üçün qərarın, rəylərin mövcud olub-olmadığını bilmirik. İcazə verilməyibsə, təbii ki, qanunsuz tikili sayılır. Yəqin ki, müvafiq qurumlar məsələni araşdırıb, qərar verəcəklər.

Həmin rəylər varsa və tikinti işləri qanunvericiliyin tələblərinə və standartlarına uyğun şəkildə həyata keçirilibsə, normal qəbul olunandır.

Çünki praktikada belə hallar baş verib. Burada məsələnin ən önəmli və əhəmiyyətli tərəfi binada yaşayış olduğu halda əlavə mərtəbənin tikilməsidir".

Mütəxəssisin qənaətincə, bu kimi işlər təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmaqla, eyni zamanda təbii ki, bina sakinlərinin rahatlığına ziyan vurmadan, vətəndaşların hərəkətini məhdudlaşdırmadan görülməlidir".

Qeyd edək ki, Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq, 18-ci mərtəbəsi tikilib.
 

Dünyapress TV

Xəbər lenti