Ardını oxu...
Xeyriyyəçi iş adamı Elçin Rzayevin müraciəti əsasında qarşılaşdığı dələduzluq halını" "Azərbaycan Reallığı" olaraq ictimailəşdirmişdik. Elçin Rzayev yenidən bizə müraciət edərək ona qarşı aparılan şər-böhtan kampaniyasının davam etdiyini bildirdi. Belə ki, Elçin Rzayev görüb ki, özlərini media nümayəndəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslər qeyd olunan əraziyə gəliblər və bildiriblər ki, Ramin və Ramil Səfərov qardaşlarının anası Sitarə Zeynalova şikayət edərək Elçin Rzayevin ərazidə olan ağacları kəsdiyini bildirib. Həmin vaxt Səfərov qardaşlarının anası Sitarə Zeynalova da gələn qonaqlar arasında olub.

Elçin Rzayev isə videoçəkiliş ilə bütün sübutları ortaya qoymağa hazır olduğunu bildirib. Amma nədənsə araşdırma üçün gələn nazirlik əməkdaşları onlarla gələn nümayəndələrin çəkilişini normal qarşılasa da Elçin Rzayev tərəfindən çağırılan nümayəndənin çəkilişinə etiraz edib. Axı şəffaf araşdırma üçün gələn əməkdaşa kimin çəkiliş etməsinin önəmi olmalı deyil.

Təqdim olunan çəkiliş və hal şahidinin də danışığı əsasında məlum olub ki, əslində doğurdan da ərazidən ağaclar kəsilib, amma həmin ağaclar ərazi Elçin Rzayevə satılmazdan əvvəl təxminən 2022-ci ilin iyul ayında elə Səfərov qardaşlarının iştirakı ilə kəsilib. Hətta onlar hal şahidinə bildiriblər ki, onların anası Sitarə Zeynalova keçmiş deputatlığa namizəddir deyə bütün aidiyyatı orqanlarla danışıb, razılığın alıb ağacları kəsirlər.

 
 
 
Ardını oxu...
Bir ay öncə Prezidentin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edildi. Ədliyyə general-mayoru Ceyhun Həsənov ədliyyə nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi və əvvəllər həmin idarənin əməliyyat rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edildi. Məlumat üçün bildirək ki, Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə əməliyyat-rejim işinə rəhbərlik edib, böyük agenturaya və hər koloniyada işçilərin davranışı və işlərin vəziyyəti barədə məxfi məlumatlara malikdir. Şübhəsiz ki, qazanılan təcrübə və toplanmış məlumatlar yeni rəisə kömək edəcək. İctimai rəydə də M.Seyidovun penitensiar sistemdə müsbət nəticələr əldə edəcəyinə inam böyükdür. Ancaq sözügedən idarə ilə bağlı digər bir təyinat əks fikirlərə yol açır. Belə ki, bu günlərdə
Ardını oxu...
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəisi vəzifəsinə Fikrət Qafarov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Məsələ burasındadır ki, F.Qafarov rəsi işlədiyi bütün cəzaçəkmə müəssisələrində qəddarlığı ilə tanınıb və “işgəncə kralı” kimi ad çıxarıb. F.Qafarovun bu günədək fəaliyyəti haqda yüzlərcə şikayət məktubundan məlumatlı olan mənbə deyir: ““Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri ya başqa müəssisəyə göndərilir, ya yüksək vəzifəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilməsinin nəticəsidir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Fikrət Qafarov da öz fəaliyyətində eyni üsuldan istifadə edib. Əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”

Adının çəkilməsini istəməyən başqa bir məhbus yaxını isə deyir: “Fikrət Qafarov qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, ayrı-ayrı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirirdi. İndi isə onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilməsi o təəsüratı yaradır ki, , Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq bütünı cəzaçəkmə müəssisələrin daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik”
Az Today.az
 
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib. Nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib. Medianın yazdığına görə, Sənan Məmmədov Abşeron-Xızı Regional Məşğulluq İdarəsinə müdiri vəzifəsində çalışarkən iclaslarda qızları idarəyə yığıb nöqsanlara yol verdiyinə görə səlahiyyətli şəxslər tərəfindən danlandığı da deyilirdirdi. Bəs yeni vəzifəyə təyin olunan S.Məmmədov kimdir?
Bununla bağlı cumhuriyyet.az media üzərindən apardığı araşdırmaya əsasən bildirir ki, bir neçə il öncə Adamın sabiq icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu. Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.
Ardını oxu...
Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasında olması haqda da məlumatlar var. Ölkə mediasında yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil. Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir. Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.
Ardını oxu...
Sənan Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Medianın dəqiqləşdirmələrinə görə, yeni model «Toyota Lexus» markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. «Jeep Grant Cheroke» markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.
Yeri gəlmişkən, Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir. Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Kənan Məmmədov polis zabitidir. Sabiq icra başçısının polis oğlunun idarə etdiyi avtomobil «Jeep Grant Cheroke»dir. 90 KM 777 dövlət nömrə nişanlı «Jeep»in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər. Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir.
aztoday.az
 
Ardını oxu...
Asan yolla pul əldə etmək kimi xarab təfəkkür camaatın beyninə həkk olunub.
Bir təşkilat qeydiyyatdan keçirim, agentlikdən qrant alım.
Bu ölkədə də hər şey xahiş, mən ölüm - sən ölümlə aşır . Ordan - burdan bir layihə cürlüyür ( güneylilər demiş) agentliyə xod axtarır.
Bu təfəkkürlü insanlar başa düşmürlər ki, verilən qrant bir ictimai əhəmiyyət daşımalıdır.
3 xəbər portalında məlumat yaya bilmir, hətta press reliz i belə ona buna minnətə düşürlər. Bu hələ şükürlüsu . Eləsi var it dəftərində adı yoxdur, harda tədbir keçirilib və sair.
Maşallah, hamının da bir titulu var. Deputatlarla qarışıq salırsan.
At - eşşək təşkilatının dövlətə, cəmiyyətə, insanlara yararı olmayan qondarma layihələrinə niyə ölkənin milyonları verilməlidir?
Dövlət qurumları monitorinq aparmalıdır. Əgər illərdir müxtəlif sahələr üzrə maliyyələşən layihələr nəticə vermirsə, istiqaməti dəyişməlidir.
Azay Quliyev , Aygun Aliyeva sizlərə və daha yuxarılara müraciətlə bildirirəm.
Qərbi Azərbaycan məsələsi yönündə Şimali Makedoniya, Bosniyada tədbirlərin həyata keçirilməsi ölkənin hansı maraqlarına zidd sayıldı.
Heç bir ictimai əhəmiyyəti olmayan onlarla layihəyə illərdir qrant ayırırsınız.
Amma ictimai -siyasi, beynəlxalq əhəmiyyət daşıyan layihəni sorğu sualsiz rədd edirsiz.
Hansısa mantyorun, saç ustasının yazısına qiymət verirsiniz.
Bir ömür təcrübəni, 365 gün bu ölkəyə təmənnasız çalışan təşkilatlara qarşı açıq təxribat edərək, incik salmaqdasiniz.
Baxın, budur ölkəmizin reallığı ...
Samir Adigozəlli
Teref.az
 
Ardını oxu...
Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır.
Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil.
Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür.
Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan - başa məhv etsinlər.
Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə...
Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır...bəs yerdə...nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor.
İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s.
Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu.
Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..?
Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi...? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..?
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh - bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var - TƏHSİL BAZARI... Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər... Bazar olmasın, Ramal Şəmşədli.
gundelik baki.com
 
Ardını oxu...
İSBAM sədri Samir Adıgözəllinin iddiasına görə, QHT Agentliyinin apardığı qanunsuz əməllərlə bağlı araşdırmasını davam etdirir.
Bu barədə o öz feysbuk səhifəsində yazıb. İSBAM sədri Samir Adıgözəllinin təqdim etdiyi araşdırmanı təqdim edirik:

"DİQQƏT !
Növbəti araşdırmanı təqdim edirəm.
QHT Agentliyinin icraçı direktoru Aygun Aliyeva Binəqədidə olan xanım dostlarını qht sektoruna, daha dəqiqi " qrant piştaxtasinın" arxasına toplayıb. Onlara yüksək maliyyələr ayıraraq dostluqda səxavətli olduğunu nümayiş etdirir.
Hələlik sizi 3 təşkilatla tanış edim :
1. " Azərbaycan Milli Kulinariyasinin Araşdırılması , Təbliği və Dünyaya İnteqrasiyası " ictimai birliyi, 9000 manat, sədr Rəsulova Firuzə. ( Aztv də çalışır, qızı Sitarə Cabbarlı Binəqədi bələdiyyəsinin sədri olub və Aygün xanımın yaxın dostudur.)
2. "Bəhram Nəsibov yaradıcılığının təbliği" ictimai birliyi, 9000 manat,
3. " Regionların sosial iqtisadi inkişafına dəstək" ictimai birliyi, 12000 manat .
Birincisi kimlərəsə qrant verilməsinin əleyhinə deyiləm. Amma bu təşkilatların təcrübələri, ictimai sektorda fəaliyyətləri nəzərdən keçirilməlidir.
Digər tərəfdən xarici ölkələrdə həyata keçirilən layihələrə daha çox üstünlük verilməli olduğu halda, əksinə aşağı maliyyə verilir. Məsələn bir təşkilatın İstanbul layihəsinə 8000 , digərinin Özbəkistan tədbirlərinə 7000 və sair.
Avropa ölkələrində ölkəmiz üçün əhəmiyyət daşıyan layihə isə ümumiyyətlə qiymətləndirilmir 0000000...
Yaxşı Agentliyin təşkilatlara qarşı bu üslubda yanaşmasının səbəbi nədir?
Təəssüflər olsun ki, bəzi pulgir, nadan adamlar bu qədər yazılanlara öz xislətləri ilə yanaşırlar .
Bax burda qeyd etdiyim təşkilat rəhbərləri də yaxşı insan ola bilər. Amma söhbət ölü təşkilatlara qrant paylanmasindan gedir.
Samir Adıgözəlli"
Teref.az
Ardını oxu...
Mikayıl Kazımov şəhid atasıdır. Oğlu Kamal I Qarabağ müharibəsində şəhid olub. O, digər övladı Vüsal Kazımovun isə həkim səhlənkarlığının qurbanı olmasından şikayətçidir.
Mikayıl Kazımov Bakupost.az -a açıqlamasında bildirib ki, kiçik oğlu, 41 yaşlı Vüsal Kazımov bu ilin yanvarında qəfildən qarında köp və güclü ağrı hiss edib, vəziyyəti pisləşib. Ailə onu professor Kənan Yusifzadənin yanına - Leyla Medical Center-ə aparıb və vəziyyət pisləşdiyindən reanimasiyaya yerləşdirib. Müayinədən sonra xəstəyə bağırsaq burulması və keçməzliyi diaqnozu qoyulub.
Mikayıl Kazımovun sözlərinə görə, həkim diqqətsizliyi və səhvi ucbatından oğlunun başına dəhşətli hadisələr gəlib.
Leyla Medical Center-dən və həkimdən şikayətçi olan müsahibimiz bildirib ki, övladı 2 dəfə əməliyyat olunub və bundan sonra vəziyyəti daha da pisləşib:
“Birinci dəfə reanimasiyada saxlanıb, bağırsağı əməliyyatsız açdılar. Güclü antibiotiklər təyin olundu. Həkim dedi ki, 3 həftədən sonra gələrsiz, əməliyyat edərik. Düz 1 ay sonra yenidən bağırsaqda ağrı oldu və fevralda əməliyyat baş tutdu.
Burulan bağırsaq hissəsi kəsibilib götürüldü. Bilirsiz ki, bu əməliyyatlar zamanı xəstə günlərlə ac saxlanılır, ona sistemlər qoşulur güclü antibiotiklər vurulur. Eləcə də bağırsağın ucu qarından çölə çıxarılır.
Evdə də antibiotik müalicəsi getdi. Həkim dedi ki, ikinci əməiyyat olunacaq və bağırsaq yerinə salınacaq. 2 ay sonra yenə apardıq. Bu müddət ərzində Vüsal çox zəiflədi. Yemək yemədi, yeyəndə də hamısını qaytardı. Həkimə dəfələrlə məlumat verdim. Dedim, bəlkə başqa müalicə lazımdır? Birinci dəfə xəstəxanaya gedəndə tam sağlam uşaq idi, heç nəyi yoxdu. Gücü yerindəydi. Həkim dedi ki, heç nəyə ehtiyac yoxdur, gözləyək, ikinci əməliyyatdan sonra düzələcək".
Ardını oxu...
Mikayıl Kazımov bildirib ki, 2 ay sonra oğlunu yenidən həkimə aparıblar, bağırsağı yerinə salınıb, stomanın birləşdirilməsi əməliyyatı icra olunub:
"Uşaq orda yenə sıyıqların ümidinə qaldı. Antibiotiklər qəbul etdi. Sonra evə buraxıldı. Ona daha 7 gün antibiotik vurulmalıydı. Evə gələndə artıq çox zəif idi, arıqlamışdı. Heyi yox idi. Biz elə bildik ki, düzələr, ağır əməliyyatdan çıxıb. Həkimi evə nə yazmışdısa hamısını etdik - yemək, sistem, qulluq. 1 ay sonra halı birdən pisləşdi. Barmaqları göyərib gömgöy oldu. Təcili yardım çağırdıq. Həmin an həkimini yığdıq, təcili yardımın həkimi onunla danışdı. Kənan Yusifzadə dedi ki, mən o xəstə ilə işimi bitirmişəm, mənlik bir şey yoxdur,istirahət edirəm.
Çox dirəşdim, dedim, bizə yardım et, bu sizin xəstəniz olub. Dedi 2-3 gündən sonra gətirərsiz, baxarıq. Amma bir neçə saata uşaq dünyasını dəyişdi".
Mikayıl Kazımov deyib ki, həmin gecə Xətai rayon prokurorluğuna şikayət ediblər:
"Cənazəni apardıq morqa, tibbi ekspertiza oldu, ekspertiza cavabının 30 günə çıxacağınıdedilər. O vaxtdan 2 ay keçib, hələ də cavab yoxdur. Sonuncu dəfə bu ay prokurorluğa getdik, yenə söz verdilər ki, şikayətə baxılacaq. Amma mənə çatan məlumata görə, həkimi çağırıb lazım olan məbləği alıb, ekspertiza rəyini başqa cür yazıblar. Bilmirəm. Faktiki, mənə cavab vermirlər".
Ardını oxu...
Şikaytətçi deyir ki, Vüsal dünyasını dəyişəndən həm Azərbaycan, həm də Türkiyə həkimlərinə yazıblar:
"Onlara şəkilər, video və digər sənədləri göndərdik ki, uşağın niyə öldüyünün səbəbini tapsınlar. Hamısı yekdilliklə dedi ki, belə zəif, arıq xəstə ikinci əməliyyata salmamalıydı.
Dövlət xəstəxanasında 800 manatlıq əməliyyatı Leyla Medical Center-dəa 3-5 minə edirlər. 3 əməliyyata 15 min pul ödəmişəm. "Professordur, özəl klinikadır, yaxşı olar" deyib getmişəm. Belə bir klinikada, belə bir professorun yanlış addım atması, xəstənin halı ilə maraqlanmaması hansı qanuna sığır? Onun dediyindən belə çıxdı ki, pulumu aldım, əməliyyatı elədim, vəssalam, mən sizi tanımıram. 1 həftə sonra tikişini sökməyə aparmışdım, həkim 1 dəfə soruşmadı ki, vəziyyəti neücədir? Deyir, növbə tut, niyə gəlmisən? Laqeydlik, soyuqqanlılıq, həkim adına yaraşmayan hərəkətlər. Mənin övladım niyə dünyasını dəyişdi, indi gəlsin, cavab versin".
Şikayətçi əlavə edib ki, övladının zəif orqanizmnii gücdən salıb, sonra əməliyyat etmək birbaşa klinika rəhbərliyi və həkimin günahıdır:
"Ekspertizanın rəyi də gecikirsə, deməli, ordakı həkimlər də məsələni ört-basdır edəcək. Bir oğlumu şəhid verdim, birini də həkimlər öldürdü. Mən aidiyyatı qurumlardan, Baş Prokurorluqdan oğlumun ölümünün səbəbini obyektiv aparmağı, səhlənkarlığa yol verən klinika və cərrahı cəzalandırmağı tələb edirəm".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DogruXeber.az: - Ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb...? Ulu Öndərin illər öncə təbiətimizlə, meşələrimizlə, ümumiyyətlə, ağacların qırılması, təbiətə münasibətlə bağlı dediyi “Bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib” kimi ən sərt fikirlərə baxmayaraq bu gün də təbiətimizə qarşı qəddar və amansız münasibət davam edir. Ulu Öndər təkcə ağacdan, koldan bəhs etmirdi ee...
Ümumiyyətlə, TƏBİƏTƏ münasibətdən bəhs edirdi. TƏBİƏT təkcə ağaclar deyil, meşələrdir, göllərdir, dənizdir, dağlardır, çaylardır, torpaqdır, havadır, sudur və s. Dənizi hasarlayıb özü istədiyi kimi istifadə edir, dənizə tullantı axıdır, dənizin qumunu aparıb maşın-maşın satır... Yaxud dağların üstündə daş karxanası qurub min illik dağları doğrayıb mişar daşı eləyir və satıb pul qazanır... Yaxud meşələrdəki min illik ağacları doğrayıb mebel sexlərinə satır... Yaxud çayların yatağındakı qumu, çınqılı, xırda daşları maşınlara yükləyib Bakıya gətirib satırlar...
Sözün qısası, təbiətə bu amansız münasibətə görə, bir gün təbiət bunun qisasını bizdən alacaq. Ona görə də, Ulu Öndər o dərəcədə sərt və kəskin formada deyirdi... Bəli, bu gün min illik çayların məcrasını-yatağını dəyişib qum-çınqıl karxanası işlədənlər var. Kimlərsə milyonlar qazanır, amma itirən Azərbaycan təbiəti olur.
Neçə illərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, guya, bu problemlərlə bağlı mübarizə aparır. Amma hamısı görüntü xatirinədir. Uzun illər Ekologiya naziri olan tarix müəllimi Hüseynqulu Bağırov təbiətimizin hesabına milyonlara sahib oldu, özünün, bacısının və oğlunun hotelləri, universiteti, beton zavodları və daha nələri...
Ondan sonra Ekologiya naziri olan Muxtar Babyev də eyni yolla gedir və öz sərvətini artırmaqla məşğuldur. Arada özlərini elə göstərirlər ki, guya, bu qanunsuz daş, qum, çınqıl karxanalarına qarşı mübarizə aparırlar. Amma... Əmması odur ki, bir müddət əvvəl mediada oxuduq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqini həyata keçirib.
İmişli rayonunda yerləşən qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişmişdir. Hətta karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından kənarda isə süni göllər yaranmışdır.
Bir sözlə, ərazilərdə ekoloji tarazlıq kəskin pozulub. Nəticə nə oldu..? Heç nə, karxana sahibləri cərimələndi... Görəsən, Ekologiya Nazirliyi İmişlidə karxanalarda monitorinq keçirəndə niyə
“Karyer Ülviyyə” kimi tanınan xanım iş adamının təbiətimizə vurduğu ziyanı görmədi..? Bəli, Ülviyyə neçə illərdir ki, Ekologiya Nazirliyindəki şərikləri ilə əlbir olub İmişlidəki qum-çınqıl yataqlarını müxtəlif ünvanlara 1 tonu 5 manata satır. Təsəvvür edirsiniz, 1 tonu 5 manata...
Və bununla da torpağın ən məhsuldar qatını məhv edir. Bilməyənlər üçün qeyd edək ki, torpağın məhsuldarlığından, istər meşə, istərsə də meyvə bağlarından danışanda, "humus" qatını bilmək vacib şərtlərdəndir. Bir çoxları "humus" qatı haqqında məlumatsızdır. "Humus" torpağın ən münbit qatıdır. Əkinçilikdə bu olduqca böyük əhəmiyyət daşıyır. Bir sözlə, "humus" qatı zəngin olan torpağın məhsuldarlığı da yüksək olur. Və "HUMUS" qatı az qala 100 ilə yaranır. Ülviyyə kimiləri isə 100 ilə yaranan bu torpaq qatının 1 tonunu 5 manata sataraq təbiətimizə öldürücü zərbə vururlar.
Bəs görəsən, ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb..?
Muxtar Babayevə deyən lazımdır ki, qohumların, qaynın Nabran meşələrini zəbt ediblər... Söhbət təkcə Nabrandan getmir, Balakən, İsmayıllı meşələri də məhv edilir...
Bəli, cənab nazir Sumqayıtda sənaye müəssisələrində etdiyi əməlləri indi də Ekologiya nazirliyində davam etdirir. Yeri gəlmişkən, Muxtar Babayev nazirlikdəki təcrübəli kadrları işdən çıxarıb Sumqayıtdan gətirdiyi dostları ilə əvəzlədi və bu gün nazirlikdə peşəkar ekoloq demək olar ki, yoxdur. Ona görə də, ixtisaslı kadrların olmadığı bir təşkilatda yüksək nəticə əldə etmək qeyri - mümkündür.
Biz demirik, kimsə hansısa bəstəkarın övladıdırsa, hökmən bəstəkar olmalıdır. Kimsə hansısa fəhlənin övladıdırsa, hökmən fəhlə olmalıdır. Biz istəyirik ki, xalqımızın övladları gələcəkdə bir ağac taparaq kölgəsində sərinlənsinlər. Amma Muxtar Babayev belə başlayıbsa, nəinki ağac, heç gələcəkdə diş qurtdalamağa çöp də tapmayacağıq.
Məşhur bəstəkarlarımızdan olan İzolda Babayeva Şamo Arifin sözlərinə belə bir nəqarət yazmışdı:
Susuban durma, boynunu burma,
Bu yanan cana min yara vurma,
Bu odlu baxış, de, kimə baxmış,
Aman, o gözlər, de, kimi gözlər.

Sözün qısası, təbiətimiz məşhur mahnının sözlərində olduğu kimi, Muxtar Babayev, səni gözləyir. Səni gözləmir ki, adamlarını göndərəsən ağacları qıraraq yerində hansısa bir istirahət mərkəzi tikələr. Səni ona görə gözləyirlər ki, Qaxda, Balakəndə, Şəkidə əsrlərlə yaşı olan ağaclarımıza düşən xəstəliklərin müalicə metodunu tapasan.
Bəli, biz ürəyimizdə olanları qələmə aldıq, yerdə qalanlar isə sizin düşüncə tərzinizdən asılıdır. Gələcək bizim adımızla bağlıdır. Gəlin adımızı qoruyaq. Adımız - tariximizdir. //gundelik-baku.com//
Ardını oxu...
DogruXeber.az: - Bir çox iqtisadçıların bildiyi kimi, ölkə başçısı cənab İlham Əliyevin 3 iyun 2019-cu il 719 saylı fərmanı ilə hər bir rayonun icra başçı hər il həmin rayonda proqnozlaşdırılan vergi öhdəliyi tam icra edilibsə, həmin puldan əlavə yığılan məbləğin 50 faizini rayonun ehiyacları üçün sərf edə bilər.

Yəni ki, rayonun vergi proqnozu 10 milyon manatdırsa və bu proqnoz artıqlaması icra edilibsə, (misal üçün 10 milyon yox, 12 milyon manat vergi toplanıbsa), qalan 2 milyon manatın 50 faizini, təxminən 1 milyon manatını rayonun ehtiyacları üçün istifadə etmək şansı yaranır.

Şərti olaraq “vergi bonusu” adlandırılan həmin vəsait isə xərclənmək üçün 3 yerə bölünür.

4 il öncə imzalanan fərmanın maddələrinə diqqət yetirək:

3.1.1. vəsaitin 25 faizi (yəni vəsait 1 milyondursa, 250 min manatı) yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

(Konkret olaraq həmin vəsait icra aparatı işçilərinin (ərazi nümayəndəlikləri bundan faydalana bilmir) həvəsləndiriləməsinə yönəldilir.

3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə (yəni, 250 min manatı) yönəldilir;

3.1.3. vəsaitin 50 faizi (yəni, təxminən 500 min manatı) aşağıdakı məqsədlərə yönəldilir:

3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

Qeyd: Bu, bütün ayrılan vəsaitlərdən əlavədir

(Xatırladaq ki, biz xeyli cəhd etsək də, icra hakimiyyətindən bu rəqəmləri ala bilmədiyimiz üçün yazını hələlik təxminə rəqəmlər üzərində qurduq. Nə vaxt İHB rəsmi rəqəmlər təqdim edərsə, biz sizə real rəqəmləri təqdim edəcəyik. Hələlik, əldə etdiyimiz məlumata görə bu ilin 6 ayında bu rəqəm Masallıda 800 min manatdan artıqdır. Belə deyilsə, buyurun, rəsmi rəqəmləri siz açıqlayın).

İcra hakimiyyəti arzu etdiyimiz informasiyanı verməməkdə nələri əsas gətirir?

Deməli, Masallı Rayon İcra hakimiyyətindən büdcə gəlirləri, əsasən “vergi bonusları” əsasında əldə edilən qazancın necə xərclənməsi barədə məlumat almaq istədik.

İcra hakimiyyətinə aşağıdakı məzmunda sorğu göndərdik:

1. 2022-ci ildə rayonunun büdcə gəlirləri nə qədər olub?

2. Həmin gəlirlərdə yerli gəlirlərin payı nə qədərdir?

3. Rayonda göstərdiyi xidmətlərdən, əmlak icarəsi və sair gəlirləri nə qədər olub?

3. 2022-ci ildə rayonun büdcədənkənar fondunun həcmi nə qədər olub?

4. Bu fondun vəsaitləri hara xərclənib?

(Xərc maddələri üzrə bölgünü təqdim edə bilərsinizmi?)

2022-ci ildə rayonda şəhid ailəsi və aztəminatlı ailələrin sosial müdafiəsinə şəhərin büdcədənkənar fondundan nə qədər vəsait sərf olunub? Ərazilər üzrə neçə ailəyə və neçə manatlıq yardım edilib?
-----------------

Düşündük ki, Masallıda, ən azından icra hakimiyyətində halallıq, paklıq siyasəti aparılır, kimdənsə bir manat təmənna edilmir və belə şəraitdə aşkarlıqdan imtina edilməz, qanun çərçivəsində istədiyimiz məlumatı asanlıqla ala bilərik.

İlk gedişdə sorğumuz məmnunluqla qarşılandı. İHB-nin müavin Adəm müəllim bildirdi ki, məlumatın verilməsində heç bir problem yoxdur, məlumatın hazırlanması mühasib İlkin müəllimə həvalə edildi. Bir gün, beş gün... məlumatdan xəbər olmadı. Sonda bildirildi ki, məlumatı indi yox, ilin sonunda verərək. Görəsən, niyə? İlin sonuna kimi indiki icra strukturu qalacaqmı? Həmçinin bildirdik ki, bu ilin göstəricilərini verə bilmirsinizsə, 2022-ci ilin rəqəmlərini verin. Qısası, vermədilər.

Masallının icra hakimiyyətinin başçısı Araz Əhmədovun gördüyü işlərə kölgə salmaq istəməzdik. Dəfələrlə rayon sakinlərinin fikrini ifadə edərək yazmışıq ki, Araz müəllim halal, dinli-imanlı adamdır, bütün gücü ilə Masallının inkişafı üçün çalışır, qərəzdən, pisliklərdən uzaq adamdır. (elə indi də həmin fikirdəyik).

Həmçinin Araz müəllim mənə həmişə hörmətlə yanaşıb, xüsusi diqqət yetirib. Hətta mükafatlandırıb, Qapısı isə həmişə üzümə açıqdır.

Amma hələ də başa düşmürəm ki, belə açıq məlumatı verməkdən niyə imtina etdilər? Axı, niyə, niyə?

Söhbəti uzatmayaq. Səhv etmirəmsə, Gertsenin sözüdür ki, Rusiya mənə əzizdir, Həqiqət isə ondan da əzizdir.

Bu mənada bir jurnalist kimi, real məlumatlar mənə hər şeydən əzizdir. Hansı məmur belə məlumatları vermək istəmirsə, bizdə onun fəaliyyətinə açıq şübhələr yaranır.

Hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, rayonumuzda “vergi bonusları”ndan gələn 100 min manatlarla pulların xərclənməsinin detalları haqqında məlumatlar görəsən niyə gizlədilir?

Pulun 25 faizi icradakı işçilərin əmək haqqına hər ay əlavə kimi verilirsə, çox yaxşı. Onlar həqiqətən çox çalışırlar. Arada bəzi “əyri-üyri” gedişləri olsa belə.

Pulun 50 faizi də şəhərin abadlıq işlərinə xərclənir. Hansı ki, bu bir neçə yüz min edir. Məhz burada müəyyən şübhələr yaranır. Doğrudan da, bu binada əsil halallıqdırsa, buyurun, hər şeyi detalları ilə məlumat verin.

Məsələn, sabiq icra başçısı Şahin Məmmədov “kommunxozun” 100 min manat pulunu onun hesabından şəhərin abadlığı üçün bu qurumun hesabına atdırmışdı. “Malı mala” qatıb, “kommunxozu” iflic vəziyyətinə saldı. Məhz buna görə o vaxt “vergi bonusunun” detalları açıqlanmır.

Götürək, imkansız, şəhid, qazı ailələrinə yardımlar. İnanmıram ki, kimsə bu vəsaitlərə tamah sala. Amma söhbətlər dolaşır ki, bu işdə bələdiyyələrin, sahibkarların, eləcə də icradan ayırmalar bir-birinə qarışdırılaraq qəribə mənzərə yaradılır.

Yeri gəlmişkən, burada bir haşiyə çıxaq.

Şəhidlərin baş daşı ilə bağlı şübhələr

2-ci Qarabağ savaşında qəhrəman şəhidlərimizin hər biri üçün baş daşları düzəldildi. Bu işdə heç kimi əməyini, vəsaitin əsirgəmədi. Rusiyadan həmyerlilərimiz 10 min manatlarla vəsait göndərdi, burada elə sahibkar, məmur min manatlarla pul xərclədi. Hətta icra aparatından, polislərdən də pul yığıldı.

Sonra bəlli oldu ki, hökumət bu məqsəd üçün, yəni hər şəhidin baş daşını hazırlamaq üçün 6 min manat pul ayırıb. Şübhələrimizi dəfələrlə efirdən səsləndirdik. Heç bir reaksiya olmadı. Düz adamsınızsa, bu məqsədlə yığılan vəsaiti açıq-aydın, bütün detalları ilə açıqlayın, bizim də şübhələr dağılsın.

Əgər doğrudan da bu işlərdə hamı səmimisinizsə, buyurun, bir ildə hər ərazidə neçə nəfərə və neçə manatlıq yardım etmisinizsə, detallı məlumat verin. Eləcə də sabiq icra başçısının dövründə hansı baş daşı kimin hesabına inşa edilibsə, dəqiq bildirin.

Bütün bu sadaladıqlarım ölkə başçısının regionların sosial-iqtisadi inkişafına , eləcə də şəhid ruhlarına ehtiramın nəticəsidir. Təəssüf ki, bəzi başçılar, xüsusən sabiq icra başçısı Şahin Məmmədov bu qayğını dəyərləndirmək əvəzinə, tez-tez “Evimi satıb həmin baş daşlarının pulunu verəcəm”, “Ləyaqət bazarda satılmır” və sair haylı-küylə, ritorik cümlələr bəyan edirdi.

Hətta 1-2 nəfər bu oyunların badına getdi.

Elə bu günlərimizdə “Ay filan yola 2 maşın çınqıl töküldü, filan kənddə bir aşmış dirək təmir olundu, filan yerdə 20-30 ağac əkildi ” və sair kimi informasiya yükü aşağı olan, bəsit xəbərlər eşidirik .

Biz isə daha real, xalqı düşündürən xəbərlər, yeni, daha vacib problemlərin statistikasın istəyirik. Məsələn,

- yeni dərs ilində neçə uşağın məktəbli forması, çantası yoxdur?

- Masallıda neçə ailənin mənzil şəraiti dözülməzdir?

- Masallıda neçə dilənçi var?

- Masallıda necə ali təhsilli mütəxəssislər illərdir işsizdir?

- Masallıda 40 yaşından yuxarı neçə qız-oğlanı hələ də imkansızlıqdan ailə həyatı qura bilmir?

Bəs bizə hansı məlumatları verirlər? Bizdə toyuqlar 6 ayda neçə yumurta istehsal edir.

Bəzi giley-güzarları sonraya saxlayaq.

Qeyd: Yazını paylaşmadan öncə rəy üçün icra hakimiyyətinə göndərdik. 5 gün keçsə də, xəbər yoxdur.

Bəlkə, nələrisə düz deməmişəm, nələri isə təhrif etmişik?

Buyurun, fikrinizi bildirin.

Araz müəllim, sizi çox istəyirik, rayonda saflıq, halallıq havasının çox durulacağına hədsiz ümidliyik. Ümidlərimizi qırmayın, işçilərinizə tapşırın, arzu etdiyimiz məlumatları bizə bildirsinlər. Bu, ölkə başçısının da, sizin də baş ucalığınızdır.

Elə belə deməyiblər ki, iş olanda Əyani, asan olur Bəyanı.

1-ci hissənin sonu.

Aşkarlıqla bağlı yazılarımız davamlı olacaq.
Cenub.az Zahir Əmənov

Dünyapress TV

Xəbər lenti