Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Suraxanı rayonunun Zığ qəsəbəsindəki bu yer hasara alınıb, ərazidə tikinti işləri sürətləndirilib.

Teref.az xezerxeber.az-a istinadla xəbər verir ki, qəsəbə sakinləri illərdir heyvanlarının örüş yeri kimi istifadə olunduğu 37 hektar torpaq sahəsinin qanunsuz zəbt olunduğunu iddia edirlər.

Onların sözlərinə görə, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə hansısa tikinti şirkəti tərəfindən 11-mərtəbədən ibarət 3 yaşayış binası tikilir.

Sakinər iddia edir ki, illərdir örüş yeri istifadə etdikləri ərazinin zəbt olunması ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticə hasil olmayıb.

“Suraxanı Rayon İcra Nümayəndəliyi də, Zığ bələdiyyəsi də sakinlərin şikayətindən xəbərdar olduqlarını bildiriblər.”

Suraxanı Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Ramin Salmanlı zəbt edildiyi iddia olunan ərazidə əslində sürüşmədən əziyyət çəkən vətəndaşlar üçün binaların tikildiyini açıqlayıb.

İcra hakimiyyəti rəsmisinin dediyinə görə, ərazidə tikilən binalar istifadəyə verildikdən sonra sürüşmədən əziyyət çəkən 245 ailə həmin binalara yerləşdiriləcək.

Bundan başqa Dövlət Neft Şirkətinin razılığı ilə tikinti işlərini aparmaq üçün torpağın sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı sənədləşmə işləri də aparılır.

Ramin Salmanlı ərazidə yaşayan sakinlərin örüş yeri kimi isə Zığ yamacından istifadə edə biləcəyini də bildirib.

Ətraflı videomaterialı təqdim edirik:

 

Ardını oxu...
12 mart 2014-cü il tarixində Xırdalan şəhəri H.Əliyev pr.34 ünvanında “ESKA” MMC-nin inşa etdiyi binadan mənzil alan Abdullayev Elman İbrahimxəlil oğlu ondan qeyri-qanuni ödənişlər tələb olunmasından şikayətlənir.

DİA.AZ-ın məlumatına görə, vətəndaş tərəfindən AzToday.az-a daxil şikayətdə bildirilir ki, “ESKA” şirkəti kommunal sayğaclar və dövlət çıxarışının alınması üçün ondan pul tələb edir.

Şikayəti təqdim edirik:

“12 mart 2014-cü il tarixində Xırdalan şəhəri H.Əliyev pr.34 ünvanında “ESKA” MMC-nin inşa etdiyi binadan XI mərtəbə ümumi sahəsi 90 kv.m olan 129 saylı mənzili MMC–nin direktoru Ələmdar Polad oğlu Hüseynova 49500 (qırx doqquz min beş yüz) manat nağd şəkildə ödəməklə almışam. Ödənilən məbləğ müqabilində mənə rəsmi kassa çeki və maliyyə sənədi verilməyib. Pulu ödəyəndən sonra mənimlə müqavilə bağlananda binanın nə vaxt təhvil verilməsi barədə maddə yoxdur, ancaq mənə şifahi formada bildirildi ki, binanı 1 il müddətində tikib təhvil verəcəyik. Bina həmin müddətdə təhvil verilmədi. 28 dekabr 2022–ci ildə mənzilə çıxarış almaq üçün MTK–nin sədri Roza Səfərovaya müraciət etdim (MMC hazırda MTK–ilə əvəzlənib). Roza Səfərovaya Dövlətdən mənzilə çıxarış almaq üçün məndən 720 (yeddi yüz iyirmi) manat sayğacların pulunu (qaz, su, işıq) və 2018–ci ildə isə kommunal haqqı istədi və dedi ki, bu ödənişlər üçün də qəbzlər vermirik. Mən ona xatırlatdım ki, fiziki şəxslər üçün kommunal sayğacların pulsuz olması barədə ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı vardır. O bunun müqabilində mənə dedi ki, bu vəsaiti ödəməsən heç bir sənəd verməyəcəyik, get hara şikayət edirsən elə. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Nazirlər Kabinetinin 12 may 2011–ci il 80 saylı qərarı (maddə 13, bənd 9), “Sudan istifadə qaydaları”nın təstiq edilməsi haqqında 17 iyul 2014–cü il 262 saylı qərarları vardır (maddə 1, bənd 8).

Mənim “ESKA” MTK ilə sayğac quraşdırılması, kommunal haqqı ödəməyim barədə müqaviləm yoxdur və heç bir öhdəliyim yoxdur. Bütün sayğaclar MTK–nin hesabına quraşdırılmalıdır. “ESKA” MTK 216 mənzildən ibrarətdir, onların 110 mənzilin sahiblərindən 720 manatdan qanunsuz olaraq vəsait yığılıb.Verməyənləri MTK–nin patronu Roza Səfərovanın birbaşa əmr verəni Elxan Dadaşovun göstərişi ilə incidirlər. Yollarda zülm çəkirik. 02 fevral 2023–cü ildə Roza Səfərova mənə zəng edərək hədə-qorxu gəlir ki, səndən şikayət edəcəm. Elxan Dadaşov Roza Səfərova vasitəsilə insanların konstitutsiya hüquqlarını pozur, Cənab Prezidentin vətəndaşların rifahı üçün imzaladığı sərəncamları ayaq altına atır. Aldığım məlumata görə “ESKA” MTK-nin sahibi Elxan Dadasov Azərbaycan Memarliq ve İnşaat Akademiyasinda baş müəllim işləyir və qanunsuz olaraq sahibkarlıqla məşğul olur, sakinlərə süni əngəllər yaradır.
Əlavə olaraq bildirirəm ki, aprelin 25-də Roza Səfərova mənə imzasız və möhürsüz bir sənəd surəti vermişdir ki, get ASAN Xidmətdən elektrik sayğacı al gətir. Bu qadın mənzilimə çıxarış almaq üçün MTK-nın ümumi yığıncağının protokolundan çıxarışı min bir bəhanə ilə mənə vermir və qanunsuz ödəniş istəyir”…

Şirkət rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son zamanlar Cəlilabad rayonundan redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlərin əksər hissəsində məmur özbaşınalığından söhbət açılır. Əhalinin sosial müdafiəsinin lazimi səviyyədə təşkil edilməməsi, səhiyyə sahəsində olan çatışmamazlıqlar isə insanları daha çox narahat edən məsələlərdəndir. Dövlətin balansında olan örüş sahələrinin satılması isə adi hala çevrilib. Bu barədə sevimli oxucularımıza mütəmadi məlumatlar vermişik. Rayonun Qarağac kənd sakinləri tərəfindən redaksiyamıza daxil olan müraciətdə məhz bu faktlar öz əksini tapmışdır.Belə ki,Hamarqışlaq kənd ərazi dairəsinin icra nümayəndəsi Mədət Nəzərov Qarağac kəndinə aid olan örüş sahəsini sözügedən kəndin sakinlərindən birinə qanunsuz olaraq satmış, həmin şəxs də ərazini setka və metal konstruktorlarla hasarlayaraq dövlətin əmlakını faktiki olaraq zəbt etmişdir. Sakinlərin şikayətindən, problem mətbuatda işıqlandırıldıqdan sonra, sözügedən əraziyə İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və öz rəylərini aşağıda olduğu kimi qeyd etmişlər:
“Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hekar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir. Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügedən çəpərin qısa müddət ərzində sökülərək ərazinin zəbtdən azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Cəlilabad rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.”
Bütün bunlara baxmayaraq, sözügüdən mübahisəli məsələlərlə bağlı cavabdeh olan bir dövlət qurumunun (nazirliyin) məktubu sözün əsl mənasında “havada qalmış”, rayon icra hakimiyyəti tərəfindən heç bir addım atılmamışdır. Hansı ki, İqtisadiyyat Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətinə ünvanlanmış məktub əsasında, rayon İcra hakimiyyəti sözügedən ərazidə monitorinq keçirməli və ərazini zəbtdən azad etməli idi.Sual olunur: Niyə zəbt olunmuş torpaq ərazisi "işğal"dan azad edilmir? Rayon İcra hakimiyyəti və onun başçısı Rafiq Cəlilov öz vəzifəsini niyə icra etmir? Çəpərin sökülməsinə görə kənd sakinləri neçənci dəfə dövlət başçımız hörmətli İlham Əliyev cənablarına müraciət etməlidirlər? Əgər, İqtisadiyyat Nazirliyinin də bildirdiyi kimi, zəbt edilmiş örüş ərazisinin qeyri-qanuni hasarlanması həyata keçirilmişsə və bu məsələ ilə bağlı rayon İcra hakimiyyətinin başçısı məlumatlandırılmışsa, niyə tədbir görülmür?

Və yaxud, sözügedən ərazini icra nümayəndəsi M.Nəzərov qanunsuz olaraq satmışsa, onda İcra Hakimiyyətinin başçısı, cənab R.Cəlilov onun barəsində niyə tədbir görmür? Deməli, görünən odur ki, bütün bu gedən proseslərdən, örüş sahələrinin qanunsuz olaraq satılmasından Rafiq Cəlilovun xəbəri var və torpaq alverinin arxasında da özü dayanır. Əgər belə olmasaydı, cənab başçı açıq-açığına dövlətə meydan oxumazdı.
Görünür, Rafiq Cəlilov hələ də köhnə sterotiplərdən ayrıla bilmir. Vaxtilə,“qudalar zənciri”nin “alt pillə”sində yer alan Rafiq Cəlilov indi özünü daha yuxarıda - İltimas Məmmədovdan, Fazil Ələkbərovdan, Vasif Talıbovdan da yuxarıda hiss edir.
Bunu, onun özünə keçirtdiyi 60 illik yubileyində oğlunun dili ilə desək, “mən atamdan böyük cənab tanımıram” deməsi də bir daha sübut edir. Yaxın günlərdə Rafiq Cəlilovun 60 illik yubileyi ilə bağlı çəkdirdiyi VİDEOnu hissə-hissə bölüb şərhini verəcəyik və Rafiq Cəlilovun bu VİDEOnu YouTube səhifəsindən çıxartdırmaq üçün hansı çabalar göstərdiyini şərh edəcəyik. Bu barədə daha ətraflı növbəti yazılarımızda....



Mənbə: Mediatv.az
Ardını oxu...
Laçın rayon Qarakeş kənd sakini, Saxavət Məmmədov bildirir ki, ağcabədi rayon ərazisində taxta körpü adlanan yol 5 aydan artıqdır ki, hasarlanma işləri gedir. yolların kənarı isə bərbad durumdadır. deyir ki, tikilən hasarın arxa tərəfində bir ədəd də, hasar var. iddia edir ki, yeni hasarın çəkilməsində məqsəd büdcədən vəsaitlərin bu yolla silinməsidir. Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək bu məsələnin diqqətə alınmasını və tədbir görülməsini xahiş edir.
Teref.az

 
 
 
Ardını oxu...
Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan Seyidlər kənd sakinləri örüş yerlərinin olmamasından şikayətçidir. Sakinlərin iddiasına görə ümumi örüş torpaqları bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə satılıb. Nəticədə onlar, mal-qaranı oturmaq üçün yer tapmadıqlarını deyirlər.

Dəfələrlə müraciət etsələr də yerli bələdiyyə və icra hakimiyyəti müraciətlərinə baxmayıb.
Samux rayon Seyidlər kəndi ümumi otlaq sahələrini geri qaytarmaq üçün aidiyyatı qurumlardan kömək istəyir

 
Ardını oxu...
Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə bağlı "Azərbaycan Reallığı"na saytına daxil olan məlumata görə tibb müəsissəsində vəziyyət heçdə ürəkaçan deyil. Belə ki, xəstəxanada baş direktor tərəfindən nizam-intizam yaradılsada, Nürəngiz Bəşirovadan narazılıq durmadan artır.

Xanım Bəşirovadan narazılığın artmasına səbəb isə baş direktorun həkimləri, tibb bacılarını və dugər işçiləri şəxsi heyyətin qarşısında təhqir etməsi, müxtəlif ağır sözlərlə tənqid etməsi və hədələməsidir.

Saytımıza daxil olan məlumatda bildirilir ki, hazırda Beyləqan xəstəxanasına işə qəbul olunmaq üçün Nürəngiz Bəşirova tərəfindən qoyulan qiymət gün-gündən artırılır. Xanım Bəşirova ilə işə girənlər arasında vasitəçilik edənlər isə bunu onunla izah edirlər ki, TƏBİB rəhbərliyi xəstəxanaya ayrılan ştatlara görə qiyməti qaldırıb.

Beyləqanda xəstəxanasına təmziləyici kimi işə girməyin qiyməti 5 min, sürücü isə 9 min manatdan başlayır. Əldə etdiyimiz digər məlumatda isə qeyd edilir ki, Nürəngiz Bəşirova ilə keçmiş baş həkim Leylan Nəsirova arsında qalmaqal yaranıb. Belə ki, baş həkim vəzifəsinə təyin olunmaq üçün xanım Bəşirovaya 45 min manat pul verən Leylan Nəsirova həmin pulunu geri istəyir.

Buna səbəb isə Leylan Nəsirovanın cəmi 2 ay baş həkim işləməsidir. Məlumata görə Leylan Nəsirova baş həkim təyina olunandan 2 ay sonra Nürəngiz Bəşirova ilə işləyə bilməyəcəyini başa düşüb və bun görədə istefa ərizəsi yazıb. Baş həkim vəzifəsindən ayrıldıqdan sonra Leylan Nəsirova verdiyi 45 min manatın bir hissəsini Nürəngiz Bəşirovadan tələb edib.

Xanım Bəşirova isə ona 30 min manat verəcəyi vədi verib və yeni baş həkim təyin olunan Bayram Hacıyevdan 10 min manat alıb Leylan Nəsirovaya olan borcun bir hissəsini ödəyib. Məlumata görə Nürəngiz Bəşirovanın əlində kifayət qədər pullar olsada Leylan Nəsirovaya olan 20 min manat borcu qaytarmaq istəmir.

Əldə etdiyimiz məlumata görə Beyləqan və Xocavənd rayonlarında Nürəngiz Bəşirovanın adına qızıllı Nürəngiz adı qoyublar. Buna səbəb isə xanım Bəşirovanın hər ay çoxlu qızıl almasıdır. Bundan başqa Nürəngiz Bəşirovanın Bakı şəhərində oğluna əlavə bir neçə mənzil aldığıda deyilir. Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://www.azerbaycanrealligi.com/manet/9107-beyleqan-xestexanasinda-nurengiz-beshirova-ruzgari-xanim-bash-direktor-ishe-girmeyin-qiymetini-qaldirib.html
AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Bir neçə gün əvvəl İmişli rayon sakini Həsənova Samirə Voroşil qızı "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, çarəsiz durumda olduğunu bildirdi.

Səbəbini isə belə izah etdi ki, "İmişli rayonunda 3 gün birinin, 5 gün birinin evində qonaq kimi yaşayıram. Evim yoxdur. Xəstə övladım var, o da açıq ürək əməliyyatı olunmalıdır ki, bunun üçün də 17.000 (on yeddi min) manat pul lazımdır. Bu məbləği toplamaq üçün Allah razı olsun, rayon sakinləri pul yığırlar. Özüm də balam üçün işləmək, balama kömək etmək istəyirəm, iş tapa bilmirəm. Məşğulluq mərkəzi də, "DOST" iş mərkəzləri də məni sanki ələ salırlar. Gah deyirlər "sizə uyğun iş yoxdur", gah da əlimə iş yeri siyahısı verib müxtəlif ünvanlara göndərirlər, gedirəm, cavab verirlər ki, "artıq, başqa adam götürmüşük". Rayonun içində mən idarədən iş yerinə gedənə qədər güya o işə artıq başqa adam götürürlər. Bələdiyyəyə müraciət edirəm, deyir - "Vallah bizlik deyil, başçı əmr versin, bu dəqiqə işə götürüm səni. Mənlik deyil, ora de". Çarəsiz qalıb yenidən İcra Hakimiyyətinə üz tuturam, məni təzədən göndərirlər məşğulluq idarəsinə. Bu qədər dərdin içində mənimlə sanki oyun oynayırlar".



Doğrusu xanımı dinlədikcə elə biz də elə düşünməyə başladıq.

Bu nə deməkdir?
Rayon rəhbərliyi və məsul şəxslər vətəndaşla zarafatmı edir?

Özü özünü maliyyələşdirməsi üçün kifayət qədər gəlir mənbələri olan İmişli rayonunun bu çarəsiz sakininin istədiyi o qədər də böyük, əlçatmaz bir şey deyil axı. O sadəcə yaşamaq üçün bir sığınacaq, balasını dolandırmaq üçün bir iş istəyir.

Hörmətli Elçin Rzayev, vətəndaş Samirə xanım kimlərsə kimi havayı pul istəmir ki, deyir, "iş verin, işləyim, bir tikə çörəkpulumu qazanım.

Xanımın özü demişkən, necə olur ki, İcra Hakimiyyətinin özündə belə maşallah yaxın qohumlarınıza, ailə üzvlərinizə, həmçinin rayonda fəaliyyət göstərən iş adamlarının yaxınlarına (rəsmi və ya qeyri-rəsmi) iş yeri tapıb, yerləşdirə bilirsiniz?!

O sahibkarlar ki, hər bayramda cibinin pulu ilə şəhid ailələrinə, qazilərə bayram sovqatı paylamaq məcburiyyətində qalır, özü də özünün yox, rayon İcra Hakimiyyətinin, yaxud YAP təşkilatının adından.

Bütün olanlardan xəbərimiz vare, sadəcə deyirik, kim verir-versin, əsas odur bu həssas təbəqənin insanları heçolmasa 1 poket makaron, 1 qutu çay və 1 kiloqram qəndlə də olsa xatırlansın. Belə baxanda baha başa gəlsə də İcra Hakimiyyətinin səfasını da sürən onlardır. Amma, heçolmasa vəzifənizin deyil, Allahın xatirinə bu binəva sakinləri də gör.

Vətəndaş qəbulunu müavinlərinə həvalə edən Elçin Rzayevin nə sakinlər nə də rayonun təmizliyi, abadlığı maraqlandırmadığı rayon camaatının narazılıqlarında əks olunur.

Yeri gəlmişkən, yuxarıda diqqət etdinizsə, xanım deyir ki, "Bələdiyyə sədri deyir, "vallah mənlik deyil, başçı əmr versin bu dəqiqə səni işə götürüm "."

Bəs deyirdilər bələdiyyə ayrıca qurumdur, İcra Hakimiyyətinə aidiyyatı yoxdur?
Əgər belədirsə bələdiyyə sədri niyə Elçin Rzayevdən əmr gözləyir?

Qeyd edək ki, Samirə xanımın "Kamalın zamanı" proqramında canlı yayımda dedikləri ilə bağlı mövqe öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini Rüfət Muradov ilə telefon əlaqəsi saxladıq.

Rüfət Muradov bildirdi ki, xanım gəlsin mənim yanıma, özüm qəbul edəcəm.
Biz də Samirə xanıma İcra Hakimiyyətinə getməsini dedik.
Elə həmin gün də Samirə xanım İcra Hakimiyyətinə gedib, Rüfət Muradovla görüşüb. Görüş zamanı Rüfət Muradov bildirib ki, "Sabah tədbir var, birigün sənə zəng edəcəyik".

Qeyd edək ki, artıq bir həftə müddət keçməsinə baxmayaraq, xanım bildirir ki, icra hakimiyyətindən onunla əlaqə saxlayan olmayıb.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Jalə Asiman
DoğruXeber.az

Ardını oxu...


İki gün öncə DİN-in Qərb bürosu Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyevin tutduqları vəzifədən azad olunmaları barədə məlumat yaymışdı.

Bildirilmişdi ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə onların hər ikisinin sərəncama göndərilib. Ancaq bunun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməmişdir.

Maraqlıdır ki, iki yüksək vəzifəli polis zabiti birdən-birə niyə sərancama göndərilsin ki? 7GÜN TV -yə bu barədə maraqlı məlumat daxil olmuşdur.

Qazax RPŞ-nin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı PB-nin rəisi Amil Hacıyevin arasında əlbəyaxa dava bir qadına görə olub. Bunu hüquq mühafizə orqanlarındakı etibarlı mənbə deyir. Hələlik həmin qadının kim olduğu dəqiq bilinmir. Məlumatda deyilir ki, daha sonra polis zabitləri bir-birinə üzərlərində olan xidməti silahla atəş açıb. Deyilənlərə görə hadisə zamanı onlardan heç biri ciddi xəsarət almayıb.

Məlumata görə Qazax rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov bu hadisəni gizlətməyə çalışıb. O, hətta buna görə hər iki polis zabitindən külli miqdarda pul alıb. Ancaq hadisəni bilən polis əməkdaşlarından biri bu hadisəni müxtəlif gizli yolla lazımi yerlərə çatdırıb. Məhz bundan sonra işin üstü açılıb.

Maraqlıdır ki, iki polis zabiti arasında düşən dava-dalaşa səbəb olmuş qadın kimdir?

Bu barədə araşdırmalardan sonra ətraflı məlumat verməyə çalışacağıq.

Ardını oxu...
Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın cinayət əməlində ittiham olunduğunu xəbər vermişdik. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.

Məsələ ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, bu barədə Bizim.Media-ya Respublika prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.

Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib.

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın saytımıza verdiyi açqlamaya görə saxta arayışın verilməsi işçisinin yalnışlığı səbəbindən olub. Ölən şəxsin təqaüdünü isə özü deyil, nəvəsi mənimsəyib.

Bundan isə mərhumun nəvəsi bələdiyyəyə arayış üçün müraciət edəndə xəbərləri olub. Aygün Mirzəyeva bu məsələdə ona böhtan atıldığını iddia edir.

Onu da bildirək ki, mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib.

Görünən qədərilə, cinayət əməlində Lənkəran şəhər bələdiyyəsi ilə yanaşı TƏBİB də məsuliyyət daşıyır. Hərçənd ki, TƏBİB təxminən 20 gün əvvəl onlara bu barədə ünvanladığımız sorğumuzu hələki cavablandırmayıb.

Belə ki, ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, ölən şəxsin adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır...

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 179.2.4.(xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsinə görə təqsirləndirilən şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) görə tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə şəxsi 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

320. 2-ci maddədə isə (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) qeyd olunur ki, şəxs 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, gənc heykəltaraş Elxan Zeynalov XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibətilə hazırladığı büstün Gədəbəy rayonunda qoyulması ilə bağlı Gədəbəy rayon icra başçısı Orxan Mürsəlova müraciət ünvanlayıb. Lakin icra başçısı büstün Gədəbəydə qoyulmasından imtina edib.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan Elxan Zeynalov bildirib ki, Gədəbəy RİH heykəlin postamentini hazırlatmaq üçün maddi vəsait ayırmamaqdan ötrü bəhanə gətirib.

“İcra başçısının birinci müavini Natiq Nağıyev təklif etdi ki, Mir Cəlal Paşayevin fəaliyyət göstərdiyi yeddillik məktəbdə onun üçün ayrılan otağa qoysunlar. Onun sözlərinə görə, məktəbdə büstü qoymaq üçün Təhsil Nazirliyi pul ayırmalıdır. Bu təkliflə razılaşmadım, çünki büst monimental əl işidir deyə, onu qapalı yerdə saxlamaq olmaz. Bildirdim ki, Gədəbəyin əlverişli guşəsində büstü qoyub, ətrafında kiçik bağ salmaq olar. Natiq Nağıyev isə cavabında dedi ki, “axı o zaman pulu Təhsil Nazirliyi ayırmayacaq...” Aydındır ki, RİH büstün postamenti üçün xərc çəkmək istəmir. Sonra yenə əlaqə yaratmaq istəsəm də, N.Nağıyev mesajlarımı oxuyub, cavab yazmadı. Ayıbdır, bu, Mir Cəlal Paşayevə böyük hörmətsizlikdir”, - E.Zeynallı bildirib.

Onun sözlərinə görə, Gədəbəy RİH büstə sahib çıxmadığına görə Gəncə rayon icra başçısı Niyazi Bayramova müraciət ünvanlayıb: “Lakin onlardan da müsbət cavab ala bilmədim. Başçının birinci müavini Səməd Tomuyev təklifimdən imtina edildiyini bildirdi”.

Xatırlatma: Mir Cəlal Paşayev 1928-ci ildə Gəncə Darülmüəllimi bitirdikdən sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. O, 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə və Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilib.
 

Dünyapress TV

Xəbər lenti