Ardını oxu...
Məhkəmə hakimiyyətinin aztəminatlı şəxslərin məhkəmə müdafiəsi hüququna qadağa qoyması artıq normaya çevrilib. Qadağa , başlıca olaraq, Mülki Prosessual Məcəllənin 67-ci maddəsi ilə doğrulanan yalnız Ali Məhkəmədə vəkilin məcburi iştirakından qaynaqlanır. Yalnız kassasiya şikayəti vermək üçün vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslər dövlət hesabına vəkillə təmin oluna bilər . Sədri Şərafət Məmmədova olan, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət üçlüyün isə heç 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından da imtina etməsindən media anında informasiya yayıb. Heç demə, sözügedən məhkəmə üçlüyünün özbaşınalığı bununla bitməyib.
E-məhkəmə sistemində dövlət hesabına yardımdan məhrum edilən 1-ci dərəcəli Qarabağ əlilinin, ümumiyyətlə, apellyasiya hüququna da qadağa qoyulması haqqında məlumat belə fikirləşməyə əsas verir. Bakı Apellyasiya Məhkəməsi qərardaddan şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktı qəbul edildiyini, işin apellyasiya baxışından çıxarıldığını bildirib. Deyəsən, Şərafət xanım və dəstəsi çaşıb qanunvericiliyin tələbini unudub. Axı dövlət hesabına vəkillə təminatdan imtina edilməsi hələ iş üzrə yekun məhkəmə aktının çıxarılmasına haqq vermir ! 1-ci dərəcəli Qarabağ əlilinin hələ 10 gün şikayət vermək üçün vaxtı var. Və əlil vətəndaş Vəkillər Kollegiyasına dövlət hesabına vəkillə təmin olunması ilə bağlı müraciət edib. Ən uzağı, bəyəm bir vicdanlı vəkil tapılmayacaq ki, qanunsuz qərardaddan əlilin yazdığı şikayətə orderini əlavə etsin? Lap tapılmasın, əlilin öz hesabına vəkillə təmin olunmaq hüququna da qadağa qoyulub? Əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də vəkilin xidmətini ödəməyə müraciət etməkdə haqlıdır. Bunları vurğulamaqda amacımız şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktının çıxarılmasının kobud qanun, hüquq pozuntusu olmasını diqqətə çatdırmaqdır.
Məhkəmə hakimiyyətinin, yuxarıda vurğuladığımız kimi, yalnız MPM-in 67-ci maddəsini tətbiq etməsi, yalnız kassasiya instansiyasında məcburi vəkil ayrılmasını təmin etməsi də Konstitusiyaya hörmətsizlikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Bəs niyə məhkəmə hakimiyyəti Konstitusiyanın 61-ci maddəsini tətbiq etmir? Niyə Ana Qanunun 127-ci maddəsinin VIII hissəsi ilə doğrulanan prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ görməzliyə vurulur? Məhkəmənin məntiqsiz məntiqinə görə, aşağı instansiyalarda dövlət hesabına vəkillə təminat qanunda nəzərdə tutulmayıb. (?) Bəs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsi ilə doğrulanan proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququnu məhkəmənin tanımaması nə ilə izah olunur? İzah belədir ki, pulunu ödə vəkillə təmin olunmaq hüququndan yararlan! Bəs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi ilə doğrulanan MƏHKƏMƏDƏ VƏKİLİN XİDMƏTİNİ ÖDƏMƏYƏ KİFAYƏT QƏDƏR VƏSAİTİ OLMAYAN ŞƏXSLƏRƏ HEÇ BİR MƏHDUDİYYƏT QOYULMADAN GÖSTƏRİLƏN VƏKİL XİDMƏTİNİN HAQQININ DÖVLƏT HESABINA ÖDƏNİLMƏSİ əlillərə, qazilərə aid deyil? Bu da qanunda nəzərdə tutulmuş hal. Niyə qanunda nəzərdə tutulduğu halda 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmır? Məhkəmə bu maddəni cavabdehin sifarişi ilə tətbiq etmir ki, əlilin pensiyası vəkilin haqqını ödəməyə yetər. (?) Özbaşınalığa baxın, məhkəmə hakimiyyəti , sosial müdafiə qurumları bilmir ki, pensiya itirilmiş əmək, sağlamlıq imkanlarının bərpasına yönələn dövlət vəsaitidir . Bəyəm əlil pensiyasını hüquqi yardıma xərcləməlidir ?
Bu Konstitusiya, bu hüquq, bu da qadağa. Görəsən niyə məhkəmə hər çağ qadağanı tətbiq edir? Bəyəm məhkəmə hüquq pozmağa xidmət edir? Suallar çox, cavab verən yox. ..
Məğrur Bədəlsoy
 
Azərbaycanda dövlət qurumlarının korrupsiya hallarına yol verdikləri sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Hesablama Palatası tərəfindən dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatda qeyd olunur ki, əsas maliyyə pozuntularının qeydə alındığı sahələrdən biri də dövlət satınalmalarıdır. Palatanın hesabatlarında açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Lakin bir çox dövlət qurumları və onların rəhbərləri dövlət əmlakından səmərəli istifadə etmək əvəzinə, dövlətin onlara etibar etdiyi əmlakı talamaqla məşğuldurlar. Bununla bağlı son dövrlər elektron media resurslarında yayılmış kifayət qədər ciddi məlumatlar tapmaq olar. Satınalmalarının şəffaf keçirilməməsi ilə bağlı belə bir məlumatı da biz əlavə etmək istərdik.

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə təhlükəli tullantıların pasportunun satınalınması” üzrə keçirmiş olduğu kotirovka sorğusuna yekun vurub və 02.05.2023-cü il tarixdə “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Sözügedən portalda Baş Səhiyyə Mərkəzi kotirovka sorğusunun 26.04.2023-cü il tarixdə başladığını göstərib və qeyd edib ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Buradan suallar yaranır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi satınalmanı dövlət satınalmalarının vahid internet portalında keçirməmişsə elan hansı mətbu nəşrdə dərc olunmuşdur? Dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu prosedurunun 26.04.2023-cü il tarixdə başladığı göstərilir. Müqavilə isə 02.05.2023-cü il tarixdə bağlanılıb. Bu isə 7 gün edir ki, onun iki günü şənbə və bazar günlərinə düşür. Qalır 5 gün. Mövcud qanuna görə mümkündür. Amma deyəsən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin rəhbərliyi 5 gün ərzində birbaşa müqavilə bağlamağa çox tələsib. Çünki müsabiqə başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 26.04.2023-cü il göstərən Tender Komissiyası 03.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində birbaşa satınalma müqaviləsinin bağlanıldığını elan edib.
Ardını oxu...
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, GENERAL ŞIXLİNSKİ, ev 59, m. 4, qanuni təmsilçisi kimi isəAğayev Gülbala Etibar oğlu qeyd olunub.

Məlumat üçün xatırlatmaq istərdik ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoru Elçin Əmirovdur. O, sözügedən vəzifənin başına keçməzdən əvvəl Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olub. Bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə 2021-ci ilin oktyabrında Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə direktor təyin olunub.

Görsənən odur ki, Elçin Əmirov Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir. TƏBİB-in sədri Vüqar Qurbanov da, Səhiyyə naziri Teymur Musayev də , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev də ona bu işlərədə geniş şəraitlər yaradırlar.

Aktualinfo.org
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Toxum və ting istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər attestasiyadan keçirildikdən sonra onlara şəhadətnamə verilməsi və toxum istehsalçıları reyestrinə daxil edilməsi vəzifəsi nazirliyin struktur bölməsi olan Aqrar Xidmətlər Agentliyinə tapşırılmışdır". Bu barədə Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qüvvədə olan mövcud qanunvericiliyə görə Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün tələblərin ən başlıcası aşağıdakılardır:

- 2 ildən az olmayaraq toxumçuluq fəaliyyəti üzrə iş təcrübəsi;
- toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün mülkiyyətində, icarəsində və ya istifadəsində aşağıda göstərilən torpaq sahəsinin olması:
- taxıl toxumçuluğu üzrə minimum 50 hektar;
- pambıq toxumçuluğu üzrə minimum 15 hektar;

Aqrar Xidmətlər Agentliyi tərəfindən 2021 ci ildə Ağalarov İntiqam Ağalar oğluna toxumçuluqla məşğul olmaq üçün müvafiq şəhadətnamə verildiyi iddia edilir. Əlavə olaraq bildirlir ki Şəhadətnamənin alınması üçün təqdim olunmuş torpağa aid sənədlərdə göstərilən 96 hektar sahənin cəmi 12 hektarı əkin digərləri isə əkin deyildir.

Təqdim olunmuş sənədlərin 50 hektarı Ağalarov Şahin Ağalar oğluna aid olmaqla qışlaq sahəsidir. Bu iki şəxs arasında heç bir müqavilə olmasada 2021 ci ildə həmin 50 hektar sahəni Ağalarov İntiqam Ağalar oğlunun adına bəyan edilərk 9000 manat subsidiya alınmışdır.Ağalarov İntiqam Ağalar oğlunun Aqrar Xidmətlər Agentliyinə təqdim etdiyi və öz adına olan və Məmmədqasımlı kəndində yerləşən 7.8 hektar 14.2 hektar 12 hektar yerlər isə örüş -otlaq sahələridir.Bütün bunlara göz yuman isə həm Mirzə Əliyev ,məlumatı olsa da heç bir tədbir görməyən nazirliyin sabiq daxili nəzarət və audit idarəsinin rəisi hazırda aparat rəhbəri Fuad Mayılov və onun yaxın qohumu və şöbə müdiri Ramin Əhmədovdur".

Daha sonra sabiq KTN işçisi bildirir: "Bunları qeyd etməklə hörmətli MƏCNUN MƏMMƏDOVDAN problemi (deyilənlər düzdürsə) həll etməyi xahiş edirik. 96 hektardan götürülmüş toxum 1000 hektardan yuxarı əkiləsi torpaqları keyfiyyətsiz toxumla təminatına, yüzlərlə fermerin az məhsul götürməsinə, çoxlu dövlət vəsaitinin israfına səbəb ola bilər..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
 

Ölkədə aparılan kadr islahatları, Prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizə günün başlıca tələblərindəndir. İndi artıq demək olar ki, Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır,hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,ki nə fayda…

Artıq illərdir ki, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifədə olduğu müddətdə böyük bir kollektivi, tibb ocağını çətin duruma saldı. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq illərdir ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb oldu. Səhiyyə naziri Oqtay Şirəliyev ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini etmiş-işdən çıxarmış, işə qəbul etmiş…

Elmi Tədqiqat Kardiologiya İnstitutu ilə bağlı cumhuriyyet.az-a bu müəssisənin bir qrup əməkdaşı adından ilginc daktların yer aldığı məktub daxil olub. Məktubda bildirilir ki, dəfələrlə Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlardan və özbaşınalıqdan, insan və həkim hüquqlqrının pozulmasından, elmi işcilərə və professor heyətinə hörmətsizlik və onlara qərəzlilik taktikasını tutan, öz əməkdaşlarını qəbul etməyən direktorun davranış pozuntuları haqqında şikayət ərizələri yazılmış və sosial şəbəkələrdə məqalələr çıxmışdır. Lakin aidiyyatı orqanlar bu işlərə barmaqarası yanaşmışdılar. Məktub müəllifləri yazır:
“Direktor vəzifəsini icra etmək üçün heç bir səriştəsi olmayan, 1 il ərziində plagiat elmlər doktorluğu müdafiəsini edən kimi özünü vəzifəyə qoyduran Gülnaz Dadaşova sanki dövlət müəssəsinə deyil, şəxsi mülkə direktor təyin olunub. Bu səbəbdən də institutda baş verən proseslər və əmək qaydaları dövlət tərəfindən akreditə olunmuş rəsmi təşkilata uyğun deyil, Gülnaz xanımın və onun yaxın əhatəsinin maraqlarına uyğun qurulub.

Maraqlı odur ki, Gülnaz Dadaşova yaxın ətraflarının əməllərinə nəinki göz yumur, hətta özü də bu tipli cinayətlərdə iştirak edir. Belə ki, institutun ” hərbi çağırışçılarla” məşğul olan həkim komissiyasının üzvülərindən istifadə edərək saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dadaşova hakimiyyəti zamanı xəstələrdən fond pulu yığılması, açıq-açığına palatanın satılması, 400ml-ik sistemlərin tərkib hissələri nəzərə alınmadan, higiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünməsi , köhnə vaxtı keçmiş dərmanların xəstələrə istifadə olunması və təzə dərmanların aptek şəbəkəsi vasitəsi ilə satılması, funksional həkimlərdən 300-500 man civarında pul yığılması və əks təqdirdə onların işdən uzaqlaşdırılması faktdır.

ETKİ böyük elm ocağıdır. Oranın , böyük kliniki və elmi məktəbi var. Bu xanım vəzifəyə gələndən elə birinci zərbəni elmi dərəcəsi olan elmi işçilərə vurdu. Belə ki, institutun elmi katibini, Tibb elmləri doktoru Sona Qəhrəmanovanı qeyri qanuni olaraq işdən azad etdi. Gedən məhkəmələr və Ali məhkəmənin qərarı ilə elmi katib öz vəzifəsinə qayıtsa da təzyiqetmə və təhdidetməyə məruz qaldı. Gülnaz Dadaşova ona öz vəzifəsini icra etməyə imkan vermədi. Təzyiqə və təhdidlərə məruz qalan Sona Qəhrəmanova öz xoşu ilə işdən çıxmaq məcburiyyəyində qaldı. Cəzasız qaldıqca G.Dadaşova öz çirkin əməlini davam etdirir və təkmilləşdirir. Belə ki, təzyiqlərinə qanun donu geyindirərək hər addımını kağız üzərində şantajla, izahat və töhmətlə qanunlaşdıraraq 40 il elmi və kliniki fəaliyyətini ETKİ-na həsr edən, tanınmış alim və peşəkar həkim, Tibb Elmləri Doktoru Elman Ələkbərovu öz əli ilə ərizə yazıb işdən azad olunması məcburiyyətində qoydu. Elmi işçilərə elmi fəaliyyətlərində heç bir şərait yaratmır, elmi texniki bazanı təkmilləşdirmək əvəzinə elmi işçiləri plageat məqalələr yazmağa və özünün də adını başlıqda qeyd etməyə məcbur edir və bununla ETKİ-nun elmi fəaliyyətini təsdiqləmək istəyir. Bu 4 il ərzində elmi dərəcəyə layiq bilinən heç bir elmi iş icra olunmamışdır. Hər bir əməlini TƏBİB və İcbari sığottanın adı ilə bağlayan direktor elmi işçiləri otaqlarından sıxışdırmağın hesbına palataların sayını artırır, elmi işçiləri isə sanitar və higiyenik normalara uyğun olmayan otaqlarda ( 9 kvadrat metrəlik otaqda 6 nəfər) yerləşdirərək, institutu şəxsi gəlir mənbəyinə çevirmişdir”.

Rəhbərlikdən narazı olan əməkdaşlar cumhuriyyet.az-a ünvanladıqları məktubda daha sonra yazır: “Hal hazırda institutdakı struktur quruluşu nəinki dünya standartlarına, hətta geridə qalmış 3-cu dövlətlərdəki kliniki xəstəxanaların strukturuna uyğun deyil. 40 ildə yaradılan 4 ıl ərzində dağıdılıb: rentgen apparatını təmir etmək əvəzinə rentgen kabinet dağıdılıb. Buna görə də stasionar və ağır ambulator xəstələr rentgen müayinəsi üçün 5 saylı xəstəxanaya göndərilirlər.

Bununla əlaqəli olan narazılıqları guya ki, nəzərə alaraq “Modul” xəstəxanasında istifadə olunan portativ rentgen apparatı qətirilib 2-ci mərtəbədə sanitar- higiyenik normalara uygun gəlməyən və rentgen şüalarından izolyasiyası olmayan adi Exokardioqrafiya otağında yerləşdirilmişdir.Bu səbəbdən kollektiv öz narazılığını bildirmiş və yazılı surətdə direktora müraciət etmişdir. Kollektivin narazılığından ehtiyat edən direktor Rentgen apparatını otaqdan çıxartdırsa da, kiçik tibb personalın və həkimlərin bəzilərinəhədə qorxu gələrək təzyiq göstərmişdilər.
İcbari sığortanın fəaliyyətinin icra olunmağa başlanması dövründə də dövlət qanun qaydasına riayət edilməsi əvəzinə, qanun pozuntularına yol verilməsi Gülnaz Dadaşovanın dəsti xəttinə daha da çox uyğundur. Bu baxımdan bonusların paylanmasında çox problemlər yaşanır: bonusların vaxtı vaxtında və olacağından çox aşağı miqdarda verilməsi və yaxud bəzi əlavələrin bir çox əməkdaşlara ümumiyyətlə verilməməsi faktdır. Bununla əlaqədar olaraq TƏBİBƏ və İcbari sığortanın icraçı nümayəndələrinə şifahi və yazılı surətdə müraciətlər olmuş və yoxlamalar gəlmişdir. Lakin necə olubsa Dadaşova yenə də aydan arı- sudan duru çıxmışdır. Səbirsizlik qabının sonuncu damlası, qəbul şöbəsinin növbətçi hıkimlərinə dövlət tətəfindən müəyyən olunmuş qanuni məvacibin kəsilməsi oldu. Onların şikayətlərinin araşdırılması əsnasında məlum oldu ki, həkimlərin qanuni maaşı kəsilib və şöbələrə yeni təyin olunmuş növbətçi həkimlərin maaşlarının üzərinə növbə sayına görə bonus şəklində əlavə olunub. Hal hazırda hər kəs növbədən kənar, bir və yaxud iki həftəlik qanuni məzunyyət götürməyə ehtiyat edir. Çünki hamı bilir ki, məzuniyyət pulu verilməyəcək və bu azmış kimi gələn ay maaşdan da kəsiləcək. Dəfələrlə mühsibata müraciət olunsa da əməkdaşın xeyrinə bir sübut olmamışdır. Bunlardan başqa son 3 ay ərzində, pressinqlər daha da artıb. ETKİ-də əməkdaşlara töhmət vermək adi hala çevirilib. Son 3ay ərzində 10 nəfərdən çox əməkdaşa töhmət verilib və başqa cəza tədbirləri (gördüyü işdən uzaqlaşdırmaq və s.)görülür. Əməkdaşı onun tutduğu vəzifədən, kliniki statusundan,elmi dərəcəsindən asılı olmayaraq , hər hansı cüzi əmək pozuntusu olan kimi izahat yazmağa və izahatın sonunda isə “mən bir daha belə etməyəcəm” cümləsini yazdırıb körpə uşaq kimi alçaldır və təzyiq altında saxlayırlar.ETKİ elmi tədqiqat müəsisəsindən, elm ocağından, elmi təkmilləşmə klinikasından “islah koloniyasına) çevirilib.Bu təzyiqlərə və təhdidlərə, hədə qorxuya, həkim və alim hüququnun tapdalanmasına məruz qalan əməkdaşların institutdan başqa klinikalara axını başlayıb.. Adını sadaladığımız alimlərdən başqa Tibb üzrə Fəlsəfə Doktoru Rufanə Abdullayeva, elmi işçi Quliyeva Afət öz xoşları ilə institutdan uzaqlaşmaq məcburiyyətində qalmışdılar. Burada hələ orta tibb işçilərin siyhısı sadalanmır. Bu siyahı get gedə artmaqdadır, çünki narazılıq get gedə daha da artır. Belə getsə kardioloqiya elminin inkişafı və tərəqqisi üçün institutda dəyərli alim qalmayacaq.

Stasionarda yatan xəstələrə lazım olan laborator müayinələr (əlavə hormonal müayinələr və s) xəstəxananın yox həkimin bonusundan çıxılır.

Yay aylarında ağır ürək çatmazlığı və tənəffüs problemləri olan xəstələr isti otaqlarda boğulur, şöbənin koridorunda olan kondisionerlər həkimlər tərəfindən pul yiğılaraq alınıb.

Bütün inzibati kabinetlərdə, direktorun otağında isə müasir komdisionerlər quraşdırılıb. Şöbələrdə yatan 40-50 xəstəyə yalnız 2 tualet fəaliyyət göstərir, yuyunmaq üçün nə isti su nə də xüsusi otaq ayrılmayıb. Direktorun qoyduğu qanun ilə pullu xəstələrə luks və yarımlyuks palatalar günü müvafiq olaraq 50 və 40 manata təklif olunur. Yığılan pullar katibəsi Aygül vasitəsi ilə direktora ötürülür”

Bu günlərdə inistutda nazirlik tətəfindən ciddi monitorniq keçirildi Verilən məlumatlarda isə nəticələrin qənaətbaxıcı olmaması göstərilir. Bu barədə bir çox xəbər saitlərində rast gələ bilərik. Şikayyətçi olan həkimlər xəstələr qarşılaşdığı “Gülnaz bəlasından “qurtulmağ üçün imkan yarandığı halda qurban kəsəcəylərini elan etdilər
Gülnaz xanım isə vəziyyəti belə gördükdə özünə yaxın xəbər portallarında “əks hücuma ” keçərək özü üçün nüsbət rəy yaratmq məqsədilə bəy tərifi təşkil edir.

Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşovanın əməlləri pik nöqtədədir Hər kəs isə susur.

Göründüyü kimi Kardiologiya İnstitutunda baş verənləri ürək ağrısız izləmək olmur. Amma, nədənsə bütün bu qanunsuzluqlar, özbaşnalıqlar sanki əvvəllər Səhiyyə Nazirliyinin ürəyincə olub. Görünür G.Dadaşova ürək üzrə mütəxəssis olduğu üçün hamının ürəyini ram etməyi yaxşı bacarır. Yəqin bu səbəbdəndir ki, heç kim onun ürəyini qırmır.

Ardını oxu...
 
 

...Yol kənarı... Özü də Sumqayıt Avtovağzalının 50 metrliyində inşa edilən bu tikilidəki məlumat lövhəsində "Bakı, küç.34, İnşa edən "Sky İnşaat" MMC" yazılıb... Amma ərazi çəpərlənsə də burada piyadaların keçdiyi səki də məhdudlaşdırılaraq əsas magistral yoldan marşurut xətt avtobusunun da keçdiyi asvalt yolla təmasda qapısı açıq vəziyyətdədir... Və burada sözün əsl mənasında ölüm kabusu mənzərəsi yaradılıb. Halbuki, bu sadaladıqlarımdan hələ bir qismidir ki, bunlar Tikintidə təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının da pozulması buradan keçərkən tərəfimizdən jurnalist araşdırması olaraq video müsahibə ilə qeydə alındı. Araşdırma zamanı ən böyük və ilk ciddi qayda pozuntusu, hətta deyərdim ki, baş verəcək cinayət hadisəsinin bir addımlığında -məhz tikinti -inşaat işlərinin aparıldığı bu çəpərlənmiş ərazinin giriş qapısının 1- m-ə qədər açıq qalması idi. Yəni, belə olan halda yoldan keçən hər bir azyaşlı və ya naşı adam, buraya daxil ola və təhlükənin qurbanına çevrilə bilər. Çünki açıq qapının arxasında- bir addımlığında qaz qaynağı aparatları- propan qaz və oksigen qaz balonları biri -birinə normativ məsafə pozuntusu ilə bitişik vəziyyətdə idi. Hansı ki, bu cür balonların istismarı zamanı müəyyən edilmiş minimal ara məsafəsi olan 1m ara verilməklə yaxınlığında isə mütləq qaydada yanğınsöndürmə vasitələri və s. vasitələr olmaqla, 5 metr radiusda isə yanar və tez alışan materiallar kənarlaşdırılmalıdır. Amma və lakin...

 

Ardını oxu...

Hələ bu azmış kimi, balonların istismarı zamanı bir neçə ciddi olduğu qədər də dəhşətli qayda pozuntuları da aşkarladıq. Belə ki, bu barədə həmin şirkətdə çalışan fəhlələrdən bir neçəsi redaksiyamıza bu barədə məlumat vermişdilər, biz də araşdırarkən şikayətdə bildirilən halların canlı şahidi idik... Hansı ki, metal kəsən propan balonunun reduktoru ilə işləyən fəhlə bilməlidir ki, hər iki qaz balonlarının işçi təzyiqini ( 8 Atm) tənzimləyən manometr özü də saz vəziyyətdə olmalıdır. Burada isə manometrin şüşə ekran təbəqəsi qırılmaqla təzyiq göstərən ox qeyri- düzgün forma halını alaraq işçinin ixtiyarına verilmişdir. Üstəlik də, balonlara qoşulmuş şlanqlar da istismar müddətini lap çoxdan başa vurmaqla çürük və çat- çat vəziyyətində idi. Bu şlanqlarla işləyən metalkəsən, yaxud qaz qaynaqçı işçinin həyatına ölüm təhlükəsi gözlə-qaş arasında idi. Şlanqların reduktora bərkidilməsi isə xüsusi kipləyici ilə olmalı halda, yenə də təhlükəli olaraq kustar üsulla, izolyasiyasız yanmış məftillə müvəqqəti burulub bərkidilmişdir.
XXX
Qeyd etdiyim halları həmin vaxt burada özünü təqdim belə etməyən şəxslərə- mühəndis-texniki heyətin nəzərinə çatdırsam da, onlar bu iradı qəbul edib qısa zamanda bu təhlükəni aradan qaldırmağa söz vermək əvəzinə, bu halı təkzib eləməklə, hətta bu məsələnin mediaya aid olmadığını da israrla bildirdilər. Özü də bu bildirişi şifahi elan edən və foto və videodakı sahə rəisi kimi təqdim edilən şəxs, bizə hədə -qorxu da gəlməkdən çəkinmədi. Görünür, bu şəxs məsuliyyətini və hər an baş verəcək partlayış hadisəsinin olacağını düşünmürdü... O, məsul bir tikinti sahəsinə təyin olunsa da, hələ də müvafiq qanunvericiliyin tələblərindən ya bixəbərdir, ya da nəyinəsə arxayın olub bu cür danışıqlarla yadda qalmaq istəyirdi. Biz isə bir daha onun diqqətinə çatdırıb qeyd edirik ki, Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələri məhz vəzifəsinə belə məsuliyyətsiz yanaşanlara sanksiya müəyyən edib!
İXM-dən aidiyyəti maddə: "Maddə 518.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir".

Ardını oxu...

Həmçinin yenə də İXM-nin daha bir maddəsi: "Maddə 536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda, ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə-
-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan 500 manatadək cərimə edilir".
Baş verən cinayət xarakterli hadisəyə isə təbii ki, Prokurorluq hüquqi qiymət verir. Aşkarladığımız bu hallarla bağlı qısa zamanda bu böyük təhlükənin aradan qaldırılması üçün çəkilişimizə mane olan bu şəxsdən anındaca FHN nin 112 qaynar xəttinə müraciət etməklə burada çalışan işçilərin taleyi naminə kömək edilməsini istədik. Qurumdan həmin dəqiqələrdəcə geridönüş zənginin edilməsini və sözügedən əraziyə nüvafiq personalın təhkim olunmasını, araşdırma və qanuni tədbir görülməsinin nəticələrini bizə bildirəcəklərinə söz verdilər...
Görünür, Sumqayıt şəhər Prokurorluğunun "Sky İnşaat" MMC"-nin bu ərazidəki fəaliyyətindən xəbəri yoxdur. Amma biz media olaraq məlumat veririk ki, burada ölüm və ciddi bədən xəsarətləri ilə nəticələnə biləcək hadisə göz ilə qaş arasındadır...
Mövzunu diqqətdə saxlayacağıq...
 //tezadlar.az//

 

XalqXeber.Az
Ardını oxu...
 
 

Xətai rayonu, Həsən Salmani kücəsi 17-də "Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib.

 

Ardını oxu...

Xalqxeber.az bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18 mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.

Ardını oxu...
Əvvəl

Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin şəhər panaramasına görmçəsinə meaəçilik tərətdiyi üçün quş qanadına bənzər tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.
Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Ardını oxu...
Sonra

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verərək bildirib ki, bu cür icazələrin hər biri Bakı şəhər Arxitektura Komitəsi tərəfindən verilir. İcara Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir.

Qeyd edək ki, "Sahil” MTK əvvəllər Beynelxalq Bankda filial müdiri olmuş və hazırda iş adamı kimi fəaliyyət göstərən Fizuli adlı şəxsə məxsusdur. O Bakıda və bir sıra rayonlarda tikinti obyektlərinin, həmçinin "Səngər Qala Resort Hotel"nin sahibidir.

 

XalqXeber.Az
Ardını oxu...
AAYDA-nın "Xaç atası" ƏFLATUN QASIMOVUN NOVXANIDA tikdirdiyi və tezliklə Saleh Məmmədova hədiyyə edəcək VİLLANIN açılışı olacaqdır

Məlumatlı mənbənin verdiyi önəmli xəbərlərdən məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və onun vəziri rolunu oynayan qudası- Yolların Təmiri və İstismarı İdarəsinin rəisi, 68 yaşlı Əflatun Qasımov hazırda Binəqədi rayonun Novxanı qəsəbəsinin dənizə yaxın ərazisində inşa etdirdiyi 4 mərtbəli möhtəşəm villanı "Yollar şefi"nə hədiyyə etməyə hazırlaşır.

Səbəbi də budur ki, Brejnev medallar aludəçisi olduğu kimi, S. Məmmədov da villa həvəskarıdır. Baxmayaraq ki, Azərbaycanın demək olar ki, bütün regionlarında onun imarətləri dillərdə dastandır. AAYDA sədri də elə bu qayğıya görə hətta özünə və digərlərinə aid olan bütün səlahiyyətlərin icrasını Əflatuna həvalə edib.

Ona görə də, bu gün AAYDA-nın bütün işçi heyəti Ə. Qasımova "xaç atası" kimi baxır və məcburiyyətdən ona biət edirlər. Bu adam da fürsətdən və düşdüyü cəzasızlıq mühitindən geninə-boluna istifadə edərək pul qazanmaq üçün ağlına gələn hərəkətləri etməklə məşğuldur.

İndi keçək detallara:

Elə götürək son günlər fasillərlə yağan yağışı. Bakı yenə də həmişə olduğu kimi , leysansız yağan yağış sularına təslim oldu. Daha doğrusu, təslim etdirildi. Bu, ilk dəfə baş vermir. Şəhərə yarım saat yağış düşən kimi yollar, küçələr, həyətlər su altında qalır. Artıq problem o qədər adiləşib ki, paytaxt sakinləri vəziyyətə vərdiş ediblər. Amma yenə də, Bakının yollarını elə günə qoyublar ki, yağış da yağmasına peşiman olur.

Doğrudur, əvvəllər, bunun günahını şəhərin arxitekturasını pis günə salan sabiq mer Hacıbalada görürdülərsə, zaman keçdikcə məlum olur ki, günah tək onda deyilmiş, paytaxtın yol infrastrukturunu quranlar şəhəri bu günə qoyublar.Məsələn, noyabrın 15-də və 16-da paytaxtın bir çox küçə və prospektlərində müşahidə edildi ki, yağış suları asfat yolun ortsına yığılır. Sanki, bu yolları peşəkar yol mütəxəssisləri deyil, hansısa dağın dərəsindən təzəcə enmiş çobanlar tərəfindən çəkilmşdir.

Yəni, göz görəsi yolların yenidən qurulması və təmiri zamanı tələb edilən adi norma və qaydalar gözlənilmir, drenaj sistemləri, kolektorlar, suötürücü qurğular və digər texniki məsələlər başdansovudu icra edilir. Təzəliklə salınan təbii yox, süni asfalt yollarsa elə birinci yağışdan sonra pis günə düşür, gölməçələr peyda olur. Səbəbi də budur ki, dövlət büdcəsindən yollarımızın təmir və tikintisinə ayrılan külli-miqdarda vəsaitlərin demək olar ki, 80 %-i cənab Əflatun Qasımov və komandası tərəfindən mənimsənilir.Məsələn, AAYDA-nın yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi şərtsiz bir öhdəliyi var.

Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya, yaxud yağış kollektoru olan yollarda təşkil olunmalıdır. Nəticədə yayda gözəl görünən Bakımız bu vəziyyətdədir – hər yan tıxac, prospektləri və tunelləri su basıb, sanki XIX əsrdə yaşayırıq.Göründüyü kimi, sədr Saleh rəhbərlik edir, quda – Əflatun Qasımov Yolların Təmiri və İstismarı İdarəsinin rəisi olaraq tapşırıqları lazımınca “həyata keçirir”Necə? Detalları bir az da xırdalyaq:

AAYDA-nın qadın işçiərinin verdiyi məlumatda

AAYDA-nın strukturuna daxil olan, yolların salınması, yenidən qurulması və təmiri işlərilə birbaşa 80-ə yaxın Yol İstismar İdarələri məşğul olurlar. Bu idarələrdən 30-nu çıxmaq şərtilə, qalan 50-si demək olar ki, borc bataqlığında batır. Ən çoxu da ucqar dağ rayonlarnda yeləşən Yol İstismar İdarələridir.

Hətta bu idarələrdən bir çoxuna adi yanacaq almağa maliyyə ayrılmır. Qalan 30 idarə isə Əflatuna və cənab sədrə xüsusi yaxınlığı olan dost-tanış və qohum-əqrəbalardan təşkil edildiyinə görə sövdələşmələr bu idarələrlə aparılır, sifarişlərin hamısı onlar arasında bölünür. Sonda isə icra edilən bütün işlərin istismara qəbul aktları Əflatunun xidməti otağında yazılır, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı komissiyası isə hazır sənədi təsdiqləməklə işini bitmiş hesab edir. Bəli, başdansovudu, keyfiyyətsiz icra olunmuş işlərə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin təyinat üzrə düzgün xərclənib xərclənməməsi məsələsi isə nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti, nə də Hesablama Palatası tərəfindən yoxlanılmır.

Yəni, xarici borclar hesabına dövlətin zəmanətilə aldığı milyardlarla vəsaitlərin AAYDA strukturlarında necə xərclənməsinə faktiki olaraq bu rəsmi qurumlar nəzarət edə bilmirlər. Bir sözlə, aidiyyatı dövlət qurumları sanki oyundankənar vəziyyətə salınmış hala düşürlər. Bəs görəsən AAYDA-nın ən çox sifariş icra edən 30 idarəsi əməkdaşları qazandığı qəpik-quruşu evinə apara bilirmi? Əsla yox. Çünki, Əflatun onların hamısını Sabirabadda, Saatlıda və Bakıda məskunlaşan yaxın-uzaq qohum-əqrəbalarının toy məclislərinə dəvət edir. Hünəri olan iştirak etməsin. Görüm o zaman gələn dəfə sifariş üzü görə bilərmi?.

Beləcə, idarə müdirləri və AAYDA-nın aparat işçiləri həftə 8, mən 9 istirahət günlərini Əflatunun qohumlarının toy-nişan məclislərində keçirmək zorunda qalırlar. Azərbaycan vətəndaşının istədiyi isə budur ki, bizim yollar da Avropadakı kimi keyfiyyətli və rahat olsun.

Çünki bunun üçün dövlətimiz lazım olandan daha çox vəsait ayırır.

Qurbanovun "Azəravtoyol"a rəhbərliyi dövründə 10 il əvvəl inşa edilib istifadəyə verilmiş Ağsu-Yevlax magistral yolu necə var elə də durur. Deməli, C.Qurbanov xidməti işə Saleh-Əflatun komandasından daha insaflı və vicdanlı yanaşmışdır. Mənbəmiz onu da xatırlatdı ki, AAYDA-nın sifarişləri əsasında bir çox işləri icra etmiş iki nəhəng və 8 orta səviyyəli şirkətlər pullarını hələ də ala bilmirlər. "Xaç atası" Əflatun Qasımov bu şirkətləri "Pul yoxdur, olanda verəcəyik" deyib dizin dizin süründürür. Və kimsə cürət edib nəinki Kommersiya Məhkəməsinə, sadəcə Nazirlər Kabinetinə belə şikayət edə bilmirlər.

Digər fakt ondan ibarətdir ki, AAYDA-nin sədr müavini, köməkçisi, müşaviri, məsləhətçiləri, istismar və maliyyə rəisləri, yerli və magistral yollar rəhbərləri, İdarə müdirlərindən ibarət qohumlardan təşkil olunmuş bu strukturda yazıq müəllimlər kimi hər il deyil, cəmi bir dəfə ATTESTASİYA keçirilsə, onların 10%-i tələb olunan 60 baldan 15-ni belə toplaya bilməz. Hamısı savadsızdırlar. Yol mütəxəssiləri isə qalıb kənarda.

Yaxşı ki, DTX-nın maliyyə İdarəsi AAYDA-ya gəlib gözucu da olsa yoxlama aparmır. Aparsa...Son vaxtlar cənab sədrin Əflatunun yanında ürək açıb " İşləməyə imkan vermirlər", "qoymurlar öz işlərimizi görək" kimi ifadələri çox mətləblərdən xəbər verir. Belə ki, azad edilmiş ərazilərdə yol infrastrukturunun vaxtından əvvəl icra edilməsi üçün 1-ci vitse-prezident tərəfindən verilən tapşırıqların icrası zamanı cənab sədr uzun illər büdcədən çırpışdırdığı milyonların bir hissəsini çatışmayan yerlərdə işlətmək zorunda qalıb. Bu da onunla heç cür barışa bilmir. Sanki babasından qalma vəsaitləri xərcləyirmiş...Araşdırmalarımız davam edir.

Müstəqil araşdırmaçı, Xəyal Səmədov Redaksiyadan:

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
 
 

Goranboy – Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin şagirdi Əliyeva Gültəkin Aftandil qızının 11 a sinif jurnalında adı yazılıb, məktəbə getmir, dərslərdə iştirak etmir.

 
Ailə həyatı qurmaq üçün məktəbli Bərdə rayonuna qoşulub qaçıb.
Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin direktoru, müavinləri, rəhbər vəzifədə çalışanlar məktəbli qızın ailə həyatı qurması üçün qoşulub qaçırılması barəsində hələ bu gün məlumatları olub.

Demək, şagirdin adı sinif jurnalında yazılsa da, şagirdin dərsə gəlib-gəlməməsi məktəb rəhbərliyi, rəhbər vəzifədə çalışanları, həmin şagirdin təhsil aldığı 11 a sinfinin şagirdinin sinif rəhbərini bu günə kimi narahat etməyib, şagirdə dərslərdə iştirak etməməsi üçün bu günə kimi “q” yazılmayıb.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dunyaninsesi.Az

Dünyapress TV

Xəbər lenti