Azərbaycanlı qız karate üzrə dünya çempionu oldu
Azərbaycanlı karateçi Şəfaqət Zeynallı dünya çempionu olub.

Referans xəbər verir ki, Polşada keçirilən ənənəvi karate üslubu – fudokan üzrə 10-cu dünya çempionatında Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Şəfaqət Zeynallı böyük uğura imza atıb.

O, çempionatda çıxışı ilə seçilərək birinci yerin sahibi olub və qızıl medalla təltif edilib.

Dünyapress TV

Xəbər lenti