Müharibə iştirakçısını "yararsız" hesab edən ASCO:
Aylar öncə Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlu Publika.az-a müraciət edərək ixtisası üzrə iş tapa bilmədiyini vurğulamışdı.

Samran Məmmədov 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecindən “Gəmilərin təmiri” ixtisası üzrə məzun olub. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, onun üçün iş tapmaq müşkülə çevrilib.

Samran Məmmədov 44 günlük Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hazırda çətin durumda olan Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir neçə dəfə müraciət edib. Lakin onun müraciətinə baxılmadığını bildirib. Lakin Publika.az bu məsələni ictimailəşdirəndən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirdilər ki, müharibə iştirakçısının problemi nəzarətə götürüləcək.

Samran Məmmədov bildirib ki, həmin yazıdan sonra onunla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dan əlaqə saxlayıblar və müəyyən sənədləri toplayaraq idarəyə gəlməsini tələb ediblər. Samran sənədləri toplayaraq idarəyə gedib:

“Danışarkən mənə "medalların vəsiqəsini götür" demişdilər. Heç bir imtahandan söz açılmamışdı. Sənədləri toplayıb, getdim. Amma heç vəsiqələrə baxan da olmadı, mənə 100 sual verdilər. Cəmi 33 sualı düz yazdım. təbii ki, hazırlıqsız olmağım bunun əsas səbəbi idi. Onlara dedim ki, məktəbi 2018-də bitirmişəm, üstündən 5 il keçib. Həmçinin müharibə görmüşəm. Bütün bu olanlardan sonra 33 düz cavab yazmışamsa, bu, yaxşı nəticə sayılmalıdır. Ora imtahan ediləcəyimdən xəbərsiz, heç bir hazırlıq görmədən getmişdim. Lakin bildirdilər ki, sizin nəticəniz aşağıdır, biz sizi işə götürə bilmərik”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1692605321_2.jpg
Vətən müharibəsində iştirak edən gənclərin məşğulluq məsələləri, peşə qabiliyyətinin təkmilləşdirilməsi ölkə rəhbərinin də diqqətindədir.

Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də yeni təyin olunan icra başçılarını qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluğu məsələsinə toxunub. Dövlət başçısı bəyan edib ki, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir:

“Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”, - dövlət başçısı qeyd edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_1692605324_3.jpg
Maraqlıdır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Prezidentin tapşırığına belə əməl edir? Müharibəyə aparılarkən yararlı olan bir gənc, ixtisasına uyğun olaraq fəhlə işi istəyəndə yarasız olur?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) də Vətən müharibəsində şanlı tarix yazan Şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı daim diqqətdə saxlayır:

"İndiyədək bu kateqoriyadan olan 138 nəfər ASCO-da işlə təmin olunub. Onlarin hər biri mövcud vakansiyanın tələblərinə uyğun gəldikləri üçün işə götürülüb. Ümumiyyətlə, ASCO-da Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və bu müharibədə iştirak etmiş qəhrəmanlarımızın müraciətlərinə baxılması üçün Komissiya fəaliyyət göstərir. Komissiyanın əsas məqsədi şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müraciətini araşdırmaq və müvafiq qaydada cavablandırmaq, problemlərinin həlli istiqamətində tədbirlər görmək, onların sosial rifahlarının yaxşılaşdırılmasını daha səmərəli təşkil etməkdən ibarətdir".

M.Mehdiyev qeyd edib ki, sözügedən Komissiya tərəfindən Məmmədov Samran Rəffaq oğlunun da işə qəbul üçün müraciətinə müvafiq qaydada baxılıb:

"Onun üçün növbədənkənar işə qəbul imtahanı təşkil edilib. Lakin təəssüflər olsun ki, onun imtahanda göstərdiyi nəticə müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olmayıb".

Vəssalam. Bəs Prezidentin tövsiyəsi necə olsun? Axı cənab Prezident göstəriş verib ki, müharibə iştirakçılarının peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. ASCO bu yöndə Samrana hansı dəstəyi göstərib? Heç bir dəstək olmayıb, sadəcə "yararsızsan" deyib yola salıblar.

Üstəlik, mətbuat xidmətinin rəhbəri Publika.az-ı bu məsələni gündəmdə saxladığı üçün də ittiham edib: "O müharibə iştirakçısı sizin qohumunuzdur ki, bu məsələni gündəmdə saxlayırsınız?"

Bildiririk ki, Samran Məmmədov Publika.az-ın heç bir əməkdaşının qohumu deyil. Amma həm də hamımızın qohumudur. Vətən uğrunda vuruşmuş hər bir şəxs hamının qohumu olmalıdır. Ümid edirik ki, nə vaxtsa bunu ASCO rəhbərliyi də anlayar. Ona da ümid edirik ki, Prezidentin tövsiyə və tapşırıqlarına başdansovdu yanaşan qurumun rəhbər şəxslərinə də "gözün üstə qaşın var" deyən tapılar.

Aysel Şahmar

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti