"Vətəndaş cəmiyyəti artıq can üstədir..."
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar
Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. DİA.AZ-ın məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik:

"Vətəndaş cəmiyyəti artıq can üstədir. Heç bir dəstəyə sahib olmayan, ölkənin ictimai həyatında xüsusi rola malik təşkilatlar məqsədli şəkildə sıradan çıxarılır.
QHT Agentliyinin keçirdiyi qrant müsabiqəsi, burada baş verən maraq toqquşmaları, "ölü təşkilatlara" maliyyə ayırmaları , otkad əməliyyatları cəmiyyəti narahat etməkdədir.
Növbəti araşdırmamla bir daha dövlətin İctimai əhəmiyyətli fəaliyyətlər üçün ayırdığı milyonların necə əridildiyini bilmək haqqınız.
Tanış olun ( qohumlar, icra hakimiyyəti sektor müdiri, nazirliyə pul atışı)
qrant ayrılan aşağıdakı 3 təşkilatla :
1. "İnformasiya texnologiyalarının tətbiqinə yardım mərkəzi "
Layihənin adı;
Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma tədbirlərinin keçirilməsi. 6000 manat.
Ortada belə bir təşkilat yoxdur.
Bu təşkilatın rəhbəri Azay Quliyev ilə Musa Urudun qohumudur.
2. " Doğru Yol" milli mənəvi dəyərlərin təbliği ictimai birliyi . Layihənin adı;
Regionlarda milli mənəvi dəyərlərin qorunması yönündə maarifləndirici tədbirlərin təşkili, 7000 azn
Təşkilatın rəhbəri İsmayıl rayon İcra hakimiyyəti informasiya təminatı sektor müdiridi.
3. Elektron sosial aktivlik sistemi könüllüləri ictimai birliyi. Layihənin adı;
"Rəqəmli az" tətbiqinin hazırlanması, 7000 manat.
Bu təşkilat Rabitə nazirliyinin dəstəyilə yaranıb. Daha sonra təşkilatın rəhbəri Səid Sadiqov hansısa pul söz- söhbəti ilə bağlı nazirlikdən qovulub. Hazırda nazirlik başqa təşkilat qurub.
Bir sözlə QHT Agentliyi bunlara pul ayırıb ki, gedin xərcləyin.
Agentlik rəhbərliyi özlərinin təşkil etdikləri müsabiqə nəticələrinin altında qalıblar.
Əldə etdiyim məlumata əsasən qurtuluş üçün bir - birlərini " xərcləməyə" başlayıblar.
Bu məqsədlə Agentliyin icraçı direktoru Aygün Əliyeva xaricdəki məzuniyyətini yarımçıq qoyaraq ölkəyə dönüb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

"Vətəndaş cəmiyyəti artıq can üstədir..."
"Vətəndaş cəmiyyəti artıq can üstədir..."
"Vətəndaş cəmiyyəti artıq can üstədir..."


Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti