CM 234.4.3-cü maddəsində narkotik maddələrin satışına görə, əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək cəza nəzərdə tutulub....
Məlumat üçün qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərindən biri də Şirvan şəhəridir. Bunu nə üçün xüsusi olaraq qeyd etdik..?
Xeyli müddətdir haqqında bəhs etdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin ( hakim Əhmədov İsmayıl ) narkotacirlər İqbal Mikayılovu və Samir Qasımovun azadlığa buraxılması ilə bağlı qalmaqallı qərarına növbəti etapda Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu bəlkə də məhkəmə-hüquq sistemi tarixində sensasiyalı bir qərar olacaq.
Təsəvvür edirsiniz, narkomaniya ilə, narkoticarətlə mübarizədə az qala dünya ayağa qalxıb...hər gün tonlarla narkotik maddələr aşkar olunur...hər gün dəstə-dəstə narkotacirlər həbs olunur, amma Vəli Abdullayevin göstərişi ilə hakim İsmayıl Əhmədov məşhur narkotacirləri açıb azadlığa, ev dustaqlığına buraxır.
Belə ki, uzun illər Şirvan regionunda nakotik maddələrin satışına nəzarət edən, məşhur narkotacirlər İqbal Mikayılovu, Samir Qasımovu Şirvan Polis İdarəsinin əməkdaşları min bir əziyyətlə həbs edir, onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda Şirvan Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq, narkotik satışını davam etdirmələrinə şərait yaradır.
Təsəvvür edirsiniz, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəsilində NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR hissəsində qeyd olunub. Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinə görə, əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim Əhmədov İsmayıl hər iki narkotaciri açıb azadlığa buraxıb. Bu olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Ən dəhşətlisi odur ki, bu məsələdə Şirvan şəhər prokurorluğunun nümayəndəsi, dövlət ittihamçısı da susur.
Yəni dövlətin və millətin mənafeyini iki narkotacirin marağına qurban verirlər. Tam məsuliyyətlə demək olar ki, bu dövləti cinayətdir, adi cinayət işi deyil.
Görəsən, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və hakim İsmayıl Əhmədov nəyin qarşılığında bu narkotacirləri azadlığa buraxıblar..?
Biz belə başa düşürük ki, Şirvan şəhər polisi, Şirvan şəhər prokuroru, Şirvan şəhər məhkəməsi işlərini düzgün qurmayıblar. Yəni, adlarını çəkdiyimiz şəxsləri sanki qeyri-qanuni həbs ediblər. Yaxşı gəlin belə düşünək, əgər Şirvan polisi səhvə yol vermişdisə, bəs Şirvan prokuroru, Şirvan məhkəməsi hara baxırdı?... Axı bu insan talehidi. Axı bütün Şirvan danışır ki, İqbal Mikayılov və Samir Qasımov həbsdən azad olunandan sonra Zonada narkotik satışının həm qiyməti aşağı düşüb, həmdə satış nöqtələri çoxalıb.
Bu hələ harasıdır..? Bu xəbəri eşidən dünyanın məşhur narkotacirləri öz bizneslərini Şirvana köçürməyə hazırlaşırlar. Düşünürlər ki, Şirvanda narkoticarət təhlükəli deyil, nəsə olarsa Vəli Abdullayev onları azadlığa buraxacaq. Bu bilirsiniz nə deməkdir..? Azərbaycanı narkopoliqona çevirmək, gəncləri məhv etmək.
Bəli, bir də gördünüz ki, Şanxayda doğulmuş Çin mənşəli meksikalı narkobaron Zhenli Ye Gon, Panamalı narkobaron Noryeqa və başqa məşhur narkotacirlər İqbalın, Samirin azadlığa çıxmasını eşidərək öz dostlarını başına yığıb bayram edirlər və yaxın zamanda Şirvana gəlib Vəli Abdullayevi ziyarət edəcəklər. Onlar deyir ki, Vəli bizim xaç atamızdır.
Bəli yuxarıda göstərdiyimiz kimi, Şirvanda İqballa, Samir azadlığa buraxılandan sonra narkoticarətin dövriyyəsi 4-5 dəfə artıb, obrazlı desək çiçəklənib. Şirvanda narkotacirlər bir-birinə deyir ki, qorxub-eləməyin, tutulsaq da İqbal qardaşımız Vəli Abdullayevin əli ilə bizi azadlığa buraxdıracaq. İndi isə növbə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə çatacaq.
Yəqin ki, İqbal Mikayılov dostu sədr müavini Nizami Quliyevin əli ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vəli Abdullayevin rüsvayçı qərarını təsdiq etdirəcək. Yəni narkobaronlar tam təminatla yəni məhkəmə qərarı ilə azadlığa çıxacaqlar. Bu isə o deməkdir ki, narkobaronlar bölgədə öz bizneslərini istədikləri kimi inkişaf etdirəcəklər.
Amma biz bir media olaraq istər Vəlilərin, istər Nizamilərin, istər İqbalların, istər Samirlərin, istərsədə bunların dallarında dayanan şəxslərin üzərində qələbə qazanmağa öyrəncəliyik.
Cənablar, pulunuzu boş yerə xərcləməyin. Bu işdə həbsin müddəti 11 il 3 aya qədər ola bilər. Mövzunu diqqətdə saxlayacağıq.