Qəribə zəmanəyə gəlib çıxdıq. Təkcə son bir ayda oxuduğumuz xəbərlərə nəzər salaq. Məşqçi idman zalında yeniyetmənin boynunu sındıraraq öldürüb... Reabilitasiya mərkəzində müalicə olunan yeniyetmə atasına yazır ki, məni döyürlər, qulağımı qopardıblar...
Başqa bir rəsmi xəbərə nəzər salaq... Reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşları həbs olundu. Deməli, Novxanıdakı reabilitasiya mərkəzində xəstələrə işgəncə verilir, xəstəni yüksəklikdən asırmışlar, suya salıb boğurmuşlar....Hətta xəstələrdən biri dözməyərək ölüb...
Bu gün oxuyuruq... Milli Məclisin vitse-spikeri, hörmətli Adil Əliyevlə Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb. Belə ki, Reabilitasiya Mərkəzində vitse-spikerin oğlu Məhəmməd Əliyevin prosedur zamanı kürəyini yandırıblar. Və Vitse-Spiker Nərimanov rayon Prokurorluğuna müraciət edib. Bu saydıqlarımız son 1 ayda baş verənlərdir. Təsəvvür edirsiniz, Reabilitasiya Mərkəzinə fiziki qüsuru olanları, narkotik asılılığı olanları və digər xəstələri yerləşdirirlər ki, müalicə olunsun. Müalicə əvəzinə xəstələrə dəhşətli əziyyətlər verilir və s.
Bunları yazmaqda məqsədimiz odur ki, bu gün ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl reabilitasiya mərkəzlərində vəziyyət dözülməz həddə çatıb. Hətta bəzi şəxslər Allah qoymasa, özləri şəxsi reabilitasiya mərkəzləri açaraq böyük cinayət əməlləri törədirlər.
İndi isə bu mövzuda lap son xəbərə nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi, təxminən bir neçə gün öncə Novxanıda həbs olunan reabilitasiya mərkəzlərinin rəhbərlərinin məhkəməsi başa çatdı və onlara iş kəsildi. Onların qanunsuz əməllərinin üstü açıldı və dövlətin qanunları qarşısında mühakimə edildi. Və bütün bunlara baxmayaraq yenə də onların şəriki olan Elgiz (Alxanov) Şirinov adlı birisi “Həyat Üçün Şans” adı altında, guya, reabilitasiya ilə məşğul olurmuş kimi öz qanunsuz fəaliyyətini davam etdirir.
Biz Elgiz (Alxanov) Şirinovun instaqram səhifəsinə daxil olub, onun əməlləri ilə maraqlandıq. Elgiz (Alxanov) Şirinov öz səhifəsində yazır... Əsas lomkadan çıxmaqdır...qalanı düzələr... Səhifəni vərəqlədikcə hiss olunur ki, bu adamın özü əməlli-başlı narkomandır. Hətta Elgiz öz çıxışlarının birində deyir ki, narkomanı müalicə etmək üçün özün də narkoman olmalısan.
Redaksiyamıza daxil olan məlumata görə, Elgiz (Alxanov) Şirinovun həyat yoldaşı da qadın narkomanları, guya, müalicə edir. Onun məntiqindən belə məlum olur ki, onun həyat yoldaşı da narkomandır. Bir soruşan yoxdur ki, bu Elgiz (Alxanov) Şirinovun təhsili-filanı varmı, tibbi təhsili olmadan bu adam necə Reabilitasiya Mərkəzi aça bilər..?
Əslində, Elgiz (Alxanov) Şirinov yüzlərlə narkomanı başına toplayıb cinayətkar şəbəkə yaradıb. Əslində, bu adam öz cinayət əməlləri ilə dövlətə meydan oxuyur. Hər yerdə deyir ki, polisə aylıq verirəm...hətta Abşeron RPİ-nin Mehdiabad qəsəbəsindəki Polis Bölməsinin rəis müavini Məmmədəli müəllimin adını tez-tez hallandırır...
Elgiz (Alxanov) Şirinovun bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, reabilitasiya mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir... Elgiz (Alxanov) Şirinov bir xəstənin, guya, müalicəsi üçün 1500 manat pul alır və dozanı tədricən aşağı salmaqla müalicə metodu yaradıb...
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər... Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun reabilitasiya mərkzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..?
Elgiz (Alxanov) Şirinovun cinayətkar dəstəsi ölkədəki imkanlı, nüfuzli şəxslərin övladlarının siyahısını toplayır, onları tora salmağın yollarını düşünürlər... Yəni çox murdar bir əməllər törədirlər... Bu günlərdə Elgiz (Alxanov) Şirinovun dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər.
Sözün qısası, biz üzümüzü dövlət qurumlarına, cənab Daxili İşlər Naziri, hörmətli Vilayət Eyvazova tutub deyirik ki, bu cinayətkar dəstə cəmiyyətimizə və Dövlətimizə ciddi problem yaradacaq. Kim qarantiya verir ki, bunların İran İslam Respublikasının Xüsusi Xidmət Orqanları ilə əlaqəsi yoxdur..? Ona görə də, bu adama bənzər məxluq təcili həbs olunmalıdır.